Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                 

Məmurlar üçün son “liman”: - Vəzifədən sonra vəzifəyə gedənlər...
Tarix: 26-07-2019, 12:52 | Çap et
Məmurlar üçün son “liman”:
“Vəzifəli şəxslərin ali məktəblərdə kafedra müdiri vəzifələrini tutmalarına son qoymaq lazımdır”.

Bu sözləri təhsil eksperti Etibar Əliyev deyib. O vurğulayıb ki, ölkədə bir nəfərin bir neçə vəzifə tutması dəb halını alıb və bu yolverilməzdir:

“Vəzifəli şəxslərin, deputatların ali məktəblərdə kafedra müdiri vəzifələrini tutmalarına son qoymaq lazımdır. Bu sui-istifadədir. Kafedralar asudə vaxtın keçirilməsi üçün yer deyil. Hələ üstəlik dərslərini də başqaları deyir. Onların çoxunun elmi yeniliklərdən xəbəri yoxdur. Təqaüd yaşına çatanda, işdən çıxanda gəlib on illərlə zəbt etdikləri kafedralarda otururlar. "Elmi etika" anlayışı var. Bu anlayış Qərb, Amerika elminin əsas anlayışlarından biridir. Bizdə isə elmdə etikasızlıq tüğyan edir. Bu məsələ ciddi müzakirə olunmalıdır. Bir nəfərin bir neçə vəzifə tutması vəzifəliləri bir-birindən fərqləndirən kriteriyaya çevrilib. Elmi dərəcə, elmi ad almaq isə adi hal olub”.

Məlumdur ki, Azərbaycanda işdən çıxarıldıqdan, ya da elə vəzifələrini icra etdikləri müddətdə ikinci iş yeri kimi universitetlərə üz tutan məmurlar olub. Siyahıda sabiq nazirlərin, komitə rəhbərlərinin adı var.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri olmuş Əli Abbasov texnika elmləri doktoru, akademikdir. Sabiq nazir hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri vəzifəsini icra edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdiridir. O da bu vəzifəni nazir kreslosunu təhvil verdikdən sonra tutub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Baş nazirin müavini olan Hacıbala Abutalıbov fizika-riyaziyyat elmləri doktoru, professordur. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.

Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş Qərib Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), biologiya üzrə elmlər doktoru (1991), professor, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2002), AMEA-nın Aqrar məsələlər üzrə müşaviri (2016), BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir (2004).

Yüksək dövlət vəzifəsində təmsil olunan şəxslərin elmə maraq göstərməsi heç də birmənalı qarşılanmır. Ən böyük narazılıqlardan biri isə məmurların ehtiyac olmadığı halda elmi ad almalarıdır. Çünki əksər elm xadimləri bu adı almaq üçün illərlə elmi fəaliyyətlə məşğul olur və buna nail olduqdan sonra maaşlarında 100 manat artımı yüksək qiymətləndirirlər. Bu məbləğ bəziləri üçün az görünsə belə, elm insanlarının fəaliyyətlərini davam etdirmək, ömürlərini sevdikləri işə sərf etmək üçün bu pul onların köməyinə çatır. Lakin yüksək vəzifə tutan məmurun bu pula ehtiyacı yoxdur və onlar bu adı 2-3 il içərisində almaqla elmə marağın azalmasına səbəb olurlar.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bəzən məmurların elmlə məşğul olanlara maneə törətdiklərini bildirib:

“Problem odur ki, məmurlar rahat dövlət işində işləyir, lakin işlərilə qane olmayıb universitetlərdə də işləmək istəyirlər. Məsələn, deputatdan Bəxtiyar Əliyev, Ziyafət Əsgərov və digərləri universitetlərdə vəzifə tuturlar. Burada bu işi apara biləcək, daim elmlə məşğul olan, kafedranı tanıyan, eyni zamanda elmi-tədqiqat işlərini qaydaya salacaq insanlar niyə qabağa çəkilmir? Kiminsə arxasında adam yoxdursa, deputat deyilsə, bu insanlar irəli gedə bilməzlər? Məsələn, mən Milli Elmlər Akademiyasında çalışıram. Hazırda elmlər doktoru işi aparıram. Vaxt bizə çatanda baxırıq ki, məmurun xanımı, qızı, bacısı oğlu, əmisi oğlu, ya elə özü gəlib irəli düşüb elmlər doktoru, professor adı alır və bizdən üstün heç bir elmi fəaliyyəti yoxdur. Biz illərlə Akademiyada oturub əziyyət çəkir, Azərbaycan elmini dünyada tanıtmağa çalışırıq, xaricdə məqalələrimiz, kitablarımız çıxır. Bütün günü arxivlərdəyik, elə bir elmi proses yoxdur ki, orada iştirak etməyək, amma növbə bizə çatanda illərlə gözləməli oluruq. Nəyə görə? Bizi niyə saxlamalıdırlar? Elmlər doktoru adı o məmurların nəyinə lazımdır? Bu yaxınlarda Akademiyaya yaşlı bir kişi gəlmişdi, keçmiş məmurlardan biri olub, prokurorluq sistemində işləyib. Sual verirəm ki, bu mövzunu niyə götürmək istəyirsiz? Deyir, istəyirəm ki, öləndə qəbrimin üstündə hüquq elmləri doktoru, professor yazılsın. Başa salıram ki, öləndən sonra orda elmlər doktorunun yazılıb-yazılmamağının sizə bir təsiri olmayacaq, Allah qarşısında cavab verməyi fikirləşin. Bu kimi hallar çoxdur. Elm tamamilə “qocalıb”. Yeni kadrlar gəlir və yenə onların üstündə məmurlar rəhbərlik edir”.

Həmsöhbətimiz elmin “qocalmasını” aşağıdakı səbəblərlə əlaqələndirib:

“Səbəblərdən biri elmlər doktoru adıdır. Elmlər doktoru adı uğrunda məmur-oliqarxlar, biznesmenlər böyük mübarizə aparırlar. Sanki bu adı almaqla titullarını artıracaqlar. Axı bu ad onların nəyinə lazımdır? Elmlər doktoru adı bizim kimi ortayaşlı, gənc nəslə lazımdır. Onu biz müdafiə etməliyik ki, maaşımıza təsiri olsun. Onların axı maddiyyata ehtiyacı yoxdur. Mən çalışıram elmlər doktoru olum ki, heç olmasa elm sahəsində çalışa bilim, əməkhaqqım 100 manat artsın. Axı dövlət onlara normal əməkhaqqı verir. Milli Elmlər Akademiyasında çox dəyərli alimlər var, 10 illərlə elmlər doktoru olmaq üçün gözləyirlər, işləri yatıb qalıb. Birdə baxırsan ki, 3 il qabaq bu adı istəyən məmur artıq elmlər doktorudur. Axı onu necə müdafiə elədi? Bir elmi işi normal, zəhmətlə yazmaq 3-4 il vaxt aparır. Biz tez yazanda irad tuturlar. Bəs iki ilə elmlər doktoru adını verdikləri məmurlara niyə irad tutmurlar? Mənim 14 kitabım, 100-ə yaxın məqaləm var. Hələ gözləyirəm, çünki tez yazmağımı irad tuturlar. Ona görə də hələ 3 il gözləyəcəyəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Dünən, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Dünən, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Dünən, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Dünən, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Dünən, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Dünən, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Dünən, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Dünən, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Dünən, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Dünən, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Dünən, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Dünən, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Dünən, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Dünən, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Dünən, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Dünən, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Dünən, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Dünən, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Dünən, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Dünən, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru