ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                 

YARDIMLI SƏHİYYƏSİNİN BELİ NECƏ QIRILIR?
Tarix: 14-07-2012, 13:25 | Çap et
YARDIMLI SƏHİYYƏSİNİN BELİ NECƏ QIRILIR?

OQTAY ŞİRƏLİYEVİN ADAMLARI DAHA BİR RAYONDA BAZAR AÇIBLAR

DİA.AZ: - Redaksiyamıza Yardımlı səhiyysəi ilə bağlı bir məqalə daxil olub. DİA.AZ olaraq bütün ünvanlara açıq olduğumuzdan həmin məqaləni olduğun kimi diqqətinizə çatdırırıq:

“Əvvəla onu deyim ki, rayonumuzda 36 səhiyyə müəssisəsi var. Belə ki, 1 mərkəzi xəstəxana(100 çarpayılıq) və 2 kənd xəstəxanası, 17 tibb məntəqəsi və 16 həkim məntəqəsi vardır ki, bu müəssisələrdə 47 həkim, 119 tibb işçisi çalışır. Rayonun 9 kəndində 5 həkim və 4 tibb məntəqəsi inşaa edilib, 2009-cu ilin mart ayında isə 100 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir olunub.

Amma açığını deyim ki, bu gün Yardımlıda səhiyyənin təşkili bərbad haldadır və şəksiz ki, bunun da öz səbəbləri var. Daha dəqiqi, bu sahədə özbaşınalıq baş alıb gedir.

Gəlin faktlarla danışaq. Burada dərmanların alınmasından tutmuş xəstələrin ərzağına qədər saxta işlər görülür. Sağlam adamları guya xəstəliklə əlaqədar saxta pensiyaya çıxarırlar. Məsələn, son illər rayonumuzda 168 nəfər böyürək çatışmamazlığından saxta yolla pensiyaya çıxarılıb, hansı ki, bu xəstəliyə mübtəla olan adamlar vaxtaşırı dializ olunmalıdırlar ki, sağ qalsınlar. Amma bu adla pensiyaya çıxarılan “xəstələrin” heç birinin buna ehtiyacı yoxdur, yəni sağlamdırlar. Son bir-iki ayda xəstəxanaya təcili yardım maşınlarını idarə etməkdən ötrü 3 nəfər sürücü kimi işə götürülüb, bunun üçün “D” kateqoriyası tələb olunduğu halda, həmin sürücülərin heç birinin bu kateqoriyası yoxdur.

Bundan əlavə, xəstəxananın istisimardan çıxarılmış maşınlarına belə saxtalaşdırılaraq yanacaq, sürtkü yağı, təkər və s. lazım olan texniki vasitələr yazılıb guya alınır, amma əslində onlara ayrılan vəsaitlər mənimsənilir. Daha bir fakt, xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Məsələn, hər hansı bir dərman aptektdə bir manata satılsa da, bizə verilərkən sənəddə üç-dörd manata alındığı göstərilir. Bundan əlavə, xəstəxanada olmaya-olmaya kimlərəsə saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Onların da əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılan “xəstəlik tarixləridir”. Sonra, cərrahiyyə şöbəsində, uşaq xəstəxanasında feldşer çatmadığı halda, təcili tibbi yardım şöbəsində süni yolla feldşer bolluğu yaradılıb.

Bu da ona görədir ki, təcili tibbi yardımda əmək haqqı çox olduğu üçün digər şöbənin feldşerini qarşılıqlı maraq əsasında ora göndərirlər. Yəni, digər şöbələrdə feldşerə ehtiyac olduğu halda, təcili yardımda 3 feldşer ola-ola birini də artıq göndəriblər. Hansı ki, təcili tibbi yardımda bir gündə üç həkim personalına ehtiyac olur. Burada dördüncü feldşer artıqdır. Daha bir fakt, əksər rayon xəstəxanalarında olduğu kimi, bizim də rayonda həkim çatışmamazlığı var. Təxminən 40-dan çox həkim çatışmır. Bu da həkimlərə əlavə olaraq yarımoklad da işləməyə imkan yaradır. İş orasındadır ki, bu məsələdə də ögey-doğmalığa yol verilir.

