Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                 

Ələtdəki strateji layihə ətrafında nə baş verir?!... - PREZİDENT YANVARDA HƏDƏLƏMİŞDİ
Tarix: 1-05-2017, 13:00 | Çap et
Ələtdəki strateji layihə ətrafında nə baş verir?!...
Xəbər verildiyi kimi ötən həftə Nazirlər Kabineti Ələt qəsəbəsi yaxınlığında inşa edilməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Nəqliyyat Nazirliyini tabeçiliyindən alınaraq İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsinə dair prezident İlham Əliyevin aprelin 13-də imzaladığı sərəncamdan irəli gələn vəzifəni yerinə yetirib. Nazirlər Kabinetinin qərarına əsasən Ələt Liman Kompleksinin Müdriyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan, lakin tabeçiliyindəki subyektlərin siyahısına daxil edilib.

Prezident İlham Əliyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tabeçliyinin dəyişdirilməsinə dair 2813 saylı sərəncamının mətni açıqlanmayıb, sənəd prezidentin rəsmi saytında yerləşdirilməyib. Bu baxımdan Limanın tabeçiliyinin dəyişdirilməsinin hansı zərurətlə əsaslandırıldığını müəyyən etmək çətindir. Lakin dərhal qeyd etmək lazımdır ki, prezident İlham Əliyev bu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı yaranmış problemdən bəhs edib, layihənin həyata keçirilməsinə məsul olanlara qarşı sərt xəbərdarlıq edib.

Prezidenti hiddətləndirən məsələ isə belə məlum olurdu ki, liman kompleksi layihəsini birinci fazasında işlərin başa çatdırılmasına dair qrafikə əməl edilməməsidir. Və tikintini həyata keçirən podratçı təşkilat nəyə görəsə büdcədən ayrılan vəsaitdən 2016-cı il ərzində tam istifadə etməyib.

Virtualaz.org prezidentin həmin çıxışından sitatı bir daha oxucuların nəzərinə çatdırır: “Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşıblar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlərВ».

Həmin müşavirədən və xəbərdarlıqdan sonra çox keçmədən Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi, nazir Ziya Məmmədov isə çoxdan gözlənildiyi kimi, nəhayət kreslosunu itirdi. Və belə görünürdü ki, Ziya Məmmədovun nəzarətindəki digər sahələr kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin həyata keçirilməsində yaranan problemlər də onun vəzifədən uzaqlaşdırılmasında hansısa dərəcədə rol oynayıb.

Bəs Liman Kompleksinin tikintisini ləngidən podratçı kim idi? Virtualaz.org oxucuları məlumatlandırmışdı ki, söhbət baş nazirin müavini Abid Şərifova bağlı “Evrascon” ASC-dən gedir. Çünki o zaman Nəqliyyat Nazirliyinin rəsmi saytında göstərildiyi kimi, liman kompleksinin 400 hektarlıq ərazisinin tikintiyə hazırlanması, habelə Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi “Evrascon” ASC şirkəti tərəfindən yerinə yetirilib. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər də “Evrascon” ASC tərəfindən aparılmaqdadır.

Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın “Van Oord Dredging And Marine Contractors B.V.” şirkəti tərəfindən yerinə yetirilib. Lakin prezidentin çıxışından dərhal belə nəticəyə gəlmək olardı ki, iradların Hollandiya şirkətinə dəxli yoxdur. Bu iradlar məhz yerli şirkətə-“Evrascon” ASC-yə aiddir. Çünki limanın quru hissəsində tikinti, kran və qurğuların alınıb quraşdırılması işləri məhz bu şirkətə sifariş verilib.

Həmin şirkət isə işləri gecikdirib. Özü də dövlət büdcəsində nəzərdə tutulan investisiya proqramı əsasında layihəyə nəzərdə tutulan vəsaitlərin ayrıldığı halda. Nəticədə Ələt Beynəlxalq Dəniz Ticarət Limanından yükdaşımaların 2016-cı ildə başlaması planlaşdırılsa da bu baş tutmayıb. Hələlik Azərbaycan üzərindən keçən tranzit yükləri və idxal-ixrac yükləri Bakı buxtasındakı limanda yüklənib-boşaldılır.

Layihənin birinci mərhələsi bərə terminalı, konteyner meydançası, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin və anbarların tikintisini nəzərdə tutur. Burada dəmiryol xətləri, ümumi yük, Ro-Ro və xidmət körpüləri və inşa olunur. İndiyədək birinci faza üzrə işlərin 60 faizinin yerinə yetirildiyi bildirilir. Hansı ki, birinci fazanın tamamlanmasından sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yükdaşıma gücü ildə 11.5 milyon ton yük və 50 minə qədər konteyner olmalıdır.

Layihəyə əsasən ikinci və üçüncü fazaların tikintisi limanın illik yükaşırma imkanının 21–25 milyon ton yükə və 1 milyon konteynerə çatdırılmasınınəzərdə tutur. Dəfələrlə qeyd olunduğu kimi bu, Azərbaycan üzərindən tranzit yükdaşımaların artırılması və nəticədə ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edən layihədir. Bu layihənin vaxtında həyata keçirilməsi həm də o baxımdan mühümdür ki, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin alternativləri var və yükləri məhz Azərbaycan dəhlizinə cəlb etmək üçün ləngimək olmaz.

Ancaq reallıq budur ki, işlər ləngiyib və belə görünür ki, hələ də ləngiməkdədir. Və prezident İlham Əliyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tabeçiliyinin dəyişdirilməsinə dair verdiyi sərəncamın səbəblərindən biri (ola bilsin ən mühümü) də budur. Növbəti addım kimi “Evrascon” ASC-nin layihədən kənarlaşdırılması istisna deyil. Bu isə maliyyə vəziyyəti onsuz da bərbad olan, borc içində batan tikinti şirkəti üçün iflasa bərabər olardı.

“Evrascon” ASC-nin rəhbərliyi isə mətbuatda yazıldığı kimi limanda görülən işlərə görə dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin gecikdirilməsindən şikayətlənir. Məsələn, “Evrascon” ASC-in icraçı direktoru Manaf Şirinov 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında şikayətlənmişdi ki, 2014-cü il üçün görülən işlərə görə 50 milyon manatlıq sifariş verilmişdi. Və tələb edilmişdi ki, işlər vaxtında təhvil verilsin. Ancaq M.Şirinov iddia edir ki, həmin pulu ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər.

Bəs bu necə ola bilər ki, büdcədən layihəyə ayrılan vəsaitlərin gecikdirilməsindən şikayətlənən podratçı özü 2016-cı ildə ayrılmış vəsaitlərdən tam istifadə etməyib və işləri ləngdib? Bu suallara Liman Kompleksinin tabe edildiyi yeni nazirlik-İqtisadiyyat Nazirliyi aydınlıq gətirməli olacaq. İndi həmin nazirliyin rəhbəri Şahin Mustafayevin qarşısında strateji layihədə işləri sürətləndirmək və ləngimənin səbəblərini aradan qaldırmaq vəzifəsi dayanır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru