Alimpaşa Məmmədovun gedəcəyi tarix bəlli oldu - "Seçkilərdən dərhal sonra..."
Tarix: 16-01-2020, 12:04 |
Çap et
DİA.AZ: - Dünən Prezident Administrasiyasının rəhbərliyi tərəfindən tənbeh edildiyi deyilən Şəmkir rayon İH başçısı Alimpaşa Məmmədovla bağlı redaksiyamıza yeni informasiya daxil olub.
Xatırladaq ki, yerli KİV-də Alimpaşa Məmmədovun PA rhbərliyi tərəfindən "seçkilərə müdaxilə" səbəbindən tənbeh olunduğu haqda informasiya yayılıb.
diaaz.space-a daxil olan son bilgilərdə isə qeyd olunur ki, Şəmkirin icra başçısı yaxın günlərdə vəzifəsi ilə vidalaşmalı olacaq. Mənbənin diaaz.space-a söylədikləri:
"Konkret vaxt bəllidir əslində. Seçkilərdən dərhal sonra Alimpaşa Məmmədov görəvindən alnacaq".
Qeyd edək ki, Alimpaşa Məmmədov keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı kimi də tanınır.