“Solamedical” MMC dövlət qurumlarının sevimlisidir... - 2 milyon yarım da belə getdi...
Tarix: 10-04-2023, 09:04 | Çap et
 DİA.AZ: - Bir neçə gün əvvəl bir tender nəticəsi haqda məlumat paylaşdıq. Məlum oldu ki, Dövlət Sərhəd Xidməti "Dərman preparatları və sarğı materialları" tenderinin nəticələrini elan edib. Qalib "Solamedical" MMC (VÖEN: 1504875281) idi. Şirkətlə 604 879 manat məbləğində satınalma müqavilə imzalanıb.
"Solamedical" MMC daha öncə də həmin qurumdan 100 850 manat məbləğindəki vaksin və zərdablarla bağlı tenderin qalibi olub (23.02.2023).
Qeyd edək ki, bu gün isə "Solamedical" MMC-nin daha ciddi məbləğə sahibləndiyi məlum olur. Qeyd edək ki, bu da ilk deyil və görünür ki, son da deyil. Hər halda "Solamedical" MMC ilə dövlət qurumları arasındakı "mərhəm münasibət" belə deməyə əsas verir.
Son olaraq məlum olur ki, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi "Dərman preparatlarının və sarğı materiallarının satın alınması" tenderinə yekun vurub.
DİA.AZ xəbər verir ki, qalib "Solamedical" MMC (VÖEN: 1504875281) seçilib.
Şirkətlə dəyəri 2 525 109 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, "Solamedical" MMC daha öncə Dövlət Sərhəd Xidməti ilə "Dərman preparatları və sarğı materialları" tenderi üzrə 604 879 manat dəyərində satınalma müqaviləsi imzalayıb (04.04.2023).
DİA.AZ xatırladır ki, bundan bir müddət əvvəl Akademik Zərifə Əliyeva adına Milli Aftolmologiya Mərkəzi dərman preparatlarının, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə tenderin qalibini açıqlayarkən sözügedən MMC-nin adını çəkmişdi, məlum olmuşdu ki, 500 926 manatlıq tenderin qalibi "Solamedical" MMC-dir.
Xatırladaq ki, "Solamedical" MMC bundan əvvəl İcbari Tibbi Sığorta Agentliyinin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satın alınması üzrə 292 576 manatlıq tenderini qazanıb (17.08.2022).
Bu da hamısı deyil...
Məlumat verək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi dərman preparatları və sarğı materiallarının satın alınması üzrə tenderin qalibini açıqlamışdı. Və 2 254 868 manatlıq tenderin qalibi "SOLAMEDICAL" MMC elan olunmuşdu.
Xatırladaq ki, "SOLAMEDICAL" MMC bundan da əvvəl Akademik Zərifə əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tibbi avadanlığın alınması üzrə 1 198 500 manatlıq tenderin qalibi olub. Bu da hamısı deyil və diaaz.space olaraq apardığımız araşdırmalar nəticəsində ortaya ilginc faktlar çıxdı.
Məlum olur ki, keçən ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdindəki Mərkəzi Hospitalın elan etdiyi iki tenderin qalibi də eyni şirkət - “Solamedical” MMC olub.
Gömrük Hospitalı dərman vasitələri və tibbi ləvazimatların alışı ilə bağlı sözügedən şirkətlə 468.875 manat və 429924 manat olmaqla, üst-üstə 900 min manatlıq müqavilə bağlayıb.
Xatırladaq ki, Gömrük Hospitalının az qala 1 milyon manat ödədiyi “Solamedical” MMC ölkənin dərman və tibbi ləvazimatlar bazarına iki il əvvəl daxil olub. Lakin maraqlıdır ki, cəmi 200 manat nizamnamə kapitalı olan və iş dünyasında tanınmayan Novruzova Şəhla Mustafa qızının adına sənədləşdirilən şirkət “iri əjdahalar”ın mövcud olduğu bu bazarda tezliklə özünə yer edə bilib.
Artıq 2020-ci ilin ortalarından başlayaraq, şirkətə iri məbləğli tenderlər verilməyə başlayıb. Belə ki, həmin ilin uyun ayında Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi olan “Solamedical” 5 milyon 800 min manatlıq müqaviləyə imza atıb.
Bundan cəmi bir ay əvvəl isə həmin şirkət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” məqsədilə keçirdiyi tenderi qazanıb. Bu tenderin nəticəsində isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Solamedical” MMC-yə 2 milyon 90 min manat ödəyib. Beləliklə, bu MMC cəmi il yarıma dövlət qurumlarından üst-üstə 10 milon manata yaxın dəyəri olan tenderlər alıb.
O da maraqlıdır ki, rəsmən Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan “Solamedical” MMC-nin adına açıq mənbələrdə tender elanlarından başqa demək olar ki, heç yerdə rast gəlinmir. Milyonlara hökm edən şirkətin nə veb-saytını, nə də sosial şəbəkələrdə hesabını tapmaq olmur.
Xatırladaq ki, ölkə başçısı dəfələrlə dövlət qurumlarının rəhbərlərini tenderləri öz yaxın adamlarına, şirkətlərinə verməkdə və bununla da korrupsiya əməli törətməkdə günahlandırıb: “Bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir...”
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
Dünən, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
Dünən, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38 |
|
|
|
• Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Dünən, 07:28 |
|
|
|
• Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Dünən, 07:11 |
|
|
|
• Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Dünən, 07:09 |
|
|
|
• Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Dünən, 07:03 |
|
|
|
• Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Dünən, 07:00 |
|
|
|
• "Nazirlik imtina cavabı verir" - GİLEY
Dünən, 06:58 |
|
|
|
• “Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Dünən, 06:55 |
|
|
|
• Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Dünən, 06:52 |
|
|
|
• Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Dünən, 06:27 |
|
|
|
• Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Dünən, 06:16 |
|
|
|
• "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Dünən, 06:13 |
|
|
|
• Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Dünən, 06:09 |
|
|
|
• Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Dünən, 06:06 |
|
|
|
• “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Dünən, 06:01 |
|
|
|
• Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Dünən, 05:59 |
|
|
|
• Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Dünən, 05:57 |
|
|
|
|