Onları bir araya gətirən Tramp olmalıdır .....                     "Bu ritual özümü toparlamağa kömək edir" .....                     33 il sonra bu qadağalar aradan qaldırıldı .....                     Rusiya yeni silahlarla HƏDƏLƏDİ .....                     Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq .....                     Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? .....                     Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur .....                     İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı .....                     Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… .....                     Əliyev və Paşinyan Rusiyaya qarşı... .....                     Ukrayna Donetskdən geri çəkilərsə... .....                     Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi .....                     Avropa könüllülər koalisiyası döyüşdən qaçır .....                     Bakı bunları əldə etdi, İrəvan isə… .....                     ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! .....                     Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? .....                     Neft Daşlarında QANUNSUZ BALIQ OVU... .....                     Okeanın o tayından Qafqaza .....                     Vaşinqtonda gorbagor olan iki “miras”: .....                     Zəngəzur coğrafiya deyil, .....                     “Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? .....                     "Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" .....                     Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... .....                     Tramp Zelenskinin də .....                     Xızının icra başçısı da qanunları ayaqlar altına atır... .....                     Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... .....                     Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? .....                     Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... .....                     Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? .....                     Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb .....                     İrəvan razılaşdı, Azərbaycana yeni status verildi .....                     Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? .....                     “Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... .....                     Qafqaz evi ideyası yenə gündəmdə .....                     Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? .....                     Füzuli DAİM-də DAİMİ PROBLEM... .....                     Etalon Hospitalda daha bir qalmaqal .....                     Ukraynanın dərinliklərinə doğru irəliləmək... .....                     Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır .....                     Vaşinqton zirvəsinin əks-sədası .....                 

Nazir rektora niyə yazılı xəbərdarlıq edib: - Plagiat iş, yoxsa gizli qovğa? (SƏNƏD)
Tarix: 29-07-2016, 12:10 | Çap et
Nazir rektora niyə yazılı xəbərdarlıq edib:
Azərbaycanda təhsil sistemində hökm sürən bərbad vəziyyətə uzun illərdir çoxsaylı səbəblər, sayısız amillər göstərilsə də, söhbət hərlənib-fırlanıb yekunda bir qənaətdə bitir: nə qədər ki, bu sektora millətin yetişdirildiyi, dövlətin gələcəyinin qurulduğu əsas bünövrə kimi deyil, sadəcə, yaxşı gəlir gətirən sahətək baxılacaq, Azərbaycanda təhsil elə bu kökdə də olacaq və heç vaxt da inkişaf etməyəcək!

Elə məhz "yaxşı gəlir gətirən sahə” kimi yanaşıldığındandır ki, uzun illərdir təhsil sektoru həm də böyük bir intriqa ocağına çevrilib və bu proses hər gün bir az da körüklənməkdə, alovlanmaqdadır: iş-güc, təhsilin, tədrisin problemləri qalıb bir kənarda, təzə gələnlər köhnələrin, köhnədən qalanlar da təzələrin "torbasını hörməklə” məşğuldur…

Çox uzatmadan, aşağıda sizə təqdim edəcəyimiz bir sənəd də uzun müddətdir bu sektorda hökm sürən "yenilər”lə "köhnələr”in intriqalarına işıq salmaq baxımından çox və olduqca maraqlı, həm də heyrətamiz və ibrətamizdir.

Beləliklə, Strateq.az-ın əldə etdiyi bir sənəddən aydın olur ki, Təhsil naziri Mikayıl Cabbarov iyulun 5-də "Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında” 464 saylı əmr imzalayıb.

Sənədin preambulasında qeyd olunur ki, Təhsil Nazirliyində 2015-ci ilin dekabrın 12-də keçirilmiş müşavirədə (?!), eləcə də Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 7 aprel 2016-cı il tarixdə keçirilən "Dəyirmi masa”da bəyan edilmiş "Nazirliyin plagiat halları ilə barışmazlıq mövqeyi” əsas tutularaq və təhsil müəssisələri tərəfindən plagiatlığa qarşı real addımların atılmasını təmin etmək məqsədilə belə bir əmr imzalanıb.

Əlbəttə, 2015-ci ilin dekabrın 12-də (xatırladaq ki, bu tarix mərhum prezident Heydər Əliyevin vəfatının 12-ci ildönümünə təsadüf edir və adətən, həmin günlər rəsmi tədbirlər yox, daha çox mərhum prezidenti anma mərasimləri keçirilir – S.Q.)Təhsil Nazirliyində "plagiatlıqla mübarizəyə həsr olunmuş müşavirə”də nə kimi məsələlərin müzakirə edildiyi haqda məlumatımız yoxdur və sənəddə də bu haqda əlavə hər hansı məlumat verilmir… Ancaq 05 iyul 2016-cı il tarixli 464 saylı əmrin mətnindən o aydın olur ki, nazir Mikayıl Cabbarov tədris vəsaitlərində plagiat halların qarşısının alınması sahəsində Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməklə yanaşı, rəsmi şəkildə bir rektora da çox sərt şəkildə xəbərdarlıq da edib.

Bu rektor kim olsa, yaxşıdır? Adı xeyli vaxtdır ölkə mətbuatında Mikayıl Cabbarovun vəzifəsindən uzaqlaşdırmaq istədiyi qocaman rektorlardan biri kimi çəkilən Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov!

Nazir rektora niyə yazılı xəbərdarlıq edib:

Xatırladaq ki, 71 yaşlı texnika elmlər doktoru, professor Havar Məmmədov 1989-cu ildən – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Elm və təhsil müəssisələri” şöbəsində fəaliyyətini başa vurandan bəri, həyatını Texniki Universitetə bağlayıb. O vaxt Politexnik İnstitutu adlanan sözügedən ali təhsil müəssisəsində əvvəlcə axşam və qiyabi təhsil üzrə prorektor, 1991-1993-cü illərdə tədris işləri üzrə prorektor, sonrakı dövrdə kafedra müdiri işləyib, 2000-ci ildənsə Azərbaycan Texniki Universitetinin rektorudur.

İşin ən maraqlı tərəflərindən biri budur ki, nazir Mikayıl Cabbarovun plagiatlığa görə rəsmi şəkildə xəbərdarlıq etdiyi şəxs "texniki elmlərin və təhsilin inkişafındakı xidmətlərinə görə” yüksək dövlət mükafatı – "Şöhrət” ordeni ilə təltif olunub, üstəlik, ötən ilin oktyabrında ona Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi” fəxri adı verilib.

İndi gəlin, baxaq, görək, gənc təhsil nazirimizin əmrində bu "Şöhrət” ordenli 71 yaşlı qocaman rektor-professorun, "Əməkdar elm xadimi”nin barəsində nə yazılıb:

"… Azərbaycan Texniki Universitetində hazırlanan tədris vəsaitlərində plagiat hallarına dəfələrlə (!!!-red.) yol verildiyinə və belə halların qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyinə görə rektor, professor Havar Məmmədova xəbərdarlıq edilsin…”.

Əlbəttə, hüquqi baxımdan nazirin rektora bu sayaq xəbərdarlıq etməsinə heç bir maneə yoxdur, əksinə, neqativ hallara qarşı mübarizə aparmaq baxımından cəsarətli addımdır və təqdir edilməlidir. Ancaq işin mənəvi və ən əsası, gerçək mahiyyətinə gəldikdəsə, bax, "xoruzun quyruğu” da elə burada üzə çıxır…

Söhbət ondan gedir ki, bizim hökumətimizin idarəetmə fəlsəfəsində, adətən, Prezidentin etimad göstərərək təyin etdiyi və yüksək dövlət mükafatı verdiyi şəxslərin öz nazirləri tərəfindən bu sayaq cəzalandırılması halı, demək olar, yoxdur və bu, "yuxarılarda” hamının bilib gözlədiyi "yazılmamış qanunlar”dan sayılır. Belə demək mümkünsə, hörmətli gənc Təhsil nazirimiz idarəçilikdəki bu ənənəvi qaydaların götürülməsi istiqamətində də bir "ilkə” imza atıb.

Üstəlik, Prezidentin təhsildəki xidmətlərini nəzərə alıb "Əməkdar elm xadimi” adıyla mükafatlandırdığı sərəncamın mürəkkəbi qurumamış professor-rektora "…tədris vəsaitlərində plagiat hallarına dəfələrlə yol verildiyinə və belə halların qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyinə görə” cəza təyini həm də təhsil sistemində və bütövlükdə bu sektordakı idarəçiliyin, əməyin qiymətləndirilməsi meyarlarının hansı vəziyyətdə olduğuna işıq tutmaq baxımından da çox diqqətçəkici və absurd haldır…

Və daha bir maraqlı detal: nazir Mikayıl Cabbarov əmrə əsas kimi, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiriYaqub Piriyevin təqdimatını göstərib. O Yaqub Piriyevin ki, Texniki Universitetin dəhlizlərində gəzən söz-söhbətə görə, çox yaxın zamanlarda Texniki Universitetlə Memarlıq və İnşaat Universiteti birləşdiriləcək, ona rektor da məhz elə Yaqub Piriyev gətiriləcək…

Əlbəttə, kimin haraya qoyulub-qoyulmayacağını o yerə iddiaçılar yox, o yerə təyin edən yaxşı bilir. Heç şübhəsiz ki, bu dəfə də elə olacaq və biz mövzunun bu tərəfini dartışmaqda, müzakirə açmaqda qətiyyən maraqlı deyilik.

Bizim üçün maraqlı olan əsas məqam budur: nazirin rektoru bu sayaq cəzalandırmasının kökündə, arxasında nə yatır? İndiyədək deyilənlər və yazılanlar, yoxsa, sadəcə, plagiatlıq?! Axı təhsilin problemlərinin həlli üçün plagiatlığa və ya buna şərait yaratmağa görə cəzalandırma belə zəruridirsə, gərək ki, Texniki Universitet siyahının başında durmaya?! Bəlkə, elə təhsildəki gerçək islahatlar Nazirliyin özündən başlaya?!

Mövzu diqqətimizdədir, əlavə məlumatlar veriləcək.

Nazir rektora niyə yazılı xəbərdarlıq edib:
Nazir rektora niyə yazılı xəbərdarlıq edib:










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onları bir araya gətirən Tramp olmalıdır - Vens
Dünən, 19:10
"Bu ritual özümü toparlamağa kömək edir"
Dünən, 19:08
33 il sonra bu qadağalar aradan qaldırıldı - AKTUAL
Dünən, 19:02
Rusiya yeni silahlarla HƏDƏLƏDİ - Harada yerləşdirəcək?
Dünən, 18:59
Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq - ÇÜNKİ...
Dünən, 18:55
Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? - NARAHATDIR
Dünən, 18:52
Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:35
İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
Dünən, 14:32
Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Dünən, 13:06
Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Dünən, 13:04
Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Dünən, 11:48
Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Dünən, 11:46
Avropa könüllülər koalisiyası döyüşdən qaçır - "Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir"
Dünən, 11:41
Bakı bunları əldə etdi, İrəvan isə… – Erməni politoloq ŞƏRH EDİR
Dünən, 11:39
ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:29
Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Dünən, 11:08
Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Dünən, 11:00
Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Dünən, 10:30
Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Dünən, 10:27
Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır
Dünən, 10:24
“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? - İNCƏLƏMƏ
Dünən, 09:46
"Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" - deputat
Dünən, 09:45
Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... - “Böyük xəyanət”: Hörmüz boğazı bağlansın...
Dünən, 09:40
Tramp Zelenskinin də Alyskaya getməsinə İCAZƏ VERDİ
Dünən, 09:37
Xızının icra başçısı da qanunları ayaqlar altına atır... - BU DA FAKT...
Dünən, 09:19
Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... - İTTİHAM VAR...
Dünən, 09:16
Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:10
Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... - AXI NİYƏ?..
Dünən, 09:08
Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? - AKTUAL
Dünən, 09:00
Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post
Dünən, 08:59
İrəvan razılaşdı, Azərbaycana yeni status verildi – “Ermənilər bunu da itirir”
Dünən, 08:56
Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? - NƏ ETMƏLİ?
Dünən, 08:53
“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... - Sabir Rüstəmxanlı yazır...
Dünən, 08:51
Qafqaz evi ideyası yenə gündəmdə - Görünəni odur ki...
Dünən, 04:21
Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI
Dünən, 04:18
Füzuli DAİM-də DAİMİ PROBLEM... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 04:15
Etalon Hospitalda daha bir qalmaqal - TƏFƏRRÜAT
Dünən, 04:10
Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir
Dünən, 04:03
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
Dünən, 03:55
Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Dünən, 03:54
Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? - AKTUAL
Dünən, 03:51
Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq - GƏLİŞMƏ
Dünən, 03:48
Nazirlik əməkdaşı yol qəzasında öldü - FOTO
Dünən, 03:45
"Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:41
"Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" - ÇAĞIRIŞ
Dünən, 03:39
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
Dünən, 03:30
Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 03:28
“İran Zəngəzuru o döyüşdə itirdi” - “Reuters”:
Dünən, 03:26
İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset
Dünən, 03:23
Putin Krım ssenarisini təkrarlamağa çalışır - Zelenski
Dünən, 03:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru