Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi .....                     Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb .....                     SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? .....                     Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? .....                     Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? .....                     "Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" .....                     Vasif Talıbovun yaratdığı Fond .....                     İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir .....                     Vaşinqton Tehranla danışıqlara tələsir .....                     Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? .....                     "Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" .....                     “Traxtor”dan Trampa cavab: “Biz türklər...” .....                     "İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR .....                     İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? .....                     Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu .....                     “Ağsu Konserv-1” ASC səhmdarlarını .....                     ADY-nin İnfrastruktur Departamentində qalmaqal .....                     Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu .....                     Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil .....                     Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... .....                     "Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." .....                     Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər .....                     Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər .....                     Pasient Nigar Məmmədovanın səhvindən ölüb? .....                     "Orxan Mürsəlov mülkümü dağıtdırdı…" .....                     Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi .....                     Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... .....                     Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR .....                     DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək .....                     "Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" .....                     Şəhid ailəsi Prezidentdən kömək istədi .....                     Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? .....                     Yüksələn neft qiyməti: Bəs nə vaxta qədər? .....                     Sertifikasiyadan kəsilən müəllimlər repetitora çevrilir? .....                     "Uşaqlarıma təhsil belə, verə bilmirəm" .....                     Sosial yardımı kəsmək üçün əcaib bəhanə .....                     Şimali Makedoniya Parlament Assambleyasının sədri .....                     Üç ölkə üçün fəlakət ssenarisi: Azərbaycan da var .....                     Tramp komandasına təcili İran rəsmiləri ilə görüşməyi tapşırıb .....                     Erməni kilsəsi yenə Paşinyana meydan oxudu .....                 

Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən - Əlahəzrət FAKT
Tarix: 7-02-2017, 12:00 | Çap et
Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən
2014-cü ildə Prezident İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan Respublikası regionlarının illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” fərmanından sonra bir çox rayonlarda əhəmiyyətli dərəcədə iqtisadi nailiyyətlər əldə edildi
Fərmana uyğun olaraq regionlarda zavod və fabriklərin, istehsal müəssisələrinin yaradılmasına, yerli sahibkarlığın inkişaf etdirilməsinə geniş vüsət verildi.
Ancaq təəssüflər olsun ki, bəzi rayonlarda istər əhalinin sosial vəziyyətində, istərsə də rayonun abadlaşdırılması, müasirləşdirilməsi istiqamətində hələ də ciddi problemlər qalmaqdadır. Ölkədə gedən ümumi inkişafdan bütün mənalarda geri qalan rayonlarda biri də Siyəzən rayonudur.
Öncə onu qeyd edək ki, Siyəzən rayonu paytaxt Bakıdan heç də uzaqda yerləşmir. Yerləşdiyi coğrafiya isə çox zəngindir. Xəzər dənizinin sahilində yerləşən Siyəzən rayonu həm də regionun ən strateji nöqtəsində- Bakı- Mahaçqala magistralının üzərində yerləşır. Təbii sərvətlərlə boldur. Neft- qazçıxarma sənayesi inkişaf edib. Ancaq bütün bunlarla belə rayon iqtisadi göstəricilərinə – yaşam səviyyəsinə görə çox acınacaqlı durumdadır. Bu qədər yüksək iqtisadi üstünlüklərə rəğmən rayonun ümumilikdə 40 minə yaxın sakininin sosial vəziyyəti heç də ürəkaçan vəziyyətdə deyil.
Rayon rəhbərliyi tərəfindən aqrar-iqtisadi-sosial siyasətin düzgün qurulmaması Siyəzən rayonundakı vəziyyəti daha da gərginləşdirir. Rayonda demək olar ki, Prezident İlham Əliyev cənablarının 2016-cı ildə prioritet elan etdiyi qeyri-neft sektorunun- xüsusən aqrar sektorun inkişafı istiqamətində heç bir ciddi addım atılmayıb. Rəsmi statistikaya nəzər yetirərkən də görürük ki, rayonun məhsuldar torpağının 386.00 kv.km olduğu halda əkilmiş torpaqların ümumi sahəsi 17 kv. km-dir. 45 kv. km şoranlaşmış torpaqlara, 1 kv. km sahəni isə meyvə bağlarına çıxdıqdan sonra yerdə çox böyük həcmdə istifadəyə yararlı torpaq sahəsi qalır. Bu qədər yararlı torpağın istifadəsiz qalması rayon əhalisi arasında işsizliyin artmasına, sosial durumun daha da ağırlaşmasına səbəb olmaqla yanaşı, həm də dövlət büdcəsinə ciddi ziyan vurur.
Siyəzən rayonu demək olar ki, ölkədə son illər aparılan uğurlu sosial-iqtisadi siyasətdən tamamən kənarda qalıb. Ötən 2016-cı ilin rəsmi statistikasına baxdıqda görürük ki, Siyəzəndə heç bir ciddi nailiyyət əldə edilməyib. Rayonun bir-iki küçəsində aparılan asfaltlama işləri isə rayon rəhbərliyinin necə keyfiyyətsiz iş gördüyünü bütün çılpaqlığı ilə ortaya qoyur.
Bu yazımızda obyektivlik naminə Siyəzən RİH-nin rəsmi saytında yerləşdirilmiş 2016-cı ildə görülmüş işlər zamanı çəkilən fotoların “dili” ilə danışmağa çalışacağıq.

Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən

Bu şəkil ötən 2016-cı ilin mart ayında Siyəzən RİH-nin başçısı Asif Hüseynovun rayonun Sədan kəndinə etdiyi səfər zamanı çəkilib. Şəkilin fonundakı evin damına diqqət yetirəndə burada yaşayan insanların sosial vəziyyətini təsəvvür etmək heç də çətin deyil.

Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən
Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən

Bu fotolar da eyni kənddə eyni zamanda çəkilib. Kəndin evlərinin damları məşhur filmimizdəki “qızıl saat” kimi dil açıb danışır. Ancaq ikinci şəkilə diqqət edəndə son illərdə tikilmiş daxmanı görmək mümkündür. Demək ki, son illərdə gedən uğurlu sosial-iqtisadi siyasətin yan keçdiyi yerlərdən biri də məmləkətimizin bir parçası olan Sədan kəndidir.

Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən

Bu foto da ötən ilin mart ayında Asif Hüseynovun Dağ Quşçu kəndinə etdiyi səfər zamnı çəkilib. Bu dəfə fona kasıb daxması əvəzinə kəndin icra nümayəndəliyinin yerləşdiyi bina düşüb. Ancaq bu bina da nimdaşlığı ilə Sədan kəndindəki evlərdən fərqlənmir. Yeganə fərqlilik binanın damının qırmızı örtükdə olmasıdır. Şəkilə bir az da diqqət etsək bu işin də ciddi aparılmadığı açıq-aydın görünür. Belə ki, binanin girişindəki yağmurluğun navalçasının olmaması, divara sarılan elektrik xətti görülən işin “keyfiyyətinə” dəlalət edir.

Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən

Bu foto ötən ilin may ayında Asif Hüseynovun Siyəzənin Zarat kəndinə səfəri zamanı çəkilib. Fondakı bina kəndin məktəbidir. Qeyd edək ki, bu fotonu digər kəndlərdə çəkilən fotolarla müqayisə etmək insafsızlıq olar. Amma insafımızı itirməmək üçün deyək ki, burada da nimdaşlıq “qol-budaq” atıb. Məktəbin taxta pəncərələrinə, pəncərələrdəki sınıq şüşələrə və pilləkanın önündəki pambıqyığan kombaynın səbətinin torundan ayaqqabılardakı palçığı təmizləmək üçün düzəldilmiş dəmir parçasına nəzər yetirdikdə adamın yadına qanlı-qadalı 1992-1993-cü illər düşür.
Bu şəkil ötən ilin may ayında Siyəzən RİH-nin başçısının rayonun Nardaran kənd sakinləri ilə görüşü zamanı çəkilib. Doğrusu, biz də anlaya bilmədik ki, kənd sakinləri ilə təbiət qoynunda görüşməkdə hörmətli Asif Hüseynovun məqsədi kəndin nimdaş evlərini fotoaparatın obyektivindən gizlətməkdir yoxsa təbiət seyrangahına olan vurğunluq? Ancaq bunun o qədər də önəmi yoxdur. Əsas olan odur ki, oxuculara bu şəkilin fonundan da xeyli ciddi problemlər “boylanır”. Arxada ötən əsrin 80-ci illərində basdırılmış işıq dirəklərinin və sınıq-salxaq transformatorun vəziyyəti onu deməyə əsas verir ki, hər dəfə ortabab külək əsəndə Nardaran kəndinin elektrik məsələsində ciddi problemlər yaranır.

Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən
Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən

Yuxarıda rayonun bəzi küçələrində ötən 2016-cı ildə asfaltlama işlərinin aparıldığını vurğulamışdıq. Ancaq onu da qeyd etmişdik ki, bu işlər standartlara uyğun aparılmır. Məhz buna görə də görülən işlər qısa zamandan sonra keyfiyyətini itirir. Yuxarıda gördüyünüz şəkil rayonun H. Talıbov küçəsinin asfaltlanması zamanı çəkilib. Göründüyü kimi burada asfalt torpaq örtüyünün üstünə basılır. Torpağın qabarıq və dağınıq olmağından görünür ki, səthi ağır çəkili xüsusi diyircəkli texnika ilə yastılanmayıb.

Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən

Bu şəkil isə rayonun Nəriman Nərimanov küçəsinin asfaltlanması zamanı çəkilib. Burada asfalt torpağın üzərinə basılmasa da onun qalınlığı keyfiyyətini ciddi olaraq şübhə altına qoyur. Hətta şəkilə diqqət yetirərkən asfaltbasan texnikanın qarşısında asfalt örtüyünün 2-3 sm qalınlığında olduğu açıq-aydın görünür.
Faktlarla təqdim etdiyimiz yazını yekunlaşdıraraq qeyd edək ki, Siyəzən RİH-nin başçısı hörmətli Asif Hüseynov 1981-ci ildə anadan olub, ixtisasca iqtisadçıdır. Əvvəllər neft sahəsində çalışıb. Prezident İlham Əliyev cənablarının sərəncamı ilə 2015-ci ilin oktyabrında Siyəzən RİH-nə başçı təyin edilib. Güman ki, yuxarıda göstərdiyimiz neqativ hallar hörmətli başçının gənc və təcrübəsiz olmasından qaynaqlanır. Ancaq bununla belə düşünürük ki, Asif Hüseynov ötən zaman ərzində kifayət qədər təcrübə toplamışdır.
Qazandığı təcrübələrə və iqtisadçı peşəsinə nəzərən ümid edirik ki, yeni başladığımız 2017-ci ildə Siyəzən rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşması istiqamətində Asif Hüseynov xeyli işlər görəcəkdir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Azfakt.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi - "Ricamız ondan ibarətdir ki..."
Bu gün, 10:24
Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 10:21
SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? - İTTİHAM VAR...
Bu gün, 10:14
Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? - görünəni odur ki...
Bu gün, 10:05
"Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" - NARAZILIQ VAR...
Bu gün, 10:00
Vasif Talıbovun yaratdığı Fond LƏĞV EDİLDİ
Bu gün, 09:57
İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir - CNN
Bu gün, 09:53
Vaşinqton Tehranla danışıqlara tələsir - “The New York Times”
Bu gün, 09:33
Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? - NƏ ETMƏLİ?
Bu gün, 09:22
"Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" - deputat
Bu gün, 09:21
“Traxtor”dan Trampa cavab: “Biz türklər...” - Tehranda 15 milyona yaxın insan yaşayır...
Bu gün, 09:15
"İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR - DETALLAR
Bu gün, 09:13
İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? - İNCƏLƏMƏ
Bu gün, 09:12
Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu - REPORTAJ
Bu gün, 09:05
“Ağsu Konserv-1” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:00
ADY-nin İnfrastruktur Departamentində qalmaqal - Xanım əməkdaşın səhhəti pisləşdi.
Bu gün, 08:56
Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu - "... sizdən üzr istəyirik"
Bu gün, 08:48
Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil - ÇÜNKİ...
Bu gün, 08:43
Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... - AKTUAL
Bu gün, 08:38
"Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." - NHM-dən İLGİNC HESABAT
Bu gün, 08:36
Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər - İrandan isə...
Bu gün, 07:25
Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər - AÇIQLAMA
Bu gün, 07:21
Pasient Nigar Məmmədovanın səhvindən ölüb? - TƏFƏRRÜAT
Bu gün, 07:14
"Orxan Mürsəlov mülkümü dağıtdırdı…" - Gədəbəydə ÖZBAŞINALIQ
Bu gün, 07:10
Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi - MƏMUR İMİŞ...
Bu gün, 07:07
Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... - İTTİHAM VAR...
Bu gün, 07:01
Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR - DİQQƏT
Bu gün, 06:55
DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək - ÇAĞIRIŞ
Bu gün, 06:53
"Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" - partiya sədri
Bu gün, 06:50
Şəhid ailəsi Prezidentdən kömək istədi - "...ödəyə bilmirəm"
Bu gün, 06:47
Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? - NƏ BAŞ VERİR?
Bu gün, 06:37
Yüksələn neft qiyməti: Bəs nə vaxta qədər? - AKTUAL
Bu gün, 06:34
Sertifikasiyadan kəsilən müəllimlər repetitora çevrilir? - ARAŞDIRMA
Bu gün, 06:31
"Uşaqlarıma təhsil belə, verə bilmirəm" - MÜRACİƏT
Bu gün, 06:29
Sosial yardımı kəsmək üçün əcaib bəhanə - BU NƏDİ BELƏ?
Bu gün, 06:26
Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana gəldi
Bu gün, 06:23
Üç ölkə üçün fəlakət ssenarisi: Azərbaycan da var – “Hazır olun!”
Bu gün, 06:20
Tramp komandasına təcili İran rəsmiləri ilə görüşməyi tapşırıb
Bu gün, 06:11
Erməni kilsəsi yenə Paşinyana meydan oxudu - GƏLİŞMƏ
Bu gün, 06:10
ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq - Amerika müharibəyə qoşuldu
Bu gün, 06:07
Bakı milyonçusunun tikdirdiyi məscid xarabalığa çevrilib - “Babama qarşı bu haqsızlıqdır”
Bu gün, 00:01
İran məşhur taktikaya əl atdı – Bunu İsrail də gözləmirdi
Dünən, 23:57
SEPAH-ın ölkəmizə qarşı böhtanı və təxribatı: "Tehranı vuran təyyarələr Azərbaycandan qalxır" - FOTOFAKT
Dünən, 23:52
İsrail Təbriz hava limanına hücum etdi - “Nur Nyus”
Dünən, 18:18
Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər
Dünən, 18:16
İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb?
Dünən, 17:39
“İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq - TƏFƏRRÜAT
Dünən, 17:36
Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib - Rusiya XİN
Dünən, 17:30
AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb - DİQQƏT...
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru