Çarəsizlikdən doğan ironiya .....                     Qobuda SİRLİ TORPAQ... .....                     “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                 

Bu Tibb Kollecində hər il əsaslı təmir işləri aparmaq zərurəti haradan yaranıb - HƏQİQƏTƏN DƏ...
Tarix: 24-10-2022, 10:31 | Çap et
Bu Tibb Kollecində hər il əsaslı təmir işləri aparmaq zərurəti haradan yaranıb
Əsaslı təmir nəticəsində əsas vəsaitlərin bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə əsas vəsaitlərin vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Əsas vəsaitlərin əsaslı və cari təmiri təsərrüfat üsulu və podrat üsulu ilə aparıla bilər.

Təmir xərcləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalar ilə tənzimlənir.

Belə ki, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış ( köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş xərclərdir.

Əsaslı və cari təmir işləri arasındakı fərqi niyə xatırladırıq? Son dövrlər Azərbaycanda bəzi dövlət müəssisisələri hər il əsaslı təmir işlərinə xeyli dövlət vəsaiti xərcləyirlər. Buna baxmayaraq əsaslı təmir olunan yerlərdə heç bir təmir işlərinin aparılmadığı müşahidə olunur. Ən uzağı kosmetik işlər aparılır. Ad da olur əsaslı təmir aparılıb. Əsaslı təmir ən azı iki ildən bir aparılmalıdır. Amma Bakıdakı 1 nömrəli Tibb Kolleci 2019-cu ildən bu yana hər il əsaslı təmir işləri aparır.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki 1 nömrəli Bakı Tibb Kolleci 2022-ci ilin sentyabr -oktyabr aylarında təhsil müəsisəndə təmir, abadlıq işlərinin satınalması üçün iki tender və beş koturovka sorğusu keçirib.

Cari təmir işlərinin satın alınmas üzrə 76 824.25 manat, əsaslı təmir işlərinin satın alınması üzrə isə 131 456.03 manat məbləğində satınalma müqavilələri “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 30.09 və 19.10-2022-ci il tarixlərində bağlanılıb. Bu işlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınmasına isə 4950 manat vəsait ayrılıb.

Abadlıq işlərinin satınalması üzrə 12 440.86 manat, kommunal kommunikasiya işlərin satınalması üzrə isə 16 182.7 manat məbləğində satınalma müqavilələri “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21.09.2022-il tarixində bağlanılıb. Bu işlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınmasına isə 4430.04 manat vəsait ayrılıb.

Bir satınalma müqaviləsi də bu işlərin layihə-smeta sənədlərinin hazırlanması üzrə yenə bağlanıb ki, buna da 3343 manat dövlət vəsaiti xərclənib. Ümumilikdə isə 1 nömrəli Bakı Tibb Kolleci yuxarıda sadaladığımız işlərin satın alınmasına 249 626 manat dövlət vəsaiti ayırıb.

İndi gəlin görək 1 nömrəli Bakı Tibb Kolleci eyni işlərin görülməsinə əvvəlki illərdə nə qədər dövlət vəsaiti xərcləyib.

Abadlıq işlərinin satınalması üzrə 9671.28 manat, kommunal kommunikasiya işlərin satınalması üzrə 11 362.75 manat, cari təmir işləri üzrə 24 052.53 manat bir, 51 847.84 manat da bir, əsaslı təmir işləri üzrə isə 22 484.78 manat bir, 57 040.26 manat da bir satınalma müqavilələri “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 2021-ci ilin iyun-noyabr aylarında bağlanılıb. Bu ümumi olaraq 176 459 manat dövlət vəsaitinin xərclənməsi deməkdir.

Kommunal kommunikasiya işləri üzrə 24 017.25 manat, abadlıq işləri üzrə isə 14 410.99 manat məbləğində daha bir satınalma müqaviləsi 17.05.2021-ci il tarixdə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Bu işlərə isə 38 428 manat ayrılıb ki, ümumi olaraq 2021-ci ilədə 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən sadalanan işlərə 214 887 manat dövlət vəsaitinin xərcləndiyini göstərir.

2020-ci ildə isə koronavirus pandemiyası ilə əlaqədar ölkədə sərt karantin rejiminin tətbiq olunduğu, təhsil müəssisələrinin və bir çox iş yerlərinin bağlı olmasına baxmayaraq cari təmir üzrə 21 453.11 manat, əsaslı təmir üzrə 31 826.72 manat, kommunal kommunukasiya işləri üzrə 9 918.37 manat, abadlaşma işləri üzrə 9747.51 manat məbləğində satınalma müqavilələri “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə 19.11.2020-ci il tarixdə bağlanılıb.

Həmin ildə yenə cari təmir üzrə 44 608.98 manat, əsaslı təmir üzrə 48 729.87 manat, abadlaşma işləri üzrə 9766.92 manat məbləğində satınalma müqavilələri “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 23.09.2020-ci il tarixdə bağlanılıb. Kommunal kommunukasiya işləri üzrə 8 366.2 manat məbləğində satınalma müqaviləsi “Dotector” MMC ilə bağlanılıb. Sadaladığımız işlərə 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən 2020-ci ildə isə ümumi olaraq 184 417 manat dövlət vəsaiti xərclənib.

1 nömrəli Bakı Tibb Kolleci tərəfindən 2019-cu ildə ildə də əsaslı və cari təmir işləri aparıb. Abadlıq işlər üzrə 13444.45 manat, əsaslı təmir üzrə 24632.03 manat, cari təmir üzrə 29738.83 manat məbləğində satınalma müqavilələri də “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.12.2019-ci il tarixdə bağlanılıb. Bu da ümumilikdə 67 815 manat təşkil edir.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi 1 nömrəli Bakı Tibb Kolleci son dörd ilədə cari və əsaslı təmir, abadlıq və kommunal kommunukasiya işlərinin görülməsinə ümumi olaraq 716 745 manat dövlət vəsaiti xərcləyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində olan 1 nömrəli Bakı Tibb Kollecinə uzun müddət Nəriman Mövsümov rəhbərlik edib. Nəriman Mövsümovun direktorluğunun sonuncu ilində. yıni 2018 ci ilədə isə Kollecdə əsaslı təmir işlərinə 29 978 manat, cari təmir işlərinə 29 947 manat bir, 29 940 manat da bir, kommunal və kommunikasiya işlərinə isə 32 565.64 manat dövlət vəsaiti xərclənib. Bu da ümumilikdə 122 430 manat təşkil edir.

2019-cu ildə Kollecdə yaranmış çoxsaylı narazılıqlardan sonra Nəriman Mövsümovun yerinə 1994-cü ildə Bakı şəhəri 9 saylı Qadın məsləhətxanasına həkim-terapevt, 1999-cu ildən 1 nömrəli Bakı Tibb Kollecinə “Anatomiya, fiziologiya, patologiyanın əsasları ilə” fənn müəllimi vəzifəsində çalışmış Nailə Əliyeva təyin olub. Nailə Əliyeva Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il qərarı ilə əvvəlcə 1 nömrəli Bakı Tibb Kollecində tədris-tərbiyə işləri üzrə direktor müavini , daha sonra isə 2019-cu il 17 oktyabr tarixli qərarı ilə direktor vəzifəsinə gətirilir.

Göründüyü kimi Nailə Əliyevanın təyinatına qədər, yəni 2018-ci ildə 1 nömrəli Bakı Tibb Kollecinin təmirinə dövlət vəsaiti ayrılıb. Amma bu vəsaitlərin təyinatı üzrə xərclənib, xərclənməməsi müəyyən suallar yaradır. Sözügedən vəsaitlər 2018-ci ildə 1 nömrəli Bakı Tibb Kollecinin təmirinə xərclənibsə, nədən Nailə Əliyeva kollecdə rəhbərliyə gəldiyindən dərhal sonra hər il külli miqdarda dövlət vəsaiti ayrılıb. Əgər 2018-ci ildə Kollec əsaslı təmir olunmayıbsa 2019-2020-ci illərdə yenə vəsait ayrılıb, onda təmir olunaydı. Belə çıxır ki, onda da təmir olunmadığından növbəti il də vəsait ayrılıb. Onda bu vəsaitlər haralara yönəldilib? Cəmi 15 dərs otağı, idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, bir neçə fənnkabineti, metodkabinet və digər yardımçı otaqlardan ibarət olan Tibb Kollecində hər əsaslı təmir işlərinin aparılması, kommunal kommunukasiya işlərinin görülməsi nə dərəcədə real görsənir. Cari təmir işləri aydın məsələdir. Tes sıradan çıxan malların, əşyaların dəyişdirilməsi, sazlanması zəruridir. Amma görəsən hər il yüz minlərlə dövlət vəsaitini əsaslı təmir adı ilə xərcləmək zəruridirmi?

Düzdü Nailə Əliyeva 1 nömrəli Bakı Tibb Kollecinə sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin xeyir-duası ilə təyin olunub. Amma çox istərdik bu zərurətin haradan qaynaqlandığına hazırki nazir Teymur Musayev aydınlıq gətirsin. Hər il əsalı təmir olarmı? Axı qanunvericiliyi görə əsaslı təmir işləri minimum iki ildən bir aparılmalıdır.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru