“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” .....                     Xocalı qatili qayıdır? .....                     “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” .....                     Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil .....                     "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" .....                     Ermənistan Prezidenti Gürcüstana səfər edəcək .....                     “Kiyev milyonlarla yardımı itirə bilər” .....                     "Səs" qəzeti fəaliyyətini dayandırır .....                     Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb .....                     Sabirabaddakı qətlin TƏFƏRRÜATI .....                     Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü .....                     Leysan yağacağı gözlənilir .....                     Kukla teatrında böyüklər üçün “oyun” .....                     Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb .....                     Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... .....                     Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” .....                     “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” .....                     "Atamın vəziyyəti yaxşı deyil" .....                     Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır .....                     "Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan .....                     "Nə qədər canım yanırsa yansın..." .....                     Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək .....                     Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? .....                     "Zərif Mahud”un səhmdarları toplanır .....                     Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi .....                     Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür .....                     Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU .....                     Bu deputat danışmır, ancaq şəkil çəkdirir .....                     "Günlərlə su üzünə həsrət qalırıq..." .....                     Şölədən SƏRT REAKSİYA .....                     Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır .....                     Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... .....                     “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... .....                     Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq .....                     Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir .....                     Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb .....                     İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada .....                     Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? .....                     “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir .....                     Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... .....                 

RAMİZ MEHDİYEVDƏN DƏYƏRLƏNDİRMƏ
Tarix: 20-06-2012, 13:46 | Çap et
RAMİZ MEHDİYEVDƏN DƏYƏRLƏNDİRMƏ

“2003-CÜ İLİN PREZİDENT SEÇKİSİ DÖNÜŞ ANI OLDU”

AzərTAc Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çapa hazırlanan kitabından bir fəsli oxuculara təqdim edib. Akademik yazır ki, yeni yüzilliyin birinci onilliyi dünyada xalqların həyatının bütün sahələrini əhatə edən ciddi transformasiyalara dəlalət edir: “Cəmiyyətlərin formalaşması problemlərinin həllində əvvəlki yanaşmaların potensialı artıq tükənmişdir. İndi güclü inkişafa stimul yaradan yeni innovasiyalı metodlar və mənbələr tələb olunur. Baş verən qlobal dəyişikliklər millətlərdən mütəşəkkillik, intizam və salamat qalmaq, dövlətin rəqabət qabiliyyətini təmin edə biləcək yeni sosial-iqtisadi forma və dəyərlər yaratmaq üçün səmərəli yollar axtarmağı tələb edir. Bu hədəflərə nail olmağın lokomotivi qismində millət özü çıxış edir, onun intellektual səviyyəsi və yaradıcı qabiliyyətləri yeni dəyişikliklərə müvafiq olaraq təkmilləşdirilməlidir”.

“Media forum” saytının məlumatına görə, Ramiz Mehdiyev qeyd edir ki, Azərbaycan bəşər tarixində müasir mərhələnin tələb etdiyi vəzifələrin həyata keçirilməsi üçün nadir imkanlara malikdir: “Azərbaycan milləti insan resurslarına və təbii resurslara, yaradılmış sosial-iqtisadi və mənəvi bazaya, təbii-coğrafi şəraitə güvənməklə yeni eranın ruhuna müvafiq cəmiyyət formalaşdırmağa qadirdir. Bu erada bir dövlət deyil, bir sıra dövlətlər hökmranlıq edəcək və cazibə mərkəzi tədricən Qərbdən Şərqə doğru dəyişəcəkdir. Azərbaycanın dəyəri və bənzərsizliyi ondan ibarətdir ki, o, Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşir, buna görə də o, milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən öz xeyrinə bacarıqla istifadə etməlidir.

Sağlam düşüncəli hər bir şəxsiyyətin həyatda öz məqsədləri olur, o, özünün həyat strategiyasına can atır. Bu sözlər bütövlükdə millətə də aiddir. Hər bir millətin öz milli strategiyası vardır (hər halda, olmalıdır), amma bu, heç də o demək deyildir ki, bütün millətlər həmin strategiyanı yaratmaq iqtidarındadır. Lakin çalışırlar. Konkret məsələlərin həllinə yönəlmiş milli strategiya millətin gücüdür. Milli strategiyanın həyata keçirilməsi hər bir millətin siyasi elitasının gündəlik qayğısıdır, onun üçün bir növ şüuraltı, təbii, şübhə doğurmayan məsələdir. Belə ki, Azərbaycanın milli strategiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmlənməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmişdir. Bu halda yadda saxlanması zəruri olan ən başlıca məsələ budur: Azərbaycan ərazisinin nisbətən kiçik ölçülərini və əhalisinin sayının az olmasını (Rusiya və İranla müqayisədə) keyfiyyət və texnologiya baxımından üstünlüyə nail olmaqla kompensasiya etməlidir.

Bu strateji hədəfə nail olmaq o şərtlə mümkündür ki, Azərbaycan cəmiyyətinin hər bir üzvü müasir inkişafın meyillərini və yollarını dərk etməyə çalışsın, özü tərəqqiyə nail olmaq istəsin. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, fikirləşmək, əmək vərdişlərini təkmilləşdirmək qabiliyyətini inkişaf etdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər. Millətin bu keyfiyyətləri milli ideyanın maddiləşməsinin əsas tərkib hissəsi kimi ölkənin innovasiyalı modernləşməsinin əsasını təşkil etməlidir.

Bununla bərabər, “Qızıl milyard” dövlətlərinin təcrübəsi göstərir ki, ölkənin innovasiyalı modernləşməsi məsələlərinin həllinin, müasir cəmiyyət quruculuğunun daha bir mühüm amili sosialyönümlü liberal iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatlandırıcı və istiqamətləndirici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuz ola bilər.

1993-cü ilin ortalarından başlayaraq Azərbaycan öz strateji seçimini etmişdir. O, dünya birliyinə inteqrasiya edən, demokratik əsaslara sadiq olan müasir dünyəvi ölkə kimi inkişaf etməyə başlamışdır. Siyasi modernləşmə sahəsində artıq ilk addımlar iqtisadiyyatın güclənməsinə təkan vermiş, bu isə yığılıb qalmış sosial problemlərin tədricən həll edilməsinə gətirib çıxarmışdır. Hakimiyyət özü üçün müəyyən etmişdir ki, o, öz səylərini inkişafın yeni vasitələrinin axtarışına yönəltməlidir, çünki milli təhlükəsizliyin möhkəmlənməsi sahəsində uğurlar çox cəhətdən iqtisadiyyatın inkişafı, sosiumun mənəvi və intellektual vəziyyəti ilə şərtlənir.

Bir sıra dövlətlərin təcrübəsi göstərir ki, ölkədə daxili siyasi və iqtisadi sabitlik artdıqca ayrı-ayrı dəyərləri müasir şəraitə uyğunlaşdırılan keçmişin yenidən dərk edilməsinə köklənmiş cəmiyyətin gələcək inkişaf meyillərinə cavab verən dəyərlərə tələbat yaranır.
1998-ci ildə Heydər Əliyevin prezidentliyinin ikinci dövrünün başlanğıcında Azərbaycan cəmiyyəti hərc-mərclik və özbaşınalıq vəziyyətini arxada qoyaraq özündə yeni dəyərlərə meyil hiss etmiş, yeni inkişaf ideologiyası bu dəyərlərin ifadəsi olmuşdur. Yeni şəraitdə milli dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazasına və kollektivlik mənlik şüuruna zərurət yaranmışdır. Milli identikliyin inkişafı ilə yanaşı, cəmiyyət ölkənin rəqabət qabiliyyətini təmin edə biləcək yeni inkişaf mənbələrinə müraciət etməyə başlamış, qloballaşma proseslərinin hələ heçə endirmədiyi dəyərlər qorunub saxlanmışdır.

Bu baxımdan 2003-cü ilin prezident seçkisi dönüş anı oldu. O dövrdən başlayaraq prezident İlham Əliyev Heydər Əliyevin strateji kursunu davam etdirərək, yaradılmış sosial-iqtisadi bazaya güvənərək və zamanın çağırışlarına uyğun olaraq yeni dövləti vəzifələr həyata keçirməyə başlamışdır: sənaye cəmiyyətinin tələblərindən irəli gələn problemləri sürətlə həll etmək və postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçmək lazım idi. Prezident bilirdi ki, qarşıya qoyulmuş məqsədə nail olmağın zəruri şərti cəmiyyət həyatının bütün sahələrini əhatə etməli olan yenilənmədir.

İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlanır. Prezident İlham Əliyev öz vəzifəsinin icrasına başlayaraq “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında” (noyabr 2003-cü il), “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” (fevral 2004-cü il) ilk fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Deyə bilərik ki, Azərbaycanın inkişafı problemlərinin yeni, innovasiyalı dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən çox inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün cəhətlərinin modernləşdirilməsi prioritetə çevrilir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30
Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24
Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22
Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14
Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13
Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:04
“İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” - Şeyx Əbdül
Bu gün, 11:59
"Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52
Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48
"Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43
Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41
"Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32
Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25
Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04
"Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00
Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58
Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54
Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49
“Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29
Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23
İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19
Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08
Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58
Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46
Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35
"Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31
“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub - TƏFƏRRÜAT
Bu gün, 09:28
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib - FOTO
Bu gün, 09:21
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
Bu gün, 09:19
Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
Bu gün, 09:17
“Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru