Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək .....                     Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub .....                     Paşinyan yenə kilsədən yazdı .....                     7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu .....                     Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq .....                     Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək .....                     Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü .....                     “Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? .....                     İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər .....                     Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi .....                     Baş prokuror Ləmbəranskini işdən çıxardı .....                     “Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” .....                     Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub .....                     Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı .....                     Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır .....                     “Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib .....                     Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... .....                     Tikinti şirkəti səhmdarlarına .....                     Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır .....                     Xameneyi: Döyüş başlayır .....                     İşəgötürənlər bunu etməyə borcludur... .....                     Araşın oxu İranın özünə girəcək... .....                     Zəngəzur dəhlizi üçün YENİ ŞANS... .....                     İranla bağlı Ağ Evdə keçirilən qapalı iclas nəticəsiz yekunlaşıb .....                     İsrail İran uranın zənginləşdirilməsi üçün istifadə olunan istehsalat obyektlərinə zərbələr endirib .....                     Nəcəfli də Talıbovun yolu ilə gedir... .....                     İranda Azərbaycanla bağlı qərar verildi .....                     ABŞ hələ də inanır ki... .....                     Çin İrana nəqliyyat təyyarələri göndərib .....                     “Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” .....                     KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir .....                     Zabratda qanunsuz tikinti... .....                     Məmurlarımızın diplomu SAXTA İMİŞ .....                     Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! .....                     Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var .....                     Ağdamın quruculuğuna HARAM QATANLAR .....                     Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır .....                     Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır .....                     Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər .....                 

"Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini bir daha nümayiş etdirib" - Ramiz Mehdiyev
Tarix: 6-07-2017, 15:00 | Çap et
"Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini bir daha nümayiş etdirib"
"İyulun 4-də Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində növbəti irimiqyaslı təxribat həyata keçirərək Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə yaşlı qadın olmaqla, iki nəfər qətlə yetirilib, bir nəfər yaralanıb, əhalinin mülkiyyətinə xeyli ziyan dəyib. Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib".

APA-nın "Azərtac"a istinadən verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində həyata keçirdiyi növbəti təxribatla bağlı deyib.

"Son illər Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətində səylərini daha da gücləndirib. Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və düşünülmüş siyasəti sayəsində dövlətimiz həm diplomatik, həm də hərbi sahədə mühüm üstünlüklər əldə edib. 2016-cı ilin aprelində Ermənistan ordusunun davamlı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı minlərlə hektar torpağın, strateji yüksəkliklərin işğaldan azad olunması ilə nəticələnib. Tarixi aprel qələbəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş nöqtəsi olub, danışıqlar prosesində ölkəmizin mövqeyini əsaslı şəkildə möhkəmləndirib.

Bu gün işğaldan azad olunmuş və təhlükəsizliyi təmin edilmiş ərazilərimizə yenidən həyat qayıdır. Prezident İlham Əliyevin tapşırığına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə bərpa olunub və kənd sakinlərinin istifadəsinə verilib. Cocuq Mərcanlı öz yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı, bütün cəmiyyətimiz üçün əzəli torpaqlarımıza qayıdışın simvoluna çevrilib.

Uzun illərdir regionun siyasi və iqtisadi həyatından təcrid olunmuş, iqtisadi tənəzzül, sosial gərginlik şəraitində yaşayan Ermənistan indi həm də siyasi və hərbi sahədə ardıcıl məğlubiyyətlə üzləşir. Mövcud vəziyyət S.Sarkisyan cinayətkar rejiminin ölkə daxilində və xaricdə dayaqlarını ciddi şəkildə sarsıdıb. Görünür, Sarkisyan dinc azərbaycanlı əhaliyə qarşı davamlı şəkildə qanlı cinayətləri sanksiyalaşdırmaqla bir tərəfdən daxildə ona qarşı olan təzyiqləri neytrallaşdırmağa və hakimiyyətinin ömrünü uzatmağa, digər tərəfdən isə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı əhalidə vahimə, psixoloji gərginlik yaratmağa çalışır.

Əslində, bu, uzun illərdir Ermənistanın cinayətkar rejiminin dinc azərbaycanlı əhaliyə qarşı terror və soyqırımı siyasətinin davamıdır. 1992-ci ildə Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində, Xocalı şəhərində həyata keçirilmiş soyqırımları, habelə Azərbaycanın müxtəlif bölgələrində törədilmiş çoxsaylı terror aktları Ermənistan dövlətinin soyqırımı və terror siyasətini, əsl faşist mahiyyətini ifşa etmiş faktlardır. Sonrakı illərdə də bu siyasət ardıcıl şəkildə davam etdirilmişdir. 2016-cı ilin aprelində Ermənistan hərbi birləşmələri cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə 5 dinc sakin qətlə yetirilmiş, 30-dan artıq insan yaralanmışdır.

Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələb və çağırışlarını qulaqardına vurur, beynəlxalq qanunvericiliyi pozur, 25 ildir ki, Azərbaycan ərazilərini işğal altında saxlayır. Təəssüf ki, beynəlxalq birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur.

Azərbaycana qarşı bu dərəcədə açıq ikili standartların səbəbi nədir? Nəyə görə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın getdikcə azğınlaşan terror və soyqırımı siyasətinə, dinc insanlara qarşı amansız davranışına göz yumur və adekvat reaksiya vermirlər? Hansı səbəbdən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmur, məcburetmə tədbirləri həyata keçirilmir?

Hər fürsətdə insan hüquq və azadlıqlarını əlində bayraq edərək müstəqil dövlətlərə qarşı kampaniya həyata keçirən dairələrin, onların təsiri altında olan hüquq-müdafiə təşkilatlarının qadın və uşaqların qəddarcasına qətlə yetirilməsinə biganəliyi, laqeyd və susqun münasibəti nə ilə bağlıdır?

Əminliklə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar siyasəti, cəzasızlıq mühiti Ermənistanın hərbi-siyasi rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir. Dünya birliyinin qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir.

Mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb. Ermənistanın işğalçılıq, dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik qətiyyətli olmalı və vaxtı uzatmadan təsirli tədbirlər həyata keçirməlidir. Artıq dərk etməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər.

Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir. Bu, sadəcə söz deyil, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir. Beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın cinayətkar rejimi bu reallığı dərk etməlidirlər", - deyə PA rəhbəri qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək
Bu gün, 10:41
Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub - DOSYE
Bu gün, 10:33
Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edir
Bu gün, 10:30
7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 10:23
Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq - İcazə verin şübhələnək...
Bu gün, 10:20
Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək - TƏDARÜK VAR...
Bu gün, 10:00
Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü
Bu gün, 09:57
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
Bu gün, 09:55
İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər - İsazadə
Bu gün, 09:34
Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi - DETALLAR
Bu gün, 09:30
Baş prokuror Ləmbəranskini işdən çıxardı - ƏMR
Bu gün, 09:24
“Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” - AKTUAL
Bu gün, 09:22
Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı
Bu gün, 09:16
Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır - ÇAĞIRIŞ
Bu gün, 09:15
“Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:12
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 09:11
Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... - GƏLİŞMƏ
Bu gün, 09:06
Tikinti şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 09:03
Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır - ÇÜNKİ...
Bu gün, 08:54
Xameneyi: Döyüş başlayır - “X”
Bu gün, 08:53
İşəgötürənlər bunu etməyə borcludur... - Ekspert danışır...
Bu gün, 08:49
Araşın oxu İranın özünə girəcək... - BU ŞƏKKSİZDİR...
Bu gün, 08:46
Zəngəzur dəhlizi üçün YENİ ŞANS... - HƏM DƏ...
Bu gün, 08:42
İranla bağlı Ağ Evdə keçirilən qapalı iclas nəticəsiz yekunlaşıb
Bu gün, 08:40
İsrail İran uranın zənginləşdirilməsi üçün istifadə olunan istehsalat obyektlərinə zərbələr endirib - "Times of Israel"
Bu gün, 08:39
Nəcəfli də Talıbovun yolu ilə gedir... - BU DA FAKT!
Bu gün, 08:37
İranda Azərbaycanla bağlı qərar verildi – Minlərlə insan…
Bu gün, 07:36
ABŞ hələ də inanır ki... - “ABC News”
Bu gün, 07:26
Çin İrana nəqliyyat təyyarələri göndərib - KİV
Bu gün, 07:09
“Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” - NƏ ETMƏLİ?
Bu gün, 07:06
KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
Bu gün, 07:01
Zabratda qanunsuz tikinti... - hansı məmur icazə verib?
Bu gün, 06:55
Məmurlarımızın diplomu SAXTA İMİŞ - Şimali Kipr mediasından ŞOK İDDİA
Bu gün, 06:44
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
Bu gün, 06:35
Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var - “RR Constructions”dan qalmaqallı addım
Bu gün, 06:23
Ağdamın quruculuğuna HARAM QATANLAR - AXI NİYƏ?..
Bu gün, 06:19
Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır - RƏYLƏR
Bu gün, 06:10
Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
Bu gün, 06:08
Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər - GƏLİŞMƏ
Bu gün, 06:05
“Bakı, cənubdakı soydaşlarımızın gələcəyini düşünən yeganə mərkəzdir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Şuşa Dövlət Musiqili Dram Teatrı Xankəndində fəaliyyət göstərəcək? - “Təklifimi bəyəndilər, amma...”
Bu gün, 05:57
Rusiya təyyarənin vurulmasını Bakıya qarşı "kart" kimi saxlayır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:54
“Sabit tarif” modeli istehza doğurur: “Qatıq yox, balon üçün də pul verin” - BU NƏDİ BELƏ?
Bu gün, 05:52
Xamenei bu dəfə İsraili ivrit dilində təhdid etdi - "...mərhəmətli olmayacağıq"
Bu gün, 05:48
Husilər açıqladı: - Müharibəyə qoşuluruq!
Bu gün, 05:44
Azərbaycan İrana qoşunla daxil olmaq hüququna malikdir: 1921-ci il müqaviləsinə əsaslanaraq - TƏFƏRRÜAT
Bu gün, 05:35
İran ABŞ bazalarını vurmaq üçün hazırlıq görüb: - İlk olaraq bu ölkədəki bazalar vurulacaq
Bu gün, 05:33
SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik - "Yedioth Ahronoth" nəşri isə yazır ki...
Bu gün, 05:31
İsrail Ordusu Tehran ətrafında hücum əməliyyatına başlandığını açıqlayıb
Bu gün, 05:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru