Keçmiş deputat BDU rektorunu BİABIR ETDİ... .....                     Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı .....                     211 saylı məktəbdə ibtidai siniflər risk altında... .....                     Tramp geciksə, Putin qazanacaq... .....                     Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! .....                     Ukrayna ilə ÜZ-ÜZƏ GƏLİRİK .....                     Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Rabitəbank”la bağlı “cashback” qalmaqalı .....                     Keçmiş PA şefi Azərbaycandan birdəfəlik gedir? .....                     Göygöldə vakant müəllim yerləri gizlədilir .....                     "Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar" .....                     “Yolüstü Restoranı”nda vergidən YOLÜSTÜ YAYINMA .....                     Bir qrup adam ölkəyə gizli yolla mal gətirir .....                     Dugindən şok açıqlama: Müharibə ilə Rusiya özünü bərpa edir! .....                     Zaur Mikayılovun bundan xəbəri varmı? .....                     "Nar" ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb .....                     "Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! .....                     Sərnişinlərin 202 saylı BƏLASI... .....                     Yekun sülh sazişi gələn il imzalana bilər... .....                     “Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” .....                     "Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..." .....                     Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq .....                     Metroda gedişhaqqı BAHALAŞIR .....                     NHMT ailəsinə ağır itki .....                     Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür .....                     Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? .....                     Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb .....                     Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia .....                     Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq .....                     Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir .....                     SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı .....                     Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər .....                     Özümü qəti təqsirli saymıram .....                     Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək .....                     Müharibəyə hazırlaşan Qərb .....                     “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir” .....                     Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir .....                     Çarın qorxusu və: .....                     Türkiyə ilə sərhədləri açmağa hazırıq .....                     Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? .....                 

QIZ NÖMRƏSİ İSTƏDİYİNƏ GÖRƏ ÖLDÜRÜLDÜ
Tarix: 9-06-2012, 11:17 | Çap et
QIZ NÖMRƏSİ İSTƏDİYİNƏ GÖRƏ ÖLDÜRÜLDÜ

HƏR HALDA QATİL BELƏ İZAHAT VERİR

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə Balakən rayon sakini Nastakalov Namiq Təyib oğlunun məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Namiq Nastakalov 28 iyul 2011-ci ildə Balakən rayonunun Qullar kəndində yerləşən "Göygöl məkanı" adlanan çayxanada həmkəndlisi Nizir İsmayılovun kənd sakinləri ilə birlikdə oturduğunu görüb onu öldürmək qərarına gəlib. Buna səbəb isə Nizir İsmayılovun qumarda onun pulunu udması və ondan həmkəndlisi Elnarə adlı qadının telefon nömrəsini istəməsi olub. Namiq Nastakalov xalası Hökümə Bəhrəmovanın əri Əli Xanpəriyevin evdə ov tüfəngi saxladığını bildiyinə görə əvvəlcə oraya gedib. Evdəki qoşalülə ov tüfəngini və iki ədəd patronu götürdükdən sonra yenidən çayxanaya qayıdıb. Tüfəngi Nizir İsmayılova tuşlayaraq ona yaxın məsafədən atəş açıb. Atəş nəticəsində atdığı güllə Nizir İsmayılovun kürək nahiyəsindən dəyib, onunla bir stolda oturmuş Nurullah Teliyevin isə sol dirsək nahiyəsini yaralayaraq, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. Çayxanadakıların dağılışdıqlarını görən Namiq Nastakalov Nizir İsmayılovun yanına yaxınlaşaraq kürək nahiyəsinə daha bir atəş açıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Nastakalov Namiq Təyib oğlu - 1984-cü ildə Balakən rayonunun Qullar kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Orta təhsillidir. Subaydır. Balakən rayonunun Qullar kəndində yaşayır. AR CM-nin 120.2.2, 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Məndən qız nömrəsi istəmişdi"

Təqsirləndirilən şəxs qismində dindirilən Namiq Nastakalov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Özümüzə məxsus ərzaq mağazasında bacım Sevinclə birlikdə satıcılıq edirdim. Boş vaxtlarımda isə dayım İsaya məxsus çayxanada olurdum. Çayxanada çox vaxt həmkəndlim Nizir İsmayılovla pulla qumar oynayırdıq. Bir dəfə Nizir məndən yolun digər tərəfində yerləşən mağazada işləyən həmkəndlim Elnarə Rüstəmovanın telefon nömrəsini istəmişdi. Onun bu hərəkəti xoşuma gəlməmişdi. Bu səbəbdən də Niziri öldürməyi qərara almışdım.

"Kürəyindən atəş açdım"

28 iyul 2011-ci ildə təxminən saat 19 radələrində Nizirin kənd sakinləri ilə birlikdə dayım İsanın işlətdiyi "Göygöl məkanı" adlanan çayxanada oturduğunu gördüm. Xalam Hökümənin əri Əlinin evdə ov tüfəngi saxladığını bilirdim. Ona görə də əvvəlcə onlara getdim. Xalamgilin evində olan ov tüfəngini və iki ədəd patronu götürüb, həmin patronları tüfəngin patronluğuna yerləşdirib, çayxanaya qayıtdım. Nizir İsmayılov oturduğu yerdə onun kürək nahiyəsinə bir dəfə atəş açdım. Atəş nəticəsində atdığım güllə Nizirin kürək nahiyəsindən dəyib ön nahiyəsindən çıxaraq onunla bir stol ətrafında oturmuş Nurullah Teliyevin dirsəyinə dəydi.

"Dayım tüfəngi əlimdən aldı"

Bu hadisədən sonra çayxanada oturanlar dağılışdılar. Nizir üzüstə yerə yıxıldı. Yenidən ona yaxınlaşdım və kürək nahiyəsinə daha bir atəş açdım. Həmin vaxt dayım İsa gəlib tüfəngi əlimdən aldı. Mən qaçıb oradan uzaqlaşdım.

Törətdiyim cinayət əməlini dərk edirəm. Hadisə zamanı spirtli içki və narkotik vasitə qəbul etməmişəm. Nizir İsmayılovu öldürərkən əsəbi olmuşam və onu səbəbsiz yerə öldürmüşəm".

"Ərimin qatilinə ən ağır cəza verilməsini tələb edirəm"

Zərərçəkmiş şəxs qismində dindirilən Xalidə İsmayılova (mərhumun həyat yoldaşı) ifadəsində ərinin əvvəllər polis işlədiyini göstərib: "Nizir əvvəllər Balakən Rayon Polis Şöbəsində polis nəfəri işləyirdi. Bir müddət işlədikdən sonra ailə vəziyyəti ilə əlaqədar ərizə yazıb işdən çıxdı. Heç bir yerdə işləmir, fərdi qaydada təsərrüfatla məşğul olurdu.

28 iyul 2011-ci ildə təxminən saat 14 radələrində Nizir evdən çıxıb çayxanaya getdi. Təxminən axşam saat 19-20 radələrində evdə olduğum vaxt həmkəndlim İsaya məxsus çayxanada Namiq Nastakalovun tüfəngdən iki dəfə atəş açıb Niziri öldürdüyünü və sonuncunun xəstəxanaya aparıldığını eşitdim. Dərhal xəstəxanaya getdim. Oraya çatanda gördüm ki, Nizir artıq ölüb. Səhəri gün Nizirin meyitini dəfn etdik.

Namiq Nastakalovun ifadəsində göstərdiyi kimi Nizir İsmayılovla qumar oynamaları və Elnarə adlı qadının nömrəsini istəməsi barədə göstərdiyi xüsusatlar yalandır. Kənddə hamı Niziri sakit insan kimi tanıyır. Nizir dindar insan idi, namaz qılıb oruc tuturdu.

Namiq narkotik maddələrdən istifadə edirdi. Kənd ərazisində dəfələrlə xuliqanlıq etmişdi. Hətta bir dəfə YPX-nin əməkdaşını döymüşdü. Namiq Nastakalov əlində tüfəng kənddə gəzirdi. O, mənim ərimi heç bir səbəb olmadan öldürüb. Ona ən ağır cəza verilməsini tələb edirəm".

