“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…” - Şəkidə NARAZILIQ...
Tarix: 2-11-2021, 10:02 | Çap et
 Şəkinin Fazıl kəndində yaşayan Məmmədovlar ailəsində həm ərin, həm də arvadın qardaşları 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində həlak olub. 44 yaşlı Fərhad Məmmədov deyir ki, bu ölkənin ərazi bütövlüyü uğrunda iki əzizini qurban vermiş bu ailə acınacaqlı vəziyyətdədir.
“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…”
Fərhad Məmmədov məmur özbaşınalığından gileylənir. İddia edir ki, işsizlik, ailənin dolanışıq problemləri bir tərəfdən, məmurların münasibəti da digər tərəfdən onu intihar həddinə çatdırıb. O, xüsusən Şəki Şəhər İcra Hakimiyyəti başçısının həm Fazıl, həm də İbrahimkənd üzrə nümayəndəsi İlqar Məmmədovdan gileylənir. İddia edir ki, 13 ildən çoxdur icra nümayəndəsi işləyən İlqar Məmmədovun davranışlarına görə əziyyət çəkirlər:

Fərhad Məmmədovun ölkə başçısına müraciəti
“Bizə qarşı açıq-aşkar qərəzli davranır. İş üçün müraciət edirəm, başqalarına iş tapılır, mənə yox. İş üçün dövlət orqanlarına onlarla müraciətdən, icra başçısının müavinlərindən birinin 6 dəfə qəbuluna olandan sonra “Dost Xidməti” xətti ilə iki aylıq işə cəlb olundum. Buna görə də cəmi 21 manat maaş aldım. Fazıl kəndində ancaq bizə qaz sayğacı qoyulub, bir də qardaşımgilə. Mən qaz sayğacı qoyulmasının əleyhinə deyiləm, ayrı-seçkiliyə, qərəzə etiraz edirəm. Hətta 1992-ci ildə şəhid olan qardaşıma görə dövlətin verdiyi 11 min manat üçün sənədlərin əldə olunmasına belə, o qədər problem yaradıldı ki…”
Məmmədovlar ailəsilə icra nümayəndəsi arasında gərgin münasibətlərin səbəbi torpaq mübahisəsindən qaynaqlanır. Ailə iddia edir ki, icra nümayəndəsi onlara məxsus torpaq sahəsini zəbt edib:
“Söhbət 1 hektar 48 sot torpaqdan gedir. Biz icra nümayəndəsini o torpaqdan çıxara bilmirik. Bütün mümkün dövlət orqanlarına müraciət eləmişəm, xeyri yoxdur. İcra nümayəndəsi bacımdan torpaq alıb. O ərazinin yanında da iki qardaşın – bizim torpağımız var. İcra nümayəndəsi bacımdan aldığı torpağın gözünə bizimkiləri də qatıb, oranı zəbt eləyib. O torpağın bizim olduğunu sübut edən, notarial qaydada təsdiqlənmiş sənədim də var”.
“Şəkidən səsimi eşitdirə bilmirəm”
Fərhad Məmmədov dövlət orqanlarına ünvanladığı şikayət məktublarının obyektiv, hərtərəfli araşdırılmamasından da şikayətlənir. Deyir ki, məmur özbaşınalığından əziyyət çəkən vətəndaşların şikayətləri düzgün araşdırılsa, günahkarlar cəzalandırılsa, başqa məmurları da insanların haqqını pozmaqdan çəkindirər:
“Şəkidən səsimi də eşitdirə bilmirəm. İlqar Məmmədov mənə deyir ki, “get, kimə istəyirsən, şikayət elə”. Heç kimdən çəkinmir. Bu da səbəbsiz deyil. Çünki görür ki, ondan edilən şikayətlərə baxılmır. Bizim ailə bu ölkənin uğrunda iki şəhid verib. Lazım olsa, bundan sonra da Vətən üçün canımızdan keçməyə hazırıq. Mənə ən çox pis təsir eləyən məmurların biganəliyi, hörmətsizliyidir. Məmur özbaşınalığından artıq intihar həddinə çatmışam…”
İcra nümayəndəsi təzminat tələb edir
İcra nümayəndəsi İlqar Məmmədov isə əksinə, Məmmədovların ona məxsus torpaq sahəsinə qanunsuz müdaxilə etdiyini bildirir. O, bununla əlaqədar məhkəməyə də üz tutub. Hazırda icra nümayəndəsinin Fərhad və Bəxtiyar Məmmədov qardaşlarına qarşı iddia ərizəsinə Şəki Şəhər Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyilə baxılır. İlqar Məmmədov torpaq sahəsindən istifadəyə maneələr yaradıldığını vurğulayaraq, həmin maneələrin aradan qaldırılmasını, qardaşların ona təzminat ödəməsini tələb edir. Bu mübahisə ilə əlaqədar may ayından başlayan məhkəmə prosesi hələ də davam edir.

Fərhad Məmmədovun Baş Prokurora müraciəti
Fərhad Məmmədovun 2 ay ərzində cəmi 21 manat əməkhaqqı alması haqda şikayətinə gəlincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, o, cəmi iki gün işləyib və buna uyğun da əməkhaqqı yazılıb. Fərhad Məmmədov isə 2 gün işləməsi haqda iddianın həqiqətə uyğun olmadığını deyir. İcra nümayəndəsi İlqar Məmmədovdan İbrahimkəndin bir qrup sakini də narazıdır. Kənd sakinləri toplaşıb məktub imzalayaraq, müxtəlif dövlət orqanlarına, o cümlədən Prezident İlham Əliyevə şikayət ünvanlayıblar. Prezident Administrasiyası da şikayəti araşdırılması üçün Şəki Şəhər İcra Hakimiyyətinə göndərilib.
İcra başçısının birinci müavini Həsən Həsənov Meydan TV-yə bildirib ki, istər Fazıl kəndindən Fərhad Məmmədovun, istərsə də İbrahimkənd sakinlərinin müraciətlərində göstərdikləri şikayətlər yerində araşdırılıb:
“Kənd sakinləri Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi səviyyəsində qəbul edilib. Kənd sakinlərinin şikayətləri dinlənilib. Araşdırmanın nəticəsi barədə onlara rəsmi cavab verilib”.
Meydan TV


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmrullayevin gizli "kitab oyunu" - "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI
Dünən, 20:21 |
|
|
|
• Ağadadaş Ağayev imicini dəyişdi – FOTO
Dünən, 18:01 |
|
|
|
• Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" - MƏHKƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib - TƏFƏRRÜAT
Dünən, 17:56 |
|
|
|
• “Patron”un yer fıstığından qurd çıxdı - VİDEO
Dünən, 17:53 |
|
|
|
• AKİA-ya yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:51 |
|
|
|
• Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Dünən, 17:48 |
|
|
|
• “Bu görüş Putinin ad günündə baş verə bilər” – Bakı - Moskva münasibətlərində nə gözlənilir?
Dünən, 17:38 |
|
|
|
• Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib - FOTO
Dünən, 17:22 |
|
|
|
• Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...
Dünən, 17:19 |
|
|
|
• Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır
Dünən, 17:04 |
|
|
|
• Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR – Məktəbdə “Fond pulu” davası
Dünən, 17:02 |
|
|
|
• Müğənni KİMƏ SƏSLƏNDİ? –“Kimsə mənə bir “meşok” pul verəcək, mən də...”
Dünən, 16:59 |
|
|
|
• “Bundan sonra “Xalq artisti” adı verilməyəcək” – Rasim Balayev açıqladı
Dünən, 16:54 |
|
|
|
• Azərbaycanlı alim: Guya yalnız iki fəsil olacaq, yalandır, bu, o halda olar ki... - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• Şirkət 9 milyon manatlıq sifariş aldı – Ağdam şəhərində bina tikəcək
Dünən, 16:42 |
|
|
|
• İlin sonuna qədər Azərbaycan-Rusiya münasibətləri qaydaya düşəcək - Cümşüd Nuriyev BELƏ DEYİR...
Dünən, 16:40 |
|
|
|
• Azərbaycan regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib -ŞƏRH
Dünən, 16:38 |
|
|
|
• Əvvəllər Heydərovlara bağlı olan məşhur şirkətin 83 min manat vergi borcu yaranıb - DETALLAR
Dünən, 16:37 |
|
|
|
• Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• “Dördüncü Respublika” erməniləri ikiyə BÖLDÜ - GƏLİŞMƏ
Dünən, 16:35 |
|
|
|
• "Bank Avrasiya"nın Müşahidə Şurası yenidən formalaşdırılacaq - TOPLANTI
Dünən, 16:34 |
|
|
|
• Partiyadakı səs paylanması Paşinyanın arzuladığı formada olmayıb - ONA GÖRƏ DƏ...
Dünən, 16:27 |
|
|
|
• Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib - TƏFƏRRÜAT
Dünən, 16:23 |
|
|
|
• Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi - FOTO
Dünən, 16:19 |
|
|
|
• Aİ humanitar minatəmizləmə fəaliyyətinə 23 milyon avro ayırır
Dünən, 16:16 |
|
|
|
• Tanınmış xanəndənin ailəsi buna görə dağılıb
Dünən, 16:14 |
|
|
|
• Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır
Dünən, 16:09 |
|
|
|
• “Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir, təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər” - Deputat
Dünən, 15:26 |
|
|
|
• Ter-Petrosyan hirsləndi: - Paşinyanın həyasızlığının həddi yoxdur!
Dünən, 15:22 |
|
|
|
• Sülh yaxınlaşdıca, təxribatçılar artır - Hüquqdan bixəbər Bekker
Dünən, 15:21 |
|
|
|
• Qarabağ müharibəsində Ermənistana silah, pul göndərən Məhərrəmov kimdir? – ŞOK/FOTOLAR
Dünən, 15:16 |
|
|
|
• Ərim komadadır, mən isə xərçəngəm - Marqarita Simonyan
Dünən, 15:12 |
|
|
|
• Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb - Əliməmməd Nuriyev
Dünən, 15:08 |
|
|
|
• Ermənistan MTX-nın direktoru Bakıdan İrəvana qayıdıb
Dünən, 15:03 |
|
|
|
• Rusiyada həbs olunan tanınmış azərbaycanlılar azadlığa buraxa bilər - Moskva Bakı ilə dil tapmağa çalışır
Dünən, 15:00 |
|
|
|
• Ağdamda kəndi su basdı: KİMDİR SUÇLU? - TƏFƏRRÜAT
Dünən, 14:57 |
|
|
|
• Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? - “Onu Amerikada tutdura bilərdim”
Dünən, 14:49 |
|
|
|
• Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU – Sensasion ad və... Ağ Evdə verilən vəd
Dünən, 14:46 |
|
|
|
• Marqarita Simonyanda xərçəng aşkarlanıb - “Telegram”
Dünən, 14:44 |
|
|
|
• Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi
Dünən, 13:00 |
|
|
|
• Reabilitasiya mərkəzindən Ceyhun Əsgərov və Nəsimi Nəbizadə ilə bağlı açıqlama - “İşlə təmin edirik, ailəsi ilə barışdırırıq...”
Dünən, 12:57 |
|
|
|
• İranın nüvə rəhbəri Rusiyayadır
Dünən, 12:52 |
|
|
|
• Simonyandan sonra Qriqoryan da Bakıya gəlir? - KİV
Dünən, 12:48 |
|
|
|
• Azərbaycanda bu şirkət demək olar ki hər il adını dəyişir - İcazə verin, şübhələnək...
Dünən, 12:46 |
|
|
|
• Azərbaycanın beyin mərkəzinin direktor müavini Ermənistanda beynəlxalq tədbirdə iştirak edir
Dünən, 12:39 |
|
|
|
• Arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:32 |
|
|
|
• Ultra liberalların əlində alətə çevrilmiş AŞPA da dəyişəcək - MÜSAHİBƏ
Dünən, 12:22 |
|
|
|
• AYNA rəhbərinin şübhəli villa əməliyyatı: Dövlətin düşməninə 1 milyon verib? - TƏFƏRRÜAT
Dünən, 12:20 |
|
|
|
• Vəzifəyə keçər-keçməz bütün qohumlarına iş verdi - NARAZILIQ VAR...
Dünən, 12:15 |
|
|
|
|