VERGİDƏN BÖYÜK PULLARI GİZLƏDİBLƏR
Tarix: 2-07-2012, 13:02 | Çap et
NAZİRLİK CƏZA MAŞININI İŞƏ SALDI
Azərbaycanda külli miqdarda vergidən yayınma faktları aşkar olunub. Bu barədə Trend-ə Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılan araşdırma zamanı 1980-ci il təvəllüdlü, Lənkəran şəhəri, M.H.Nəccab küçəsi, ev 17-də qeydiyyatda olan Cahangirov Seymur Əhmədağa oğlunun təsisçisi və direktoru olduğu "Fəhmin" müəssisəsinin 2006-2009-cu illərdə 127022,95 min manat məbləğində vergilərin dövlət büdcəsindən yayındırılması faktı aşkar olunub, 2010-cu ilin iyun ayında Departamentin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı müəyyən edilib ki, Cahangirov nəinki "Fəhmin", eləcə də müxtəlif vaxtlarda "Sanqeyt", "Nuray-S", "Rasa-Tikinti", "Fəza", "Oskar-M", "Cahan LTD" müəssisələrinin adından təqdim etdiyi vergi bəyannamələrinə bilərəkdən təhrif edilmiş məlumatlar daxil etmək və ya bəyannamə təqdim etməmək yolu ilə 3 milyon 287 min 562 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırıb. Bundan başqa o, "Sanqeyt", "Rasa-Tikinti" və "Relax-Tikinti MTK" müəssiəsələri adından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq tütün və yanacaq məhsullarının satışını xüsusi razılıq (lisenziya) almadan həyata keçirib və 482 min 105,63 manat gəlir əldə edib.
İstintaq materialları toplanmış dəlillərlə sübuta yetirildiyi üçün 18 yanvar 2011-ci il tarixdə Cahangirova Cinayət Məcəlləsinin 192.2.2 və 213.2.2-ci maddələri ilə ittiham elan edilib və o, həbs olunub. Məhkəmənin hökmü ilə Cahangirov 3 il ərzində dövlət və özünüidarəetmə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan və 7 il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəzasını çəkir.
"Faiq-İnşaat B.İ" müəssisəsinin külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktı üzrə 27 sentyabr 2010-cu il tarixdə başlamış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, 1973-cü il təvəllüdlü, Ağcabədi rayonunun Qaravəlli kənd sakini Əmiraslanov Mehman Əmiraslan oğlu həmkəndlisi Sarıyev Müşfiq Əliuqlu oğlu ilə qabaqcadan əlbir olaraq 2 saylı Ərazi Vergilər idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "Səda-Tikinti-M" müəssisəsinə rəhbərlik edərkən müxtəlif vaxtlarda vergi orqanına təqdim olunmuş bəyannamələrə qəsdən təhrif edilmiş məlumatlar daxil edərək 3 milyon 911 min 460,72 manat, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan "Texnoqrupkom" müəssisəsinin direktoru olarkən 2010-cu ilin may ayı üzrə 135 min 854,34 manat məbləğində ƏDV-ni, 8 saylı ƏVİ-də qeydiyyatda olan "Yeni Standart şirkəti"nin, "Efiopiya", "İnşaat-Servis", "Səda-12" müəssisəsinin direktorları olarkən 1 milyon 301 min 325 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq neft məhsullarının satışı ilə xüsusi razılıq (lisenziya) almadan məşğul olaraq ümumilikdə 232 min 23 manat məbləğində xalis gəlir əldə edib.
Sarıyev Əmiraslanovla birlikdə törətdikləri yuxarıda qeyd olunan cinayət əməllərindən başqa, özü ayrılıqda 12 saylı ƏVİ-də qeydiyyatda olan "Faiq-İnşaat B.İ" MMC-yə faktiki rəhbərlik edərkən vergi tutulan dövriyyəni azaltmaqla, ümumilikdə 89 min 130,91 manat məbləğində, 11 saylı ƏVİ-də qeydiyyatda olan "AFA Təmir-Tikinti" MMC-nin rəhbəri olduğu müddətdə 44 min 973,99 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırıb.
Əmiraslanovun və Sarıyevin sadalanan cinayət əməlləri şahid ifadələri və ekspertiza rəyi ilə sübuta yetirilib, Xətai rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli hökmü ilə Sariyev 2 il 4 ay 14 gün dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan və 5 il müddətinə azadlıqdan, Əmiraslsnov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02 |
|
|
|
| • Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59 |
|
|
|
| • İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57 |
|
|
|
| • Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56 |
|
|
|
| • ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08 |
|
|
|
| • “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03 |
|
|
|
| • Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59 |
|
|
|
| • “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54 |
|
|
|
| • Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51 |
|
|
|
| • "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49 |
|
|
|
| • Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45 |
|
|
|
| • “Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44 |
|
|
|
| • "Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38 |
|
|
|
| • Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37 |
|
|
|
| • Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31 |
|
|
|
| • Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30 |
|
|
|
| • Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
| • Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22 |
|
|
|
| • Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
| • Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13 |
|
|
|
| • Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:04 |
|
|
|
| • “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” - Şeyx Əbdül
Bu gün, 11:59 |
|
|
|
| • "Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52 |
|
|
|
| • Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50 |
|
|
|
| • "Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48 |
|
|
|
| • "Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46 |
|
|
|
| • Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43 |
|
|
|
| • Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41 |
|
|
|
| • "Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39 |
|
|
|
| • Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35 |
|
|
|
| • Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32 |
|
|
|
| • Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25 |
|
|
|
| • Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04 |
|
|
|
| • "Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00 |
|
|
|
| • Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58 |
|
|
|
| • Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54 |
|
|
|
| • Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49 |
|
|
|
| • “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40 |
|
|
|
| • Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31 |
|
|
|
| • Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29 |
|
|
|
| • Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23 |
|
|
|
| • İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19 |
|
|
|
| • Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12 |
|
|
|
| • “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08 |
|
|
|
| • Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58 |
|
|
|
| • Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53 |
|
|
|
| • "Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50 |
|
|
|
| • Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46 |
|
|
|
| • Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35 |
|
|
|
| • "Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
|