Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                 

Hansı dövlət qurumları ləğv olunmalıdır? - ARAŞDIRMA
Tarix: 1-06-2017, 12:58 | Çap et
Hansı dövlət qurumları ləğv olunmalıdır?
“Təzadlar” ölkənin dövlət idarəetmə strukturlarının büdcə yükünü araşdırdı: Azərbaycanda 18 nazir, 16 komitə sədri və 8 xidmət rəisi, əhalisi bizdən 4 dəfə çox olan Ukraynada isə cəmi 16 nazir, 8 xidmət rəisi var...

Azərbaycan Prezidenti İlham Əliyev büdcə vəsaitlərinə qənaət edilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurum rəhbərlərinə xəbərdarlıq edib, tövsiyyələrini verib.

Bəli, Dövlət büdcəsi-dövlətimizin cibidir. Bu “cib”də olan vəsaitin daha vacib, həyati-əhəmiyyətli sahələrə xərclənməsi, özü də qənaətlə xərclənməsi, olduqca vacibdir. Bədxərclik hər bir adamı qısa vaxtda müflis etdiyi kimi, dövləti də büdcə kəsirli edərək kimdənsə borc asılılığına sala bilən bir kabusdur. Bəs Azərbaycan hökuməti özünü bu kabusdan-bədxərclikdən necə qoruyur?

Az işləyib çox yeyənlər...

Baş nazirin müavini Əli Əhmədov bu günlərdə KİV-ə açıqlamasında açıq şəkildə dedi ki, “Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur... Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.
***
Yaxşı xatırlayırıq ki, bir müddət əvvəl, daha doğrusu, neftin dünya bazarında qiymətinin aşağı düşməsindən sonra Azərbaycanın neftdən daxilolmaları kəskin azaldı və bu zaman hökumət haqlı olaraq bədxərcliyə son qoymaq qərarına gəldi. İlk növbədə dövlət idarəçiliyində təkrarçı qurumların bir çoxu ləğv olundu, bir çoxu birləşdirildi... Dövlət Torpaq Komitəsi, Satınalamalar üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyinin Departamenti və s. ləğv edildi... Bu yaxınlarda isə Nəqliyyat Nazirliyi ləğv edilərək strukturları paylaşdırıldı, əsas sahələri Rabitə /Nazirliyinə verildi. Amma ləğv edilməli Dövlət qurumları hələ də çoxdur...

Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilməlidir...

“Təzadlar” ötən araşdırma yazılarında bu mövzuya toxunmuşdu. Belə ki, artıq Azərbaycanda kənd təsərrüfatı sahələri fermerlərin özəl ixtiyarına verilib: heyvandarlıq, əkinçilik, tərəvəzçilik, eləcə də bağçılıq və balıqçılıq... bütünlüklə sahibkarlarlıq subyektidir. Məsələn, əgər taxılı əkən, səpən, becərən, biçən, satan... fermerdirsə, daha ildə Dövlət büdcəsindən aparatının saxlanılmasına on milyonlar ayrılan Kənd Təsərrüfatı Nazirliyinə və nazir Heydər Əsədova nə ehtiyac? Və yuxarıda dedik, heç o boyda Nəqliyyat Nazirliyi ləğv olundu və Heydər Əsədovun qudası, nazir Ziya Məmmədov bunu islahatların tərkib hissəsi kimi qəbul etdisə, başqa nə deyək...
Elə heyvandarlıq sahəsində də eyni məntiq hakimdir. Fermerlər heç süni mayalanmaya görə büdcədən ayrılan subsidiyaları (yardımları) hələ də doğru-dürüst ala bilmirlərsə, bəs onda onların başı üsütünü kəsdirmiş Kənd Təsərrüfatı Nazirliyinə ehtiyac qalırmı???

Heydər Əsədovun nazir kreslosu Azərbaycan Dövlət büdcəsinə neçəyə başa gəlir?

Budur, apardığımız araşdırma maraqlı faktları üzə çıxardı: məsələn, məlum olur ki, 2017-ci ilin Dövlət büdcəsində Azərbaycanın “Qanunvericilik və icra hakimiyyəti orqanlarının” saxlanılması xərcləri 558 miylon 339 min 828,0 manat olub. Həmin vəsaitin nə az az, nə çox-28 milyon manatı məhz Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin aparatının saxlanılmasına ayrılıb. Bir aparatı idarə etmək üçün bu qədər vəsait lazımdırmı?! Özü də o apparat ki, yuxarıda dedik, artıq ona ehtiyac qalmayıb-fermerlər “öz əli, öz başı” prinsipi ilə işləyib dolanır və ölkəni dolandırırlar...

Bəs Belorus, Moldova və Ukrayna ilə müqayisədə Azərbaycanda nazirlərimizin sayı nə qədərdir?

“Təzadlar” daha bir müqayisəli araşdırma apardı: məsələn, məlum olur ki, əhalisi 10 milyon nəfər olan Azərbaycanda baş nazir (Artur Rasi-zadə) və onun 6 müavini var (Yaqub Eyyubov, Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov). Ən təəccüblüsü: Azərbaycanda 18 nazir, nazirlik statuslu 16 komitə sədri, yenə də komitə statuslu 8 xidmət rəisimiz vardır. Biz hələ sayı-hesabı bilinməyən və özünü nazirlik kimi aparan ASC-ləri, QSC-ləri, iri Baş idarə və ya Departamentləri demirik. Onların da hər birinin rəhbəri özünü elə nazir kimi aparır və nazir kimi də pul xərcləyir.
İndi müqayisəyə diqqət edin: 42,4 milyon nəfər əhalisi olan (bizdən 4 dəfə çox) Ukraynada isə Baş nazir və onun 6 müavini, bir nəfər də NK-nın Nazirlər Kabinetinin naziri (belə adlanır) var. Ukraynada həm də 16 nazir və 8 Dövlət Xidmətinin rəisi vardır. Təsəvvür edirsinizmi, əhalisi bizdən 4 dəfə çox olan Ukraynada cəmi 16 nazir, bizdə isə 18 nazir! Beləliklə, Azərbaycan Hökumətinin tərkibində baş nazir və 6 müavindən başqa, nazirli, komitə sədrli və xidmət rəisli-42 iri ranqlı məmur, bizdən əhalisi 4 dəfə çox olan Ukraynada isə baş nazir və 7 müavinindən savayı, cəmi 24 iri ranqlı məmur vardır.
Eyni göstərici Belorusda belədir: əhalisi 10 milyon nəfər, Baş nazir və 5 müavini, 24 nazir, 7 komitə sədri və 7 Dövlət Xidməti rəisi.

Bəs Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin aparatında neçə ştat vahidi var?

Budur, Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin işçilərinin say tərkibi haqqında” 2005-ci il 4 iyul tarixli qərarına dəyişiklik edərək Prezidentin 2015-ci il 23 iyul tarixli fərmanının icrasına əsasən, Kənd Təsərrüfatı Nazirliyi aparatının işçilərinin say həddi 215 ştat vahidi, rayon və şəhər idarələrinin işçilərinin say həddi 780 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 36 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 26 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 24 ştat vahidi, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi aparatının işçilərinin say həddi 7 ştat vahidi, onun tabeliyində olan rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilib.
Təsəvvür edirsinizmi, bütün fəaliyyət sferası, yəni görməli işlərinin hamısı fermer və sahibkarların üstünə atılmış Kənd Təsərrüfatı Nazirliyinin ümumilikdə, ərazi və mərkəzi idarəetmə ştat vahidi 1215-dir!

Nazir Heydər Əsədov fermerlərə yox, idarə rəislərinə əzəmətli binalar tikdirir!

Apardığımız araşdırma daha bir əcaib faktı üzə çıxartdı:/ sən demə, nazir Heydər Əsədovun başı rayon “Aqroprom”larına təzə inzibati binalar tikdirməyə qarışdığından kənd təsərrüfatında, xüsusən də taxılçılıqda məhsuldarlığın artırılması yaddan çıxıb. Niyə? Axı, Prezidentin sərəncamı ilə 2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilmişdi. Amma istər 2015-də, istərsə də 2016-da taxılçılıqda məhsuldarlıq 30 faizdən yuxarı qalxmadı. Nəinki qalxmadı, yığılan(?) 3 milyon tona yaxın taxıl heç 1,7 milyon tonluq tələbatımızı belə ödəmədi və Azərbaycan xarici ölkələrdən valyuta ilə daha 1,3 milyon ton taxıl almalı oldu... Nazir Əsədov isə rəsmi açıqlama verir və sevincək bildirir ki, “...52 rayonda inzibati bina tikib bitirmişik və gələn ilin ilk rübündə təhvil veriləcək...” və sair. Kimin üçün və nədən ötrü?

Niyə qonşu ölkələrdə taxılın məhsuldarlığı yüksək olur, bizdə isə əksinə?

Müqayisə üçün deyək ki, Moldova Kənd Təsərrüfatı və Ərzaq Sənayesi Nazirliyi Moldova Hökumətinin 16 nazirliyindən biridir və ştat vahidi cəmi 166 nəfərdir. Bizdə isə 1215 ştat vahidi! Amma Moldovanın kənd təsərrüfatı naziri Eduard Qrama ötən ilin yekunlarına dair NK-nın hesabat yığıncağındakı çıxışında deyir: “2016-cı ildə taxılın orta məhsuldarlığı 36,4 sentner olub...”.
Bizim nazir Əsədov isə nəinki Prezidentə hesabat verəndə məhsuldarlığın aşağı olmasını quraqlığın boynuna atdı, həm də bildirdi ki, guya 30 sentnerdir... Və həmin göstərici Ukraynada 2016-cı ildə 38,5 sentner olub. Belorusun kənd təsərrüfatı naziri Vladimir Qrakun isə rəsmi açıqlamasında bildirib ki, 2016-cı ildə ölkə üzrə taxıl istehsalında məhsuldarlıq 39,4 sentner olub.
Nəhayət, Latviya Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2016-cı ildə ölkədə taxılın məhsuldarlığı 37,8 sentner olub (2015-ci ildə 44,9 sentner).
Hamıda yüksək, bizdə isə Dövlət büdcəsindən hər il milyarda yaxın vəsait ayrılsa da, yenə də taxılı xaricdən alırıq. Niyə və nə üçün?

Bəs hansı nazirlik və ya komitələr ləğv edilməlidir?

Azərbaycanın dövlət büdcəsindən aldığı vəsaitləri fəaliyyəti ilə müqayisə edəndə, kimin “zəif bənd” olduğu açıq görünür. Məsələn, ötən illərdə davam edən ləğvedilmələr indi, zənnimizcə, daha aktualdır. Məsələn, nazirlik və komitələrimizin siyahısına baxanda daha çox diqqəti çəkən təkrar fəaliyyət Kənd Təsərrüfatı Nazirliyində nəzərə çarpır.
Məlumdur ki, Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi silah və sursatı Müdafiə Nazirliyinə verir. Elə isə bu nazirliyi ləğv edib Müdafiə Nazirliyinin nəzdində “Müdafiə Sənayesi Departamenti” yaratmaq olmazmı?
Bundan əlavə, məlumdur ki, ölkədə vergi və gömrük rüsumları büdcəyə yığılır və bu vəsaitlərə isə Maliyyə Nazirliyi nəzarət edir, sonra büdcə formalaşdırılır. Elə isə Vergilər Nazirliyi ilə Gömrük Komitəsini Maliyyə Nazirliyinə birləşdirmək daha doğru olmazdımı?
Azərbaycanda enerji sahəsində görün neçə struktur var: “Azərenerji”, “Azərişıq”, Energetika Nazirliyi, SOKAR, “Azəriqaz” və s. Bütün enerji strukturları ya Energetika Nazirliyinə birləşdirilməlidir, ya da hamısı SOKAR-a. Belə olarsa, görün nə qədər büdcə vəsaitinə qənaət olunar.

Əmlak Məsələləri Dövlət Komitəsi də ləğv olunmalıdır...

O da sirr deyil ki, Prezident sərəncamı ilə ölkədə sonuncu mərhələ özəlləşməyə start verilib. İndiyədək başını özəlləşmə və əmlakın idarə edilməsi ilə qatan Əmlak Məsələləri Dövlət Komitəsi artıq öz missiyasını başa vurmaqdadır. Elə isə bu komitənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Iqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi ilə çevik idarəetmə sistemi yaranmazmı?
Bundan başqa, məlum olduğu kimi, artıq tikinti sahələrinə də FHN-nin nəzarəti gücləndirilməkdədir. Elə isə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi doğru olardı.
Həmçinin, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin fəaliyyəti Xarici İşlər Nazirliyinin diplomatik fəaliyyətinin tərkib hissəsi kimi olduğundan komitə təcili surətdə ləğv edilib XİN-in tabeliyinə verilməlidir. Hamı bilir ki, xarici ölkələrdə diaspor işini səfirliklərimiz həyata keçirir, yaranan problemləri də onlar həll edir.
Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət sferası birbaşa və ya dolayısı ilə ictimai xarakterli olduğundan onların Təhsil Nazirliyinin tabeliyinə verilməsi daha məqsədəmüvafiqdir.
Yeri gəlmişkən, bu gün Azərbaycanda nəqliyyat sahəsində çoxsaylı dövlət strukturlar vardır və onlar da Dövlət büdcəsindən samballı vəsait alırlar. Məsələn, Dövlət Dəniz Administrasiyası, Dövlət Mülki Aviasiya Administrasiyası, “Azəravtoyol”, Dəmiryolu İdarəsi, “Hava Yolları” QSC və s. Yaxşı, Azərbaycanda o boyda Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə Nazirliyinə birləşdirilirsə, yuxarıda qeyd olunanlar niyə ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsin?!
Təbii ki, Dövlət Miqrasiya Xidməti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də DİN-nin tabeliyinə verilməsi daha məqsədəuyğun olardı. Bununla da Dövlət büdcəsində milyardlarla manat vəsaitə qənaət edilər.

Kənd Təsərrüfatı Nazirliyi ləğv olunacaq, çünki...

Nəhayət, qalır Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi... Yuxarıda dedik, bu nazirliyin bütün işini faktiki olaraq fermerlər və sahibkarlar gördüyündən adı çəkilən nazirlik ləğv edilməlidir və bəzi funksiyaları İqtisadiyyat və Sənaye Nazirliyinə verilməlidir.
***
Beləliklə, idarəetmədə təkmilləşmə günün tələbidir və hesab edirik ki, Azərbaycan Prezidentinin növbəti sərəncamlarından biri də bu istiqamətdə olacaq.
Mövzuya qayıdacağıq.

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Bu gün, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Bu gün, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru