Bakı-Naxçıvan uçuşlarının dayandırıldığı bildirilir .....                     Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuş .....                     “Mikayıl Müşfiqin və Cəfər Cabbarlının ev muzeyi pis vəziyyətdədir, şəxsi imkanım yoxdur ki...” .....                     Qafqazşünaslıq İnstitutunun PULU KƏSİLDİ .....                     70 kq qızılla saxlanılan Məmmədovun həbsi uzadıldı .....                     Diaspora Komitəsinin vəzifəli şəxsi ticarət obyekti inşa etdirib? .....                     “Sabirabad-konserv” ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     Oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi qadının bir gözü kor oldu .....                     Yeni parkda gənc rəssamların sərgisi keçirilib .....                     Rafael Abdullayevə KİMSƏ SÖZ KEÇİRƏ BİLMİRMİ? .....                     "Gələn təklifləri təkidlə rədd etmişəm" .....                     “Qarabağı aldıq, Bakıda evimizə çıxarış ala bilmirik” .....                     Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib .....                     Putin Azərbaycandan DANIŞDI .....                     "Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" .....                     "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" .....                     “Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır .....                     "Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" .....                     Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? .....                     İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? .....                     Üçüncü "nüvə erası" .....                     ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır .....                     'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... .....                     44 gün döyüşüb, yaralanıb, AMMA... .....                     "Nə deyəsən belə aptekə, axı..." .....                     "İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" .....                     Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq .....                     ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm .....                     İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb .....                     Zelenski ilə görüşə hazıram .....                     İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib .....                     Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib .....                     İsrail İranın dövlət televiziyasına sızdı .....                     İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib .....                     BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib .....                     Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                 

Qazaxın da öz neftxudası var imiş... - Papaq altında yatan oliqarxlar...
Tarix: 5-08-2016, 10:38 | Çap et
Qazaxın da öz neftxudası var imiş...
Son vaxtlar dilimizdə tez-tez işlənən oliqarx sözünün çox maraqlı mənası var. Belə ki, qədim yunan dilindən tərcümədə bu söz özünün şəxsi maraqlarını ümummilli mənafeydən üstün tutan və bu maraqları təmin edə bilmək üçün böyük kapitala malik olan dövlət məmuru mənasını verir. Maraqlıdır ki, oliqarx adlana bilmək üçün, şəxsin mütləq böyük vəzifədə təmsil olunması heç də zəruri deyil. Əsas odur ki, oliqarx həm özünün, həm mənsub olduğu müəyyən dairənin maraqlarını təmin etmək üçün yetərincə maliyyə imkanlarına malik olsun. Təbii ki, istənilən bir ölkədə oliqarx və “oliqarxlığa iddialı” məmurların özbaşınalıqlarının qarşısının alınması, bu şəxslər tərəfindən əsasən sahibkarlığın inkişafı yolunda törədilən əngəllərin aradan qaldırılması, eləcə də büdcə vəsaitlərini talan edənlərin aşkar edilərək cəzalandırılması istiqamətində həyata keçirilən tədbirlər hər zaman sadə vətəndaşlar tərəfindən böyük məmnunluq və ruh yüksəkliyi ilə qarşılanıb.

O cümlədən, bu gün Azərbaycanda da getdikcə sürətlənən bu proseslər əhalinin ictimai-siyasi aktivliyinin yüksəlməsini stimullaşdırır. Ayrı-ayrı vətəndaşlar dövlət büdcəsini özlərinin gəlir qaynağına çevimiş məmurların ifşa olunmasında getdikcə daha yaxından iştirak etməyə, məmur özbaşınalıqlarına son qoyulması üçün dövlət orqanlarına əllərindən gələn yardımı göstərməyə çalışırlar. Məhz elə bu səbəbdən də son vaxtlar aidiyyatı olan qurumlara, o cümlədən kütləvi informasiya vasitələrinə bu və ya digər azğınlaşmış məmurun əməllərindən bəhs edən məlumatların daxil olmasında da bir artım müşahidə olunmaqdadır.

Artıq bir neçə müddətdir ki, “Bizim Dövr”ün redaksiyasına da В«SOCAR PetroleumВ» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun fəaliyyətində yer almış çeşidli qanun pozuntularından bəhs edən açıqlamalar təqdim edilir. Müxtəlif mənbələr tərəfindən təqdim olunan bu açıqlamalarda Zeynal Əhmədovun istər müəssisə rəhbəri kimi fəaliyyətində müşahidə olunan ciddi nöqsanlardan, istər bu şəxsin iş adamı kimi biznes sahəsində daha çox mənfəət qazanmaq naminə atdığı son dərəcə şübhəli addımlar, istərsə də onun heç də stabilliyi ilə seçilməyən siyasi baxışları və əlaqələri barədə ətraflı bəhs olunur. Əslində qəzetimizin ötən saylarında dərc olunmuş yazılarda bu açıqlamalardan bir çoxu öz əksini tapmışdır. Lakin aldığımız yeni açıqlamalar bütün əvvəlki məlumatların da bir növ sistemləşdirilməsinə ehtiyac olduğunu göstərir. Məhz bu səbəbdən də bugünkü yazıda müəyyən məqamları təkrar vurğulamalı olacağıq.

Ən böyük regional Neft Terminalı...

Aldığımız məlumatlarda В«SOCAR PetroleumВ» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının həqiqətən də respublikada fəaliyyət göstərən analoji müəssisələr arasında ən böyüklərindən biri olduğu vurğulanır. Bildirilir ki, bu terminalın fəaliyyət dairəsinə beş böyük rayon – Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonları daxildir. Başqa sözlə, 7 saylı Terminal bu bölgələrdə yerləşən bütün yanacaqdoldurma stansiyalarını, həmçinin müəssisə və təşkilatları yanacaq və sürtgü materialları ilə təmin edir. Məlumata görə, bütün bu tələbatı təmin etmək üçün hər gün Terminaldan 200 maşın yanacaq yola salınır. Əlbəttə ki, bu məqam Zeynal Əhmədovun maraqlarına xidmət edə biləcək ən əhəmiyyətli amil kimi xüsusi qeyd olunmalıdır. Necə deyərlər, böyük dövriyyə böyük imkanlar deməkdir. Baxdığımız halda isə, Zeynal Əhmədovun bu imkanları şəxsi maliyyə qaynağına çevirməsi, onun üçün son dərəcə təbii bir proses kimi müşahidə olunmaqdadır. Beləliklə də, 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru hər bir oliqarxa qarşı irəli sürülən birinci və ən vacib “tələbi” – yüksək maliyyə imkanlarına malik olmaq tələbini beləcə təmin edə bilir.

Oliqarxın ikinci xüsusiyyəti...

Bir qədər yuxarıda qeyd etdiyimiz kimi, oliqarx adına “layiq olmaq” üçün məmurun malik olması gərəkən digər bir xüsusiyyətdə də, onun öz maraqlarını sadə vətəndaşların mənafeyləeindən üstün tuta bilməsidir. Həm də bu yanaşma konkret əməllərdə öz təsdiqini tapmalıdır. Daxil olan məlumatlara görə, Zeynal Əhmədov bu xüsusiyyətə də kamil şəkildə sahib ola bilib. Mənbənin verdiyi açıqlamalarda qeyd olunur ki, В«SOCAR PetroleumВ» QSC-dən bu terminal bazasına göndərilən neft, benzin, sürtkü yağları və digər meft məhsulları direktorun şəxsi seçımı əsasında satış məntəqələrinə paylanır. Başqa sözlə desək, yanacaq məhsullarının hansı məntəqələrə paylanacağını baza rəhbəri özü müəyyənləşdirir və bu zaman nə QSC-nin, nə də istehlakçıların maraqları qətiyyən nəzərə alınmır. Bu səbəbdən də bəzi satış məntəqələri və yanacaqdoldurma stansiyaları bazadan neft məhsulları almaqda böyük çətinlik çəkirlər. Həmçinin təqdim edilən məlumatlarda qeyd olunur ki, Qazaxda, Şəmkirdə, eləcə də Gəncəbasar bölgəsinə daxil olan digər rayonlarda təsərrüfatla məşğul olan insanların yanacaq məhsullarına tələbatının yüksək olması, baza direktoruna bir çox spekulyasiyalar etməyə geniş imkanlar yaradır. Bununla da Zeynal Əhmədov təsərrüfatların işinə süni əngəllər yaratmış olur.
Biznes imperiyası...
Artıq qeyd olunduğu kimi, tutduğu vəzifənin ona verdiyi imkanlardan yetərincə yararlanan Zeynal Əhmədov özünə böyük biznes şəbəkəsi yaradıb. İlk növbədə mənbələr baza direktorunun böyük bir daş karxanasının, Qazaxda “Avey” yanacaqdoldurma stansiyasının, Ağstafada “Orxan” şadlıq sarayının, Qazax şəhərinin mərkəzində, İcra Hakimiyyətinin binası ilə bir küçədə yerləşən “Finka” BOKT-nin, “Xalq Bank”ın binalarının və hələ də istifadəyə verilməmiş “Cəmalə” klinikasının şərikli sahibi olduğunu diqqət mərkəzinə çəkirlər. Başqa bir məlumata görə isə, Zeynal Əhmədov bir müddət bundan əvvəl Qazaxda yerləşən “Qərb qapısı” adlı restoranı 500 min manata Nail adlı bir vətəndaşdan alıb. Həmçinin açıqlamalarda Zeynal Əhmədovun Bakıda bir neçə lombard müəssisəsinin də sahibi olduğu qeyd edilir. Bundan başqa isə, əldə etdiyimiz daha bir məlumata görə, baza müdiri Yalta şəhərində turizm sahəsində fəaliyyət göstərən daha bir obyektə də şərikdir. Diqqət edirsinizsə, biz bütün bütün bu sadalamalar əsnasında Zeynal Əhmədovun şəriklərindən heç birinin adını qeyd etməmişik. Səbəb isə budur ki, bu şəxslərin kimliyi məsələsi xüsusi maraq doğuran və buna görə də ayrıca diqqət tələb edən bir məqamdır.

Şübhəli əlaqələr...
Bu məqam həqiqətən də Zeynal Əhmədov barədə təqdim olunan açıqlamaların bəlkə də, ən maraqlısıdır. Məsələ bundadır ki, məlumatlarda neft-baza direktorunun birinci və ən əhəmiyyətli şərikinin keçmiş MTN naziri Eldar Mahmudovun bacısı oğlu olduğu bildirilir. Deyilənə görə, Zeynal Əhmədov bu şəxslə “Finka” BOKT-na və “Xalq Bank”-a icarəyə verdikləri binalara, eləcə də “Cəmalə” klinikasına şərikdir. Mənbə xüsusi olaraq vurğulayır ki, “Cəmalə” klinikası 5 mərtəbəli, tam təmirli, möhtəşəm bir binada yerləşməklə, bütün avadanlıqlarla təchiz olunmuş və istifadəyə tam hazır vəziyyətdədir. Lakin “MTN işi” ilə bağlı məlum hadisələrdən sonra klinikaya lisenziya verilməmiş, buna görə də müəssisə fəaliyyətə başlamamışdır.
Zeynal Əhmədovun digər bir şəriki də “Avey” yanacaqdoldurma stansiyasının və Ağstafada “Orxan” şadlıq sarayının həmsahibi olan Elxan Cümənovdur. Mənbə bildirir ki, Elxan Cümənov daş karxanasına sahib olan iş adamı olmaqla bərabər, həm də rayonda radikal müxalifətçi kimi tanınır.

Və nəhayət, Zeynal Əhmədovun Yalta biznesində şəriklik etdiyi (ən azından son vaxtlara qədər) digər iş adamının da, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin komandiri Elçin Əmiraslanovun yeznəsi olan Bünyamin adlı bir şəxs olduğu bildirilir.

Qazaxlı oliqarxın “özünüsığorta” siyasəti...

Ötən yazılardan birində biz qeyd etmişdik ki, Qazaxdan aldığımız məlumatlarda Zeynal Əhmədovun bilavasitə rəhbərlik etdiyi neft-bazada həyata keçirdiyi maraqlı “kadr islahatlarından” da bəhs olunur. Bu xüsusda bizimdovr.az-a açıqlama verən Qazax şəhər sakini göstərmişdi ki, hələ 2009-cu ildə Zeynal Əhmədov öz doğma bacısının adını terminalın ştatına mühasib vəzifəsinə yazıb. Lakin indiyədək bu xanım işə çıxmayıb. Bu yaxınlarda isə, əsil adı Həvva olan, lakin hamının Xanım deyə müraciət etdiyi bacı birdən-birə neft-bazaya təşrif buyurub. Həm də sadəcə mühasib deyil, birbaşa baş mühasib kimi. Ən son aldığımız açıqlamada isə, bildirilir ki, Zeynal Əhmədov həmçinin Elxan Cümənovu da neft-bazaya mühasib kimi işə qəbul edib. Mənbənin deməyinə görə, bu addımları atmaqla, Zeynal Əhmədov törətdiyi maliyyə maxinasiyalarının aşkara çıxmasından özünü maksimum sığortalamaq məqsədi güdür.

Yekun

Beləliklə, bütün bu fakt və iddiaların araşdırılması birmənalı olaraq bunu deməyə əsas verir ki, В«SOCAR PetroleumВ» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədov heç bir mübaliğəyə yol vermədən, özünü ən azından “regional çəkili” oliqarx adlandıra bilər. Əlbəttə ki, biz bunun məmurun özü üçün yenilik olmadığını gözəl bilirik. Amma hər halda, ümid edirik ki, bu faktın mətbuatda öz təsdiqini tapması müəyyən qurumların da diqqətindən yayınmayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı-Naxçıvan uçuşlarının dayandırıldığı bildirilir - Tək Türkiyə yolu qaldı...
Bu gün, 10:48
Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuş - İLGİNC NÜANS
Bu gün, 10:47
“Mikayıl Müşfiqin və Cəfər Cabbarlının ev muzeyi pis vəziyyətdədir, şəxsi imkanım yoxdur ki...” - ANAR GİLEYLƏNDİ
Bu gün, 10:41
Qafqazşünaslıq İnstitutunun PULU KƏSİLDİ - QƏRAR
Bu gün, 10:38
70 kq qızılla saxlanılan Məmmədovun həbsi uzadıldı - TƏFƏRRÜAT
Bu gün, 10:36
Diaspora Komitəsinin vəzifəli şəxsi ticarət obyekti inşa etdirib? - FOTOFAKT
Bu gün, 10:34
“Sabirabad-konserv” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:30
Oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi qadının bir gözü kor oldu - GİLEY
Bu gün, 10:26
Yeni parkda gənc rəssamların sərgisi keçirilib
Bu gün, 10:19
Rafael Abdullayevə KİMSƏ SÖZ KEÇİRƏ BİLMİRMİ? - DƏLİXANADIR, VALLH...
Bu gün, 10:17
"Gələn təklifləri təkidlə rədd etmişəm"
Bu gün, 10:07
“Qarabağı aldıq, Bakıda evimizə çıxarış ala bilmirik” - Gürcüstanda problemi iki ilə həll ediblər
Bu gün, 10:02
Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Bu gün, 09:58
Putin Azərbaycandan DANIŞDI - AMMA...
Bu gün, 07:42
"Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:40
"Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" - İTTİHAM VAR...
Bu gün, 07:34
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTOLAR
Bu gün, 07:17
"Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" - Zərdüşt Əlizadə
Bu gün, 07:14
Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? - Nələr baş verir...
Bu gün, 07:11
İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? - ARAŞDIRMA
Bu gün, 07:04
Üçüncü "nüvə erası" - “Pandora qutusu” artıq açılıb
Bu gün, 07:01
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır - “Bloomberg”
Bu gün, 07:00
'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
44 gün döyüşüb, yaralanıb, AMMA... - HƏLƏ DƏ...
Bu gün, 06:55
"Nə deyəsən belə aptekə, axı..." - NARAZILIQ VAR...
Bu gün, 06:51
"İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" - ETİRAZ
Bu gün, 06:35
Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq – SƏBƏB
Bu gün, 06:32
ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm - Tramp
Bu gün, 06:30
İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb - "Mehr"
Bu gün, 06:28
Zelenski ilə görüşə hazıram - Putin
Bu gün, 06:26
İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib
Bu gün, 06:23
Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib - İran Moskvadan hərbi yardım istəməyib
Bu gün, 06:22
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır
Bu gün, 00:00
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
Dünən, 23:58
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Dünən, 21:25
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünən, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Dünən, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Dünən, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Dünən, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Dünən, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Dünən, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Dünən, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Dünən, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Dünən, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Dünən, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Dünən, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Dünən, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Dünən, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Dünən, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru