İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                 

“Bütün İspanıya “Xəzər Lənkəran”ın fırıldaq mağarası olmasından xəbərdardı” - İTTİHAM VAR
Tarix: 4-05-2017, 12:38 | Çap et
“Bütün İspanıya “Xəzər Lənkəran”ın fırıldaq mağarası olmasından xəbərdardı”
12 il ölkənin futbol ailəsinin üzvü olan, artıq bir ilə yaxındı fəaliyyətini dayandıran “Xəzər Lənkəran”nın fiaskoya uğramasını şərtləndirən səbəblər haqda bu günə kimi istər “Futbol+”də, istərsə də başqa mətbu orqanlarda çox yazılıb, çox təhlillər aparılıb. Hər kəs Lənkəran təmsilçisinin çöküşünə müxtəlif rakurslardan yanaşaraq, fərqli fikirlər orataya qoyub, zirvədən zirzəmiyə enişin kökünü araşdırmağa çalışıb. Və bu araşdırmaların yekunu kimi də, demək olar ki, hamı eyni qənaətə gəlib: klub yarıtmaz idarəçiliyin qurbanı olub. Mais Mənsimov - Tuyqun Nadirov tandemi iş başında olduğu illərdə yalnız öz şəxsi mənafeyini güdərək, kluba ayrılan milyonları mənimsəməklə, futbolçulara, məşqçilərə “atmaqla”, ikili müqavilələr hesabına qaz vurub qazan doldurublar. Zaman-zaman fırıldaqçı cütlüyün əməlləri mətbuatda işıqlandırılsa da, ikili müqavilələrin mahir ustası olan Nadirov – Mənsimov tandemi öz tilovlarına yeni-yeni qurnbanlar salmağı bacarıblar.

Stajlı azarkeşlər, yəqin ki, 2011-ci ildə Tuyqun bəyin Culius Vobayın başına gətirdiklərini unutmayıb. “Ağ-yaşıllar”ın heyətində 19 oyuna çıxıb 5 dəfə fərqlənən yarımmüdafiəçi klubla birillik müqavilə imzalasa da, Tuyqun bəy israrla onun daha bir mövsüm düşərgədə qalmalı olduğunu, anlaşmanın 2012-ci ildə qüvvədən düşəcəyini bildirirdi. Ancaq syera-leoneli legioner vitse-prezidentlə razılaşmamış, səssiz-səmirsiz düşərgəni tərk edib Misirə yollanmışdı. Həmin vaxt “Futbol+”in əməkdaşı Tuyqun bəylə görüşmüş, yaşananlara aydınlıq gətirməsini istəmişdi. Nadirov isə haqlı olduğunu sübut etmək üçün Vobayın klubla daha birillik müqaviləsinin olduğunu özündə əks etdirən sənəd ortaya qoymuş, yarımmüdafiəçinin onların icazəsi olmadan heç bir klubla anlaşa bilməyəcəyini bildirmişdi. Ancaq çox keçmədən futbolçu “Əl Məsri”də oyuna çıxdı. Və məlum oldu ki, vitse-pörezidentin ictimaiyyətə təqdim etdiyi, Vobayın onlara məxsus olduğunu əks etdirən sənəd saxtadı. Belə olmasaydı, Misir klubu ilə anlaşan qaradərili oyunçuya görə cənubluların rəhbərliyi qarşı tərəfə təzminat davası açardı. 6 ay sonra isə Vobay yenidən Azərbaycana döndü. Ancaq bu dəfə “ağ-yaşıllar”ın əzəli və əbədi rəqibi “Neftçi”nin düşərgəsinə.

Mübariz Mənsimovun milyonlarını yağmalayan, özünə yüksək şərait quran Nadirovun saxtakarlığını üzə çıxaran daha bir fakt Xorxe Diasla bağlı məsələdi. 2006-cı ilin yayında "Xəzər Lənkəran"a transfer olunan Xorxe Dias həmin ilin qışında klubu tərk edib, vətəni Kolumbiyaya gedib. İstirahət adıyla gedən futbolçu geri dönməyib. Ancaq əldə etdiyi məbləğin 60 min dollarını geri qaytarmağa razılaşıb. Bu pul o vaxt komandanın direktoru vəzifəsində çalışmış Tuyqun Nadirovun xaricdəki bank hesabına oturdulub. Bu əməliyyatdan isə “Palmali”nin şefinin xəbəri olmayıb.

Tuyqun Nadirovun pula necə həris olduğu, cibini doldurmaq üçün hansı vasitələrə əl atdığı haqda faktlar yetərincə çoxdu. Onlardan biri də Davud Quliyevin başına gələnlərdi. Quliyev 1999-cu ildə dayısının təşəbbüsü ilə Rusiyanın Ufa şəhərinə gedib və futbol karyerasına da orda başlayıb. Kimertau klubunda oynayan futbolçu 2010-cu ildə Azərbaycana qayıdıb, hərbi xidmətə gedib. 2011-də isə o, “Kəpəz”ə götürülüb. Lakin orda çox qalmayıb, 2 ay sonra “Xəzər Lənkəran”a üz tutub. Burda isə Tuyqun bəyin saxtakarlığına dözə bilməyərək futboldan uzaqlaşıb: “Kəpəz”də başa düşdüm ki, əsas heyətdə oynaya bilməyəcəm. Müxtəlif səbəblər var idi. O barədə danışmaq istəmirəm. Sonra “Xəzər Lənkəran”da 4 gün baxışda oldum. O vaxt komandanın baş məşqçisi Mirça Rednik idi. O, məni bəyəndi. Mənə bildirildi ki, 5 min maaş alacaqsan. Bu, mənim üçün çox gözəl xəbər idi, çünki puldan çox futbol oynamağı arzulayırdım. “Xəzər Lənkəran” da iddialı komanda idi, fikirləşdim ki, nəhayət, karyeramın uğurlu vaxtı başlayar. Məşqlərdə canımı qoyurdum. Sonra Tuyqun Nadirov otağında mənə dedi ki, klubun vəziyyəti yaxşı deyil. Hələlik maaş məsələləri bir az qarışıqdı. Məşqçinin məni bəyəndiyini bildirdim. Dedi ki, hələlik pul yoxdu. İstəyirsən, qal, sonra maaşını alarsan. Gördüm nəsə konkret söz demir, ora-bura fırladır məni. Heç nə başa düşmədim. Əvvəlcə mənə bildirmişdilər ki, komandaya götürülürəm və 5 min maaş alacam, sonra Tuyqun deyir ki, pul yoxdu, oyna, sonra olacaq. Bu nə deməkdi? Gördüm ki, klubda da aləm qarışıb. Rednik də ordan getmək ərəfəsində idi. Futbola belə çirkinlikləri görüb, uzaqlaşdım. İmkanım yaxşı deyildi, məcbur qalıb başqa işlə məşğul olmağa başladım. İndi futboldan uzağam. Bu uğursuzluqlar mənə çox pis təsir eləmişdi. Görürdüm ki, məndən zəif futbolçular oynayır, mən isə həmişə problemlə qarşılaşıram. Həm də futbolda heç kimi tanımırdım, mənim üçün çətin idi”.

Mais Mənsimovla Tuyqun Nadirovun fırıldaqlarından Avropadakıların da xəbəri var. İspanıyalı futbol agenti Toni Kruea 2014-cü ilin martında Türkiyənin “Radyospor” radiosuna açıqlamasında klub rəhbərliyini biabır edib: “Onların hamısı fırıldaqçı və yalançıdılar. Bütün İspanıya “Xəzər Lənkəran”ın fırıldaq mağarası olmasından xəbərdardı. Mən bir neçə ispan futbolçunu o klubun düşərgəsinə aparmışdım. Rəhbərlik bütün oyunçulara problem yaradaraq, müqavilədə göstərilən şərtlərin heç birini yerinə yetirmədi. Bizi aldatdılar. “Bareslona”da Puyol, Valdeslə yanaşı iki ilyarım top qovmuş Mario Rosası, “Betis”in forvardı Daniel Martini ora aparmışdım. Tuyqun Nadirov vədini tutmadı. Nə futbolçuların, nə də mənim xərclərim qarşılandı. Halbuki mənə bütün məsrəflərin klub tərəfindən ödəniləcəyini bildirmişdilər. Mübariz Mənsimov ictaimaiyyət arasında tanınan, hörmətli insandı. Başa düşmürəm, o niyə belə fırldaqçıları ətrafına toplayıb, onların əməllərinə göz yumur? Nadirov Mario ilə müqavilə bağlayacaqlarını bildirmişdi. Ancaq son anda fikrindən daşındı. Futbolçu hətta tibbi müayinədən də keçmişdi. Hər iki futbolçunu Bakıya aparan vitse-prezident sonradan yoxa çıxdı. 5 gündən sonra Mario geri qayıtmağa məcbur oldu. Çünki Nadirov futbolçuya müqavilədə göstərilən məbləğin yarısını verə biləcəyini söyləyib. Söhbət Çempionlar Liqasında oynamış futbolçulardan gedir. 30 gün Bakıda qaldıq və hər dəfə fırıldaqçı Tuyqun bizə başqa söz söyləyib, müqaviləyə başqa bəndlər salmağa çalışırdı. İspaniya ilə yanaşı, artıq Avropada da “Xəzər Lənkəran” barədə mənfi fikir formalaşıb. Komanda məşhurluq qazanmaq istəyir, ancaq heç kimin onlara inamı qalmayıb. Biz artıq FİFA-ya müraciət etmişik. Bütün İspanıya bilir ki, bu klub yalan mexanizmi, yalançıların və saxtakarların toplaşdığı yuvadı”.

Vaxtilə “gəmiçilər”in şərəfini qorumuş İvan Pexa da ikili müqavilənin günahsız qurbanlarındandı: “Xəzər Lənkəran”ın adını belə xatırlamaq istəmirəm. Bir mövsüm komandanın uğur qazanması üçün tər tökdüm. Ancaq onların cavabı mənə nə oldu? Bir il futbolsuz qaldım. Halbuki İngiltərə, Almaniya, Slovakiya klublarından dəvətlər var idi. Danışdıqca əsəbləşirəm. Rəhbərlik hansı əməllərdən çıxıb – bunu özləri yaxşı bilir. Azərbaycana gedən əksər legionerlər birillik müqaviləyə imza atır. Mən də bunu düşünüb onlarla anlaşmışdım. Sonradan, çempionatın gedişində və mövsüm başa çatandan sonra dəfələrlə müqaviləyə baxmaq istədim. Ancaq onu mənə heç kim göstərmədi, gizlətdilər. Elə hey deyirdilər ki, iki il kluba məxsussan. Müqavilə ingilis dilində hazırlandığından, hər şeyə fikir vermişdim. Gic deyiləm ki, anlamadığım dildə yazılmış kağıza imza atım. 100 yox, milyon faiz əminəm ki, ilkin anlaşmanın müddəti birillik idi. Sonradan rəhbərlik nə etdisə, müddət daha birilliyə uzandı. Menecerimin klubda zəng vurmadığı adam qalmadı. Az qala biraylıq maaşımı telefon danışıqlarına verdim. Onlar məni buraxmaq istəmədiklərini deyirdilər”.

Göründüyü kimi, Mais Mənsimovla Tuyqun Nadirovun futbolçuların başına açdığı oyunların sayı-hesabı yoxdu. Amma bu da son deyil. Tandemin maskasını bütünlüklə yırtacağıq. İrəlidə onları daha parlaq sürprizlər gözləyir!
\\“Futbol+”\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru