“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                     AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi .....                     Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI .....                     Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                     Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. .....                     "Biz şokda idik" .....                     Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: .....                     Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU .....                     2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ .....                     Azərbaycanda gizli qumar imperiyaları .....                     SEPAH terrorçu təşkilat kimi tanındı .....                     Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... .....                     Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb .....                     “Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” .....                     Saxta diplomlu MƏKTƏB DİREKTORU... .....                     Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı .....                     Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq .....                     Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… .....                     İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir .....                     Şeyxin qızının klinikası borca düşdü .....                     Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     "Yevlax görüşündə iştirak etməmişəm" .....                     “Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” .....                 

Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? - ZATULİN ADINDA LƏKƏ...
Tarix: 14-10-2019, 17:23 | Çap et
Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə?
Bir neçə gün əvvəl erməni işğalı altında olan Qarabağda qondarma “respublikanın” beynəlxalq miqyasda tanınması ideyasının azsaylı, aztanınan və elə də ciddi nüfuza malik olmayan lobbiçilərinin yığıncağı keçirildi. Bu yığıncağa səs-küylü “forum” adı vermişdilər.

Doğrudur, erməni KİV-ləri qəribə şəkildə erməni diasporunun ənənəvi toplantısını separatçı “dqr”in “müstəqilliyini tanıyan” (?!) 30 ölkənin nümayəndələrindən ibarət “forum” kimi təqdim etdilər. Təəcüblü xəbərdir, axı indiyə qədər heç bir hökumət, o cümlədən bizim regionumuzda adı pis mənada hamıya tanış olan dövlət bu bədxassəli psevdosiyasi törəməni tanımayıb.

Qarabağ məsələsində beynəlxalq cameə və bütün ikiqütblü siyasi dünya nadir həmrəylik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına almayıblar. Tutaq ki, Abxaziya, Cənubi Osetiya və Şərqi Ukrayna məsələsində Rusiya problemin kompromislər yolu ilə həlli ideyasını heç yaxına da buraxmır, Kosovonun taleyi isə Qərb üçün artıq çevriliş səhifədir (Fələstin və ya Kəşmir münaqişələri haqda hələ danışmırıq), amma Qarabağ məsələsində aparıcı dünya dövlətləri və beynəlxalq hüququn subyektləri Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prizmasından vahid mövqe nümayiş etdirirlər. Və şübhəsiz ki, bu Azərbaycan diplomatiyasının böyük uğurudur.



Dünya dövlətlərinin bu cür konsolidə edilmiş mövqeyinə İlham Əliyevin dəqiq işlənib hazırlanmış və ciddi məzmunlu, qarşılıqlı münasibətlər və geosiyasi qüvvələr balansı əsasında qurulmuş xarici siyasət konsepsiyası sayəsində nail olmaq mümkün olub.

Və dünya ictimaiyyətinə başqa ölkənin ərazisinə müdaxiləni etnik azlıqların öz müqəddəratını təyin etmə hüququ altında sırımaq cəhdləri tam iflasa uğrayıb.

Ermənistanın isə işğal zonasında süni şəkildə yaradılmış kvazi-dövləti dəstəkləməklə imitasiyadan başqa yolu qalmır. Hərçənd bəzən siyasi liderlərin əsəbləri dözmür, Qarabağ siyasətinin işğalçı xarakter daşıdığını və özlərinin faşist əqidələrini açıq nümayiş etdirirlər: Robert Köçəryan vaxtilə ermənilərin və azərbaycanlıların etnik baxımdan birgəyaşayışının mümkün olmadığını demişdi, Serj Sərkisyan isə Xocalıda dinc azərbaycanlıların güllələnməsində iştirakını etiraf etmişdi. Paşinyan isə xalqların öz müqəddəratını təyin etməsinə dair ilkin versiyanı bir kənara ataraq yeni işğalçı fabulanı elan etdi-“Qarabağ Ermənistandır, nöqtə”.

Xankəndində keçirilən forum Azərbaycan cəmiyyətinin diqqətini orada Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin görünməsi ilə cəlb etdi. Biz dəfələrlə həmin deputatın qızışdırıcı, kobud təxribat xarakteri daşıyan və açıq-aşkar təhdidkar mahiyyət kəsb edən şərhlərinə toxunmuşuq. Zatulin Rusiyadakı “Taşir” erməni holdinqinin və şəxsən oliqarx Samvel Karapetyanın xidmətindədir. Quldur keçmişə və Moskvada kriminal biznesə malik olan, “Moskva ticarət və əməkdaşlıq bankı” adlı dələduzluq sxeminə rəhbərlik edən, rusiyalıları 140 mənzil udmağa inandırıb onlara 23 milyon lotereya bileti satan fırıldaq sxeminin müəllifi olan deputat...



“MDB ölkələri İnstitutu” kimi dəbdəbəli lövhəciyin arxasında gizlənən Zatulin təəsüf ki, özünün qorxunc kriminal keçmişindən uzaqlaşmaqda acizdir. Fırtınalı 90-cı illərdən ona çox miras qalıb. Və budur, 2000-ci illərin əvvəllərində Zatulin bütün MDB məkanında özünün siyasi cinayətləri ilə ad çıxarmağa başladı. Ukraynada, Abxaziyada, Qarabağda...

Bütün şüurlu həyatını Rusiyanın MDB ölkələri ilə münasibətlərinə nifaq salmağa, suyu bulandırmağa həsr edən Zatulin bu yaxınlarda öz institutunun adını dəyişdirib, diaspor və inteqrasiya İnstitutu edib. İndi Zatulinə Dövlət Dumasının MDB işləri komitəsini tərk etmək qalır. Amma burada hansı diaspordan və inteqrasiyadan söhbət gedə bilər?! Axı rusiyalı deputat bütün fəaliyyətini Ermənistana və Qarabağa istiqamətləndirib. Zatulin Ermənistanda nə axtarır, bir halda ki, orada rusdilli əhali praktiki olaraq qalmayıb, Paşinyanın qərbyönümlü hökumətinin hakimiyyətə gəlişindən sonra isə rus dilinin sıxışdırılması və rus mədəniyyəti ilə sistemli mübarizə başlayıb. Rusiyalı deputat üçün kimin maraqları daha önəmlidir-rus dünyasının və rus ruhunun, yoxsa dünya erməniliyinin?

Axı məntiqlə Zatulinin fəaliyyət sahəsi Azərbaycandadır, Ermənistanda deyil. Məhz Azərbaycanda Ermənistanın əksinə olaraq, rus dili əhalinin böyük hissəsi üçün ikinci doğma dildir. Ermənistanda deyil, məhz Azərbaycanda yüz minlərlə rus sərbəst yaşayır. Və nəhayət məhz Azərbaycan Rusiyanın Cənubi Qafqazda iki ölkə liderləri Putinlə Əliyevin qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli şəxsi münasibətləri ilə möhkəmlənmiş ən mühüm strateji və hərb-siyasi müttəfiqi statusunu saxlayır.

Rusiyanın diaspor və inteqrasiya İnstitutunun direktoru öz dövlətinin maraqlarından çıxış edərək diqqətini Azərbaycana yönəltməli idi. Və o diqqəti yönəldir, amma hansı formada? Azərbaycan-Rusiya tərəfdaşlığının yüksək ruhunu hər cür zədələməklə. Sözün əsl mənasında Zatulin Azərbaycan ictimai rəyini əmin etməyə çalışır: Moskvaya inanmayın, biz sizinlə yox, Ermənistanlayıq! Deputat indiki halda muzdludur və Rusiyanın Azərbaycanda siyasi nüfuzunu məhdudlaşdırmağaalışan, iqtisadi və sosial-mədəni inteqrasiyanı zəiflətməyə çalışan Rusiya erməniliyinin əlində təhlükəli alətdir.

Əlbətdə ki, Moskvada deyə bilərlər-axı Zatulinlə yanaşı ermənipərəst lobbiçilərin yığıncağında iki amerikalı konqresmen də iştirak edib. Lakin Amerikanın siyasi sistemi ilə suveren Rusiya demokratiyası arasında böyük fərqlər var, elə deyilmi?! Amerikalı konqresmenlər Ağ evin və ya dərin dövlətin siyasi iradəsinin ifadəçiləri, onların düşündüklərini dilə gətirənlər deyil. Zatulin haqda isə bunu demək çətindir-axı o, hakim partiyanın nümayəndəsi və “Krımnaş” inteqrasiya həştəqinin müəlliflərindən biridir.

Çoxlarının tanımadığı amerikalı konqresmenlər Trampa impiçment də tələb edə bilərlər, Pompenu istefaya da çağırarlar və hətta öz prezidentlərini Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edərlər, üstəlik o da bir yana qalsın ki, ABŞ Konqresində MDB işləri komitəsi hələ yaradılmayıb. Rusiya siyasi gerçəklikləri isə başqa məsələdir, üstəlik Azərbaycanın Rusiyanın regional təhlükəsizlik sistemindəki rolu.

Bakı səbrsizliklə Zatulin adlı kazusun həllini gözləyir. Zatulin pis və düzgün olmayan tendensiyadır. Xüsusən də Valday forumundan sonra ortaya çıxan gözəl kətan üzərindəki hansısa ləkədir. Həqiqətin gözünə dik baxaq-Zatulinin şəxsiyyəti indiki halda sevgiyə və beynəlmiləl borca yoluxmuş mübarizin alovlu qəlbi versiyasına yer buraxmır. Zatulinin dilində “çe” erməni sözü heç də Çe Qavara mənasını vermir.

Və Bakıda səbrsizliklə gözləyirlər ki, Zatulin kimi deputatlar Kremlin dünyagörüşünü əks etdirsinlər və Rusiyanın maraqlarına xidmət etsinlər...
Eynulla Fətullayev
Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04
Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59
Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53
İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49
Şeyxin qızının klinikası borca düşdü - TƏFƏRRÜAT
Bu gün, 11:37
Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:31
"Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan
Bu gün, 11:27
“Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03
Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59
Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54
Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52
“Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46
Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42
Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35
Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27
Gəncə Dövlət Universiteti adlı bazar və... - İTTİHAM VAR...
Bu gün, 10:25
Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... - GÖZ YUMULACAQMI?
Bu gün, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru