İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                     1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı .....                     Həbsdə olan həmkarlarının yanına gedəcəklər... .....                     Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... .....                     Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? .....                     Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb .....                     Rəhbərsiz qalan nazirlik... .....                     8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... .....                     Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? .....                     ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb .....                     Jurnalistlər NECƏ DOLANACAQ? .....                     Narazı işçi SOCAR şefinə ÜZ TUTDU .....                     “Vahid Qafqaz evi” layihəsi... .....                     Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" .....                     Uşağa görə boşanmamaq: .....                     “Leş Tofiq”lər hərəkətə keçdi .....                     “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” .....                     Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, .....                     Təhsildə ikitirəlik yaranır .....                     Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi .....                     ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək .....                     “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” .....                     Zabrat maşınqayırma zavodu özəlləşdirilir .....                     Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                     Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub .....                     Bu mebel şirkətləri külli miqdarda borca düşdü .....                     İlham Əliyevlə Zelenski .....                     Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... .....                     "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı! .....                     Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş .....                     Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ .....                     Putin TŞ-nin müşavirəsini keçirib, .....                     “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” .....                     14 il deputat olub, indi icra başçısıdır .....                     Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı .....                 

“Akkord” jurnalistin mənzilinə necə əl qoydu – Qalmaqalın izi ilə
Tarix: 27-05-2020, 14:03 | Çap et
“Akkord” jurnalistin mənzilinə necə əl qoydu
Ölkədə karantin rejimi ilə əlaqəli vətəndaşların sıxıntılara düşdüyü bir dönəmdə, Prezidentin təşəbbüsü və göstərişləri ilə əhalinin itkilərinin azaldılması istiqamətində tədbirlər görüldüyü zamanda, bu siyasətlə ziddiyyət təşkil edən proseslər də yaşanırmış. Belə ki, bu yaxınlarda “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Qaraşoğlu “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasını ailəsinə məxsus, Abşeron Gənclər Şəhərciyində yerləşən mənzili ələ keçirməkdə günahlandırıb. (Əziz Qaraşoğlunun ittihamları ilə bu KEÇİDdə tanış ola bilərsiniz https://www.youtube.com/watch?v=ynL6qgDBhDs&feature=youtu.be).

Şirkətlə Anar Orucov arasındakı mübahisənin sümüyə dirəndiyi bu mənzilin hekayəsini isə bizə Əziz Qaraşoğlu danışdı. Onun sözlərinə görə, mənzil 2007-ci ilin avqustunda qardaşının adına alınıb. Əziz Qaraşoğlunun ailəsi evi yaxşıca təmir edərək bu mənzildə məskunlaşıblar. Ümumi dəyəri 27 min manat olan mənzilin 21 min 650 manatını Orucovlar ailəsi ödəyib. Yəni, mənzilin ümumi dəyərinin ödənişinin bitməsi üçün yalnız 5350 manatı qalıb.

"Bəli, kreditin ödənilməsində gecikmələrimiz oldu, amma “Akkord” ilə gecikmənin ola biləcəyi barədə razılaşmamız vardı. Ancaq gözlənilmədən, 2017-ci ildə “Akkord” müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etdi. Məhkəmə şirkətin xeyrinə qərar verdi və bizdən mənzili boşaltmağımızı istədilər”, - jurnalist bildirib.
Kanal 13”ün direktorunun məhkumluğu ləğv edildi – Novator.az
Nədənsə, məhkəmə qərarı zamanı Orucovlar ailəsinin ipoteka üçün ödədiyi 21650 manatın geri qaytarmalı olduğunu qeyd etmək “unudulub”. Məhkəmə ailənin təmir xərclərinin geri qaytarmalı olduğunu da nəzərə almayıb. Ə.Qaraşoğlunun dediyinə görə, məhkəmə qərarından sonra “Akkord”la borcun qaytarılmasına dair danışıqlara davam ediblər. Və şirkət rəhbərliyinin razılığı ilə ailəsi həmin mənzildə yaşamağa davam edib.

Lakin bu ilin may ayında Orucovlar ailəsinin mənzildə olmamasından istifadə edərək, şirkət işçiləri qapını sındıraraq evə daxil olub və qapının kilidini dəyişdiriblər: “Həmin evdə bizim əşyalarımız qalıb, öz əşyalarımızı da götürə bilməmişik. Bundan əlavə, şirkət kredit üçün ödədiyimiz və təmir üçün xərclədiyimiz vəsaiti də bizə qaytarmaqdan imtina edir”.

Baş verənləri AYNA-ya Qaraşoğlunun vəkili Bəhram Bayramov da təsdiqləyib: “Məhkəmə Anar Orucov ilə “Akkord” arasında bağlanmış müqaviləni ləğv etmək qərarına gəlib, amma məhkəmə qərarında Orucovlar ailəsinin mənzildə qalan əmlakının geri qaytarılması ilə bağlı heç bir qeyd yoxdur. Habelə, təmir xərclərinin ödənilməsi məsələsi də qeyd edilməyib”.

"Akkord"un hüquqşunası Zamil Abdullayev AYNA-ya açıqlamasında şirkət qanunsuz heç bir iş görmədiyini deyib: “İpoteka müqaviləsi Əziz Qaraşoğlunun qardaşı Anar Orucovla bağlanıb. Məhkəmə qərarı əsasında hərəkət etdiyimiz üçün addımlarımız tamamilə qanunidir. Mən özüm vətəndaşla, borcun ödənilməsində gecikmə olduğuna görə müqavilənin ləğvi tələbi ilə iddia qaldırdım və məhkəmə bizim tələbimizi təmin etdi”.

O, Orucovlar ailəsinin ipoteka krediti üçün ödədiyi bütün pulları geri qaytarmağa hazır olduqlarını da iddia etdi: “Onlar, həmçinin həmin evdə olan əmlaklarını da götürə bilərlər. Təmir üçün xərclənən pula gəlincə isə, Orucovlar təmir işlərinin dəyərini müəyyənləşdirmək və bu pulu geri qaytarmaq üçün bir araşdırma tələb edərək məhkəməyə müraciət edə bilərlər”.

Əziz Qaraşoğlu isə hesab edir ki, “Akkord”un vəkili, yumşaq desək, hiyləgərlik edir: "Təmir üçün sərf etdiyimiz xərclərin geri qaytarılması üçün “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasını məhkəməyə verməyə hazırlaşırıq. Mənzil üçün ödədiyimiz pulun geri qaytarılması ilə bağlı dəfələrlə bu şirkətə müraciət etmişik. Lakin rəhbərlik tələblərimizi qəti şəkildə rədd edir”.

Belə vəziyyətdə bir neçə sual yaranır:

1) Əgər şirkət Orucovlar ailəsinin borcun tam ödənilməməsinə baxmayaraq, mənzildə yaşamasına icazə vermişdisə, niyə fikrini birdən-birə dəyişib?

2) Məhkəmənin qərarı bütün vətəndaşlar tərəfindən icra edilməlidir, amma iş niyə məhkəmə icraçıları tərəfindən deyil, “Akkord” işçiləri tərəfindən icra olunur, üstəlik, cavabdeh evdə olmadığı zaman?

3) Orucovlar ailəsinin mənzildə qalan əmlakının təhlükəsizliyinə kim zəmanət verir? Axı, ailənin qalan pulu ödəməsi üçün bir müddət vaxt verilə bilər. Mənzil ələ keçirilərkən “Akkord” işçilərindən başqa orda heç bir şahid olmayıb. Buna görə də əmlakın siyahıya alınması aparılmayıb.

Şirkət nümayəndələri bütün bu suallara cavab verməlidirlər və əgər onlar da cavab vermirlərsə, çox güman ki, buna məhkəmə cavab verəcək. Lakin bu işdə ən vacib sual fərqlidir: KİV “Akkord”un Azərbaycanın keçmiş Baş prokuroru Zakir Qaralova məxsus olduğunu iddia edir. Şirkət nümayəndələri Qaraşoğlunun mənzilinə Qaralovun vəzifədən kənarlaşdırılmasından əvvəl daxil olublar. İndi "sahibi"nin gücsüz olduğunu düşünsəniz, “Akkord” nümayəndələri kobud qanun pozuntuları ilə işləməyə davam edəcəklər, yoxsa başa düşəcəklər ki, müştəri ilə hər hansı bir mübahisədə insan hüquqlarını pozmamaq üçün ortaq bir məxrəcə gəlinməlidir? Xüsusilə, ölkə üçün belə çətin bir zamanda bu sualın aydınlığa çıxması çox mühümdür...
//AYNA.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Dünən, 18:57
Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Dünən, 18:02
“Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Dünən, 17:59
“Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Dünən, 17:54
Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Dünən, 17:52
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Dünən, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Dünən, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Dünən, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Dünən, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Dünən, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Dünən, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Dünən, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Dünən, 17:00
İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Dünən, 16:55
Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Dünən, 16:40
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Dünən, 16:36
Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Dünən, 16:33
Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Dünən, 16:28
Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Dünən, 16:19
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Dünən, 16:18
14 il deputat olub, indi icra başçısıdır - FOTO
Dünən, 16:16
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Dünən, 16:13
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Dünən, 16:11
Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Dünən, 16:08
“SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Dünən, 16:06
Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Dünən, 15:57
Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Dünən, 15:54
Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Dünən, 15:50
Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Dünən, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Dünən, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru