Keçmiş əri tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı .....                     Ermənistan-Türkiyə sərhədinin açılması: Ankara Bakını gözləyir .....                     Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi? .....                     Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi .....                     Rusiya və ABŞ ərazi mübadiləsini müzakirə edir .....                     Dövlət qurumu sosioloji sorğu aparmaq üçün 300 minlik müqavilə bağladı .....                     SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi .....                     "Bir az rəqiblərinizi ÖRNƏK ALIN..." .....                     "Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..." .....                     Diqqətli olun, pulunuzu oğurlaya bilərlər... .....                     Onda şarlatan ruhanilər idi, indi isə quşəppəyi alimlər... .....                     Razi Nurullayev də özünə BELƏ GÜN AĞLAYIR... .....                     Rusiya əgər Azərbaycana aid hədəfləri BOMBALAYIRSA... .....                     Tarixə yazılan səfər .....                     Azərbaycanın növbəti diplomatik Zəfəri .....                     Rusiyanı qorxuda saxlayan məhz budur .....                     Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib? .....                     İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən “hücum” .....                     Kreml və Tehranın qorxulu yuxusu .....                     Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri .....                     Tramp və onun komandası olmasaydı... .....                     Oğlu xəstəxanalıq oldu, özü avtomobil qəzası keçirtdi .....                     Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı... .....                     Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır .....                     Onları bir araya gətirən Tramp olmalıdır .....                     "Bu ritual özümü toparlamağa kömək edir" .....                     33 il sonra bu qadağalar aradan qaldırıldı .....                     Rusiya yeni silahlarla HƏDƏLƏDİ .....                     Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq .....                     Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? .....                     Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur .....                     İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı .....                     Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… .....                     Əliyev və Paşinyan Rusiyaya qarşı... .....                     Ukrayna Donetskdən geri çəkilərsə... .....                     Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi .....                     Avropa könüllülər koalisiyası döyüşdən qaçır .....                     Bakı bunları əldə etdi, İrəvan isə… .....                     ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! .....                     Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? .....                 

Tükənmiş icra başçıları ilə hədəfə çatmaq mümkündürmü - və ya pambıq kimlərin "başını kəsəcək?"
Tarix: 22-11-2016, 10:38 | Çap et
Tükənmiş icra başçıları ilə hədəfə çatmaq mümkündürmü
Məlum olduğu kimi, Azərbaycanda birbaşa ölkə prezidentinin şəxsi nəzarəti ilə pambıq yığımı davam edir.

Xatırladaq ki, ölkədə pambıqçılığı inkişafı etdirmək üçün prezident İlham Əliyev bu ilin sentyabr ayında Sabirabadda müşavirə keçirib, müvafiq tapşırıqlar verib. Eyni zamanda, bu sahənin yüksək inkişafını səmərəli təşkil etmək üçün çox ciddi koordinasiya sistemi yaradıldığını elan edib.

Prezident bildirib ki, ümumi koordinasiya işlərini Prezident Administrasiyası öz üzərinə götürüb və adminsitrasiyanın şöbə müdiri Zeynal Nağdəliyev bu işlərlə şəxsən məşğuldur.

Prezident həmin müşavirədə onu da elan edib ki, builki hədəf 100 min ton pambıq tədarüküdür.

Maraqlıdır, bu hədəfə çatmaq olacaqmı?

Mia.az Dövlət Statistika Komitəsindən aldığı məlumatlara görə, bu il hələlik təxminən 51 min ton pambıq yığılıb. Noyabrın 7-nə olan bu statistika isə göstərir ki, hədəflənən nəticənin təxminən 50 faizinə əməl etmək mümkün olub.

Pambıq yığımı dövrü isə artıq başa çatmaq üzrə olduğundan qarşıdakı günlərdə 49 min ton pambığın yığılması isə mümkün deyil. Deməli, 100 min ton hədəfinə yetişmək olmayacaq.

Bu və ya digər məqamlarla bağlı fikirlərini Mia.az-a bölüşən informasiyalı şəxs deyir ki, o, şəxsən hədəfə yetişiləcəyinə inanmır:

"Bunun bir çox səbəbləri var. Məsələn, bu yaxınlarda fermerlərlə söhbətdə aydın oldu ki, onların təhvil verdiyi hər ton pambıqdan 12-15 faiz nəmlik adıylıa, təxminən bir o qədər də zir-zibil adı ilə çıxılır. Yəni təqribən hər ton pambığın 200 kq-ı zavod tərəfindən belə mənimsənilir. Sonra da rəqəmləri şişirdərək, müvafiq orqanlara təqdim edirlər. Bu isə daha çox icra başçılarının tələbidir. Çünki onların hamısı bilir ki, pis nəticə nəinki danlanmalarına, həm də vəzifələrinin itirilməsinə vəsilə olacaq”.

Məlumatlı şəxs prezidentin müşavirədə "Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir. Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Mən Prezident Administrasiyasının bu işlərdə fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə baxmayaraq, biz məhz Prezident Administrasiyasının səyi və yerli icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu dönüşə nail ola bildik”, - sözlərini də xatırladaraq, deyir ki, hazırda PA-nın rayonlar üzrə küratorları da demək olar ki, hər gün rayonlara səfər edirlər:

"Onlar yerli icra başçıları ilə demək olar gün ərzində 3-5 dəfə görüşür və ya telefonda danışırlar. Bütün gücləri ilə rəqəmlərin hər keçən gün artırılmasına çalışırlar. Ancaq bu məsələləri həll etmək üçün İcra başçıları mütləq zavod rəhbərlərini "dalana sıxmalı”, yerli fermerlərə vəd olunan sbusidayadan tutmuş, digər texniki və digər melorativ dəstəkləri gerçəkdən verməlidrlər. Oysa ki, icra başçıları fermerləri hədə-qorxu ilə işlədib, özlərini doğruldacaqlarını düşünürlər.

Onlar nəzər almır ki, indki şərtlərlə fermerlər nəinki qazanclı çıxa bilər, əksinə, zərərləri daha da böyüyür. Sizi əmin edirəm ki, bu saat elə rayonlar var ki, orada pambıq əkən fermer bir aydır yığıma da getmir. Elə bu yaxınlarda Ağdamlı sahibkarın mediaya açıqlamasında da bunun nədəni açıq göstərilib. Bəli, zavodun müxtəlif adlarla çıxdığı kq-lar və prezident sərəncamı ilə nəzərdə tutulan hər kq-a 10 qəpik əlavə ödəniş də verilməyib. Yaxud hər bir tona verilməli olan 100 manat ən yaxşı halda 70 manat məbləğində verilir. Qalan pulu isə pambığın nəmliyi və ya zibil-filan adıyla vermirlər. Bu, başda Ağdam olmaqla, demək olar bütün rayoinlarda belədir. Sanki kimlərsə sistemli şəkilldə prezidentə və ölkəyə qarşı işləyir, təxribatla məşğuldur.

Diqqətlə baxın, bu il ölkədə 52057 hektar torpaq sahəsində pambıq əkilib. Noyabrın 7-nə olan rəsmi məlumata görə isə, cəmi 50416 ton pambıq yığılıb. Bu, ümumu götürəndə, hər hektara heç 10 sentner məhsuldarlıq demək deyil. Elə rayonlar var ki, bu göstərici çox pisdir. Hektara 5-8 sentner pambıq yığıldığı rayonlar var. Əlbəttə, bu nəticənin belə olmasının əsas səbəblərindən biri qeyd etdiyimiz kimi, vəd olunan dəstəklərin fermerlərə verilməməsidirsə, digər və əsas səbəblər də var. Bunun 1-cisi nazir Heydər Əsədovun Türkiyədən gətirdiyi və zavodlar vasitəsi ilə fermerlərə zorla sırınan çiyidlərin keyfiyyətsizliyidirsə, digər səbəbi də torpaq sahələrində melorativ tədbirlərin son 20 ildə görülməməsidir. Belə ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC torpaqların erroziya uğrmasının qarşısını alan ana kolektorları son 20 ildə bir dəfə də olsun, təmizləməyib, üstəlik, əksin sahələrinin suvarılması adıyla hər ay kəndlinin pensiyasından supulu tuturdusalar da, ərazilərin su ilə təminatı istiqamətində də heç bir əməli iş yoxdur. Hansı ki, dövlət bunun üçün həmin ASC-yə milyardlarla manat pul ayırıb. Ancaq hamısı yeyilib, ortada isə iş yoxdur. Kəndlilər isə məhdid imkanları ilə bunu etmək gücündə deyillər”.

