Yardımlının baş həkimi özünə biznes qurub - ŞİKAYƏT VAR
Tarix: 12-08-2016, 11:52 |
Çap et
DİA.AZ: - Redaksiyamıza yazan Yardımlı sakinlərinin şikayəti yerli Mərkəzi Xəstəxananın baş həkimi Rasim Əkbərovdandır. Sakinlər DİA.AZ-a yazır ki, həm də Yardımlıda yerləşən "Medical Hospital"ın sahibi olan baş həkim dövlət xəstəxanasına müraciət edən xəstələri az qala məcburi qaydada özünün hospitalına yönəldir, onlara hospitalda müalicə olunmağı təşviq edir.
Sakinlər diaaz.space-a yazırlar: "Bu azmış kimi Rasim Əkbərov Mərkəzi Xəstəxanaya ayrılan pulları, ərzağı, dərman preparatlarını belə "Medical Hospital"ına yönəldir. Bu gün dövlətin xəstəxanası məhz Əkbərovun məlum siyasətindən boş qalıb.
Ümid edirik ki, Səhiyyə Nazirliyi bu hadisədən xəbərsizdir və DİA.AZ-dakı müraciətimizi gördükdən sonra baş həkimin özbaşınalıqlarına son qoyulacaq".
Qarşı tərəfi də dinləməyə hazırıq...