Məsələn, hansısa şöbənin müdirinə öz işindən əlavə təcili tibbi yardım şöbəsində yarımoklad iş verildiyi halda, təcili tibbi yardımın öz həkimlərinə bu iş verilmir. Guya Səhiyyə Nazirinin göstərişi belədir. Bir sözlə, bizim rayonun səhiyyəsində qeyri-qanuni görülən işlər kifayət qədərdir. Bu gün xəstəxanadakı “xəstəlik tarixləri” araşdırılsa çox şeylər üzə çıxar. Onların böyük əksəriyyəti saxta açılıb. Yəni, hər hansı bir kəsin adı xəstəxanada getsə də, faktiki özü orada olmayıb. Və bu üsulla da ərzaq və dərmanları silərək mənimsəyirlər. Bunu isə tenderdə udmuş təşkilatlar vasitəsi ilə həyata keçirirlər.

Bu belə. Yaxşı, indi mənim sizə bir sualım var. Deyin görək hansı xəstəxanada daha çox xəstə ola bilər - rayon mərkəzi xəstəxanasında, yoxsa kənd xəstəxanasında? Sizcə, kənd xəstəxanasında dərman çox işlənər, yoxsa mərkəzi xəstəxanada? Yəqin ki, mərkəzi xəstəxanada. Amma mərkəzi xəstəxanada işləyən həkimlərin bir neçəsi dərmanların silinməsi üçün yazılan saxta sənədlərə imza atmaqdıqlarına bunun üçün kənd xəstəxanaları daha əlverişlidir. Bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc mərkəzi xəstəxanadan əldə olunandan daha çoxdur və asandır.

Əslində isə onların heç birində xəstələr yatmır. Sadəcə, saxta olaraq sənəddə hər gün guya 15-20 xəstə yatdığı göstərilir. Bunun da arxasında ərzaq, dərman və s. müxtəlif xidmətlərə görə silinən vəsaitlərin mənimsənilməsi durur. Eləcə də “ölü ştat”lar. Təsəvvür edin, mərkəzi xəstəxanada infeksiya şöbəsi var, amma həmin şöbənin harda yerləşdiyini, işçilərinin kimlər olduğunu rayonda bilənlərin sayını barmaqla saymaq olar. Və ya uşaq xəstəxanası, bizim rayon uşaq ölümünə görə ölkədə ön sıralarda gedənlərdən biridir. Bəs, necə olur ki, həmin xəstəxanada bir nəfər də olsun uşaq yatmır? Çünki bu şöbədə də bütün işlər kağız üzərində qurulub...

Bundan əlavə, kadrların yerləşdirilməsində də saxtakarlığa yol verilir. Təsəvvür edin, əgər həkim bir il işləməzsə qanunvericiliyin tələbinə əsasən o, yenidən işə götürülərsə hökmən kursa getməlidir. Amma bizdə elə həkimlər var ki, işə götürülərkən bu tələblər ona şamil edilmir. Məsələn, həkim var ki, il yarım rayonda olmur, geri qayıdan kimi xəstəxanaya işə çıxır...

Xəstəxanada faktiki iki qadın ginekoloq həkim var. Səhiyyə Nazirinin göstərişi ilə həmin həkimlər növbəli şəkildə üç aydan bir stasionar və poliklinikada işləməlidirlər. İş orasındadır ki, bu göstəriş də ciddi şəkildə pozulur və həkimlərdən biri artıq on birinci aydır ki, poliklinikada çalışır. Rəsmiyyətdə isə burada üç ginekoloq çalışır. Amma onlardan biri aybay maaş alsa da, onu işlədiyi üç ildə xəstəxanada “gördüm” deyən çətin tapılar. Hələ bu harasıdır, bir il bundan əvvəl həkimlərin yarımoklad üçün almalı olduqları vəsaiti bilərəkdən altı ay yubadaraq, sonradan mənimsəyiblər. Yəni, həkimlərin adına sənədləşdirilən yarımokladların əməkhaqqısı hansısa razılaşmaya əsasən özlərinə verilməyib, rayon səhiyyəsinin rəhbərliyi tərəfindən mənimsənilib. Daha dəqiqi, hansı həkimə əlavə yarımoklad sənədləşdirilibsə onunla əvvəlcədən razılaşıblar ki, həmin yarımokladın altı aylıq maaşı götürüləcək. Belə ki, həmin ilin iyul ayında yanvar ayı üçün əmr verilib və altı aylıq əməkhaqqı birdəfəlik mənimsənilib. Bundan əlavə, ezamiyyət üçün ayrılan vəsaitlər də saxtalaşdırılır”...

Qarşı tərəfi də dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru