“Meliorasiya və Su Təsərrüfatı”ASC-də möhtəşəm üçlük – biri “çəkir”, biri “tikir”, biri qazanır, ölkə isə susuzluqdan quruyur
Tarix: 11-08-2020, 11:05 | Çap et
“Meliorasiya və Su Təsərrüfatı”Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin Avropanın bir çox ölkə və şəhərlərində övladlarına məxsus,dəyəri yüz milyonlarla ölçülən mülklər barədə dövrü mətbuatda yayılan çoxsaylı məlumatlara zaman-zaman yeniləri də əlavə olunur. Dövrü mətbuatın vaxtaşırı Əhməd Əhmədzadənin qardaşlarının, qohum əqrəbasının və yaxın çevrəsinin milyonlarla dəyəri olan mülklərindən,iaşə və ticarət obyektlərindən yazırlar.
Bütün bu yazılanlara baxmayaraq Əhməd Əhmədzadə isə“Meliorasiya və Su Təsərrüfatı”Açıq Səhmdar Cəmiyyətinə dövlətdən aldığı vəsaitləri hər il sağa,sola ayırmaqla işini davam etdirir.ASC-yə ayrılan dövlət vəsaitləri isə bir neçə idarələrə təyin etdiyi yaxın adamları tərəfindən çıxdaş edilir.Həmin idarələrdən biri, Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə” İnstitutu,biri ASC-yə tabeli Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti,digərləri isə Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarələridir. ASC-yə tabeli üçüncü adını çəkdiyimiz idarələrinin işi ayrı bir məqalənin mövsuzu olduğundan, burada onların fəaliyyətinə hələlik toxunmaq fikrimiz yoxdur.Qayıdaq əvvəlki iki qurumun fəaliyyətinə.
Respublikamız üçün mühüm əhəmiyyət kəsb edən. meliorasiya və su təsərrüfatı obyektlərinin əksər layihə-smeta sənədləri məhz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi altında fəaliyyət göstərən, Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən işlənib hazırlanır.Bu institutun direktoru uzun illərdir Elbrus Paşayevdir. İnstitutun hazırladığı layihə-smeta sənədləri əsasında böyük dövlət sifarişlərini həyata keçirən qurum isə “Meliorasiya və Su Təsərrüfatı”Açıq Səhmdar Cəmiyyətinə tabeli Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətidir.Bu qurumun direktoru isə uzun illərdir Ramiz Vəkilovdur.Belə çıxır ki,ölkənin suvarma sistemləri bü üçlüyün,Elbrus Paşayev,Ramiz Vəkilov və Əhməd Əhmədzadənin əli ilə idarə olunur.Sədr başda olmaqla bu üçluk uzun illərdir Azərbaycaanın melorasiya və su təsərrüfatına layihə-smeta sənədləri hazırlayır,tikinti işlərinin aparılmasına sifarişlər verir və nəzarət edirlər. Bəs onda onların gördüyü bu işlər niyə öz səmərəliliyini göstərmir?Bu layihələrin səmərəli olmadığını biz demirik.Bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.Sözügedən müşavirədə ölkə başçısı qeyd edib ki:
“Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur.”
Prezident İlham Əliyevin yuxarıda sitat gətirdiyimiz məlum çıxışından da göründüyi kimi, hər il kənd təsərrüfatında əkinəyararlı torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi, problemlərin həll olunması, yaxşılaşdırılması məqsədi ilə milyonlarla dövlət vəsaiti ayrılır.Bəs bu vəsaitlər necə xərclənir ki, sonradan ölkə də su problemləri ilə üzbəüz qalır? Bu işə birbaşa cavabdeh olan “Meliorasiya və Su Təsərrüfatı”Açıq Səhmdar Cəmiyyəti və ona tabeli qurumlara ayrılan vəsaitlər hara gedir? Qeyd edək ki, hər il “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin hesabına respublika ərazisində, meliorasiya, iriqasiya və suvarma sistemlərinin fəaliyyətini yaxşılaşdırılması məqsədi ilə kifayət qədər ciddi vəsaitlər ayrılır.Lakin qurumun gördüyü işlər nə üçün səmərəli olmur? Bir sədr kimi Əhməd Əhmədzadə səmərəli iş görməyən qurumun rəhbərliyində niyə dəyişiklik aparmır?Nə üçün hər il milyonlarla dövlət vəsaiti ayrılan layihələri eyni adamlara həvalə edir?
Aktualinfo.org bu mövzuya hələ ötən il toxunmuşdu.Xatırlatmaq istərdik ki,sözügedən quruma Ramiz Vəkilov 15 ildən çoxdur ki, rəhbərlik edir. Hər il də bir çox böyük layihələr məhz bu qurumun sifarişləri əsasında aparılır.Əvvəlki illəri deyil,təkcə 11.04 2019 cu il tarixdən 21 10.2019-cu il tarixədək, yəni altı ay müddətinə elan olunmuş tenderlərdə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli sözügedən qurum tərəfindən 128 004 790 83 (Bu tərəfimizdən hesablanmış ümumi məbləğdir. Məbləğ göstəriləndən qismən az və ya, çox da ola bilər. red.) manat dövlət sifarişi verilməsi barədə artıq məlumatlar vermişdik.
Bu ilin 23.04.2020-ci il tarixdən 05.08.2020-ci il tarixə qədər,yəni hardasa 3 ay ətzində respublikanın yaşayış məntəqələrində əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması və digər təmir-bərpa işlərinin aparılmasına 52 021 818 manat vəsait ayrılıb.Ötən illərdə ayrılmış vəsitlərin müqabilində bu gün əhali suvarma suyunun çatışmazlığından əziyyət çəkirlərsə,artıq bəri başdan demək olar ki,gələn il də eyni hal təkrar olunacaq.Çünki ayrılmış vəsaitlərin böyük əksəriyyətinin Əhməd Əhmədzadəyə yaxınlığı ilə tanınan MMC-lər həyata keçirir və burada da dövlət vəsaitlərinin kənarlaşdırılması qaçılmazdır.
Keçək “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ikinci bir möhtəşəm qurumuna.“Azdövsutəslayihə” İnstitutunun fəaliyyətinə.Qeyd etdiyimiz kimi,İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir.Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycanda bir dənə olan bu instituta artıq 10 ildən çoxdur ki,Elbrus Paşayev rəhbərlik edir.Sözügedən şəxsin instituta rəhbərlik etdiyi son illərdə həyata keçirdiyi çoxsaylı layihələr barədə konkret məlumatlar yoxdur.Amma ötən il İnstitutun əməkdaşları tərəfindən işlənib hazırlanmış bir sıra layihələr barədə internet axtarış resursları üzərindən məlumatlar tapa bildik.
Onlardan“Əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması”, “Yevlax və Goranboy rayonları ərazisində 3120 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi”, “Ağcabədi rayonunda 2500 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi”,“Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi” layihələri ilə yanaşı “Araz çayının Yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi (I mərhələ ərazisində qrunt sularının aşağı salınması tədbirləri)”,“Biləsuvar rayonunda 1090 ha yeni əkin sahəsinin suvarma suyu ilə təmin olunması və kollektor-drenaj sisteminin tikintisi tədbirlərinin layihə-smeta sənədlərinin hazırlanması”, “Ağcabədi və Goranboy rayonlarında əkin sahələrini və əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması” kimi onlarla obyektlərin də layihə-smeta sənədləri İnstitut əməkdaşları tərəfindən tərtib olunaraq sifarişçiyə təhvil verilib.“Azdövsutəslayihə” institutunun kollektivi tərəfindən müasir standartlara cavab verəcək bir formada, elm və texnikanın ən yeni nailiyyətləri tətbiq olunmaqla, yüksək keyfiyyətlə işlənib hazırlanmış bütün bu layihə-smeta sənədləri nə üçün səmərəliliyini göstərmir?Buna Elbrus Paşayev bir layihə rəhbəri kimi cavab verə bilərmi? İnstitutun layihələrinin həyata keçirildiyi yuxarıda sadalanan rayonların əhalisinin bu gün suvarma suyunun çatışmazlığından əziyyət çəkməsini,yolları bağlamasını,ölkə başçısına şikayətlər etməsini nə Elrus Paşayev nə də Əhməd Əhmədzadə inkar edə bilməz.
Göründüyü kimi “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti başda sədr Əhməd Əhmədzadə olmaqla möhtəşəm bir üçlük tərəfindən idarə olunur.Onlardan biri layihələr çəkir,biri tikinti işlərinin aparılmasına sifarişlər verir, biri bu işlərdən qazanır. Ölkə isə suvarma suyunun çatışmazlığından əziyyət çəkir,sahələr quruyur. ASC-də bu möhtəşəm üçlüyün əlbir olub faydasız layihələrdən qazanc əldə etmələri barədə yetərincə məlumatlar saymaq olar. İndi mətbuatda ancaq Əhməd Əhmədzadənin dəyəri milyonlarla ölçülən mülkləri barədə yazılır. Kim deyə bilər ki, həmin mülklərdən Ramiz Vəkilovun da yoxdur? Yaxud Elbrus Paşayev belə mülklərə sahib deyil? Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Bu gün, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Bu gün, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Bu gün, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40 |
|
|
|
• “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19 |
|
|
|
• Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18 |
|
|
|
• Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14 |
|
|
|
• İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09 |
|
|
|
• Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
• Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05 |
|
|
|
• Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02 |
|
|
|
• Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59 |
|
|
|
• Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58 |
|
|
|
• Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00 |
|
|
|
• "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58 |
|
|
|
• Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28 |
|
|
|
• SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05 |
|
|
|
• Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02 |
|
|
|
• "Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37 |
|
|
|
• "Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33 |
|
|
|
• Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29 |
|
|
|
• Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24 |
|
|
|
• "Üzrü günahından betər"... Avtomobillərin çəninə benzin əvəzinə su vuran "Lukoil"ə inamsızlıq yaranıb
Bu gün, 12:17 |
|
|
|
• Yumurtanın qiyməti 22 qəpiyə QALXDI – Qıtlıq, yoxsa bayramqabağı BAHALAŞMA?
Bu gün, 12:14 |
|
|
|
• "Tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır..." - ÇAĞIRIŞ
Bu gün, 12:09 |
|
|
|
• “Azərişıq”da yeni rəis TƏYİNATI - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Starmer Ukraynaya qoşun göndərməyə hazırdır - "The Times"
Bu gün, 12:02 |
|
|
|
• Markovdan sensasiya: Tramp Bakıya gəlir? - "Bu məkan həqiqətən də..."
Bu gün, 11:58 |
|
|
|
• Paşinyan anonsunu verdi – Əliyevin şərti yerinə yetirilir
Bu gün, 11:54 |
|
|
|
• Əziz Orucovun işinə bu hakim baxacaq - AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• TEYMUR MUSAYEV HƏBSİN BİR ADDIMLIĞINDA - Gecəni nazirlikdə keçirdi, heç kəs telefonlarına cavab vermir
Bu gün, 11:50 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi 19,4 milyon manata başa gələcək
Bu gün, 11:46 |
|
|
|
• Maaş tələb edənlər işdən çıxarılmaqla hədələnir... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• Bakıda oturub Kanada banklarını soyanlar... - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Ukrayna Moskvanı vura biləcək raket üzərində çalışır - "The Economist"
Bu gün, 11:24 |
|
|
|
• Sakinlər buna görə başçıya üz tutdular... - "Mərkəzi küçə bu gündədirsə..."
Bu gün, 11:22 |
|
|
|
|