Mikayıl Cabbarov jurnalistə hirslənib onun atasından QİSAS ALIR? - İDDİA
Tarix: 31-10-2016, 12:08 | Çap et
 DİA.AZ: - Tanınmış jurnalist Həbibə Abdulla özünün "Facebook" səhifəsində bu gün ailəsinin də yaşadığı təhsil eybəcərliyindən bəhs edən status paylaşıb. DİA.AZ olaraq toxunulan mövzunun aktuallığını nəzərə alaraq tanınmış jurnalistin fikirlərini təqdim edirik:
"Əgər bir ölkədə təhsil naziri rəhbərlik etdiyi qurum haqda şikayətləri işıqlandıran, feyzbukda status yazan jurnalistin atasını "cəzalandırırsa" o ölkənin təhsilinin fatihəsi verilmişdir demək. Söhbət Mikayıl Cabbarovdan və bəndənizdən gedir. Atam Abdullayev Sakit Qara oğlu 1976-cı ildən Tovuz rayonu Vahidli kənd orta məktəbində dil-ədəbiyyat müəllimidir. Müharibə başlayanadək təxminən 15 ilə yaxın müddətdə (müddət az da ola bilər çox da) həmin məktəbdə direktor işləyib. Müharibə başlayanda ehtiyatda olan zabit olaraq gedib hərbiyə. Azərbaycan Milli Ordusunu quranlardandır. Qarabağ müharibəsi əlili olsa da rəsmən əlillik almayıb, "Vətən uğrunda döyüşmüşəm, yaralanmışam" deyib, əlillikdən imtina edib. Atəşkəs bağlanandan sonra çox sevdiyi peşəsinə qayıtmaq üçün öz ərizəsilə ordudan tərxis olunub. Atamın dərs dediyi şagirdlər onu müəllim kimi yox, müqəddəs bir insan kimi seviblər hər zaman. Çünki o öz peşəsini sevib və sevə-sevə işləyib. Bir çoxları kimi yalnız qazanc yeri kimi baxmayıb işinə. Səhv etmirəmsə 2000-ci illərin əvvəllərində Tovuz rayonunda müəllimlərin bilik səviyyəsini yoxlamaq üçün keçirilən test imtahanından uğurla çıxıb-öz işlədiyi məktəb üzrə ən yüksək balı yığıb, rayon üzrə isə 2-3 nəticədən birini göstərib. 4 il əvvəl təqaüd yaşına çatıb, onunla 4 il təkrar müqavilə bağlanıb. Bu il 5-ci sonuncu il üçün bağlanmalı idi, amma bağlanmadı. Səbəbini isə heç kim açıq-aydın izah etmədi. Regional maliyyə idarəsində dedilər ki, yerin vakant yer kimi göstərilməyib, rayon Təhsil Şöbəsinin müdiri nazirliyə təqdimat yazsın. Şöbə müdiri təqdimatı yazdı nazirlik yox dedi. Nazirlikdən isə mənə bildirildi ki, bu il rekord sayda müəllim imtahandan yüksək göstərici ilə keçdiyi üçün nazirin kəsin əmri var 68-69 yaşlı müəllimlərlə EHTİYAC OLMADIQDA təkrar müqavilələr bağlanmır. Ehtiyac nəyə deyilir? Hər il kəndimizdən ali, ali orta məktəblərə daxil olan tələbələr ən yüksək göstəricini məhz atamın tədris etdiyi fənlərdə göstərirlər. Yanlış anlaşılmasın, amma reallıqdır ki, məktəbdəki digər müəllimlərin dərs dediyi şagirdlər də hazırlıq üçün məhz mənim atamın yanına gəlirlər. Digər yandan, kəndimiz rayon mərkəzindən bir qədər uzaqda yerləşir, bir neçə fənn müəllimi rayondan gəlir, onların davamiyyəti, keçdikləri dərsin keyfiyyəti hər zaman mübahisə doğurur. Həm də hal tək bizim məktəbdə yox, bütün kənd məktəblərində müşahidə olunur, kənardan gələn müəllim el-obanın adamı qədər can yandırammaz. Daha bir məsələ odur ki, atamın yeri vakant yer kimi təqdim olunmayıb. 15 ilə yaxındır o məktəbdə dil-ədəbiyyat fənnini 3 müəllim tədris edir, heç kimin durumundan narazılığı yoxdur. Bir qədər də ailənin dolanışıq imkanları haqda: qardaşım Qarabağ əlilidir, 3 övladı var. Ailənin dolanışıq mənbəyi atamın maaş və təqaüdü, qardaşımın əlillik pensiyası, g əlinimizin maaşı və həyətdə saxlanan mal-qaradır. Kredit götürüblər mal-qara üçün tövlə tikməyə. Düşünürdülər ki, müqavilə bu il sonuncu dəfə bağlanacaq, gələn ildən mal-qaradan gələn qazanca ehtiyac çoxalacaq. İndi onlar məcburdular həmin krediti qaytarıb geri ödəsinlər, tövlə də qalır yarımçıq, o mənbəyə olan ümid də ölür. Qarabağ əlili və Qarabağ müharibəsi veteranına, ən əsası isə 40 ilin müəlliminə qoyulan hörmət budurmu???

Qayıdaq statusun əvvəlində qeyd etdiyim jurnalistdən qisas almaq məsələsinə. Bildiyiniz kimi, www.afn.az saytının rəhbərliyində təmsil olunuram. Saytımızda bir neçə dəfə Təhsil Nazirliyinin keçirdiyi imtahanlarla bağlı şikayət xarakterli yazılar dərc edilib. Bundan əlavə, bir neçə dəfə sistemi tənqid edən statuslar yazmışam, hətta həmin statuslarla bağlı iradlar da almlşam. Atamla bağlı baş verənlərin kökündə bundan başqa "səbəb" görmürəm. Əks halda, bu cür qeyri-müəyyənliklə adama yox cavabı verilməməli idi. Kiçik bir araşdırma aparmışam, rayonda, qonşu kəndlərdə 68-69 yaşlı xeyli müəllimlə təkrar müqavilə bağlanıb. Araşdırmalarım davam edir. P.S. Prosesdə başqa məqamlar da var, onlar haqda növbəti statusumda yazacam".
Bütün bu iddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43 |
|
|
|
• Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12 |
|
|
|
• Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06 |
|
|
|
• Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04 |
|
|
|
• “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59 |
|
|
|
• “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57 |
|
|
|
• Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51 |
|
|
|
• "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48 |
|
|
|
• Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• "Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37 |
|
|
|
• Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19 |
|
|
|
• Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13 |
|
|
|
• Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02 |
|
|
|
• İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58 |
|
|
|
• Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34 |
|
|
|
• Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18 |
|
|
|
• “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16 |
|
|
|
• Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09 |
|
|
|
• İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Dünən, 16:07 |
|
|
|
• Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Dünən, 16:04 |
|
|
|
• Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Dünən, 15:57 |
|
|
|
• Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Dünən, 15:49 |
|
|
|
• Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 15:45 |
|
|
|
• Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Dünən, 15:42 |
|
|
|
• Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Dünən, 15:40 |
|
|
|
• Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Dünən, 15:38 |
|
|
|
• Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Dünən, 15:33 |
|
|
|
• Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Dünən, 15:13 |
|
|
|
• Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Dünən, 15:07 |
|
|
|
• Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Dünən, 15:00 |
|
|
|
• Deputat özünə yeni sayt yaratdı - FOTO
Dünən, 14:58 |
|
|
|
• Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Dünən, 14:55 |
|
|
|
• ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Dünən, 13:36 |
|
|
|
• "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Dünən, 13:19 |
|
|
|
• Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Dünən, 13:16 |
|
|
|
• "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Dünən, 13:08 |
|
|
|
• Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Dünən, 13:01 |
|
|
|
• Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Dünən, 12:58 |
|
|
|
• Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Dünən, 12:45 |
|
|
|
• Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Dünən, 12:31 |
|
|
|
• Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Dünən, 12:22 |
|
|
|
• Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Dünən, 12:12 |
|
|
|
• 907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Dünən, 12:00 |
|
|
|
• Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Dünən, 11:59 |
|
|
|
• Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Dünən, 11:56 |
|
|
|
• Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Dünən, 11:52 |
|
|
|
• Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Dünən, 11:47 |
|
|
|
• "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Dünən, 11:46 |
|
|
|
• Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Dünən, 11:44 |
|
|
|
|