Bu YDM-də fırıldağın yeni üsulu icad olunub - Saxtakarlığı əvvəlcədən edirlər...
Tarix: 17-03-2016, 11:13 |
Çap et
DİA.AZ: - Redaksiyamıza müraciət edən Bakı sakini Şərifov Mahir bildirir ki, dünən Səbail rayonu Badamdar qəsəbəsində yerləşən və maraqlıdır ki, adı olmayan Yanacaq Doldurma Məntəqəsində fırlldağın qurbanı olub.
Vətəndaşın DİA.AZ-a yazdığına görə, dünən qeyd olunan ərazidəki fiziki şəxs Ramiz Əhmədovun adına qeydiyyatda olan YDM-yə yaxınlaşıb: "Maşınıma 30 manatlıq 92 oktanlı benzin vurulmasını sifariş etdim və ilk başdan tələb etdim ki, benzini sürətini 1-ci şkalayla müəyyən etsinlər.
Dediyimi etdilər. Amma ilk gördüyümə inana bilmədim. Benzin şlanqdan buraxılan kimi artıq sayğacda 1 manat 52 qəpik görünürdü. Yəni guya maşınıma artıq 1 manat 52 qəpiklik benzin vurulub".
"YDM-in işçilərinə şikayət etsəm də, xeyri olmadı" deyən Bakı sakini diaaz.space-a müraciətində onu da qeyd edib ki, bununla bağlı İqtisadi İnkişaf Nazirliyinin "qaynar xətti"nə də xəbər verib.
Qarşı tərəfi də dinləməyə hazırıq...