NAZİRLİK DAXİLİNDƏ QALMAQAL YARANIB
Tarix: 24-06-2012, 13:38 |
Çap et
YENİ İCRA BAŞÇISI RİTN-İ NECƏ QARIŞDIRDI?
Sabunçu rayon icra hakimiyyətinin yeni başçısı Adil Vəliyev rayon Telefon Qovşağının rəisi Nəriman Salmanovu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun qarşısında çox çətin vəziyyətdə qoymaqla, həm də nazirlik daxilində yeni qarşıdurmanın üzə çıxmasına səbəb olub.
Bu barədə qovşağın adının çəkilməsini istəməyən əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, Sabunçuya yeni başı təyin olunduğu günlərdə nazirliyin aparat rəhbəri Vidadi Zeynalovla dostluq münasibətlərində olan icra başçısı ondan Balaxanı qəsəbəsində yeni ATS-in tikilməsinə köməklik göstərilməsini xahiş edib:
«Aparat rəhbəri bu xahişlə bağlı dərhal qovşaq rəisi Nəriman Salmanova birbaşa tapşırığını verir. Ancaq qovşaq rəisi birbaşa tabe olduğu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun razılığı olmadan işə başlaya bilmədi. Çünki Beytulla müəllim aparat rəhbəri Vidadi Zeynalovun belə bir tapşırıq verməsini eşidən kimi, yeni ATS tikintisinə maliyyə ayrılmasına imkan vermədi. Buna görə, bir neçə gün aparat rəhbərinin tapşırığından yayındı da. Ancaq icra başçısı ilə aparat rəhbərinin israrından sonra yenə də baş direktorla əlaqə saxlanıldı. Bu zaman Beytulla Hüseynov «madam Vidadi kiminsə gözündə özünü böyük göstərmək istəyir, buyursun, cibindən xərcini çəksin», - deyərək, aparat rəhbərinə mesaj göndərdi…». / mia.az /