Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir .....                     BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı .....                     "İş axtaranları qul kimi işlədib” .....                     "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb .....                     Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! .....                     Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? .....                     Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                     İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq .....                     Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir .....                     ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi .....                     “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” .....                     Xocalı qatili qayıdır? .....                     “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” .....                     Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil .....                     "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" .....                     Ermənistan Prezidenti Gürcüstana səfər edəcək .....                     “Kiyev milyonlarla yardımı itirə bilər” .....                     "Səs" qəzeti fəaliyyətini dayandırır .....                     Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb .....                     Sabirabaddakı qətlin TƏFƏRRÜATI .....                     Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü .....                     Leysan yağacağı gözlənilir .....                     Kukla teatrında böyüklər üçün “oyun” .....                     Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb .....                     Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... .....                     Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” .....                     “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” .....                     "Atamın vəziyyəti yaxşı deyil" .....                     Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır .....                     "Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan .....                     "Nə qədər canım yanırsa yansın..." .....                     Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək .....                     Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? .....                     "Zərif Mahud”un səhmdarları toplanır .....                     Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi .....                     Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür .....                     Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU .....                     Bu deputat danışmır, ancaq şəkil çəkdirir .....                 

Yasamalın icra başçısı başqa rayonlarda obyekt sökdürür? - İbrahim Mehdiyevə qarşı ittiham
Tarix: 16-02-2016, 11:13 | Çap et
Yasamalın icra başçısı başqa rayonlarda obyekt sökdürür?
Bəzən elə bir vəziyyət yaranır ki, bütün lazımi sənədlər, hətta məhkəmə qərarı ola-ola, sizə icazəsini aldığınız obyektin tikintisi və fəaliyyəti üçün heç bir şərait yaratmırlar. Həm də bu maneəçilik təkcə yaşadığın rayonun icra hakimiyyəti tərəfindən deyil, birbaşa başqa rayonun icra başçısı tərəfindən törədilir. Ən maraqlı məqam da odur ki, maneəçilik törədən şəxslər də, bir neçə il əvvəl bu sənədlərə imza atan, möhür vuran şəxslərdir. Qafqaz Xəbər Agentliyi olaraq, bu cür “maraqlı” və absurd halları daim araşdırmış, vətəndaşların şikayətləri və tərəflərin dinlənilməsi əsasında ictimaiyyətə təqdim edirik.

Bu il fevralın 11-də Xətai rayonu S.Vəzirov 11 ünvanında, “KAT” MTK şəhərciyində Xətai RİH-in əməkdaşları tərəfindən Sevinc Oqtay qızı Hacıyevaya məxsus avtomobillərə xidmət məntəqəsi (“moyka”) söküldü və yüngül konstruksiyalı tikilinin bütün avadanlıqları müsadirə edilərək aparılıb. Lakin Sevinc Hacıyevanın sözlərinə görə, bu söküntü işi ilə bağlı ona heç bir rəsmi sənəd göstərilməyib.

O, Qafqaznews.az-a bildirib ki, bu obyektin inşası və fəaliyyətinə icazə 2005-ci il martın 9-da, Xətai RİH tərəfindən verilib. “O vaxt Xətai RİH başçısı İbrahim Mehdiyev idi və sərəncamda onun adı var. 2010-cu ildə isə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən avtomobillərə texniki xidmət məntəqəsinin eskizi təsdiq olunub. O zaman biz bu obyekti inşa etdik, 40 min manata qədər vəsait xərclədik. Lakin təzə açılmışdı ki, Telman adlı şəxs (sakinlərlə söhbət zamanı onun “Təmiz Şəhər ASC-də işləyən Telman Teymurov olduğu, həmin vaxtlar bu şəhərcikdə yaşadığı məlum oldu – red.) dedi ki, “əgər “moyka” işlətmək istəyirsinizsə, ayda mənə 300 manat verəcəksiniz, mən də “yuxarı”lara verəcəyəm”. Sonra Telman guya “sakinlərə narahatlıq” bəhanəsi ilə qapı-qapı düşüb imza topladı, bu ərizə RİH-ə getdi. Hətta bəzi əcnəbi vətəndaşlardan da imza almışdılar. Əksər qonşular sonra dedilər ki, “biz nəyə imza atdığımızı bilmirdik, bizə burda abadlaşdırma və yaşıllaşdırma olacağını deyiblər”. Beləliklə, bir neçə il əvvəl obyekt söküldü.

2015-ci il iyul tarixində Xətai Rayon Məhkəməsi bizim həmin ərazidə yüngül konstruksiyalı məntəqə açmağımıza icazə verdi, bu işin icrasına nəzarət isə Ədliyyə Nazirliyi Xətai Rayon İcra Şöbəsinin icraçısı Rüstəm İbrahimova tapşırıldı. O bizə dedi ki, narahat olmayın, yenə sökməyə gəlsələr, mənə bildirin. Bundan 15 gün əvvəl R.İbrahimovun nəzarəti ilə həmin “moyka”nı bərpa etdik. Lakin fevralın 11-də Xətai RİH-dən gəlib heç bir sənəd göstərmədən sökdülər. İcraçıya zəng etdim, dedi mənim bu məsələdə işim bitib, siz 102-yə yığın. Sahə inspektoru Valeh Səfərli isə gəldi, həmin adamlarla dedi-güldü, zarafatlaşıb getdi. Daha sonra adı Füzuli olan RİH əməkdaşı mənə dedi ki, “RİH-in memarı Vadim müəllimlə danışın, o desə, söküntü dayanar”. Mən getdim Vadim müəllimlə görüşdüm (Vadim Surxayev – red.), o isə bildirdi ki, “siz yenidən icazə almalısınız”. Beləliklə, bu məsələdə biz tək qaldıq. Vəkilim sənədləri hazırlayıb, prokurorluğa və məhkəməyə müraciət edəcəyik”. Qafqaznews.az olaraq, obyektivlik naminə Xətai RİH-ə zəng etdik, adı keçən şəxslərin heç biri yerində yox idi. Bizə dedilər ki, “Vadim müəllimin qəbulu 2-ci və 5-ci günlərdir, onda gəlib danışarsınız”.

Yazıda adı hallandırılan məhkəmə icraçısı Rüstəm İbrahimovla əlaqə saxladıq. O, Sevinc xanıma dediklərini nə təkzib, nə təsdiq etdi: “Mən telefonda sizə heç nə deyə bilmərəm. Xahiş edirəm, Ədliyyə Nazirliyi İctimaiyyətlə Əlaqələr Şöbəsinə zəng edəsiniz”. Biz Ədliyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səyyad Məcidovla əlaqə saxladıq. “Mənim bu məsələdən tam məlumatım yoxdur, araşdırmadan tam fikir bildirə bilmərəm. Amma onu deyə bilərəm ki, məhkəmə qərarının icrasının təminatında icraçı məsuliyyət daşıyır. İcraçı məsuliyyət daşıyır ki, orda daş üstündən daş əksik olmasın”.

Tikilinin yüngül konstruksiyalı olduğunu xatırlatdıq, S.Məcidov isə öz növbəsini fikrinə düzəliş etdi: “Hər halda, icraçı bu tikilinin yenidən sökülməsi ehtimalına görə məsuliyyət daşıyır”. “Qafqaz Hüquq Mərkəzi”nin baş direktoru Samir İsmayılov isə bildirib ki, 2005-ci ilin martında verilən sərəncamın 10 il iddia müddəti keçən il bitib: “Əgər Xətai RİH özünün 10 il əvvəlki qərarını ləğv etməyi qərara alıbsa, o zaman Xətai Rayon Məhkəməsinin qərarından appelyasiya şikayəti verməli, bu qərarın qüvvədən salınmasına nail olmalıdır. Xətai RİH-in hüquqları pozulursa, bunu da məhkəmədə əsaslandırmalıdır. Daha yüksək məhkəmə instansiyasının qərarı olmadan, hər hansı fiziki və ya hüquqi şəxs orda gəlib obyekti sökə bilməz. O ki qaldı hansısa tikilini sökməyə, lap qanunsuz olsa belə, tikinti başlamamışdan rəsmi xəbərdarlıq göndərilməli idi”. Sahə inspektoru, polis mayoru Valeh Səfərliyə zəng etdik. O, Sevinc Hacıyevanın dediklərini təkzib etmədi: “Gəldim, gördüm ki, söküntü gedir.

Yaxınlaşdım, RİH-dən Füzuli müəllim və 110 saylı MİS-in rəisi Səbuhi müəllim var idi orda. Dedilər ki, “sökmək tapşırılıb”, tikili qanunsuzdur. Sevinc xanım qərar göstərdi, mən də onlara bildirdim ki, “axı vətəndaşda qərar var”. Dedilər ki, bizdə təsdiq edilməyib. Mən nə edə bilərəm, icra başçısına nə deyə bilərəm?”. Biz vətəndaşın mülkiyyət hüququnu və asayişin təminatında polisin rolun sahə inspektoruna bir daha xatırlatdıq, RİH nümayəndələrinin hər hansı sənəd göstərib-göstərmədiyini soruşduq… lakin yenə eyni cavab aldıq: “Axı mən icra başçısına nə deyə bilərəm?”. 110 saylı MİS-in rəisi Səbuhi müəllim isə bizimlə danışmaqdan imtina etdi: “Bu mənim şəxsi telefonumdur. Danışmamaq hüququmdan istifadə edirəm, bu barədə sizə heç nə bildirmək istəmirəm”. Məsələ ilə bağlı sakinlərin də fikirlərini soruşduq.
Məlum oldu ki, Xətai RİH-in sabiq icra başçısı, hazırda Yasamalın icra başçısı olan İbrahim Mehdiyev bu şəhərcikdə (S.Vəzirov 11H, mənzil 13-14) yaşayır, iki mənzili alıb birləşdirib. Və “moyka”nın sökülməsində də məhz İbrahim Mehdiyevin rolunun olduğu deyilir. Sakinlərin sözlərinə görə, Telman adlı şəxslə İbrahim müəllimin yaxın münasibəti olub. “Obyektin birinci dəfə sökülməsi də məhz İbrahim Mehdiyevin sifarişi ilə olmuşdu, bunu özü də dəfələrlə sakinlər arasında etiraf edib. On beş gün əvvəl bu obyekt tikiləndə İbrahim Mehdiyev gəlib soruşmuşdu, ona demişdilər ki, məhkəmə qərarı var. O isə “baxarıq” deyərək getmişdi”, – deyə sakinlərdən biri qeyd edib. İbrahim Mehdiyevin hələ fəaliyyətə başlamayan obyekti sökdürməkdə əsas səbəb kimi “səs-küy olmasını” göstərdiyi deyilir.

Lakin onunla qonşu olanlar isə deyir ki, “İbrahim müəllimin nəvələrinin səs-küyündən rahatlığımız yoxdur”. Maraqlıdır ki, İbrahim Mehdiyevin yaşadığı bina ilə “moyka”nın yeri arasında 100-150 metr məsafə, o cümlədən bir bina var. O da maraqlıdır ki, rəhbərlik etdiyi Yasamal rayonunda binalara bitişik obyektlərin, yuyucuların işləməsinə heç bir maneə törətməyən, hətta şərait yaradan icra başçısı yaşadığı şəhərcikdə belə obyektin fəaliyyətinə niyə razı deyil? Görəsən, Yasamal rayonu ərazisində uzun illərdir fəaliyyət göstərən, binalarda sakinlərin rahatlığına əngəl törədən “moyka”larla bağlı da, bu cür “tədbirlər” görülürmü?

Məhz sözügedən obyektin söküntüsü üçün ciddi səbəblər varsa, 2005-ci ildə sözügedən sərəncama möhür vuran, imza atan şəxslərin (o cümlədən, İbrahim Mehdiyevin) fikrini dəyişməsinə səbəb nə oldu? Bu səbəblərə aydınlıq gətirmək üçün, qarşı tərəfi də dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

P.S.Yasamal rayonunda İbrahim Meydiyevə aid olduğu barədə məlumat aldığımız bəzi avtoyuyucuların fotolarını oxuculara təqdim edirik.

Yasamalın icra başçısı başqa rayonlarda obyekt sökdürür?
Yasamalın icra başçısı başqa rayonlarda obyekt sökdürür?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Bu gün, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Bu gün, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:31
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Bu gün, 15:27
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Bu gün, 15:22
Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Bu gün, 15:15
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Bu gün, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30
Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24
Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22
Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14
Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13
Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:04
“İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” - Şeyx Əbdül
Bu gün, 11:59
"Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52
Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48
"Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43
Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41
"Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32
Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25
Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04
"Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00
Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58
Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54
Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49
“Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29
Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23
İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19
Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru