DİA.AZ: - "Şikayətim Bolluq LTD MMC-dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Vüsal adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Hələ istifadə muddətinə 3 ay qalmış məhsulun icindən hər növ həşərat cıxdı...
Hələ utanmaz-utanmaz uşaq şəkli də qoyurlar qutunun uzərinə...
Yəqin oz övladlarina rəva bilirlər belə məhsulu.
Almayin qəti!!!"
Qeyd edək ki, narazı vətəndaş iddiasını sübutlayan fotoları da təqim edib:
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...