Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                     Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş .....                     Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR .....                     Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI .....                     Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır .....                     Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF .....                     Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? .....                     Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz .....                     Qonşuda müharibə və Azərbaycan reallığı .....                     İran İsraillə münaqişədə qalib gələcək .....                     Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var .....                     Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib .....                     Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu .....                     İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi .....                     Dövlət Komitəsinin 226 min manatlıq tenderi .....                     Şah oğlunun müraciəti və xalqların arzusu: .....                     Vaşinqton Tehrandan nə istəyir? .....                     Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? .....                     “Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb .....                     Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? .....                     17 ildə büdcəni belə talayıblar... .....                     Nifaq salmaq istəyən nökərlərə qardaşlıq .....                     “Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” .....                     “Ən pis sülh, müharibədən yaxşıdır”... .....                 

Ağdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEY
Tarix: 11-09-2017, 12:21 | Çap et
Ağdamda bu kəndə "Yezid zülmü" verilir...
Ağdam rayon Alıbəyli kəndində əhali içməli su ilə artezianlar vasitəsi ilə təmin edilir. Ancaq kənd sakinlərinin "Ölkə.Az"-a verdiyi məlumata görə, 2 ilə yaxındır ki, artezian işləmir və əhali suya həsrət qalıb.

Məsələni dəqiqləşdirmək üçün "Ölkə.Az"-ın reportyor qrupu Alıbəyli kəndində olub. Qarşılaşdığımız mənzərə isə təkcə əhalinin susuz qalması yox, daha ciddidir. Təsəvvür edin, məktəbdə su yox, tibb məntəqəsində su yox, uşaq baxçasında su yox. Bunlar barədə daha geniş aşağıda oxuya bilərsiniz.

Kənd sakinlərinin sözlərinə görə, yanmış artezian 40 evi, 360 şagirdi olan məktəbi və Alıbəyli kəndinin uşaq baxçasında yerləşən 6 köçkün ailəsini və 18 həyətyanı ərazinin suvarılmasını təmin edirmiş. Kənd sakinləri isə suyu maşın və eşşək arabaları ilə gətirir.

Kənd sakinlərinin sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinə, su təsərrüfat idarəsinə dəfələrlə müraciət ediblər, ancaq müraciətləri elə müraciət olaraq da qalıb. İcra hakimiyyətindən və digər əlaqədar qurumlardan kənd sakinlərinə "siz də köməklik edin, biz də köməklik edək, yeni artezian quyusu qazdıraq" deyilib, ancaq kənd sakinləri əhalinin maddi gücünün olmadığını vurğulayıb. Ağdam rayon icra hakimiyyətindən Alıbəyli kənd sakinlərinə deyilən son söz o olub ki, artezian quyusunun qazılması üçün 12 min manat pul lazımdır, həmin pulun 8 min manatını kənd sakinləri yığmalı, yerdə qalan 4 min manatı isə icra başçısı öz cibindən verəcək.

Kənd sakinlərini əsas düşündürən isə məktəblərin yaxın günlərdə açılması və övladlarının susuz nə edəcəyidir. Kənd sakinləri bildirirlər ki, şagirdlər tənəffüs olan kimi hasardan boylanaraq qonşu evlərdən su istəyirlər.

Kənd sakinləri ilə axmayan artezianın üstündəki söhbətdən sonra Alıbəyli kənd tam orta məktəbə gedirik. Qeyd edək ki, məktəblə artezian qonşudur. Məktəbin həyətinə girəndə məsələnin ciddiyətini dərhal anlamaq olur- ağaclar quruyub, məktəbin həyətindəki çəmənlik isə saralıb. Deyir betərin betəri var, müəllimlərlə söhbət zamanı isə məlum oldu ki, məktəbin sanitar qovşağı su olmadığı üçün işləmir. Şagirdlərin təbii ehtiyaclarını necə ödəyəcəyini heç kim bilmir.

Məktəbin müəllimi Hüseynov Azər: "Məktəbimizə ən yaxın artezian 700 metr uzaqlıqda yerləşir. Xadimələr məktəbi təmizləmək üçün suyu evlərindən gətirirlər. Evdən gətirilən 5 litr su ilə məktəb təmizləmək olar? Bizi ən çox narahat edən isə sanitar qovşaqdır. Susuzluqdan məktəbdə şagirdlər arasında xəstəlik yayıla bilər.

Məktəbin həyətində olarkən təmizlik işlərinin görüldüyünü görürük. Xadimələrdən biri olan Məmmədova Yetərlə söhbət edən zamanı məlum olur ki, 2 ildir ki, məktəb susuzluqdan əziyyət çəkir:

"Bizdən təmizlik tələb edəcəklər. Bir neçə gün sonra uşaqlar məktəbə gələcək, tozun-torpağın içərisində uşaqlar necə oxuyacaq? Mənim evdən su gətirmək kimi vəzifə borcum yoxdur, uşaqlara xatir evdən su gətiririk, ancaq bunu həll etməyin yolu var".

Müəllimlərlə birlikdə məktəbin yeni təmir edilmiş sanitar qovşağına baxmağa gedirik. Susuz sanitar qovşağın necə olduğunu özünüz təsəvvür edin...

Məktəbin həyətində məktəbi istilik sistemi ilə təmin etmək üçün istilik sistemi quraşdırılıb. Ancaq susuz bu istilik sistemi nə ilə işləyəcək, bunu heç kim bilmir.

Məktəbin həyətində olduğumuzu bilən kənd sakinləri, şagirdlərin valideyinləri məktəbə axın edir. Bayramov Mətləb bildirir ki, 2 ildir ki, su deyib, hər qapını döyürük, ancaq bu problem həll olmur. Məktəbimiz gözünüzün qarşısında, həyətlərimiz də bundan pis gündədir. Ağdam kimi suyu bol olan rayonun sakinləri susuz qalmamalıdır".

Birinci qrup Qarabağ əlili Rzayev Rafiq isə bildirir ki, səs-küy salan kimi deyirlər dövlətə qarşı çıxırsınız:

"Qardaş, bax bu vəziyyətdə o məmurlar yaşaya bilər? Biz suyumuzu tələb edirik, başqa nə istəyirik ki? Əlil adamam, özümü güclə gəzdirirəm, suyu necə daşıyım?".

Məktəbdəki acınacaqlı vəziyyəti görüb gedirik uşaq baxçasına. Uşaq baxçasının müdiri Hüseynova Elza nə qədər desə də ki, bura uşaq baxçasıdır, heç cür bunu qəbul edə bilmədim. Açığı mal tövləsi bu baxçanın yanında saraya bəzəyir. Nə isə, mövzu bu deyil.

Hüseynova Elza bunları deyir:

"Şəraitin olmaması bir dərd, suyun olmaması isə başqa bir dərddir. Uşaq məndən su istəyəndə mən ona nə verim? İndi hansı dövrdür ki, uşaq hazırlamaq üçün heç nə vermirlər? 2-ci Dünya müharibəsində baxçaların ərzağını kəsməyiblər, indi hansı zəmanədir ki, baxçaya heç nə vermirlər? Millətin gələcəyi uşaqlardır, uşaqlara belə münasibət olan millətin gələcəyi olar?".

Alıbəyli kəndinin tibb məntəqəsinə gedirik. Tibb məntəqəsində 2 tibb bacısı ilə qarşılaşdıq. Tibbi bacıları istehza ilə bildirdi ki, görün necə gözəl tibb məntəqəmiz var. Tibb məntəqəsi həqiqətən istehzalı gündədir. Tibb məntəqəsinin içərisində yerdə kapron qabda su gördük, tibb bacıları bildirdi ki, bu suyu evdən gətirmişik, birdən ürəyi gedən, halı pis olan olar, onların üzünə-gözünə vuraq.

Deyirlər, su həyatdır. Əgər bu həqiqətən belədirsə, Ağdam rayon Alıbəyli kəndində artıq həyat bitib.




Ağdamda bu kəndə "Yezid zülmü" verilir...
Ağdamda bu kəndə "Yezid zülmü" verilir...
Ağdamda bu kəndə "Yezid zülmü" verilir...
Ağdamda bu kəndə "Yezid zülmü" verilir...
Ağdamda bu kəndə "Yezid zülmü" verilir...
Ağdamda bu kəndə "Yezid zülmü" verilir...
Ağdamda bu kəndə "Yezid zülmü" verilir...
Ağdamda bu kəndə "Yezid zülmü" verilir...
Ağdamda bu kəndə "Yezid zülmü" verilir...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Bu gün, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Bu gün, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Bu gün, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Bu gün, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Bu gün, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Bu gün, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Bu gün, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Bu gün, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Bu gün, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Bu gün, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Bu gün, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Bu gün, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Bu gün, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Bu gün, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Bu gün, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Bu gün, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Bu gün, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Bu gün, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Bu gün, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Bu gün, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Bu gün, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Bu gün, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Bu gün, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Bu gün, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Bu gün, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Bu gün, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Bu gün, 15:59
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Bu gün, 15:58
Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Bu gün, 15:55
İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi - Son dəfə...
Bu gün, 15:52
Dövlət Komitəsinin 226 min manatlıq tenderi - LƏĞV OLUNDU
Bu gün, 15:36
Şah oğlunun müraciəti və xalqların arzusu: - Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi
Bu gün, 15:32
Vaşinqton Tehrandan nə istəyir? - Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma
Bu gün, 15:30
Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? - HƏQİQƏTƏNDƏMİ?
Bu gün, 15:21
“Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb
Bu gün, 13:10
Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? - İLGİNC
Bu gün, 13:07
17 ildə büdcəni belə talayıblar... - TƏFƏRRÜAT
Bu gün, 13:04
Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI
Bu gün, 13:02
“Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” – BBC jurnalistinin şəxsi dramı
Bu gün, 12:58
“Ən pis sülh, müharibədən yaxşıdır”... - "Regionda diplomatiya əvəzinə silahlar işlədilir"
Bu gün, 12:56
Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj - NƏ BAŞ VERİR?
Bu gün, 12:49
Türkiyə İranla olan sərhədlərini möhkəmləndirir
Bu gün, 12:45
Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir - TƏFƏRRÜAT
Bu gün, 12:43
Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur
Bu gün, 12:42
Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər - AÇIQLAMA
Bu gün, 12:28
Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... - NARAZILIQ VAR...
Bu gün, 12:24
İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? - AKTUAL
Bu gün, 12:21
İranda xalq DEVRİMƏ QALXARSA... - QAN... QİSAS... VƏ...
Bu gün, 12:19
Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq - Məsud Pezeşkian
Bu gün, 12:15
Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru