Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" .....                     Uşağa görə boşanmamaq: .....                     “Leş Tofiq”lər hərəkətə keçdi .....                     “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” .....                     Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, .....                     Təhsildə ikitirəlik yaranır .....                     Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi .....                     ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək .....                     “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” .....                     Zabrat maşınqayırma zavodu özəlləşdirilir .....                     Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                     Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub .....                     Bu mebel şirkətləri külli miqdarda borca düşdü .....                     İlham Əliyevlə Zelenski .....                     Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... .....                     "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı! .....                     Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş .....                     Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ .....                     Putin TŞ-nin müşavirəsini keçirib, .....                     “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” .....                     14 il deputat olub, indi icra başçısıdır .....                     Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı .....                     Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib .....                     Zelenski və İlham Əliyev arasında telefon danışığı olub .....                     “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... .....                     Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ .....                     Bu, Azərbaycanın maraqlarına uyğundurmu? .....                     Dilarənin mafiya dönüşü gündəm oldu .....                     Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. .....                     Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir .....                     BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı .....                     "İş axtaranları qul kimi işlədib” .....                     "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb .....                     Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! .....                     Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? .....                     Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                     İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq .....                     Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir .....                 

'Dedi ki, klinikanı Ramiz Mehdiyev alır...' - Eldar Mahmudovun da adının keçdiyi ŞOK DƏLƏDUZLUQ...
Tarix: 23-02-2021, 10:21 | Çap et
'Dedi ki, klinikanı Ramiz Mehdiyev alır...'
Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyir ki, özü cinayətin qurbanı olub. Nəticədə gəlib dəmir barmaqlıqlar arxasına düşüb. İddia edir ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir. Hərçənd, Quliyev bu cinayət işində zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında yazılıb ki, Şeydayev onun etibarından sui-istifadə edərək aldadıb, 919 min manatını qaytarmayıb. Təqsirləndirilən şəxs isə iddia edir ki, əksinə, adıçəkilən şəxsin ona bu qədər borcu qalıb. Amma şəxsi əlaqələrindən istifadə edib, işin onun əleyhinə çevrilməsinə nail olub.

Bu cinayət işində Quliyevdən başqa da zərərçəkmiş qismində tanınanlar var. Təqsirləndirilən şəxs isə bildirir ki, 919 min manat Quliyevdə qaldığına görə başqalarına olan borcunu ödəyə bilməyib, nəticədə ağır duruma düşüb.

39-yaşlı Şeydayev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, məhkəmədə ifadəsində bildirib ki, uzun müddət bizneslə məşğul olub, Sumqayıtda klinikası vardı, dayısı da oranın direktoru idi. 2013-cü ildə Türkiyədə biznesində ziyana düşmüşdü, bu üzdən borcları yaranmışdı, ödənilməli böyük məbləğdə krediti vardı. Ona görə də klinikanı satmaq qərarına gəlib, qiymətini də 5 milyon manat müəyyənləşdirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin ərəfədə Əziz Quliyev gəlib, o dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Mehdiyevin klinikanı alacağını söyləyib: "Ramiz Mehdiyevə "ağsaqqal" deyirdi. Bildirmişdi ki, klinikanın satışıyla bağlı işlər ağsaqqalın köməkçisi Anar vasitəsilə həll olunur. 5 milyon desəm də, 4 milyon 200 min manata razılaşıblar. Düzü, Əziz demişdi ki, klinikanı özü işlədəcək, Ramiz Mehdiyevin sayəsində o da pul qazanacaq".

Şeydayev deyir ki, klinikaya görə ilkin olaraq ona 150 min manat ödənilib. Qalan pulun böyük bir hissəsi də "Azəriqazbank"dan götürülüb. Banka da Quliyevlə birlikdə gediblər. Orada bankın rəhbəri, o vaxt deputat olan Çingiz Əsədullayevlə görüşüblər: "Banka gələndə Əziz məlumat verdi ki, Ramiz Mehdiyevin köməkçisi Anar müəllimin dediyi adamlardır. Çingiz Əsədullayevlə görüşdən sonra pul məsələsi həll olundu. Bankdan götürüb mənə ödədi. Qaldı 919 min manat, onu sonra ödəmədi. Tələb edəndə məni hədələməyə başladı. Dedi ki, söz-söhbət ağsaqqala çatsa, sənin üçün yaxşı olmayacaq...".

Təqsirləndirilən şəxs bildirib ki, özü Mehdiyevlə əlaqə yaradıb, problemi çatdırmağın yollarını axtarmağa başlayıb. Prezident Administrasiyasının idarə rəisi ilə görüşsə də, bu cəhdi nəticə verməyib. Daha sonra Mehdiyevin kürəkəni, o zaman deputat olan İlham Əliyevlə əlaqə yarada bilib: "İlham Əliyevlə görüşdük, Əziz Quliyev də orada idi. Məni dinləyəndən sonra Əzizə dedi ki, "bizim adımızdan istifadə edirsən?". Bu biri tərəfdən də məni günahkar çıxardı ki, niyə Ramiz Mehdiyevin adını çəkmişəm? Çünki o vaxt mən pulumu ala bilməyəndə hüquq-mühafizə orqanlarına şikayət etmişdim, necə var, hər şeyi olduğu kimi bildirmişdim".

Bir neçə il öncə yerli media orqanlarında da Şeydayevin Quliyevdən 919 min manata görə Səbail rayon Polis İdarəsinə şikayət etməsi haqda məlumat yayılmışdı.

Mehdiyevin kürəkəni ilə görüşün də nəticə vermədiyini vurğulayan Şeydayev iddia edir ki, şikayətlərindən sonra onu iş yerindən tutub Milli Təhlükəsizlik Nazirliyinə aparıblar. Bir gün orada saxlayıblar, döyüblər: "2014-cü ildə ofisimdə oturduğum vaxt MTN işçiləri başıma torba keçirib apardılar. Dedilər ki, Eldar Mahmudovun əmisi oğlu Vüqarın tapşırığıdır. Nə qədər döydülər... Tələb elədilər ki, Əzizdə pulum olmadığını, onu şantaj etdiyimi yazım. Məcbur qalıb yazdım. Beləliklə, o oldu zərərçəkmiş, mən oldum cinayətkar...".

Şeydayev ifadəsində bunları danışanda zərərçəkmiş Quliyev və nümayəndəsi heç bir fikir bildirməyib. Amma onlar məhkəmə zalında jurnalistlərin iştirakına qadağa qoyulmasını istəyib. Səbəbi də belə izah edib ki, "prosesdə mötəbər şəxslərin adları hallandırılır".

Növbəti məhkəmə iclasında zərərçəkmişlər dindiriləcək.

Şeydayev CM-in 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələbetmə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşdə zərərçəkmiş sayılan Quliyev Əziz Göyüş oğlu Bakıda Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən "İstanbul" klinikasının da sahibi olub.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudov mənimsəmə, hakimiyyətdən sui-istifadə və digər ittihamlar üzrə təqsirli bilinsə də, ona həmin maddələr üzrə tutulmuş cəzanın ən aşağı həddindən də yüngül cəza verilib – 2 il həbs kəsilib. Sonradan həbsdən buraxılıb.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu. Sonradan onlar məhkəmə qarşısına çıxarılaraq müxtəlif həbs cəzalarına məhkum edildilər, bir qismi isə bir müddət sonra azadlığa buraxıldı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Bu gün, 18:57
Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Bu gün, 18:02
“Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Bu gün, 17:59
“Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Bu gün, 17:54
Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Bu gün, 17:52
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Bu gün, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Bu gün, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Bu gün, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Bu gün, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Bu gün, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Bu gün, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Bu gün, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Bu gün, 17:00
İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Bu gün, 16:55
Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Bu gün, 16:40
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Bu gün, 16:36
Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Bu gün, 16:33
Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Bu gün, 16:28
Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Bu gün, 16:19
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Bu gün, 16:18
14 il deputat olub, indi icra başçısıdır - FOTO
Bu gün, 16:16
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Bu gün, 16:13
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Bu gün, 16:11
Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Bu gün, 16:08
“SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Bu gün, 16:06
Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Bu gün, 15:57
Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Bu gün, 15:54
Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Bu gün, 15:50
Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Bu gün, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Bu gün, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:31
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Bu gün, 15:27
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Bu gün, 15:22
Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Bu gün, 15:15
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Bu gün, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru