Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                     ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                     Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                     İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? .....                     Xüsusi karantin rejiminin müddəti uzadıldı .....                     Ermənistan XİN başçısı Çinə səfər edəcək .....                     İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı .....                     İndi qəzet oxuyan var? .....                     İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb .....                     “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək .....                     "İnsanlara həmişə şans vermək lazımdır ki, .....                     “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub .....                     Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... .....                     Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma .....                     Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir .....                     Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur .....                     “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır .....                     Sevgilisinin maşınını icazəsiz götürdü .....                     İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb .....                     “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” .....                     QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib .....                     Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı .....                     Daha bir tiktoker ev dustaqlığına buraxılıb .....                     2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub .....                 

“Arzu edirəm ki, yuxarıda, sədarətdə oturanlar millət vəkillərinin fikirlərinə təmkinli və dözümlü yanaşsınlar” - deputat
Tarix: 21-12-2015, 08:28 | Çap et
“Arzu edirəm ki, yuxarıda, sədarətdə oturanlar millət vəkillərinin fikirlərinə təmkinli və dözümlü yanaşsınlar”
Parlamentin sonuncu plenar iclasında sədarətlə deputatlar arasında mübahisələr oldu. Müzakirələr zamanı vətəndaşları narahat edən ciddi məsələlərdən biri, Xəzər dənizinin qanunsuz hasarlanması ilə bağlı bəzi deputatların çıxışları sərt iradlarla qarşılandı. Ancaq bu cür kəskin reaksiyanın səbəbi anlaşılan olmadı. Mübahisə tərəflərindən biri olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə də bu mövzuda geniş söhbət etdik.

- Fəzail bəy, əvvəlcə istərdim dəqiqləşdirim, qanunvericiliyə edilmiş sonuncu əlavə və dəyişikliklər Xəzər sahillərindəki hasarlara, qanunsuz tikililərə şamil ediləcəkmi, yoxsa qanun bundan sonrakı tikintiləri qadağan edir?

- Bu qanunun geriyə tətbiqi var. Bunu həmkarım Çingiz Qənizadə də hüquqi baxımdan əsaslandırdı və qanunun geriyə tətbiqinin olduğunu dedi. Qanunun iki baxımdan geriyə tətbiqi var: birincisi, həmin hasarlamalar, obyektlər xüsusi mülkiyyət deyil, uzunmüddətli icarədir. Deməli, onun üzərində istənilən fəaliyyətin aparılması, icarə müqaviləsinin ləğvi, yaxud saxlanılması, təbii ki, o torpaq üzərində mülkiyyət hüquqi olan subyekt tərəfindən müəyyənləşir. İkinci tərəfdən isə bəlli olduğu kimi, dövlət əhəmiyyətli, ictimai əhəmiyyətli layihələrin yerinə yetirilməsi zamanı bu cür addımlar atılır. Məsələn, yollar çəkilir. Bildiyiniz kimi, Bakının yolları xeyli genişlənib, müasir yol infrastrukturu yaranıb. Eyni zamanda dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə də ehtiyac durulur ki, bunun üçün də hətta ictimai əhəmiyyət kəsb edən layihələrdə də artıq qanunvericilik də imkan verir ki, həmin mülkiyyət hətta konkret şəxsə məxsusdursa, ora müəyyən qiymətlər qoyulur və həmin layihələr həyata keçirilir. Bu, ictimai mahiyyət daşıyan bir məsələdir. Yəni dənizin kənarında istirahət etmək bütövlükdə ictimai xarakter daşıyır və Azərbaycan vətəndaşının da konstitusiyaya görə istirahət etmək hüququ var. Dənizə yaxın yerlərdə və dəniz sahilində istirahət etmək də hər bir Azərbaycan vətəndaşının konstitusiya ilə müəyyən olunmuş hüququdur. Bu hüququ isə heç bir halda və heç kim məhdudlaşdıra bilməz.

- Ancaq məhdudlaşdırırlar, özü də kifayət qədər...

- Bunu əgər məhdudlaşdırırlarsa, deməli, həm də konstitusiyanın, Azərbaycan vətəndaşlarının istirahət hüququnun məhdudlaşdırılması anlamına gəlməlidir.

- Bu məhdudiyyəti yaradan səlahiyyət sahibləri ilə bağlı niyə ölçü götürülmür? Təkcə dəniz sahili də deyil. Məsələn, Cavid Qurbanov dəmir yolu xəttinin ətrafının satılmasından şikayətlənib. Niyə satanlar cəzalandırılmır, amma pulunu verib ərazini alanların adı hallandırılır?

- Bəli, burada bir qayda olaraq həmin sahəni əhatə edən rayon icra strukturları, yaxud bələdiyyələrə tapşırıqlar verərək arxada qalanlar bu cür torpaq sahələrini vətəndaşlara veriblər. İnsanlar ya dəmir yolu xəttinin kənarında ev, ya dəniz kənarında istirahət mərkəzləri, restoranlar tikiblər və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bələdiyyələrə qədər, yəni 1999-cu ilə qədər isə bu, rayon və şəhər icra hakimiyyətinin birbaşa sərəncamı ilə reallaşmağa başladı. Ona görə də bəli, Cavid Qurbanovun dediyində çox böyük həqiqət var. Bilmirəm siz fikir vermisinizmi, dəmir yolunun Bakıdan üzü Biləcəriyə doğru aparan hissəsində qatarın vaqonları az qala açılmış pəncərəyə dəyərək keçmək zorunda qalır. Bütün bunlar isə, əlbəttə, vaxtilə yol verilmiş ciddi pozuntulardır.

İndi Cavid Qurbanov dəmir yolunu yeniləşdirməyə çalışır, qalır çətin durumda. Bilmirəm, bu işlərə icazə verən bələdiyyələrin, icra başçılarının üzərinə hansı məsuliyyəti qoymaq, ya cinayət işi açmaq olar, bu, xüsusi hüquqi araşdırma tələb edir. Amma fakt faktlığında qalır ki, bunlar var. Lakin bütün bunların hamısına artıq ümumi yanaşma var. O ümumi yanaşma da ondan ibarətdir ki, vaxtilə kiminsə tamahkarlıqla, yaxud digər məqsədlərlə insanlara verdiyi ərazilər təmizlənməlidir. Dəmir yolunun ətrafı dəmir yoluna qalmalıdır, Xəzər dənizinin də sahili Azərbaycan vətəndaşlarının ixtiyarına verilməlidir.

- Siz Xəzərboyu tikilmiş obyektlərin sonrakı taleyi barədə nə təklif edirsiniz? Məsələn, Zahid Oruc dedi ki, həmin obyektləri sökməkdənsə, vergi yükünü artırmaq lazımıdır.

- O da bir yanaşmadır. Zahid Oruc demədi ki, o tikililər hamısı qalsın. Mən də o fikirdə deyiləm ki, hamısı sökülsün. Təbii ki, ora əmək sərf ediblər, vəsait qoyublar. O da Azərbaycan vətəndaşıdır, imkanı olubsa, bunu edib. Ona görə də buna aqressiv münasibət bəsləmirəm, anlaşıqlı qəbul edirəm. Əgər qanun çərçivəsində tikilibsə, fəaliyyət göstərə bilər. Lakin onun ərazisi hektarlarla olmalı deyil. Yəni bir insanın bağ evi - lap dənizin kənarında da olsa - qoy olsun 15-20 sot. Bundan artıq o torpağı nə edəcək, orda nə yaradacaq? Orda gözəl istirahət guşəsi yaratmaq, gül-çiçək bəsləmək, dekorativ meyvə ağacları da əkmək olar. Əgər dəniz sahəsində bağların ümumi ərazisi hektarlarla ölçülürsə və hektarlarla ərazi, dəniz sahili hasarlanırsa, artıq bu, yolverilməzdir və xüsusi yanaşma tələb olunur. Ondan başqa dənizin sahilinə aparan yollar da açılmalıdır. Hətta mümkündür ki, Mərdəkan, Buzovna, Bilgəh tərəfdən dəniz sahilinin bəzi yerləri kiminsə tərəfindən zəbt olunmayıb. Ancaq bu ərazilərə də getmək mümkün deyil. Çünki dənizin sahili elə hasarlanıb ki, sadəcə olaraq boş yerlərə gedib pul vermədən çimərlikdə istirahət etmək mümkün deyil. Buna görə də ciddi addımlar atılmalıdır. Özəl çimərliklər ola bilər, buna normal yanaşıram. Kimin imkanı varsa, daha yüksək səviyyəli, komfort şəraiti olan çimərliklərə daxil ola, pul da xərcləyə bilər. Ancaq bununla bərabər, imkanı, maliyyə vəsaiti olmayan insanların da sərbəst şəkildə ailəsi ilə bərabər istirahət etmək imkanlarını təmin etmək lazımdır. Söhbətin əsas mübahisəli tərəfi bundadır.

- Ancaq sizin çıxışınız, hasarlamalara qarşı çıxmağınız sanki sədarət tərəfindən məmnunluqla qarşılanmadı. Səbəb nədir?

- Təbii qarşılanmadı. Mən belə məsələlərdə mübahisəyə girmək istəmirəm. Amma arzu edirəm ki, yuxarıda, sədarətdə oturanlar millət vəkillərinin fikirlərinə təmkinli və dözümlü yanaşsınlar. Çox təəssüf edirəm ki, bir sıra hallarda bu təmkinlilik və dözümlülük gözlənilmir. Bu da xoşagəlməz mübahisələrə gətirib çıxarır. Milli Məclisin deputatı cəmiyyətdə aktual olan məsələlər, xalqı narahat edən, dövlətimizə ziyan vura biləcək məqamlara toxunmalıdır. O, bunu etmirsə, artıq heç Milli Məclisdə oturmalı deyil, heç deputat statusunu daşımalı da deyil. Yaxşı, biz nə edək, gələk kiminsə xoşuna gəlmək üçün qanun layihələri barədə bir-iki kəlmə deyək, sonra ona səs verək, bununla da qurtarsın? Bəs, bu diskussiyalar nəyə lazımdır? Nəzərə almaq lazımdır ki, ölkə prezidenti dəfələrlə deyib ki, bütün sahələrdə ictimai nəzarəti gücləndirmək lazımdır.

İctimai nəzarətin həyata keçirilməsində ən mühüm vasitələrdən biri Milli Məclisin deputatlarıdır. Deputatlar onlara daxil olan informasiyalar əsasında son dərəcədə vacib, əlbəttə, bütün xırda məsələləri deyil, ciddi məsələləri ümumiləşdirib parlamentdə qaldırmalıdır. Siz jurnalistlər də Milli Məclisin deputatının sözlərinə əsaslanaraq bunu ictimai rəyə gətirə bilərsiniz. Bundan sonra da cənab prezidentin dediyi kimi, o, özü birbaşa mətbuatla tanış olur və qaldırılan məsələlərin hamısı haqqında onda fikir formalaşır, konkret addımların formalaşmasında isə bu informasiyalar və bu məlumatlar, ictimai nəzarət xətti ilə gündəliyə gətirilən aktual məsələlər ümumiləşdirilir və dərhal addımlar atılır, ona ciddi reaksiyalar verilir. Əlbəttə, kimsə elə düşünürsə ki, özünün aqressiv mövqeyi ilə, mikrofonu söndürməklə mənim gündəliyə gətirmək istədiyim fikirlərin qarşısını alacaq, fikrimcə, o, böyük səhvə yol verir. Çünki mən nə söz deyirəmsə, orada dövlətimizin, xalqımızın maraqları, dövlətimizin imici, xalqımızın mənafeyi var. Ona görə də bu meyarlarla mən hər zaman fikrimi ifadə etmişəm, bundan sonra da fikrimi davam etdirəcəyəm. Yadınıza gəlirsə, Saakaşvili vaxtilə Azərbaycanın Milli Məclisinin tribunasından istifadə edib xoşagəlməz bir situasiya yaratdı.

Mən çıxış etmək istədim, amma çox hörmət etdiyim Ziyafət Əsgərov çıxışa imkan vermədi. Mən mətbuata çıxdım, brifinq keçirtdim, o fikirləri söylədim. Amma yaxşı olmazdımı mən fikirlərimi Milli Məclisdə deyəydim və bu, daha effektli olardı? Millət vəkillərinin alternativ sözündən, fərqli fikirlərindən çəkinmək lazım deyil. Onda onun qarşısını almaq lazımdır ki, o fikirlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına ziddir və antikonstitusion çağırışlardır, xalqımızın maraqlarına və hədəflərə uyğun gəlmir. Bəli, onda qəti mövqe nümayiş etdirmək lazımdır. Yoxsa dənizin sahilinin hasarlanmasına qarşı deputatların kəskin fikirlərinin qarşısı alınmalı deyil. Əksinə, imkan verilməliydi ki, fikirlər söylənilsin və fikirlərə uyğun olaraq konkret addımlar atılsın. Əgər razı deyilsə belə, sadəcə olaraq, bir replika verə bilər ki, mən sizin fikirlərinizlə razı deyiləm. Bundan o tərəfə olmalı deyil.

- Ziyafət Əsgərovla mübahisəniz səbəbsiz deyildi. Səbəb nədir?

- Çox tez-tez belə şey olur. Mən çox təəssüf edirəm. Ancaq Ziyafət Əsgərov tək mənə qarşı deyil ki. Bir sıra hallarda deputatların çıxışlarına yersiz müdaxilələr edir. Əlbəttə, Ziyafət Əsgərovun Milli Məclisin 1-ci vitse-spikeri kimi dövlətimiz qarşısında çox ciddi xidmətləri var. Onun savadına, dövlətimizə sədaqətinə, intellektual səviyyəsinə heç bir şübhə ola bilməz. Ona bir hüquqşünas, bir millət vəkili kimi də böyük hörmətim var. Uzun illərdir bizim aramızda hər hansı problem olmayıb. Lakin mən bunu dostyana demək istərdim ki, belə şeylərə fikri versə, daha yaxşı olar. Bu, mənim sadəcə olaraq Ziyafət müəllimlə bağlı dostscasına fikirlərimdir.

- Fəzail bəy, sizin dəniz sahilində bağ eviniz varmı?

- Mənim Novxanıda bağım var. Amma dənizlə bağımın arasında təxminən 2 km məsafə var. Ancaq təbii ki, balkonumdan, həyətimdən Xəzəri görürəm, çox böyük məmnuniyyətlə seyr edirəm, sərin dəniz havasını uduram. Lakin dediyim kimi, xeyli uzaqdadır. Hətta mənim dəniz kənarında bağım olsaydı belə, bu cür hasarlamanı heç bir halda aparmazdım.

- Sirr deyilsə, hasarınızın hündürlüyü nə qədərdir?

- Təbii ki, hasar olmalıdır, çünki bağ evidir, yol kənarında yerləşir, ailə-uşaqla həyətdə oturursan, hasarsız olması da mümkün deyil. Amma mənim hasarımın hündürlüyü hardasa 2 metr 40 sm-dir. Sadəcə çöldən içəri görünmür...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55
“Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29
2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23
Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru