Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq .....                     Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır .....                     Süleyman Mikayılov səyyar görüş keçirdi .....                     Rusiyanın hərbi təxribatları davam edəcək .....                     Ermənistanda Azərbaycan səfirliyi açılacaq .....                     Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən .....                     Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib .....                     Rusiyada azərbaycanlılar saxlanıldı .....                     Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu .....                     Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi .....                     Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı .....                     Avtobusda qızlar arasında əlbəyaxa dava .....                     XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? .....                     62 milyonluq tender, 12 milyon vergi borcu... .....                     "Paşinyan revanşist və daşnaklara qalib gələcək..." .....                     NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb .....                     Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək .....                     Naxçıvana yol Novruza kimi hazır olacaq .....                     Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür .....                     Baş Prokurorluqda yeni təyinatlar .....                     Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş .....                     Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin .....                     Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? .....                     Daha bir bank bağlanır .....                     Azərbaycan 10 ermənini azad edəcək .....                     Rusiya gəmisi Bakı limanında .....                     Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi .....                     Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? .....                     Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək .....                     Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? .....                     Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır .....                     Vəzifəyə keçmək üçün xadiməyə pul verdi .....                     “OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır .....                     Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı .....                     Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək .....                     "Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub .....                     İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir? .....                     Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi .....                     5 ildə bir milyondan çox azalma: .....                     Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər .....                 

Qusarda təhsil sistemi iflic vəziyyətə düşüb... - Nazirlik isə məsləhət verir...
Tarix: 16-12-2020, 11:21 | Çap et
Qusarda təhsil sistemi iflic vəziyyətə düşüb...
Qusar rayonu, Əvəcuq kəndinin bir neçə sakini uşaqlarının normal təhsil almadığını və buna görə ciddi narahatlıq keçirdiklərini deyir. Adlarını açıqlamağa qorxan valideynlərin şikayəti kənd orta məktəbindəki müəllimlərin onlayn dərsləri keçməməsilə əlaqədardır. Onlar iddia edir ki, bəzi müəllimlər dərslərə qoşulmur, ya da tədris saatını on beş dəqiqəyə qədər azaldırlar. Valideynlər də müəllimlərdən məktəb direktoruna şikayət etməyə qorxurlar:

“Çünki biz etiraz edəndə, uşaqlarımızı gözümçıxdıya salırlar. Hər hansı bir uşağın valideyni narazılıq, şikayət edən kimi müəllimlər həmin şagirdə qiymət yazmırlar. Bir valideyn mənə danışdı ki, müəllimlərdən birinə keyfiyyətli dərs keçməməyi ilə bağlı gileylənib. Müəllim də acığa düşüb, valideynin uşağına aşağı qiymət yazıb. Mən haqqımı tələb edirəm. Onlardan artıq nə istəyirəm? Uşağıma dərs keçsinlər. Dərs saatını otuz dəqiqə ediblər. Bu azmış kimi, dərsləri ən yaxşı halda 20 dəqiqə keçirlər. Müəllim var ki, 10 dəqiqəyə dərsi bitirir. Mən də buna etiraz edirəm. Uşağım oxuyandır. Otuz dəqiqə nədir ki, siz hələ onu bir az da azaldırsınız?”

“Dərs vaxtı çatıb, riyaziyyat müəllimi Kamran Rüstəmov yoxdur. Zəng edirik ki, bəs, dərs nə vaxt başlayacaq? Acığı tutur ki, məni niyə yığırsız? Niyə narahat edirsiniz? Mən özüm dərs saatını bilirəm. İstəyəndə, dərsə girəcəyəm. Biri deyir ki, odun doğrayırdım. O biri deyir ki, qonaq yola salıram. Hərəsi bir cür bəhanə gətirir, işinə məsuliyyətsiz yanaşır”, - digər valdeyn söyləyir.

“Düz üç nəfər tanıyıram ki, dərs keçilmədiyi üçün uşaqlarını məktəbdən çıxarıb. Mənim elə imkanım yoxdur ki, uşağımı buradan çıxarıb, şəhər məktəblərinə aparım”, - başqa bir valideyn bildirir.

“Riyaziyyat müəllimi Kamran Rüstəmovun dərs dediyi şagirdləri yoxlamaq lazımdır. Bu müəllim “WhatsApp” vasitəsilə dərs keçmirdi. TİMS (Təhsilin İdarəolunmasının Məlumat Sistemi) üzərindən keçirilən onlayn dərslərə başlandı, amma Kamran müəllim yenə də heç nəyə məhəl qoymur. Müəllim var, uşaqlara iki ay ərzində heç iki dəfə onlayn dərs keçməyib. Hamımızın evində internet var, sadəcə, özləri səhlənkarlıq edirlər. Müəllimlərə də söz deyəndə acıqları gəlir, adamla prinsip aparırlar. İsti ocağında, evin içində oturub, 30 dəqiqə kompüter qabağında uşağa dərs deməyə ərinirlər. On beş şagirddən iki-üç nəfər onlayn dərsə qoşulur. Dərs hissə müdiri Alim Baxışov da heç nəyə nəzarət etmir. Fizika, biologiya, Azərbaycan tarixi, kimya fənlərini tədris edən müəllimlərdən çox razıyıq. Uşaq deyir ki, riyaziyyat müəllimi 25 dəqiqə ev tapşırığını soruşur. Son 5 dəqiqəni isə dərs aparır”.

Əvəcuq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kamran Rüstəmov deyilənlərlə razılaşmır. Deyir ki, dərsləri hər gün sistemli qaydada davamlı keçir. Bildirir ki, kənddə internet səviyyəsi bütün uşaqlara distant təhsildə iştirak etməyə imkan vermir. Belə ki, bəzi ailələrin internetə qoşulmağa maddi imkanı yoxdur:

“Valideynlər nə üçün məni günahlandırır? Şagirdlərin dərslərə qoşulmamağı məndən asılı məsələ deyil. Bununla dərs hissə müdiri, sinif rəhbəri, direktor maraqlanmalıdır. Bir dərsə dörd-beş uşaq qoşulur. Məsələn, bu gün riyaziyyat fənni üzrə dörd dərs var idi. Yeddinci sinifdə 2, doqquzuncuda 1, on birdə 1, altıncıda isə 3 şagird iştirak etdi. Bir müddət öncə internet problemim vardı, ard-arda iki onlayn dərsə qoşula bilmədim. Hətta direktor məni çağırdı ki, valideyn səndən narazıdır. Mən də dedim ki, lap iki saat dərs keçərəm. Niyə valideyn məndən narazı qalsın? Sonra buraxılan dərsləri saat yarım keçdim. Kənddə hamının interneti yoxdur. Evində interneti olmayan şagirdə nə cür dərs keçim?”.

Məktəbin tədris işləri üzrə direktor müavini Alim Bağışov isə deyir ki, hər gün keçirilən onlayn dərslərə ciddi nəzarət olunur:

“Bir onlayn dərsin keçirilmə müddəti otuz dəqiqədir. Mən hər gün baxıram ki, Kamran Rüstəmov dərsdədir. Şagirdlərin sayının az olmasına gəlincə, kənddə hər evdə internet yoxdur. Biz neyləyək? İnterneti olan uşaqlar dərsə qoşulurlar, olmayanlar isə teledərslərdən yararlanırlar. Bütün müəllimlər vaxtlı-vaxtında onlayn dərslərə qoşulur və tədris işini yerinə yetirirlər”.

Məktəbin direktoru Zərifə Saruxanova şagirdlərin onlayn dərslərə qoşulmamağını internet problemi ilə əlaqələndirir:

“Çox uşağın nəinki interneti, heç smartfonu yoxdur. İntəhası, gündə beş nəfər şagird onlayn dərslərə qoşulur. Bu vəziyyət bütün kəndlərdə eynidir. Mən hər gün nəzarət edirəm. Hər dəfə də görürəm ki, Kamran müəllim lövhədə dərsi izah edir. Elə Alim müəllim özü də, bütün müəllimlər dərslərini keçir. TİMS-lə əlaqədar bizdə vəziyyət əladır, yaxşıdır. Kənddir, bəzən işıq sönür, internet zəifdir. Neqativ hallar var, amma çox deyil. Olur ki, bir dərsə iki şagird qoşulur. Müəllim səbəbini soruşanda, məlum olur ki, internet çox zəifdir, qoşulmaq alınmır”.

Hazırda mövcud pandemiya ilə əlaqədar Azərbaycanda 2019-2020-ci tədris ilinin sonunadək fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Əvəzində distant təhsil – onlayn və teledərslər keçirilir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, bu məsələ ilə bağlı texniki dəstək nəzərdə tutulmur. Lakin şagirdlərin distant dərslərə qoşulmasına maksimum imkan yaradılır. İnternet və ya texniki alətləri olmayan şagirdlər üçün alternativ olaraq teledərslər təklif edilir:

“Bir ailədə bəzən iki-üç uşaq, texniki alət isə bir ədəd olur. Ona görə də biz təklif edirik, onlayn dərslər elə qurulsun ki, teledərslərlə üst-üstə düşməsin. Onlayn dərsə qoşula bilməyən uşaqlar digərinə baxa bilsinlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Bu gün, 18:09
Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR
Bu gün, 17:44
Süleyman Mikayılov səyyar görüş keçirdi - FOTO
Bu gün, 17:32
Rusiyanın hərbi təxribatları davam edəcək - İsazadə
Bu gün, 17:26
Ermənistanda Azərbaycan səfirliyi açılacaq - AÇIQLAMA
Bu gün, 17:17
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşlarına hökm oxunub
Bu gün, 17:11
Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib
Bu gün, 17:07
Rusiyada azərbaycanlılar saxlanıldı
Bu gün, 17:02
Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Bu gün, 16:59
Həbsxanada döyüşə yollanan azərbaycanlıya orden verildi - FOTO
Bu gün, 16:56
Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 16:54
Avtobusda qızlar arasında əlbəyaxa dava - Video
Bu gün, 16:52
XIDIRLI FƏLAKƏTİNİ kimin ayağına yazaq? - İLGİNC
Bu gün, 16:35
62 milyonluq tender, 12 milyon vergi borcu... - UNEC "Vest-LTD" ilə müqavilə bağlayır
Bu gün, 16:31
"Paşinyan revanşist və daşnaklara qalib gələcək..." - ƏLİ ÖMƏROV
Bu gün, 16:25
NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Bu gün, 16:10
Təhsil Nazirliyi bu işlərə 7.6 milyon xərcləyəcək
Bu gün, 16:02
Naxçıvana yol Novruza kimi hazır olacaq - Fərzanə Sadiqi
Bu gün, 15:56
Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür - Cəlaloğlu
Bu gün, 15:54
Baş Prokurorluqda yeni təyinatlar - ƏMR
Bu gün, 15:44
Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş - BŞTİ isə araşdırma aparıb, pozuntu olmadığını deyib
Bu gün, 15:38
Azərbaycanda 62 milyon manatlıq şərab şirkətinin - 907 MİN MANATA YAXIN VERGİ BORCU VAR
Bu gün, 15:34
Bahar Enerji Əməliyyat Şirkətinə BAHAR GƏLİB? - İşçilər ümid edir ki...
Bu gün, 15:31
Daha bir bank bağlanır - "Vəziyyət əvvəlki kimi deyil..."
Bu gün, 15:19
Azərbaycan 10 ermənini azad edəcək - Simonyanın gəlişindən sonra gözlənilməz QƏRAR
Bu gün, 15:10
Rusiya gəmisi Bakı limanında – Fotolar
Bu gün, 15:08
Azyaşlı qohumuna qarşı əxlaqsızlıq edib kamera ilə çəkdi - Şikayət təmin edilmədi...
Bu gün, 15:05
Pirallahıda DOST-un işçilərinə başçı üçün zeytun yığdırırlar? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:52
Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək
Bu gün, 14:49
Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? - AÇIQLAMA
Bu gün, 14:47
Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI
Bu gün, 14:45
Vəzifəyə keçmək üçün xadiməyə pul verdi - Azərbaycanda ŞOK DƏLƏDUZLUQ
Bu gün, 14:39
“OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır - FOTO
Bu gün, 14:33
Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 14:28
Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək
Bu gün, 14:19
"Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
Bu gün, 14:12
İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?
Bu gün, 13:06
Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:01
5 ildə bir milyondan çox azalma: - Turistər Azərbaycana niyə gəlmir?
Bu gün, 12:57
Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər - Paşinyan
Bu gün, 12:54
Nazirliyin 100 minə aldığı xalça NƏDİR? - FOTO
Bu gün, 12:53
“Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” - Tahir Kərimli
Bu gün, 12:31
Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:29
“Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” - ŞƏRH
Bu gün, 12:25
“Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir – Məhkəmə
Bu gün, 12:23
Ankara bələdiyyəsində əməliyyat keçirildi – 13 nəfər saxlanıldı
Bu gün, 12:21
Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! - TƏFƏRRÜAT
Bu gün, 12:16
``Dimdiyindən ilişən`` Anar Rzayev... - Deyəcək sözü də qalmayıb...
Bu gün, 12:11
10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
Bu gün, 12:10
Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu - Erməni nazir
Bu gün, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru