"Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən elə..." - GİLEY
Tarix: 12-08-2021, 12:46 | Çap et
 İşlədiyi şirkətdə faciəli şəkildə xəsarət alan, iş qabiliyyətini itirən işçilər məhkəməyə üz tutub. Onlar çalışdıqları şirkətdən sığorta ödənişini ala bilmirlər. Bu səbəbdən müalicələri də yarımçıq qalıb.
Musavat.com-a müraciət edən Tovuz rayonunun Yanıqlı kənd sakini Ayət Abduləzov da həmin işçilərdən biridir. İş qəzasında zərərçəkən digər şəxslər isə Suliddin Abduləzov və Nihat Xudaidir.
Onlar “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin (“Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.”) Azərbaycandakı nümayəndəliyinin işçisi olublar. Hadisə Tovuz rayonunun Aşağı Əyyublu kəndində yol çəkilişi zamanı baş verib. Adı çəkilən işçiləri elektrik cərəyanı vurub. Hadisə 1 il 7 ay əvvəl olub.
Bunun üzərindən aylar keçməsinə baxmayaraq, işçilər şirkətdən sığorta ödənişini ala bilmirlər.
Bədbəxt hadisə nəticəsində sağlamlığını itirən 41 yaşlı Ayət Abduləzov deyir ki, indi ailəsini və iki azyaşlı övladını dolandıra bilmir, müalicə almağa da imkanı çatmır.

Onun dediyinə görə hadisədən sonra Tovuz rayon xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Gəncəyə göndərilib və üç gün orada saxlanılandan sonra evə buraxılıb.
A.Abduləzov qeyd edir ki, iş vaxtı onları elektrik cərəyanı vuran zaman ölümcül vəziyyətdə olublar.
“Xəstəxanaya aparılanda ölümcül vəziyyətdə idik. Ağır yanıq xəsarətlərimiz var idi. Mən bir sutka sonra ayılmışam. Fevralın 12-də yenidən Şəmkir hospitalına müraciət etdim, müayinələrdən keçdim. Sonra Gəncədə müayinə zamanı sağ ayaqaltı sinirlərin neyropatiyası aşkar edildi. Mənə “sağ lateral və medial ayaqaltı sinirlərin neyropatiyası” diaqnozu qoyuldu. Uzun müddət xəstəxanadan “Forma-88” ala bilmədim. Buna görə də əlilliyin təyin olunması, sığorta ödənişi indiyədək verilmir.
Həkim izah elədi ki, evdə xəstələnsəydin özümüz bülleten aça bilərdik. Amma bu bədbəxt hadisə iş yerində olub. Ona görə də aktı şirkət verməlidir. Şirkət də uzadırdı, vermirdi. Vəkil sağ olsun, nə qədər yerlərə yazandan sonra axır ki, o aktı aldı. O aktla təsdiqlənir ki, həqiqətən belə bir bədbəxt hadisə baş verib və mən xəsarət almışam. Ondan sonra xəstəxanadan “Forma-88”i almışam. İndi onu Əlillərin Bərpa Mərkəzinə aparıb verməliyəm, bir də sığorta şirkətinə. Amma şirkət öz işçisinə sahib çıxmadı. Rəhbərlik hadisədən sonra vəd verdi ki, həm müalicə xərclərimizi ödəyəcək, həm də ailəmizin qayğısına qalacaq. Xəstəxananın xərclərini ödədilər. Amma qalan heç nə eləmədilər. Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən elə. Mənə may ayına qədər pul vermişdilər. Ona görə ki, may ayına qədər mənə işçi kimi maaş yazmışdılar. Sonra veclərinə də olmadı ki, bu bədbəxtin ailəsi, 10-11 yaşlı iki uşağı, müalicəsi necə olacaq?".
Maraqlıdır ki, şirkət bu iddialara cavab olaraq deyir ki, keçmiş işçilərinə lazım olan maddi yardım verilib. Həmçinin hüquqi addımlar da atılıb.
Amma işçilər sığorta ödənişini ala bilmir...
Qeyd edək ki, “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti” hələ sabiq nəqliyyat naziri Ziya Məmmədovun dönəmindən Azərbaycanda fəaliyyət göstərir. Ölkə üzrə yeni çəkilən əksər avtomobil yollarının salınması və digər böyük layihələr məhz bu şirkət tərəfindən icra olunur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” - ÇÜNKİ...
Bu gün, 18:05 |
|
|
|
• “10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi”
Bu gün, 18:02 |
|
|
|
• Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? - TENDER NƏTİCƏSİ
Bu gün, 17:54 |
|
|
|
• “Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!
Bu gün, 17:45 |
|
|
|
• Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?
Bu gün, 17:40 |
|
|
|
• “Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: - Regionda gərginlik artacaq
Bu gün, 17:38 |
|
|
|
• Tramp-Putin görüşü Pekində reallaşa bilər - “Podmoskovie seqodnya”
Bu gün, 17:36 |
|
|
|
• Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? – İrəvandan cavab
Bu gün, 17:33 |
|
|
|
• Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
Bu gün, 17:31 |
|
|
|
• Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb - NƏ ETMƏLİ?
Bu gün, 17:18 |
|
|
|
• 35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:16 |
|
|
|
• Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? - AÇIQLAMA
Bu gün, 17:12 |
|
|
|
• İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Bu gün, 17:08 |
|
|
|
• AZAL Türkmənistana çarter reysi təşkil edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 17:06 |
|
|
|
• Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 17:03 |
|
|
|
• Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… - NƏ BAŞ VERİR?
Bu gün, 16:17 |
|
|
|
• Anar Abdullayev məhkəmə zalında həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:07 |
|
|
|
• Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:05 |
|
|
|
• Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? - AÇIQLAMA
Bu gün, 16:00 |
|
|
|
• Nikol seçkilərdə qələbə qazandıqdan sonra... Konstitusiyanı dəyişdirəcək!
Bu gün, 15:58 |
|
|
|
• İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu - GƏLİŞMƏ
Bu gün, 15:51 |
|
|
|
• Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi – Erməniləri həyəcanlandıran çağırış
Bu gün, 15:49 |
|
|
|
• Zelenski tezliklə ölkədən qaça bilər - “Komsomolskaya Pravda”
Bu gün, 15:46 |
|
|
|
• Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək
Bu gün, 15:44 |
|
|
|
• 21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - RƏSMİ
Bu gün, 15:40 |
|
|
|
• Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu - DETALLAR
Bu gün, 15:35 |
|
|
|
• Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi - QALİB ŞİRKƏT
Bu gün, 15:32 |
|
|
|
• Krımda Rusiyanın 5 qırıcısı vurulub
Bu gün, 15:25 |
|
|
|
• Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti - İNCƏLƏMƏ
Bu gün, 15:13 |
|
|
|
• Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Ermənistanda beynəlxalq investisiya dələduzluğu
Bu gün, 15:07 |
|
|
|
• Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı - Foto
Bu gün, 15:02 |
|
|
|
• “Mənim həyətimdən boru keçirmək istəyirlər” – Naxçıvanda özbaşınalıq
Bu gün, 15:00 |
|
|
|
• Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb - BUNDAN SONRA...
Bu gün, 14:28 |
|
|
|
• Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - SİYAHI
Bu gün, 13:04 |
|
|
|
• Neft Fondundan 317 minlik qəribə tender: - Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
Bu gün, 13:02 |
|
|
|
• Mədinə Bağırova təqaüdə göndərildi
Bu gün, 13:01 |
|
|
|
• Vaşinqtondan NƏ GÖZLƏYƏK? - GƏLİŞMƏ
Bu gün, 12:58 |
|
|
|
• Mixail Qusman Bakıya gəldi - FOTO
Bu gün, 12:55 |
|
|
|
• Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır
Bu gün, 12:53 |
|
|
|
• Rusiyadakı miqrantların yaxınlarının nəzərinə – Pis xəbər
Bu gün, 12:49 |
|
|
|
• Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 12:45 |
|
|
|
• SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: - “İsrail Xudafərindən 17 km aralıda hava limanı tikib”
Bu gün, 12:33 |
|
|
|
• AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 12:30 |
|
|
|
• Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib
Bu gün, 12:22 |
|
|
|
• 41 dərəcəyədək isti gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• ABŞ ordusu Cənubi Qafqazda: - Bu bölgədə hansı proseslərin xəbərçisidir?
Bu gün, 12:19 |
|
|
|
• Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
Bu gün, 12:12 |
|
|
|
• Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? – Özü danışdı
Bu gün, 12:08 |
|
|
|
|