Mia.az-a verilən məlumata görə, builki pambıq yığımı bir sıra raynların rəhbər şəxslərinin son mövsümü ola bilər:

"Bu il çox pis nəticələri olan rayonların rəhbərləri üçün çox ağır sınaq olacaq. Razıyam ki, ölkədə pambıq əkən faktiki 28 rayonun rəhbərləri tələbləri qarşılaya bilməyiblər.

Məsələn, münbit torpaqları olan Cəlilabadın icra başçısı əkilən 426 hektar ərazidən noyabrın 7-nə olan məlumata əsasən, cəmi 260 ton pabıq yığdırılmasına nail olub.

Spiker Oqtay Əsədovun qudası Alı Qocayevin icra başçısı olduğu Samuxun təbiəti daha yağmurlu olmasına baxmayaraq isə, bu rayonda 330 hektardan 560 ton pambıq toplanıb.

Və yaxud götürək Zərdabı. Lütvəli Babayev PA-nın tələbi əsasında 832 hektar pabıq əkdirə bilsə də, noyabrın 10-dək cəmi 632 ton pambıq yığdıra bilib.

Kürdəmirin icra baçısı, həbsdə olan Vidadi Zeynalovun yaxın qohumu isə 1850 hektara yaxın ərazidən cəmi 1415 ton pabıq toplatdırmaqla, vəziyyətdən çıxmağa çalışır.

Sabirabadın icra başçısı Nazim İsmayılov da 6113 hektar ərazidən daha çox məhsul toplatdırmaqla, son aylar kreslosuna yönəlik basqılardan yaxa qurtarmağa çalışır. Ancaq o, hələki 5247 ton yığıma nail olub ki, bu da hər hektara heç 9 sentner məhsuldarlıq deyil.

Eyni sözləri Beyləqanın qalmaqallı icra başçısı Vaqif Abdullayev haqqında da demək olar. Siyahını uzatmaq da olar. Ancaq elə rayonlar var ki, onlar nisbətən "ağ günə” çıxa biliblər.

Məsələn, Bərdənin icra başçısı Vidadi İsayev əkin vaxtı PA-ya çağırılıb danlanmağından deyəsən nəticə çıxarıb. O, hər hektardan alınan məhsuldarlığa görə həmkarlarını xeyli qabaqlayır...

Demək istəyirəm ki, yığım tam başa çatdıqdan sonra, sözsüz ki, PA-nın ciddi nəzarəti ilə müvafiq qurumlar göstəricilərin hədəflənən nəticəyə niyə çatmamasının səbəblərini təhlil edəcəklər. Sizi əmin edirəm ki, obyektiv səbəblər istisna olmaqla, səhlənkarlığa yol verən, üzərinə düşənləri müxtəlif bəhanələrlə görməyən icra başçılarını yola salacaqlar. Məncə, yuxarıda adlarını çəkdiyim və daha pis nəticə göstərən icra başçılarının çox ilə vidalaşacaqlar. Çünki qarşıdakı mövsümdə daha böyük hədəflər var. Builki proses isə göstərdi ki, bu icra başçıları ilə həmin hədəflərə çatmaq mümkün deyil”.

Məlumatlı şəxs deyir ki, gələn il üçün hədəflər ən azı iki dəfə böyüdülüb:

"Yəqin prezidentin müşavirəsində dediklərini də xatırlayırsınız. Prezident də hədəflərin ən azı iki dəfə böyük olduğunu elan elədi. Yəni gələn mövsüm əkin sahələri ən azı iki dəfə artırılacaq. Sözsüz ki, buna uyğun olaraq məhsuldarlıq daha artıq tələb olunacaq.

Məsələn, gələn il Saatlıda 17 min hektar, Sabirabadda 15 min hektar, Biləsuvarda 10 min 500 hektar, Neftçalada 10 min hektar, İmişlidə 10 min hektar, Beyləqan da 8 min 500 hektar, Bərdədə 8 min 500 hektar, Ağcabədidə 8 min hektar, Salyanda 7 min hektar, Goranboy rayonunda 5 min hektar, Kürdəmirdə 4 min hektar, Yevlax, Ağdaş, Tərtər, Zərdab, Ağdamda 3 min hektar, Ağsu və Ucarda 2500 hektar, Füzulidə 1500 hektar, Hacıqabulda 1200 hektar, Göyçayda 1000 hektar, Samuxda 500 hektar, Cəlilabadda 500 hektar, Cəbrayılda 60 hektar pambıq əkiləcək.

İndi əsas suallardan biri də budur: tükənmiş, korrupsiyalaşmış bu icra başçıları ilə hədəflərə çatmaq olarmı?”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş əri tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı - TƏFƏRRÜAT
Bu gün, 09:34
Ermənistan-Türkiyə sərhədinin açılması: Ankara Bakını gözləyir - “RİA Novosti”
Bu gün, 09:32
Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 09:25
Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi – Sürpriz qərar
Bu gün, 09:24
Rusiya və ABŞ ərazi mübadiləsini müzakirə edir - KİV
Bu gün, 09:18
Dövlət qurumu sosioloji sorğu aparmaq üçün 300 minlik müqavilə bağladı - DETALLAR
Bu gün, 09:16
SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi - “Zelenski kimi səhvə yol verdilər”
Bu gün, 09:08
"Bir az rəqiblərinizi ÖRNƏK ALIN..." - ÇAĞIRIŞ
Bu gün, 09:00
"Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..." - GİLEY
Bu gün, 08:56
Diqqətli olun, pulunuzu oğurlaya bilərlər... - İDDİA
Bu gün, 08:47
Onda şarlatan ruhanilər idi, indi isə quşəppəyi alimlər... - ETİRAZ
Bu gün, 08:39
Razi Nurullayev də özünə BELƏ GÜN AĞLAYIR... - Nə seçici?.. Nə xalq?..
Bu gün, 08:31
Rusiya əgər Azərbaycana aid hədəfləri BOMBALAYIRSA... - AKTUAL
Bu gün, 08:21
Tarixə yazılan səfər - MƏQALƏ
Bu gün, 08:13
Azərbaycanın növbəti diplomatik Zəfəri - İsrafil Kərimovun yazısı
Bu gün, 08:10
Rusiyanı qorxuda saxlayan məhz budur - Qrem
Bu gün, 07:10
Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib? - İTTİHAM VAR...
Bu gün, 06:26
İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən “hücum” – Nələr yaşanır?
Bu gün, 06:21
Kreml və Tehranın qorxulu yuxusu – Ağ Evdə sıxılan əl regionu dəyişir
Bu gün, 05:36
Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək
Bu gün, 05:22
Tramp və onun komandası olmasaydı... - deputat
Bu gün, 05:19
Oğlu xəstəxanalıq oldu, özü avtomobil qəzası keçirtdi - Fotolar
Bu gün, 05:14
Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı... - KİV
Bu gün, 05:10
Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - İLGİNC İDDİA
Bu gün, 05:07
Onları bir araya gətirən Tramp olmalıdır - Vens
Dünən, 19:10
"Bu ritual özümü toparlamağa kömək edir"
Dünən, 19:08
33 il sonra bu qadağalar aradan qaldırıldı - AKTUAL
Dünən, 19:02
Rusiya yeni silahlarla HƏDƏLƏDİ - Harada yerləşdirəcək?
Dünən, 18:59
Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq - ÇÜNKİ...
Dünən, 18:55
Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? - NARAHATDIR
Dünən, 18:52
Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:35
İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
Dünən, 14:32
Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Dünən, 13:06
Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Dünən, 13:04
Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Dünən, 11:48
Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Dünən, 11:46
Avropa könüllülər koalisiyası döyüşdən qaçır - "Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir"
Dünən, 11:41
Bakı bunları əldə etdi, İrəvan isə… – Erməni politoloq ŞƏRH EDİR
Dünən, 11:39
ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:29
Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Dünən, 11:08
Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Dünən, 11:00
Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Dünən, 10:30
Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Dünən, 10:27
Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır
Dünən, 10:24
“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? - İNCƏLƏMƏ
Dünən, 09:46
"Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" - deputat
Dünən, 09:45
Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... - “Böyük xəyanət”: Hörmüz boğazı bağlansın...
Dünən, 09:40
Tramp Zelenskinin də Alyskaya getməsinə İCAZƏ VERDİ
Dünən, 09:37
Xızının icra başçısı da qanunları ayaqlar altına atır... - BU DA FAKT...
Dünən, 09:19
Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... - İTTİHAM VAR...
Dünən, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru