2 il əvvəl hamı onun ailəsindən yazıb... - İndi isə acından ölürlər
Tarix: 21-04-2017, 12:26 | Çap et
 Zəhra, İsrail, İsail və İbrahim Mahmudovlar birgə doğulublar. 2015-ci il fevralın 2-də dünyaya göz açıblar. Bu ilin martında ailənin sayı bir nəfər də artıb. Adını İgid qoyublar. Uşaqların atası, Astara rayon Miki kənd sakini İsmayıl Mahmudov ailəsinin çətin dolanmasından gileylənir: В«Əkizlər dünyaya gələndə 800 yüz manat yardım etdilər. Bu pul də şəxsi vəsait idi. Ondan sonra problemlərlə bağlı hökumətə dəfələrlə müraciət etmişəm, kömək istəmişəm, əl tutmayıblar. Evimiz də yoxdur. Kirayədə qalıram. Bir otaqlıdır. Eni 3, uzunluğu isə 4 metrdirВ».
İ.Mahmudovun deməsinə görə, çıxılmaz duruma düşüb: В«Mən özüm üçüncü qrup əliləm, 47 manat pensiya alıram. Ancaq işləmək qabiliyyətim var. Lakin daimi işim yoxdur. Arabir evlərə çağırırlar, fəhlə kimi həyətlərdə işləyirəm. Kənddə də bir-iki nəfər olar ki, imkanı var, həyətində adam işlədirВ».
O, söhbətinə fasilə verib kədərli görkəmdə gözlərini yerə dikir... Sonra yenə sözünə davam etdirir: В«Çox vaxtı özümü qınayıram ki, nə üçün bu körpələri dünyaya gətirdim. Əzab çəkmək üçünmü? Sonra belə düşündüyümdən peşman oluram. Körpələrə yazığım gəlir. Amma onları sevirəm. Onlar ac qalanda özümü öldürmək istəyirəm. Çox vaxtı onlara pampers taxmırıq. Valideynlərimiz dadımıza çatmasa, bir ayda məhv olarıq. Həyat çox ağır, üzücüdür. Axı dövlətimizin hər şey var, varlı dövlətdir. Belə ölkədə körpələrim aclıq keçirir. Bu ailədə gələcəyin 4 əsgəri böyüyür. Yarı ac, yarım tox. Bu necə həyatdır?В».
İsmayılın atası Əbülfət Mahmudov söhbətə qarışır. Deyir ki, əvvəllər az-çox qazancı olub. İndi o da oğlunun ailəsinə kömək göstərə bilmir: В«Mən baba kimi indiyə qədər onlara qayğı göstərmişəm. İndi imkanım yoxdur. Sığınacaqları yoxdur. Bununla bağlı dəfələrlə müraciət etmişik. Xeyri yoxdur. Səhhətimdə problemlər yaranıb. Müalicəyə ehtiyacım var, altı dəfə əməliyyat olunmuşam. Əkizlərdən başqa bir uşaq da dünyaya gəlib, indi ailənin sayı 7-yə çatıbВ».
Ə.Mahmudovun bildirməsinə görə, körpələr çətinliklə dünyaya gəliblər: В«Əkizlər 6 aylıqda əməliyyat nəticəsində dünyaya gəliblər. Uzun müddət müalicə alıblar. Böyük vəsait xərcləndi. Borca düşdük. Xəstələnəndə başqaları kimi pul verib, müalicə etdiririk. Çox vaxtı həkim gəlmir. Qidalanmaları zəif olduğu üçün tez-tez xəstələnirlər. Paltarlarını birtəhər tapırıq. İndi imkan tükənib. Yaş da öz işini görür. Özümüzün də həm qayğıya, həm də müalicəyə ehtiyacımız var. Çox çətindirВ».
Miki kəndi dağ yamacında yerləşir. Babanın deməsinə görə, bu kənddə qış sərt keçir. Qışda günlərlə işıq olmur: В«Belə anlarda özümüzü yaddan çıxardırıq. Çalışırıq ki, körpələr tələf olmasın. Qış çox ağır keçir. Yemək, isti yer lazım olur. Odun tədarük edirik. O da baha başa gəlir. İndi özünüz görürsünüz körpələr nə qədər narahatdırlar, xəstədirlər... Pul da yox. Türkəçarə ilə keçinirikВ».
Əkizlərin anası Rəisə Mahmudova da dövlətdən kömək umur: В«Kirayədə qalırıq. Bir otaqda yaşayırıq. Körpələri qoyub işləməyə gedə bilmirəm. Bir az böyük olsaydılar, özüm bir işin qulpundan yapışardım. Bütün günü onlarla evin içindəyəm. Qidalanmaları zəifdir. Özləri də zəifdirlər. Heç gözləmirdik ki, 4 uşaq birdən olacaq. Bu həyat yuxu kimi gəlir mənə. Elə bilirəm haçansa evimiz, doyunca yeməyimiz olacaqВ».
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsindən bildirdilər ki, Mahmudovlar ailəsi ünvanlı sosial yardım alır. Azərbaycan Respublikasının qanunlarında əkiz doğulanlardan ötrü xüsusi güzəşt nəzərdə tutulmur. Astara rayon Mərkəzi Xəstəxanasının uşaq poliklinikasından isə dedilər ki, həmin uşaqlar bir il-il yarım yaşına kimi sahə həkimin nəzarətində olub. İndi xəstələnəndə çağırış olunmalıdır.
İsmayıl Mahmudov isə deyir ki, 2 il əvvəl dörd uşağı birdən doğulanda, bütün ölkədə hamı onun ailəsindən yazıb. İndi isə onları yada salan, dərdlərinə dərman olan kimsə yoxdur...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16 |
|
|
|
• Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13 |
|
|
|
• "Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11 |
|
|
|
• Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08 |
|
|
|
• Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03 |
|
|
|
• Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59 |
|
|
|
• Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56 |
|
|
|
• “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09 |
|
|
|
• Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07 |
|
|
|
• Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05 |
|
|
|
• “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00 |
|
|
|
• Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58 |
|
|
|
• Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53 |
|
|
|
• Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21 |
|
|
|
• Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19 |
|
|
|
• Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16 |
|
|
|
• “Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15 |
|
|
|
• Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13 |
|
|
|
• Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12 |
|
|
|
• Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11 |
|
|
|
• Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53 |
|
|
|
• Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45 |
|
|
|
• Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19 |
|
|
|
• "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11 |
|
|
|
• “Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08 |
|
|
|
• İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03 |
|
|
|
• AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59 |
|
|
|
• Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57 |
|
|
|
• Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40 |
|
|
|
• Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35 |
|
|
|
• Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31 |
|
|
|
• Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29 |
|
|
|
• Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25 |
|
|
|
• “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19 |
|
|
|
• Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16 |
|
|
|
• “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11 |
|
|
|
• Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04 |
|
|
|
• ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02 |
|
|
|
• Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52 |
|
|
|
• “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46 |
|
|
|
• Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41 |
|
|
|
• Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32 |
|
|
|
• Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29 |
|
|
|
• Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
|