DİA.AZ: - Göyçay sakini Elnur Əliyev bildirir ki, əməliyyat olunduqdan sonra ayaqlarında yaranan problemlə bağlı rayonun Mərkəzi Xəstəxanasına müraciət edib. DİA.AZ-a açıqlamasında narazı vətəndaş bildirir ki, müraciət etməsinə rəğmən bir nəticə əldə edə bilməyib.
Şikayətçi iddia edir ki, daha sonra o, get-gedə yerişini itirib. Buna görə də, 2022-ci ilin fevral ayında təkrar Mərkəzi Xəstəxanaya müraciət edib, bu dəfə isə həkimlər onu müayinə etmək əvəzinə bir – birinə yönləndiriblər.
Daha ətraflı aşağıdakı videoda:
Vətəndaş gileyilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...