"Qəflətən atəş səsi eşitdim"

Zərərçəkmiş şəxs qismində dindirilən Nurullah Teliyevin ifadəsindən:

- Axşamüstü İsanın işlətdiyi çayxanaya getmişdim. Həmkəndlilərim Əhma, Əzizxan və Kənan da orada idilər. Onlarla birlikdə “uduzan çayın pulunu ödəməlidir” şərti ilə domino oynadıq. İsa bizə çay verən vaxt digər həmkəndlimiz Nizir də bir stul gətirib yanımızda oturdu. Təxminən saat 19 radələrində qəflətən sol tərəfimdə atəş səsi eşitdim, bərk qorxdum. Çünki başım dominoya qarışmışdı. Qəflətən atəş səsi gəldiyinə görə nə edəcəyimi bilmədim, başımı yuxarı qaldıranda Namiq Nastakalovun əlində qoşalüləli ov tüfəngini Nizirin kürəyinə tuşladığını gördüm.

"Çayxanadakılar hamısı qaçdılar"

Namiq Nastakalovun Niziri vurduğunu başa düşdüm. Bu vaxt çayxanada olanların hamısı qaçdılar. Nizir isə yerə yıxıldı. Sol qolumun keyiməsini hiss etdim, mənə güllə dəydiyini sonra anladım. Aralıdan gördüm ki, Namiq bir az da irəli gəlib yerdə Nizirin kürək nahiyəsinə bir dəfə də atəş açdı. Bundan sonra Namiq qaçıb getdi. Mən çığırıb camaatı köməyə çağırdım. Niziri xəstəxanaya apardılar. Qolumdakı yaraya görə vəziyyətim pisləşdiyindən mən də xəstəxanaya getdim. Xəstəxanada qolumu əməliyyat etdilər. Nizirin öldüyünü sonradan eşitdim. Namiqin narkoman olduğunu bilməmişəm. Onun kənd ərazisində tüfənglə gəzdiyini görməmişəm. Nizirlə Namiqin hadisədən qabaq münasibətləri normal olub. Hətta onların bir-iki dəfə birlikdə çayxanada oturub domino oynadıqlarını görmüşəm.

"Namiqin narkotik maddə qəbul etməsini eşitmişəm"

Şahid qismində dindirilən İsa Bəhrəmov ifadəsində təqsirləndirilən şəxsin onun doğma bacısı oğlu olduğunu göstərib: "28 iyul 2011-ci ildə işlətdiyim çayxanada idim. Həmkəndlilərim Əzizxan, Nurullah, Kənan, Əhma, Əli və Nizir çay içə-içə domino oynayırdılar. İçəridə çay hazırladığım vaxt atəş səsi eşitdim, çölə çıxdım, gördüm Nizir yerdə uzanıb. Bu vaxt bacım oğlu Namiqin əlində tüfəng olduğunu gördüm. Namiqə yaxınlaşıb, acıqlandım, sifətinə bir sillə vurub tüfəngi əlindən aldım. Namiq də qaçıb getdi. Niziri maşınla xəstəxanaya yola saldım. Amma sonra xəstəxanada öldüyünü eşitdim. Hadisə vaxtı yaralanmış Nurullahı isə əməliyyat etdilər. Namiqlə Nizirin mübahisə etdiklərini görməmişəm. Namiqin narkotik maddə qəbul etməsini eşitmişəm. Lakin ondan soruşduqda çəkmədiyini deyib".

"Oğlum qeyri-adi hərəkətlər edirdi"

Şahid qismində dindirilən Sevil Nastakalova ifadəsində Balakən rayon Qullar kəndində iki mağazası olduğunu göstərib: "Hadisə olan vaxt mən işdə olmuşam. Mobil telefonuma zəng vurub mənə dedilər ki, oğlun Namiq günortanın istisində günün altında dəli kimi o yana, bu yana qaçır. Taksini Namiq olan tərəfə sürdürdüm. Ondan nə etdiyini soruşdum, idman etdiyini dedi. Namiqi saxladım, əlindən tutub mağazaya yemək yeməyə apardım. Yemək yedikdən sonra Namiqə yatmasını bildirdim. Namiq də yıxılıb yatdı. Oyandıqdan sonra yemək istədi, qızım Sevinc Namiqə yemək vermək istəyən zaman mağazaya müştəri gəldi. Mağazaya getmək istəyən zaman qızım məni qoymadı, orda qalıb Namiqə nəzarət etməyimi dedi. Bu vaxt Namiq mağazadan çıxıb 5 dəqiqəyə gələcəyini bildirdi. Bir müddət sonra atəş səsləri eşitdim. Səs gələn yerə getdim. Orada Nizirin cəsədini gördüm. Hadisə yerində bildim ki, oğlum Namiq Niziri tüfənglə vurub öldürüb.

Hərbi xidmətdən sonra oğlum qeyri-adi hərəkətlər edirdi, həftələrlə yemək yemir, günlərlə yatırdı. Onu həm Balakən rayonunda, həm də Şəki şəhərində həkimə aparmışdım".

QEYD: Məhkəmənin hökmü ilə Namiq Nastakalov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş deputat BDU rektorunu BİABIR ETDİ... - Ramiz Mehdiyevin əmrindədir?
Bu gün, 09:02
Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı - NƏ BAŞ VERİR?
Bu gün, 08:53
211 saylı məktəbdə ibtidai siniflər risk altında... - direktor müavini heç kimi eşitmir
Bu gün, 08:50
Tramp geciksə, Putin qazanacaq... - BU FAKTDIR...
Bu gün, 08:43
Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:48
Ukrayna ilə ÜZ-ÜZƏ GƏLİRİK - İLK DƏFƏ
Bu gün, 07:45
Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 07:30
“Rabitəbank”la bağlı “cashback” qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 07:27
Keçmiş PA şefi Azərbaycandan birdəfəlik gedir? - FOTO
Bu gün, 07:25
Göygöldə vakant müəllim yerləri gizlədilir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar" - ÇAĞIRIŞ
Bu gün, 07:16
“Yolüstü Restoranı”nda vergidən YOLÜSTÜ YAYINMA - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Bu gün, 07:06
Dugindən şok açıqlama: Müharibə ilə Rusiya özünü bərpa edir! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:02
Zaur Mikayılovun bundan xəbəri varmı? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Nar" ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb - FOTO
Bu gün, 06:51
"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...
Bu gün, 06:47
Sərnişinlərin 202 saylı BƏLASI... - GİLEY
Bu gün, 06:43
Yekun sülh sazişi gələn il imzalana bilər... - ŞƏRH
Bu gün, 06:38
“Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” - Xalq artistinə LAQEYD münasibət
Bu gün, 06:35
"Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..."
Bu gün, 06:28
Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq - ÇÜNKİ...
Bu gün, 06:22
Metroda gedişhaqqı BAHALAŞIR - Görünəni odur ki...
Bu gün, 06:20
NHMT ailəsinə ağır itki - "Uzaqdayam, vidalaşa da bilmədim..."
Bu gün, 01:30
Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür - GƏLİŞMƏ
Bu gün, 00:48
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Bu gün, 00:40
Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb - KİV
Bu gün, 00:35
Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia
Dünən, 20:19
Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Dünən, 17:50
Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Dünən, 16:33
SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Dünən, 16:29
Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Dünən, 16:27
Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Dünən, 16:24
Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Dünən, 16:21
Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Dünən, 16:19
“Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Dünən, 16:01
Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Dünən, 16:00
Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Dünən, 15:55
Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Dünən, 15:53
Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Dünən, 15:50
Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Dünən, 15:48
Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Dünən, 15:41
Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 15:35
Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Dünən, 15:30
“Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Dünən, 15:26
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Dünən, 15:16
Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Dünən, 15:14
Fernandu Santuş Azərbaycana təşəkkür edib
Dünən, 15:12
Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Dünən, 15:04
Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru