Burada Azərbaycan qanunları işləmir? - İDDİA
Tarix: 29-09-2016, 11:15 | Çap et
 Qəzetimizin 08.09.2016-cı il tarixli sayında ““Kia Motors Azərbaycan” daha bir müştərisini aldatdı” sərlövhəli tənqidi material dərc olunmuşdu. Məqalənin əsasında vətəndaş Yaqut Zeynalovanın redaksiyamıza təqdim etdiyi şikayət ərizəsi durmuşdu. Ərizədə qeyd olunmuşdu ki, Yaqut Zeynalova bir müddət bundan əvvəl, Babək prospektində yerləşən “008” avtosalonundan “Kia” markasına məxsus “Sportage” model avtomobili əldə etmişdir. Bundan bir qədər sonra, avtomobilin yağına nəzarət etmək üçün Yaqut xanım Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən “Kia Servis” mərkəzinə yollanır. Burada mərkəzin müdiri Anar bəy və əməkdaşı Kamar yeni müştərilərinə avtomobilə 8 illik zəmanət talonu almağı təklif edirlər. Bu şərtlə ki, avtomobilə bütün qulluq məhz bu mərkəzdə həyata keçiriləcək. Bundan sonra, təxminən bir il altı ay ərzində, Yaqut xanım bir neçə dəfə həmin “Kia Servis” mərkəzində avtomobilin yağını dəyişdirmişdir. Təbii ki, ödənişli əsasla. Lakin bu yaxınlarda avtomobilin idarə olunmasında müəyyən problem yaranıb. Bu səbəbdən Yaqut Zeynalova yenidən “Kia Servis” mərkəzinə müraciət edib. Məlum olub ki, avtomobilin sükan dirəyi dəyişilməlidir. Zəmanət talonu olduğundan, ehtiyat hissənin dəyişdirilməsi pulsuz həyata keçirilib. Lakin üç gündən sonra, Yaqut Zeynalovanın telefonuna zəng gəlir. Onunla əlaqə saxlayan şəxs Əşrəf Səfərov olur və o, Yaqut xanımın təcili olaraq servis mərkəzinə gəlməsini xahiş edir. Bundan sonra mərkəzə gələn Yaqut Zeynalova burada Əşrəf Səfərovla görüşür. İlk növbədə MMC-nin rəhbəri müştəridən zəmanət talonunu təqdim etməsini xahiş edir. Talonu alandan sonra isə, Əşrəf bəy əsil niyyətini bildirir. MMC rəhbəri müştəriyə bildirir ki, onun zəmanət talonu saxtadır və buna görə də, ya dəyişdirilmiş sükan dirəyinin pulu ödənməlidir, ya da həmin hissə sökülərək geri qaytarılmalıdır. Əks halda isə, Əşrəf Səfərov dərhal polisə müraciət edəcəyini bildirir. Maraqlıdır ki, MMC rəhbəri müştəridən aldığı zəmanət kartını da geri qaytarmır. Bu zaman zəmanət kartının bilavasitə “Kia Servis” mərkəzinin əməkdaşları tərəfindən verildiyi də nəzərə alınmır. Çarəsiz qalan Yaqut Zeynalova ehtiyat hissəni geri qaytarmalı olub. Həmin yazının sonunda biz qeyd etmişdik ki, bu insident Əşrəf Səfərov tərəfindən müştərilərin hüquqlarının, eləcə də ölkə qanunlarının kobud şəkildə pozulduğu nə ilk, nə də yeganə hal deyil.
Bu kimi hallara nümunə olaraq, təxminən bir il öncə yaşanmış və hələ də bütün təfərrüatlarına tam aydınlıq gətirilməmiş “Kia Motors”un dövlətdən gizlətdiyi 40 milyon manat” qalmaqalını misal göstərmək olar. Həmin vaxt bu barədə yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, məhz göstərilən məbləğdə nəğd pul vəsaitlərini “Kia Motors”un rəhbərliyi hesabatlarda göstərməmək məqsədilə gizlədərək, “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılmasını və müəyyən müddətlərdə dövriyyəyə buraxılmasını təmin edib. Bir neçə il davam edən bu prose, yalnız s pulun bir qisminin yoxa çıxması nəticəsində baş verən ölüm hadisəsindən sonra ifşa olunub. Belə ki, “Kia Motors” MMC-nin rəhbəri Əşrəf Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı müəmmalı şəkildə intihar etmişdi (guya, özünə 8 bıçaq zərbəsi vurub). Məsələ ilə bağlı “Kia Motors Az” MMC-dən mətbuata verilən açıqlamalar isə, bir çox ziddiyyətlərlə diqqəti cəlb edirdi. Onlara qarşı digər vətəndaşlar tərəfindən ünvanlanan ittihamları isə, Əşrəf Səfərov hər zamankı kimi “böhtan və şər kampaniyası” kimi təqdim etməyə çalışırdı.
Əlbəttə, ilk baxışda bir il bundan əvvəl baş vermiş hadisələrin Yaqut Zeynalovanın başına gələnlərlə heç bir əlaqəsi olmadığını düşünmək olar. Amma əslində bu olduqca səhv bir yanaşma olardı. Çünki əslində, hər iki halda (daha dəqiq desək, çoxsaylı oxşar hallardan hələlik nəzərdən keçirdiyimiz ikisində) məsələnin mahiyyətində eyni motivasiya – “Kia Motors Az” MMC-nin rəhbərliyinin bu ölkənin həm vətəndaşlarına, həm də qanunlarına qarşı sərgilədiyi etinasızlıq durur.
Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Dünən, 18:57 |
|
|
|
| • Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Dünən, 18:02 |
|
|
|
| • “Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Dünən, 17:59 |
|
|
|
| • “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Dünən, 17:54 |
|
|
|
| • Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Dünən, 17:52 |
|
|
|
| • Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Dünən, 17:43 |
|
|
|
| • Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Dünən, 17:41 |
|
|
|
| • ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Dünən, 17:38 |
|
|
|
| • “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Dünən, 17:24 |
|
|
|
| • Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Dünən, 17:19 |
|
|
|
| • Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Dünən, 17:17 |
|
|
|
| • Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Dünən, 17:03 |
|
|
|
| • Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Dünən, 17:00 |
|
|
|
| • İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Dünən, 16:55 |
|
|
|
| • Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Dünən, 16:40 |
|
|
|
| • "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Dünən, 16:36 |
|
|
|
| • Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Dünən, 16:33 |
|
|
|
| • Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Dünən, 16:28 |
|
|
|
| • Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Dünən, 16:19 |
|
|
|
| • “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Dünən, 16:18 |
|
|
|
| • 14 il deputat olub, indi icra başçısıdır - FOTO
Dünən, 16:16 |
|
|
|
| • Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Dünən, 16:13 |
|
|
|
| • Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Dünən, 16:11 |
|
|
|
| • Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Dünən, 16:08 |
|
|
|
| • “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Dünən, 16:06 |
|
|
|
| • Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Dünən, 15:57 |
|
|
|
| • Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Dünən, 15:54 |
|
|
|
| • Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Dünən, 15:50 |
|
|
|
| • Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47 |
|
|
|
| • Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Dünən, 15:38 |
|
|
|
| • BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Dünən, 15:35 |
|
|
|
| • "İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:31 |
|
|
|
| • "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Dünən, 15:27 |
|
|
|
| • Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Dünən, 15:22 |
|
|
|
| • Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Dünən, 15:15 |
|
|
|
| • Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Dünən, 15:04 |
|
|
|
| • Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Dünən, 15:02 |
|
|
|
| • Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Dünən, 14:59 |
|
|
|
| • İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Dünən, 14:57 |
|
|
|
| • Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Dünən, 14:56 |
|
|
|
| • ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Dünən, 13:08 |
|
|
|
| • “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Dünən, 13:03 |
|
|
|
| • Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Dünən, 12:59 |
|
|
|
| • “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Dünən, 12:54 |
|
|
|
| • Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Dünən, 12:51 |
|
|
|
| • "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Dünən, 12:49 |
|
|
|
| • Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Dünən, 12:45 |
|
|
|
| • “Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Dünən, 12:44 |
|
|
|
| • "Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Dünən, 12:38 |
|
|
|
| • Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Dünən, 12:37 |
|
|
|
|