Azərbaycanda ŞOK DƏLƏDUZLUQ ŞƏBƏKƏSİ - Bu adamları KİM DURDURACAQ?
Tarix: 28-07-2022, 10:55 | Çap et
 SOCAR adından pul qazanmaq adı ilə fırıldaqçılıq edənlərin toruna bu dəfə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu düşüb.
DİA.AZ axar.az-a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
Ş.Xuduoğlunun paylaşımını olduğu kimi təqdim edirik:
“SOCAR-ın unikal layihəsi. Aylıq 1000 manat qazan. Pul necə gəlir gətirir”. İnstaqram və Feysbukda tez-tez bu yazılı və səsli məlumat qarşıma çıxır. Bir gün mən də linki tıkladım.
Məlumatda deyilirdi ki, Azərbaycan Prezidenti oktyabr ayında fərman imzalayıb ki, hər bir Azərbaycan vətəndaşı artıq SOCAR-ın investoru ola bilər. Prezidentin adı olduğundan çox inandırıcı görsəndi. Həm də sevindim ki, nəhayət, neftdən bizə də bir pay gələcək.
Tənbəllik etməyib qeydiyyatdan keçdim. Az sonra zəng gəldi. Dedi ki, mən mütəxəssisəm, sizə köməklik edəcəyəm.
Andrey Solovyovla xeyli söhbət etdik, investisiya barədə mənə çox inandırıcı məlumat verdi.
Soruşdu, aylıq nə qədər gəlir əldə etmək istərdin? Dedim 10 min olsa, rahat yaşayaram. Qərarlaşdırdıq ki, mən ilkin olaraq 250 dollarlıq investisiya paketindən başlayım.
Andrey dedi ki, 7 ildir bu sahədə fəaliyyət göstərir, Bakıya da yaxşı mütəxəssis kimi dəvət alıb.
“Əgər bu layihə Azərbaycan vətəndaşları üçün nəzərdə tutulubsa niyə bütün reklamlar rus dilində yayılır?” - soruşdum. Dedi, bunu mən bilmirəm, reklamçılardan soruşmaq lazım.
Məsləhət verdi ki, az miqdarla başlayım, sonra daha böyük məbləğə keçərəm və 10 min manatı qazanaram.
Bir anlıq 10 minləri hesabladım, 10 aya 100 min manat edirdi və bu, çox böyük məbləğ idi. Belə getsə, mən 3 ilə yaxşı mətbəə avadanlıqları alacağam və 5 ildən sonra gənc yazarlara yardım fondu yaradacaq, 10 ildən sonra nəşriyyat üçün 40 sotluq böyük anbar tikəcəm. Andrey investisiyanın sirlərini danışır, mən isə qazandığım pulları hesablayırdım.
Artıq iki saata yaxın olardı biz Vatsapla danışırdıq. Mənə Teleqramla link atdı ki, qeydiyyatdan keçim, sonra 250 dollarımın aylıq gəlirini deyəcəkdi.
Göndərdiyi linkdə ümumi məlumatlarımı yazdım. Kartımın da məlumatlarını doldurdum. Sonra hətta məbləği də qeyd etdim ki, ödəyim. Bankdan bu məbləği ödəyib-ödəməyəcəyim barədə mesaj gəldi. Bundan sonra Andreyə ödənişi etdiyim barədə məlumat verdim.
Əslində bank qarşısını almasaydı, kartımdan silinəcəkdi.
Dedim qrafiki göndər, artıq ödəniş etmişəm. Gün boyu Andreydən xəbər çıxmadı. Səhəri zəng etdi ki, səndən pul gəlməyib, dedim, ödəyəcəm. Sonra sükan arxasında olmağımı bəhanə edib danışığı kəsdim. Daha sonra ondan gələn zənglərə qadağa qoydum. Təsadüfən xarici nömrədən gələn zəngə cavab verdim. Andrey idi. Ona məni sona qədər inandıra bilmədiyini söylədim. “Daha SOCAR-ın layihəsində iştirak etmək istəmirəm” dedim.
Qeyd edək ki, SOCAR dəfələrlə rəsmi xəbərdarlıq yayıb və bunun fırıldaq olduğunu bildirib, sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Bu gün, 18:01 |
|
|
|
• Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Bu gün, 18:00 |
|
|
|
• 54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Bu gün, 17:55 |
|
|
|
• Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Bu gün, 17:45 |
|
|
|
• Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Bu gün, 17:43 |
|
|
|
• Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Bu gün, 17:39 |
|
|
|
• Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Bu gün, 17:32 |
|
|
|
• "Aİ Türkiyəni razı sala bilməz" - Politico
Bu gün, 17:30 |
|
|
|
• Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Bu gün, 17:28 |
|
|
|
• Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Bu gün, 17:18 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 17:16 |
|
|
|
• Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Bu gün, 17:15 |
|
|
|
• Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Bu gün, 17:08 |
|
|
|
• Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Bu gün, 17:03 |
|
|
|
• “Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Bu gün, 16:50 |
|
|
|
• SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Bu gün, 16:45 |
|
|
|
• Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42 |
|
|
|
• Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37 |
|
|
|
• "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34 |
|
|
|
• Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14 |
|
|
|
• AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05 |
|
|
|
• Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02 |
|
|
|
• Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56 |
|
|
|
• Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53 |
|
|
|
• Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44 |
|
|
|
• Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42 |
|
|
|
• Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37 |
|
|
|
• “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23 |
|
|
|
• Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19 |
|
|
|
• İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
• Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12 |
|
|
|
• Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07 |
|
|
|
• "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05 |
|
|
|
• Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03 |
|
|
|
• Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59 |
|
|
|
• Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51 |
|
|
|
• BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42 |
|
|
|
• Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40 |
|
|
|
• Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38 |
|
|
|
• Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36 |
|
|
|
• Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00 |
|
|
|
• Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58 |
|
|
|
• Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50 |
|
|
|
• “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44 |
|
|
|
• “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41 |
|
|
|
• Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33 |
|
|
|
|