SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                     “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” .....                     Müğənni Zaur Mikayılovdan şikayətləndi .....                     Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? .....                     "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" .....                     "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" .....                     ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər .....                     "Sevdiyim adamın hər şeyini görmək istəyirəm" .....                     Zibil məsələsi də “zibilə” dönüb .....                     GDU-da nə işlər çevrilir... .....                     Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... .....                     "Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." .....                     3 illik zəmanət vermişdilər... .....                     Xalq artisti görün, nədə ittiham olunur .....                     Bu bank müştərilərinin DÜŞMƏNİDİR? .....                     'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? .....                     "Xarici Münaqişələr Nazirliyi" .....                 

RESPUBLİKA GÜNÜ DİLEMMASI
Tarix: 28-05-2012, 13:03 | Çap et
RESPUBLİKA GÜNÜ DİLEMMASI

NƏDƏN BU TARİXƏ ÖGEY MÜNASİBƏT VAR İDİ?

28 Mayda Azərbaycan Demokratik Respublikasının (ADR) 94-ci ildönümü qeyd olunur. ADR 28 may 1918-ci ildə M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən elan edilmişdi. Qəbul edilən İstiqlal Bəyannaməsində Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan edilirdi. Sənəddə deyilirdi ki, ölkədə yaşayan xalqlar bərabər hüquqlara malikdirlər və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan edilir. Müstəqil Azərbaycanın siyasi quruluş forması beynəlxalq birliyin bütün üzvləri, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə mehriban əlaqələr qurmaq niyyətində olan demokratik respublika idi. Bu dövlət öz ərazisində bütün vətəndaşlara milli, dini, sosial və cinsi mənsubiyyətindən asılı olmayaraq vətəndaş və siyasi hüquqların təmin edilməsi zəmanətini verirdi. ADR bütün Şərqdə ilk demokratik parlament respublikası idi.

23 aylıq mövcudluğu ərzində ADR-də bir sıra vacib qanunlar qəbul edilmiş, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılmışdı. Cəmi iki il yaşasa da, ADR özünü dünyəvi demokratik inkişaf yolunun və dövlətin müasir parlament modelinin qəti tərəfdarı olan ölkə kimi göstərdi. Bu işdə onun lideri Məmmədəmin Rəsulzadənin – müstəqillik və demokratiya idealına sadiq olan bu görkəmli şəxsiyyətin xüsusi xidmətləri vardı. Bütün bunlar həmin idealların həyata keçirilməsi üçün obyektiv və subyektiv şəraitin çox əlverişsiz olduğu bir dövrdə baş verirdi. Azərbaycan Demokratik Respublikası 27 aprel 1920-ci ildə Rusiya tərəfindən Azərbaycanı işğal etmək üçün göndərilən XI Qızıl Ordunun təzyiqləri ilə devrildi. ADR-in banilərindən bir qismi güllələndi, bir qismi sürgün edildi, bəziləri isə mühacirət etməyə məcbur oldular. Respublikanın banisi M.Ə.Rəsulzadə uzun illər mühacirətdə yaşadı. Amma heç vaxt Azərbaycanın yenidən müstəqil olacağına inamını itirmədi. O, 6 mart 1955-ci ildə (71 yaşında) Türkiyədə vəfat etdi və orada dəfn olundu. Azərbaycan isə öz müstəqilliyini bir çox illər sonra – 18 oktyabr 1991-ci ildə bərpa etdi.

Sovet hakimiyyətinin 70 ili ərzində (В«qırmızı işğalВ») ADR və onun banisi M.Ə.Rəsulzadə haqda xatirə Azərbaycanın tarixindən köklü şəkildə silindi. Amma uğursuz şəkildə: Azərbaycanda milli-azadlıq hərəkatı (SSRİ dağılana qədər) ADR-in şərəfli tarixinə və onun lideri M.Ə.Rəsulzadəyə lazımi qiymət verdi. Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin özü (18 oktyabr 1991-ci il) ADR-in xatirəsinin, rəmzlərinin və uğurlarının bərpası şüarları altında keçirdi.

Azərbaycan dövlət müstəqilliyi əldə edən vaxtdan sonradan Respublika günü elan edilən, hər il dövlət səviyyəsində də qeyd edilən 28 Maya cəmiyyətdə ölkənin ən əhəmiyyətli və şanlı siyasi bayram kimi ehtiram göstərilməyə başlandı. Adama elə gəlirdi ki, ADR-in və onun banilərinin unudulması istiqamətində 70 illik imperiya təcrübəsi iflasa uğrayandan sonra çətin ki, kimsə belə nalayiq və əbəs cəhdləri təkrar etməyə çalışar. Amma artıq Heydər Əliyevin hakimiyyəti dövründə ADR və onun lideri Rəsulzadənin xatirəsinə qarşı qəribə bir qısqanclıq nümayiş etdirilməyə başladı. Çox vaxt onun adının üstündən sükutla keçilir, ADR-in fəaliyyətinə isə bəzən şübhə kölgəsi salınırdı. Təəssüf ki, bu qəribə ənənə irsən növbəti hakimiyyətə də keçdi: Respublika günü (28 May) və Rəsulzadənin adı düz 2008-ci ilə qədər başqa bir tarixin – ümummmilli liderin ad gününün kölgəsində qalırdı. Təkcə müxalifət partiyaları, müstəqil KİV, QHT-lər və ölkə ictimaiyyətinin nümayəndələri bu tarixi layiqincə qeyd edirdilər. Belə ssenari uzun illər davam etdirildiyindən bunda, görünür, müəyyən gizli siyasi məna vardı – ADR-in və onun liderlərini nüfuzdan salmaq. Prinsipcə hər şey belə də olurdu: taleyin hökmü ilə Gül bayramı ilə (10 may) Qurtuluş günü arasında (15 iyun) olan Respublika günü ölkənin eks-prezidentinə olan bitib-tükənməyən difirambların atmosferində qismən əridilirdi.

2008-ci ildə situasiyanın buzu hiss olunacaq qədər əridi: prezident İlham Əliyev ADR-in 90 illik yubileyinin qeyd edilməsi barədə xüsusi sərəncam verdi. Sərəncamda təhsil, elm və mədəniyyət müəssisələrində xüsusi konfransların, həmçinin xüsusi bayram tədbirlərinin küçirilməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin özü Respublika günü münasibətilə yeni yaradılan В«İstiqlal BəyannaməsiВ» memorialına çiçək dəstələri qoydu. Bundan başqa, Milli Məclisin xüsusi iclası Respublika gününə həsr edildi, “Gülüstan” sarayında isə yubiley şərəfinə xüsusi təntənələr təşkil edildi. 28 May axşamı Milli Parkda bayram konserti keçirildi, xalq gəzintisi, atəşfəşanlıq oldu.

Görünür, Respublika günlərinin başqa ölkələrdə təntənə ilə keçirilməsi təcrübəsi bizim hakimiyyətə ayıldıcı təsir göstərdi. Yəqin, qardaş Türkiyədə ADR və M.Ə.Rəsulzadənin xatirəsinə hər zaman xüsusi diqqət yetirilməsi də burada mühüm rol oynadı. Belə ki, 2008-ci ildə Ankarada ADR-in 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə Türkiyənin baş naziri və başqa yüksək rütbəli şəxslər iştirak edirdi. Bundan başqa, Bakıda yox, məhz Türkiyədə ADR-in banisi M.Ə.Rəsulzadənin abidəsinin açılışı oldu. Üstəlik, hakimiyyət anlamamış deyil ki, Azərbaycan cəmiyyətinin özündə ADR-in tarixi əhəmiyyətinə kölgə salmaq ciddi dəstək qazanmır. Görünür, bütün deyilən səbəblərdən hakimiyyət ölkənin asas siyasi bayramına soyuq-qısqanc münasibəti dəyişməyi qərara aldı. Əgər doğrudan da belədirsə, bunu yalnız alqışlamaq olar. Hərçənd Respublika günü münasibətilə mərasim proseduru istisna edilsə, əvvəllər olduğu kimi, hakimiyyətin xüsusi bayram ovqatı hiss edilmir.

Turan Analitik Xidməti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru