Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                 

Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir... - İTTİHAM
Tarix: 8-08-2019, 12:09 | Çap et
Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir...

“Hürriyyət”in redaksiyasına səhiyyə sistemindəki problemlərlə bağlı şikayət məktub daxil olub. Məlum səbəblərdən adının gizli qalmasını istəyən peşəkar, təcrübəli həkimin bizə ünvanladığı həmin məktubu olduğu kimi oxucularımıza çatdırırıq:

“Mən peşəkar həkiməm, terapevtəm. 1976-cı ildən Təcili Tibbi Yardım xidmətində çalışıram.Təcili yardımda işləmək həm ağır, həm də məsuliyyətlidir. Fiziki xəsarət, yaxud ölümlə nəticələnən bədbəxt (eləcə də kriminal) hadisə yerinə ilk gələn polislə yanaşı, məhz təcili yardım maşını olur. Əslində təcili yardım əməkdaşları hər an təhlükə ilə üz-üzədirlər, getdikləri məkanda istənilən sürprizlə qarşılaşa bilərlər.

Bütün bunları nəzərə alaraq, Təcili Tibbi Yardım xidməti əməkdaşlarının maaşları digər sahələrdə çalışan tibb işçilərinə nisbətən həmişə daha yüksək olub. Odur ki, maaş sarıdan şikayətimiz yoxdur.

Qarşılaşdığımız ən böyük problem dövlət tərəfindən Təcili Tibbi Yardım xidmətinə ayrılan dava-dərmanın həkimlərə gəlib çatmamasıdır. Ən yaxşı halda ayrılan 10 adda dərmandan yalnız biri təcili yardım həkimlərinə gəlib çatır, özü də bir qutu yox, cəmi bir ampul. Bir ampul dərmansa bir xəstənin belə dərdinə əlac deyil. Bu səbəbdən məcbur qalıb öz maddi vəsaitimizlə lazım olan dərmanları alırıq ki, bizdən imdad gözləyən insanlara təcili yardım göstərə bilək.

Onu da qeyd edim ki, Təcili Tibbi Yardım xidmətində dərman problemi Azərbaycanda Birinci Avropa Oyunları keçiriləndən sonra yarandı, bu günədək də davam edir.

Bundan əlavə, işin düzgün planlaşdırılmaması nəticəsində təcili yardım maşınları çağırışlara vaxtında yetişə bilmir, bu da çox vaxt insan ölümünə səbəb olur.

Bir faktı nəzərinizə çatdırım. 3 ildir ki, Masazır ərazisində yerləşən yaşayış binalarından birində qaz sıması baş verir. Bunun səbəbi isə müəmmalı olaraq qalır. Əslində o binanın sakinləri çoxdan ordan köçürülməliydi, amma nədəbsə hələ də həmin qəzalı binada yaşamaq məcburiyyətindədirlər. Halbuki, istənilən vaxt binada partlayış baş verə bilər. 3 ildir həmin ərazidə fövqəladə vəziyyət elan olunub və təcili yardım həkimləri daim orda növbə çəkir. Növbədə olan həkimlərdən birinin ora getməyi isə həm digər həkimin iş yükünü artırır, həm də təcili yardımın işinə neqativ təsir göstərir. Çünki bir həkim eyni vaxtda iki ünvanda ola bilmir, bu isə ağır vəziyyətdə olan xəstələrin həyatını təhlükəyə atır. Sonucda qınanan, suçlandırılan da məhz biz, həkimlər oluruq.

Əslində Fövqəladə Hallar Nazirliyi öz öhdəsinə düşən vəzifəni Təcili Tibbi Yardım Xidmətinin üzərinə yıxmamalıdır. Nazirliyinin tibb biriqadası var və məhz həmin briqada fövqəladə hallarla bağlı olaylara cavabdehdir. Amma təəssüf ki, Masazırda növbə çəkmək də, dənizdə hər hansı təbii fəlakət, yaxud bədbəxt hadisə nəticəsində baş verən hadisə yerinə yetişmək də də təcili yardım briqadalarının öhdəsindədir.

Problemlərdən biri də Təcili Tibbi Yardım xidmətinin yarımstansiyalarında (Bakı şəhərində təxminən 39 yarımstansiya var) dispetçerlər ştatının ləğv edilməsidir.

Aydınlıq gətirmək üçün deyim ki, Bakı şəhərində yerləşən hər bir rayonun öz yarımstansiyası var. Hər bir yarımstansiyanın da öz telefon nömrəsi vardı. Təcili yardım çağırmaq istəyən şəhər sakinləri birbaş onların ərazisində fəaliyyət göstərən yarımstansiyaya zəng vururdu və həmin ərazini yaxşı tanıyan dispetçer dərhal zəngə cavab verib təcili yardım briqadasını ünvan başına yönləndirirdi və təcili yardım maşını yubanmadan xəstəyə yetişirdi.

Amma son 4 ildir Təcili Tibbi Yardım xidməti mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir. Artıq heç bir yarımstansiyada dispetçer yoxdur (bununla həkimləri nüfuzdan salmaq, insan həyatını təhlükəyə atmaq bahasına büdcəyə qənaət edirlər), yalnız bir mərkəzi stansiyada hardasa 10 dispetçer zənglərə cavab verir, məhz onlar çağırışları qəbul edib yarımstansiyalara, həkimlərə çatdırır (yarımstansiyalarda zənglərə birbaşa həkimlər cavab verir, təbii ki, həmin vaxt çağırışda olmasalar). Hər an Bakı şəhərinin hər yerindən ora (103 nömrəsinə) zənglər daxil olur deyə dispetçerlər vaxtında çağırışlara cavab verə bilmirlər. Nəticədə zərər çəkən çox, vaxtını, hətta həyatını itirən isə bütün ümidini təcili yardım briqadasının köməyinə bağlayan xəstələr olur. Bu yubanmalara görə qınanan, hətta bəzi hallarda söyülüb-döyülən isə biz həkimlər oluruq. Dəfələrlə çağırışa gedib çatanda əsəbdən özünə yer tamayan insanlarla qarşılaşmışam, gözünün önündə ağrıdan qovrulan əzizi bizim yolumuzu gözləyən, bizi görəndə isə bütün hirsini, hikkəsini üstümüzə tökən bu insanları qınamağa nə haqqımız var?! Axı bəzən təcili yardım briqadası 1,5 saat, 2 saat çağırışa yubanır.

İnanın ki, təcili yardım briqadaları çox gərgin şəraitdə işləyir. Bəzən səhərdən axşamadək bir stəkan çay belə içməyə vaxtımız olmur. İlin bütün fəsillərində, qızmar günəş altında, soyuqda, şaxtada, yağışda, qarda gecə-gündüz yol üstəyik. Yarımstansiyada 10-ca dəqiqə oturub dincimizi almağa vaxt tapmırıq. Bir çağırışdan digərinə tələsirik. Həkim qıtlığı təkcə xəstələrə deyil, elə bizim özümüzə də çox böyük ziyan vurur, sağlamlığımızı itiririk.

Amma şikayət etmirik. Vətəndaşların sağlamlığının keşiyində dayanmaq, onlara təcili ilkin yardım göstərmək bizim vəzifə borcumuzdur. Bu peşəni özümüz seçmişik və sevə-sevə icra edirik. Amma bütün səylərinə rəğmən, xəstə həyatını itirəndə, yaxud vəziyyəti daha da ağırlaşanda, üstəlik buna görə heç bir günahın olmadığı halda qınanıb suçlananda özünü çox pis hiss edirsən. Sanki bütün dünyanın ağırlığı çiyinlərinə çökür.

Elə buna görə də “Hürriyyət”in redaksiyasına məktub yazmaq qərarına gəldim. Bu məktubu təkcə öz adımdan deyil, bütün həmkarlarımın adından yazıram. Ümid edirəm, qəzetiniz vasitəsilə səsimiz aidiyyati qurumlara çatacaq və sadalanan problemlər ən tez zamanda öz həllini tapacaq”.

P.S. İnanırıq ki, aidiyyati qurumlar, ilk növbədə Səhiyyə Nazirliyi bu vicdanlı, peşəsinə hörmətlə yanaşan təcrübəli həkimin harayını eşidəcək, səsinə səs verəcək.

Biz də öz növbəmizdə aidiyyati qurumlarla əlaqə saxlayıb, sözügedən məsələyə münasibətlərini öyrənməyə çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Bu gün, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru