Putin TŞ-nin müşavirəsini keçirib, .....                     “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” .....                     14 il deputat olub, indi icra başçısıdır .....                     Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı .....                     Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib .....                     Zelenski və İlham Əliyev arasında telefon danışığı olub .....                     “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... .....                     Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ .....                     Bu, Azərbaycanın maraqlarına uyğundurmu? .....                     Dilarənin mafiya dönüşü gündəm oldu .....                     Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. .....                     Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir .....                     BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı .....                     "İş axtaranları qul kimi işlədib” .....                     "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb .....                     Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! .....                     Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? .....                     Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                     İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq .....                     Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir .....                     ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi .....                     “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” .....                     Xocalı qatili qayıdır? .....                     “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” .....                     Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil .....                     "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" .....                     Ermənistan Prezidenti Gürcüstana səfər edəcək .....                     “Kiyev milyonlarla yardımı itirə bilər” .....                     "Səs" qəzeti fəaliyyətini dayandırır .....                     Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb .....                     Sabirabaddakı qətlin TƏFƏRRÜATI .....                     Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü .....                     Leysan yağacağı gözlənilir .....                     Kukla teatrında böyüklər üçün “oyun” .....                     Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb .....                     Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... .....                     Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” .....                     “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” .....                 

Nədən həbslər də məmurlara ƏNGƏL OLMUR... - “Məmurlar bir-biriylə qohumluq əlaqələri quraraq cinayətkar şəbəkə yaradıblar”
Tarix: 11-05-2021, 11:40 | Çap et
Nədən həbslər də məmurlara ƏNGƏL OLMUR...
Son dövrlər Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ön planda durur. Prezident İlham Əliyev 2018-ci ilin aprelindən sonra keçirdiyi görüşlərin və söylədiyi nitqlərin hər birində rüşvətxorluq və korrupsiyaya qarşı barışmaz mübarizə aparılacağını önə çəkib. Hətta dövlət başçısı son vaxtlar ayrı-ayrı vəzifələrə təyin etdiyi məmurlara tapşırıqlar verərkən, onları şəffaf və təmiz işləməyə, rüşvətxorluq və korrupsiyadan uzaq olmağa, eyni zamanda sahibkarları incitməməyə çağırıb. Buna əməl etməyənləri işdən çıxarmaqla kifayətlənməyəcəyini və onların cəzalandırılacağını bildirib.

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun törətdiyi əməllər göstərdi ki, davamlı olaraq icra başçılarının və digər məmurların həbsinə baxmayaraq, hələ də icra başçıları “at oynadır”. Bu mənada, korrupsiyaya yol verən məmurların işdən çıxarılması və həbsi davam etdirilməlidir.

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev də hesab edir ki, məmurlara qarşı aparılan bu cür tədbirlər davamlı olmalıdır ki, köklü nəticələr əldə olunsun. O, qanunsuz əməllərlə məşğul olan məmurları daxili düşmənlər adlandırıb: “Son vaxtlar ictimaiyyətdə yayılan informasiyalardan hiss olunur ki, dövlət məmurları korrupsiya əməllərinə qurşanıb. Onlar rüşvətxorluqla məşğul olurlar. Bu cür məlumatların yayılması əvvəl-axır öz nəticəsini verməli idi. Əvvəlki çıxışlarımda da bildirmişəm ki, cinayətlər iki cür baş verir: gizli və açıq şəraitdə. Bu məmurlar o qədər azğınlaşmışdılar ki, cinayətləri açıq şəkildə törədirdilər. Buna da mütləq qaydada reaksiya verilməli idi. Məmurların qanunsuzluqlarının aşkar edilməsiylə bağlı əməliyyat tədbirləri həyata keçirildi. Əməliyyatları iki hüquq-mühafizə orqanı həyata keçirir: Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Təhlükəsizlik Xidməti. Bu günə qədər çox sayda məmur iş başında həbs edilib. Çünki onlar azğınlaşmış şəraitdə açıq cinayətlərə gedirdilər. Bu cür tədbirlər davamlı olarsa, öz nəticəsini verəcək. Davamlı olmalıdır ki, köklü nəticələrini görə bilək. Hələ ki, az nəticə verir. Çünki bir neçəsi tutulub. Bu o demək deyil ki, yerdə qalan yüksək titullu məmurlar bu cür işlərlə məşğul olmurlar. Onlar tutulan məmurlardan da ağırlaşdırıcı formada qanunsuz əməllərlə məşğuldurlar. Cinayət məcəlləsində cinayətlərin təsnifatı var: vəzifə cinayətləri, şəxsiyyət əleyhinə olan cinayətlər, ictimai təhülkəsizlik əleyhinə olan cinayətlər və s. Məmurların əməlləri də vəzifə cinayətlərinə aid edilir. Həbslər davam olarsa, bir az da yaxşı nəticələrini görə bilərik. Çox güman ki, proses davamlı olacaq. Bu adamlar daxili düşmənlərdir. Xarici düşmənimiz də ermənilərdir. Daxili düşmənlər xarici düşmənlərdən qat-qat təhlükəlidir. Çünki xarici düşmənlə üz-üzəyik, onlara qarşı ordumuz, kəşfiyyatımız və əks-kəşfiyyatımız tədbir görür. Lazım olanda, müharibə ilə başlarını əzirik. Amma daxili düşmənlər isə daha təhlüəkəlidir. Onlara qarşı mübarizə aparmağın özü də biraz çətinlik törədir. Çox təhüləkli adamlardır. Tək amalları pul, varlanmaq və külli miqdarda pul ələ keçirtməkdir. Bu baxımdan, onları daxili düşmənlər adlandırıram. Ermənilər Ağdam rayonunu yerlə-yeksan edib, yaşayış evlərini dağıdıb. İcra başçıları isə rayonun infrastruktutunu darmadağın ediblər”.

Sabiq polis rəisi onu da qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri insanlarda ruh yüksəkliyi yaradıb: “Bəzi icra başçıları vəzifədən kənarlaşdırılıb. Lakin prokurorluq orqanlarına geniş səlahiyyət verilib. Onlar vəzifədən kənarlaşdırılan məmurların vəzifədə olduğu müddətdəki fəaliyyətini tam araşdırıb, qanunsuzluqları aşkar edə bilərlər. Əhmədli qəsəbəsində çox sayda faktlar var. Ərazilərin çoxu qanunsuz şəkildə satılıb. Valideynlər azyaşlı uşaqlarını məktəbə aparanda piyada keçidindən deyil, maşın yolundan istifadə edir. Bu cür faktlara görə deyirəm ki, onlar ermənidən qat-qat təhlükəlidir. Hüquq-mühafizə orqanlarının məmurlarla bağlı apardıqları işi alqışlayıram. Əvvəllər icra strukturlarına qarşı heç bir mübarizə aparılmayıb. Bu baxımdan, isanlarda elə bir düşüncə yaranırdı ki, guya bunlar toxunulmazdır. İnsanlar da bu cür reallıqla barışmalı olurdu. Nəticədə qanunlara qarşı da ruh düşkünlüyü əmələ gəlirdi. Daha sonra isə bu cür əməliyyat tədbirlərinin olması insanlarda ruh yüksəkliyi yaratdı”.

Mahmud Hacıyev həbs edilən məmurların törətdikləri cinayətləri dövləti cinayətlər adlandırıb: “Hüquq-mühafizə orqanları qanunla onlara verilmiş səlahiyyətlərdən istifadə edib, qanunsuz əməllərlə məşğul olan məmurları məsuliyyətə cəlb edirlər. Onların həbsinin davamlı olmasını istəyirəm. Düşünürəm ki, bu cür məmurların törətdikləri cinayətlər dövləti cinayətlərdir. Çünki onlar dövləti məhv edirlər. Nəticədə, dövləti hörmətdən salırlar. Ən əsası da qanunları saymır və tabe olmamağa çalışırlar. Məsələn, Çində bu cür əməllərə yol verən məmurlar güllələnir. Buna görə də Çin iqtisadi baxımdan inkişaf etmiş dövlətdir. Yəni ki, onlar güllələnməyə layiq məmurlardır. Məsələn, Ağstafanın həsb edilən keçmiş icra başçısının əməliyyat videosu yayılmışdı. Qarnını qaşıyaraq müavininə deyir ki, hansısa iş adamı bizim haqqımızı niyə göndərmir. Maraqlıdır ki, davamlı olaraq icra başçıların həbs edilməsinə baxmayaraq, digərləri bundan örnək götürmür. Sonuncu dəfə Şəmkirin icra başçısının törətdiyi əməllər buna bariz nümunədir. Sanki rüşvətxorluq onların qanına işləyib. Bu yaxında mediada oxuyuram ki, Pirallahı rayonun icra başçısı Vətən müharibəsində yaralanmış qaziyə deyir ki, sənə süpürgə verim Pirallahı rayon mərkəzinin küçələrini süpür. Görün, bu icra başçısının tərbiyəsini… İcra başçısı bu sözləri 44 gün Vətən müharibəsində can qoyan, 3 ordenlə təltif olunan, Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmiş zabitə deyir. Sizcə, bu icra başçısında mədəniyyət deyilən bir şey varmı?..”

Hüquqşünas bildirib ki, məmurlar bir-biriylə qohumluq əlaqələri quraraq, cinayətkar şəbəkə yaradıblar: “Digər tərəfdən, məmurların bir-biriylə qohumluq əlaqələri var. Sanki, cinayətkar şəbəkə yaradıblar. Onlar qohumluq əlaqələrini cinayətkar şəbəkəni yaratmaq üçün qururlar. Sözügedən məmurlarda nə Vətənə, nə də torpağa sevgi hissləri var. Onların beyni yalnız bir istiqamətdə işləyir, külli miqdarda pul yığmaq, varlanmaq. Hüquq-mühafizə orqanları prosesə gec başlasalar da, amma yaxşı başladılar. Ümid edirik ki, əməliyyat tədbirləri davam edəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Bu gün, 16:19
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Bu gün, 16:18
14 il deputat olub, indi icra başçısıdır - FOTO
Bu gün, 16:16
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Bu gün, 16:13
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Bu gün, 16:11
Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Bu gün, 16:08
“SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Bu gün, 16:06
Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Bu gün, 15:57
Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Bu gün, 15:54
Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Bu gün, 15:50
Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Bu gün, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Bu gün, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:31
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Bu gün, 15:27
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Bu gün, 15:22
Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Bu gün, 15:15
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Bu gün, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30
Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24
Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22
Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14
Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13
Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:04
“İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” - Şeyx Əbdül
Bu gün, 11:59
"Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52
Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48
"Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43
Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41
"Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32
Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru