“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti
Tarix: 25-04-2018, 15:49 | Çap et
 DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin gənc və istedadlı developerlərinə dəstək göstərmək üçün genişmiqyaslı “AppLab” inkubasiya proqramını həyata keçirir.
DİA.AZ xəbər verir ki, “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
Bunlardan biri olan “ARZoom” proqramı “tamamlanmış reallıq” (“augmented reality”) texnologiyası əsasında layihələndirilmiş yeni nəsil marketinq və reklam alətidir. İnteraktiv kontentin hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan bu innovativ platforma həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə olunur və öz multifunksionallığı, geniş imkanları və eyni zamanda sadəliyi ilə seçilir. Həmçinin bu platforma müştərilərə birbaşa çıxış imkanı verən “hədəfləmə” funksionallığına malikdir. Bu alətdən istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən innovativ bir tərzdə təqdim edə biləcək. Bu layihə 2017-ci ildə Bakcell şirkətinin “AppLab” mərkəzində inkubasiya prosesindən keçib və artıq 5000 istifadəçi tərəfindən Google Play və App Store rəqəmsal platformalarından yüklənib.
“ARZoom” proqramı Fərid və Araz Davudov qardaşları və onların komandası tərəfindən “Bakcell”in innovativ “AppLab” mərkəzinin avadanlığı və geniş imkanlarından istifadə edərək yaradılıb. Gənc developerlərimiz artıq ilk böyük müştərisini qazanıb. Belə ki, “ARZoom” komandası ən son texnologiya əsasında qurulmuş reklam xidmətlərinin göstərilməsi üçün öz artırılmış reallıq platforma xidmətlərini Türkiyənin məşhur mebel şirkətinə təqdim etməyə başlayıb. Buna baxmayaraq, platformanın daha da təkmilləşdirilməsinə yönəlmiş tədbirlər davam etdirilir və bu yaxınlarda proqrama “yerləşmə əsaslı artırılımış reallıq” (“location-based AR”) and “müasir təsvir tanınma” (“Advanced image recognition”) texnologiyaları əsasında yeni funksionallıq əlavə edilib.
“Mənim fikrimcə “Bakcell”in dəstəyi olmasaydı, biz bu uğuru əldə edə bilməzdik. “AppLab” proqramı gənc developerlər üçün innovativ bir platformanı təmin etməklə onların ideyalarını həyata keçirməyə kömək edir. Ümid edirəm ki, bu layihə gənc startapçılara dəstək göstərməyə davam edəcək və biz yerli gənclərin daha böyük uğurlarının şahidi olacağıq”, deyə Fərid Davudov bildirib.
Qeyd edək ki, “ARZoom” platforması Bakcell şirkətinin “AppLab” lahiyəsinin digər məzunları ilə birgə “Bakutel-2017” sərgisinin çərçivəsində Bakcell stendində təqdim edilib və sərginin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
“AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57 |
|
|
|
• Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51 |
|
|
|
• Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36 |
|
|
|
• Ramin Quluzadəyə itki üz verib
Bu gün, 09:13 |
|
|
|
• “Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri
Bu gün, 09:02 |
|
|
|
• Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:51 |
|
|
|
• Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:46 |
|
|
|
• 40 ilin işçisinin başına belə oyun açdılar... - NHMT sədri İZAHAT İSTƏDİ
Bu gün, 08:43 |
|
|
|
• Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? – Borcu 700 min manatı ötüb
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanı Xəzərdən gözləyən təhlükə - Bakıdan hazırlıq
Bu gün, 08:24 |
|
|
|
• “LC Waikiki”-in müştərisi narazılıq edir - Şok faktlar üzə çıxdı
Bu gün, 07:26 |
|
|
|
• Əvvəlcə təmir etdilər, indi də bağlayırlar - AXI NİYƏ?..
Bu gün, 07:14 |
|
|
|
• İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır - GƏLİŞMƏ
Bu gün, 07:10 |
|
|
|
• "Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" - ETİRAZ
Bu gün, 07:04 |
|
|
|
• Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... - FAKT BUDUR!
Bu gün, 07:00 |
|
|
|
• ABŞ-nin Kiyevin təhlükəsizliyinin təmin edilməsində iştirakı irəliləyişdir - Makron
Bu gün, 06:54 |
|
|
|
• Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
• Rusiyanın münasibəti artıq düşmənçilikdir - FAZİL MUSTAFA NET DANIŞDI
Bu gün, 06:47 |
|
|
|
• "Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..." - Dəlixanaya yerləşdirilən məşhur bəstəkar
Bu gün, 06:39 |
|
|
|
• Zəngəzurda iki istiqamətdən hücum var – Paşinyan Bakıya kömək etməlidir
Bu gün, 06:35 |
|
|
|
• Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:35 |
|
|
|
• Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb - “Truth Sosial”
Bu gün, 02:33 |
|
|
|
• HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• "Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL
Dünən, 17:57 |
|
|
|
• Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? - ŞƏRH
Dünən, 17:51 |
|
|
|
• “Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? - 20 ildir parlamentdə “susqun kölgə”
Dünən, 17:40 |
|
|
|
• Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Dünən, 17:38 |
|
|
|
• "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Dünən, 17:29 |
|
|
|
• Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Dünən, 17:18 |
|
|
|
• Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Dünən, 17:17 |
|
|
|
• Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Dünən, 17:08 |
|
|
|
• Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Dünən, 17:02 |
|
|
|
• Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Dünən, 17:00 |
|
|
|
• "Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Dünən, 16:56 |
|
|
|
• Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Dünən, 16:51 |
|
|
|
• “Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Dünən, 16:47 |
|
|
|
• “Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Dünən, 16:45 |
|
|
|
• Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Dünən, 16:37 |
|
|
|
• BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Dünən, 16:30 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Dünən, 16:21 |
|
|
|
• Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:13 |
|
|
|
• Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Dünən, 16:11 |
|
|
|
• Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib - ƏMR
Dünən, 16:10 |
|
|
|
• Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı
Dünən, 15:05 |
|
|
|
• Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib - ONA GÖRƏ DƏ...
Dünən, 15:01 |
|
|
|
• Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir - KİV
Dünən, 14:50 |
|
|
|
• Ukrayna neytral olsaydı, müharibə olmazdı! – Bu bir rus nağılıdır
Dünən, 14:46 |
|
|
|
• “Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıb
Dünən, 14:40 |
|
|
|
• Ermənistanın “EV TAPŞIRIĞI” – Yeni konstitusiya ilə bağlı referendum bu tarixdə KEÇİRİLƏ BİLƏR
Dünən, 14:36 |
|
|
|
|