"Heç nədən, alacağım cəzadan da qorxmuram" - Astan Şahverdiyev yenə də meydan oxudu
Tarix: 7-08-2017, 12:56 | Çap et
 Milli Məclisin deputatı Astan Şahverdiyev Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırıb. O “Saytlar Əli müəllimin nəvəsinə məxsus avtomobilə yüksək qiymətlər qoyurlar. O avtomobilin milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?”-deyib. Avqustun 7-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Modern.az qəza baş verən an Nail Allahverdiyevin öz evində olmasını israrla vurğulayan və mətbuatı şou yaratmaqda günahlandıran Astan Şahverdiyevə yenidən müraciət edib. Astan Şahverdiyev məsələ ilə bağlı açıqlama vermək istəməyib: “Xahiş edirəm mənə heç bir sualla müraciət etməyin. Mən danışmaq istəmirəm. Heç nədən, alacağım cəzadan da qorxmuram”,- deyərək dəstəyi asıb. Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Məhkəmənin hökmü ilə N.Allahverdiyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilmiş və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib. "Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq Dövlət Başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək"-deyə birgə məlumatda bildirilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Bu gün, 17:05 |
|
|
|
• Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Bu gün, 17:03 |
|
|
|
• ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Bu gün, 16:57 |
|
|
|
• İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Bu gün, 16:53 |
|
|
|
• Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Bu gün, 16:37 |
|
|
|
• Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Bu gün, 16:35 |
|
|
|
• Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Bu gün, 16:32 |
|
|
|
• Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Bu gün, 16:22 |
|
|
|
• Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Bu gün, 16:19 |
|
|
|
• Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Bu gün, 16:17 |
|
|
|
• Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Bu gün, 16:13 |
|
|
|
• Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Bu gün, 16:08 |
|
|
|
• Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Bu gün, 16:04 |
|
|
|
• İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Bu gün, 16:03 |
|
|
|
• Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Bu gün, 15:59 |
|
|
|
• Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Bu gün, 15:58 |
|
|
|
• Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Bu gün, 15:55 |
|
|
|
• İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi - Son dəfə...
Bu gün, 15:52 |
|
|
|
• Dövlət Komitəsinin 226 min manatlıq tenderi - LƏĞV OLUNDU
Bu gün, 15:36 |
|
|
|
• Şah oğlunun müraciəti və xalqların arzusu: - Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi
Bu gün, 15:32 |
|
|
|
• Vaşinqton Tehrandan nə istəyir? - Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma
Bu gün, 15:30 |
|
|
|
• Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? - HƏQİQƏTƏNDƏMİ?
Bu gün, 15:21 |
|
|
|
• “Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? - İLGİNC
Bu gün, 13:07 |
|
|
|
• 17 ildə büdcəni belə talayıblar... - TƏFƏRRÜAT
Bu gün, 13:04 |
|
|
|
• Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI
Bu gün, 13:02 |
|
|
|
• “Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” – BBC jurnalistinin şəxsi dramı
Bu gün, 12:58 |
|
|
|
• “Ən pis sülh, müharibədən yaxşıdır”... - "Regionda diplomatiya əvəzinə silahlar işlədilir"
Bu gün, 12:56 |
|
|
|
• Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj - NƏ BAŞ VERİR?
Bu gün, 12:49 |
|
|
|
• Türkiyə İranla olan sərhədlərini möhkəmləndirir
Bu gün, 12:45 |
|
|
|
• Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur
Bu gün, 12:42 |
|
|
|
• Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... - NARAZILIQ VAR...
Bu gün, 12:24 |
|
|
|
• İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? - AKTUAL
Bu gün, 12:21 |
|
|
|
• İranda xalq DEVRİMƏ QALXARSA... - QAN... QİSAS... VƏ...
Bu gün, 12:19 |
|
|
|
• Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq - Məsud Pezeşkian
Bu gün, 12:15 |
|
|
|
• Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Bu gün, 12:13 |
|
|
|
• Daxili savaş gedir, generalların yeri İsrailə ötürülür
Bu gün, 12:11 |
|
|
|
• Bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:07 |
|
|
|
• İranda rejimi hərbi yolla dəyişmək istəyənlər... - Makron xəbərdarlıq etdi
Bu gün, 12:04 |
|
|
|
• İsrail-İran gərginliyi: - Pezeşkian müşavirə keçirdi
Bu gün, 12:03 |
|
|
|
• Sığorta şirkətinin rəhbərliyinə təyinatlar olub - ADLAR...
Bu gün, 11:53 |
|
|
|
• “Vəziyyət ağırlaşır, bacaranlar Tehranı tərk edir” – Əfşar Süleymani
Bu gün, 11:50 |
|
|
|
• Atasını öldürən yeniyetmənin anası və qardaşı da həbs edildi - Balakəndəki dəhşətli qətldə şok detallar
Bu gün, 11:47 |
|
|
|
• Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub - BUNDAN SONRA...
Bu gün, 11:31 |
|
|
|
• Vəhdət Partiyası və Tahir Kərimlidən nümunə götürmək zamanı... - ÇAĞIRIŞ
Bu gün, 11:22 |
|
|
|
• Binəqədidə tikinti anarxiyası – Elxan Allahverdiyevin ÇƏTİRİ ALTINDA...
Bu gün, 11:18 |
|
|
|
• Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın! - NARAZILIQ VAR...
Bu gün, 11:15 |
|
|
|
• Paşinyan Karapetyana məxsus elektrik şəbəkələrini milliləşdirmək niyyətindədir - KİV
Bu gün, 11:11 |
|
|
|
|