İsrail Təbriz hava limanına hücum etdi .....                     Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər .....                     İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb? .....                     “İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq .....                     Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib .....                     AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb .....                     Hacı Şahinin oğlu nişanlandı .....                     "Mənim heç 74 yaşlı atam olmadı" .....                     İran və İsrail orduları üz-üzə: texnologiya, strateji zərbələr və Azərbaycanın maraqları .....                     İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb .....                     Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? .....                     İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib .....                     Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı .....                     Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: .....                     “Həmişə deyirdi ki, Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam, bu sənət çox pisdir” .....                     AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb .....                     “İranın nüvə proqramını məhv etmək mümkün deyil...” .....                     Neft bu qədər BAHALAŞA BİLƏR .....                     İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir? .....                     "Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər" .....                     Yeni rəis təyin olundu .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Əli Xamenei .....                     Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu! .....                     Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir? .....                     Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər .....                     Aktrisa onu skuterlə vuran kuryerdən .....                     “Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!” .....                     İsraildə nazir ailələri gizli bölgələrə təxliyə olunub .....                     İran yolu bağlandığından Ermənistan BLOKADAYA DÜŞÜB .....                     Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? .....                     “AzToyuq” MMC-nin vergi borcu yaranıb .....                     “Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA .....                     “İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...” .....                     Azərbaycanın keçmiş baş naziri son istefasından DANIŞDI .....                     İsrail – İran müharibəsi: Azərbaycan üçün risklər .....                     "Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB .....                     Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? .....                     Nazirliyin "favorit" şirkəti ilə 7 milyon manatlıq müqavilə bağlanılıb .....                     İsraildən XƏBƏRDARLIQ: .....                 

"Adıma şirkət təsis edilmişdi" - “Rabitə işi”ndə Vidadi Zeynalovun sürücüsü ifadə verib
Tarix: 23-12-2016, 12:21 | Çap et
"Adıma şirkət təsis edilmişdi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nigar Əlizadə ifadə verib.
O bildirib ki, "Akey" MMC-də baş mühasib vəzifəsində çalışıb: "“Cartburg NC” şirkəti ilə müqaviləmiz var idi. Ofisimizdə MTN-ə aid avadanlıqlar mövcud idi. Şirkətin rəhbərinin isə Ayaz Kərimovun olduğunu bilirdim".
Daha sonra şahid qismində Elçin Əliyev dindirilib. O, V.Zeynalovun sürücüsü olduğunu söyləyib: "Vidadi müəllim mənim adıma PLZ MMC şirkətini yaratdı. Ailə vəziyyətim yaxşı deyildi, mən də razı oldum. Orada sadəcə təsisçiyəm. Şirkətin özündə isə oturmurdum".
Nəsimi Musayev dindirilərkən RYTN-də çalışdığını bildirib. O, maaşından əlavə hər ay 1000 manat paket aldığını söyləyib.
Təqisirləndirilən C.Cəfərov ifadəsində beynəlxaq trafikə nəzarət ediyini deyib. O, bu barədə sabiq nazir Əli Abbasova məlumat verdiyini qeyd edib: "Trafikdə olan oğurluqla bağlı MTN-də, bizim nazirliyikdə bununla bağlı mübarizə gedirdi. Əli Abbasova bu barədə məruzə etdim. Sonra Əli Abbasov məni Ayaz Kərimovla tanış elədi. Orda qərara alındın ki, onlarla işləməliydik. Bundan sonra "Cartburg NC" şirkəti ilə çalışmağa başladıq".
İttiham aktına əsasən, Ayaz Kərimov ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostudur. Hər iki şəxsin müştərək şirkətləri olması müəyyən edilib.
Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb.
Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail Təbriz hava limanına hücum etdi - “Nur Nyus”
Bu gün, 18:18
Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər
Bu gün, 18:16
İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb?
Bu gün, 17:39
“İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq - TƏFƏRRÜAT
Bu gün, 17:36
Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib - Rusiya XİN
Bu gün, 17:30
AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb - DİQQƏT...
Bu gün, 17:28
Hacı Şahinin oğlu nişanlandı - FOTO
Bu gün, 16:50
"Mənim heç 74 yaşlı atam olmadı"
Bu gün, 16:47
İran və İsrail orduları üz-üzə: texnologiya, strateji zərbələr və Azərbaycanın maraqları - GƏLİŞMƏ
Bu gün, 16:43
İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb - “The Times of Israel"
Bu gün, 16:39
Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
Bu gün, 16:00
İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib - KİV
Bu gün, 15:48
Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı - BAKIDA metroda hadisə
Bu gün, 15:47
Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: - Məclisə Rafet El Roman gəldi
Bu gün, 15:45
“Həmişə deyirdi ki, Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam, bu sənət çox pisdir”
Bu gün, 15:43
AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb - SİYAHI
Bu gün, 15:39
“İranın nüvə proqramını məhv etmək mümkün deyil...” -Kral İnstitutunun İranın nüvə siyasəti üzrə eksperti
Bu gün, 13:47
Neft bu qədər BAHALAŞA BİLƏR - AÇIQLAMA
Bu gün, 13:20
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir? - “Nezavisimaya qazeta”
Bu gün, 13:06
"Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər"
Bu gün, 13:04
Yeni rəis təyin olundu - ƏMR
Bu gün, 12:58
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Əli Xamenei harda GİZLƏNİB?
Bu gün, 12:52
Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu! - TƏFƏRRÜAT
Bu gün, 12:48
Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir? - Ekspert danışır...
Bu gün, 12:45
Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər
Bu gün, 12:39
Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir
Bu gün, 12:29
“Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!” - Faciənin astanasındayıq
Bu gün, 12:27
İsraildə nazir ailələri gizli bölgələrə təxliyə olunub
Bu gün, 12:18
İran yolu bağlandığından Ermənistan BLOKADAYA DÜŞÜB - KİV
Bu gün, 12:04
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 12:00
“AzToyuq” MMC-nin vergi borcu yaranıb - FOTO
Bu gün, 11:55
“Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA – Vətəndaşların müraciəti niyə RƏDD edilir?
Bu gün, 11:47
“İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...” - deputat
Bu gün, 11:44
Azərbaycanın keçmiş baş naziri son istefasından DANIŞDI - "Sədrin kim olması ilə bağlı məsələ..."
Bu gün, 11:41
İsrail – İran müharibəsi: Azərbaycan üçün risklər - NƏ ETMƏLİ?
Bu gün, 11:35
"Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB - HESABAT
Bu gün, 11:32
Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? - “İlin sonunda...”
Bu gün, 11:30
Nazirliyin "favorit" şirkəti ilə 7 milyon manatlıq müqavilə bağlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:14
İsraildən XƏBƏRDARLIQ: - Tehrandakı binaları və məhəllələridağıdacaq
Bu gün, 11:12
İsrail niyə xüsusi olaraq Təbriz şəhərini HƏDƏF ALIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
ABŞ İsrailə İrana hücum etməyə imkan verib - Pezeşkian
Bu gün, 10:55
"Deyirlər ki, qanun ona dəfn pulu verməyə yol vermir..." - NARAZILIQ VAR...
Bu gün, 10:49
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Bu gün, 10:44
Kamil Zeynallı dağlara çəkildi
Bu gün, 10:33
Xumar "Vəhşi kimi"ni bu dəfə onlar üçün canlı oxudu - VİDEO
Bu gün, 10:30
Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib - FOTO
Bu gün, 10:26
Azərbaycana İsraildən turist axını mayda 98 % artıb
Bu gün, 10:24
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Bu gün, 10:10
İranda İsrail üçün casusluqda təqsirli bilinən şəxs edam edilib - KİV
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru