Uşağa görə boşanmamaq: .....                     “Leş Tofiq”lər hərəkətə keçdi .....                     “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” .....                     Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, .....                     Təhsildə ikitirəlik yaranır .....                     Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi .....                     ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək .....                     “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” .....                     Zabrat maşınqayırma zavodu özəlləşdirilir .....                     Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                     Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub .....                     Bu mebel şirkətləri külli miqdarda borca düşdü .....                     İlham Əliyevlə Zelenski .....                     Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... .....                     "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı! .....                     Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş .....                     Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ .....                     Putin TŞ-nin müşavirəsini keçirib, .....                     “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” .....                     14 il deputat olub, indi icra başçısıdır .....                     Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı .....                     Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib .....                     Zelenski və İlham Əliyev arasında telefon danışığı olub .....                     “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... .....                     Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ .....                     Bu, Azərbaycanın maraqlarına uyğundurmu? .....                     Dilarənin mafiya dönüşü gündəm oldu .....                     Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. .....                     Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir .....                     BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı .....                     "İş axtaranları qul kimi işlədib” .....                     "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb .....                     Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! .....                     Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? .....                     Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                     İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq .....                     Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir .....                     ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi .....                 

Valideynlər bu tibb ocağına müraciət etməzdən əvvəl fikirləşsinlər... - Özbaşınalıq...
Tarix: 1-04-2016, 11:29 | Çap et
Valideynlər bu tibb ocağına müraciət etməzdən əvvəl fikirləşsinlər...
Qəzetimizin 30.12.2015-ci il tarixli sayında dərc olunmuş “İki otağa sığan “Anay” uşaq tibb mərkəzi” sərlövhəli tənqidi materialda biz növbəti dəfə ölkəmizdə fəaliyyət göstərən bəzi özəl tibb müəssisələrinin işində müşahidə olunan nöqsanlardan söz açmışdıq. Əvvəllər də dərc etdiyimiz yazılarda biz qeyd etmişik ki, bu gün ölkəmizin səhiyyə sistemində mövcud olan bir çox problemlər məhz özəl tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müşahidə olunmaqdadır. İlk növbədə diqqətə çarpan məqam bundan ibarətdir ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə, göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur. Lakin ötən ilin sonlarında bizimdovr.az-a daxil olmuş məlumatda məhz uşaq səhiyyəsi üzrə ixtisaslaşmış konkret bir müəssisənin, “Anay” uşaq tibb mərkəzinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülmüşdü. Aldığımız açıqlamalar əsasında hazırladığımız materialda biz göstərmişdik ki, paytaxtın Bakıxanov qəsəbəsində yerləşən bu tibb müəssisəsinə həkim-pediatr Asif Seyfullayev rəhbərlik edir. “Anay” MMC kimi dövlət qeydiyyatından keçmiş bu müəssisə “uşaq tibb mərkəzi” kimi pafoslu ada sahib olmaqla, böyük iddialarını ortaya qoysa da, əslində bu mərkəzin indiyədək iki nəfərdən artıq əməkdaşını görən olmayıb. Bu əməkdaşlardan da biri Asif həkimin özü, digəri isə tibb bacısıdır. Həmçinin biz göstərmişdik ki, “Anay” MMC-nin yerləşdiyi tikili də xüsusi maraq doğurur. Belə ki, şəxsi həyətyanı sahədə inşa olunmuş bu birmərtəbəli bina cəmi 1 dəhliz və 2 otaqdan ibarətdir. Bunun müqabilində isə, müəssisəyə gələn pasientlərdən elə əsil tibbi mərkəzlərdə təyin olunmuş məbləğlərdə ödəniş alınır. Həm də həkimin qəbul haqqından başqa, uşaqlara vurulan hər iynəyə görə də tibb bacısı valideynlərdən 5 manat pul alır. Yeri gəlmişkən, bizə müraciət edən vətəndaş burada uşaqlara vurulan preparatların da tərkibi, istifadə müddəti və saxlanma şəraitinə dair müəyyən şübhələri ilə bölüşmüşdü. Onun deməyinə görə, Asif həkim bu və ya digər uşağa təcili inyeksiya olunması zərurəti barədə qərara gəldikdə, telefon vasitəsilə Anar adlı gənc bir şəxslə əlaqə saxlayır. Bundan sonra, Anar bir neçə dəqiqə ərzində həkimin tələb etdiyi preparatı onun otağına gətirir. Anarın həkim otağına ikinci, arxa qapıdan girdiyi və bu qapının da həyətə açıldığı nəzərə alınarsa, çox güman ki, bu dərmanlar da xüsusi yaradılmış şəraitdə deyil, məhz evdə, ən yaxşı halda soyuducuda saxlanılır. Təbii ki, bütün bu deyilənlər ilk növbədə “Anay” MMC-yə uşaqlarının səhhətində yaranmış müəyyən problemlərlə bağlı müraciət edən valideynlərin seçimlərini ciddi şübhə altına almış olur. Bizə müraciət etmiş vətəndaş isə, təqdim etdiyi faktları ictimailəşdirmək yolu ilə, yaranmış vəziyyətə Səhiyyə Nazirliyinin diqqətini cəlb etmək istəmişdi.
Bununla bağlı demək lazımdır ki, məlumatları bizimdovr.az-a təqdim edən mənbə öz istəyinə nail ola bilib. Belə ki, bu günlərdə redaksiyamıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzi MMC-nin direktoru Murad Süleymanov tərəfindən imzalanmış, 08/640 saylı məktub daxil olub. Qeyd edək ki, bu məktubu yeni almağımıza rəğmən, blankın üzərində 04.02.2016-cı il tarixi göstərilib. Məktubda deyilir: “Bakı şəhəri, Sabunçu rayonu, Ramiz Qəmbərov küçəsi, 3a ünvanında özəl tibb fəaliyyəti ilə məşğul olan “Anay-M” MMC-nin lisenziyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq sərəncamı əsasında dayandırılmışdır”.
Belə çıxır ki, Asif Seyfullayevin rəhbərlik etdiyi bu müəssisə ilə artıq Səhiyyə Nazirliyi deyil, müvafiq hüquq-mühafizə orqanları maraqlanmalıdırlar. Hələlik isə, uşaqlarının səhhətində yaranmış müəyyən problemlərlə bağlı “Anay” uşaq tibb mərkəzinə müraciət edən valideynlərin bu məqamı diqqətə almalarını istərdik.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Bu gün, 18:02
“Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Bu gün, 17:59
“Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Bu gün, 17:54
Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Bu gün, 17:52
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Bu gün, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Bu gün, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Bu gün, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Bu gün, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Bu gün, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Bu gün, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Bu gün, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Bu gün, 17:00
İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Bu gün, 16:55
Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Bu gün, 16:40
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Bu gün, 16:36
Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Bu gün, 16:33
Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Bu gün, 16:28
Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Bu gün, 16:19
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Bu gün, 16:18
14 il deputat olub, indi icra başçısıdır - FOTO
Bu gün, 16:16
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Bu gün, 16:13
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Bu gün, 16:11
Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Bu gün, 16:08
“SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Bu gün, 16:06
Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Bu gün, 15:57
Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Bu gün, 15:54
Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Bu gün, 15:50
Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Bu gün, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Bu gün, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:31
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Bu gün, 15:27
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Bu gün, 15:22
Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Bu gün, 15:15
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Bu gün, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru