Parlament seçkiləri öncəsi partiyalar niyə susub? - ŞƏRH
Tarix: 30-06-2015, 14:10 | Çap et
 Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Lakin seçkiyə 4 ay qalmasına baxmayaraq, ölkənin siyasi səhnəsində əsaslı aktivlik müşahidə olunmur.
Müxalifət partiyalarının bir qismi (KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, Azadlıq, AXP) “Azadlıq-2015” blokunda cəmləniblər. Özlərini radikal müxalifət adlandıran AXCP və Müsavat Partiyaları isə heç bir bloka qoşulmadan, müstəqil şəkildə seçkilərdə iştirak edəcəklərini bildiriblər.
VİP sədri Əli Əliyev Hafta.az-a açıqlamasında bildirdi ki, “Azadlıq-2015” seçki bloku on gün ərzində aktivlik nümayiş etdirəcək. Sədrin sözlərinə görə, müxalifət cəbhəsində olan durğunluğun səbəbi ölkədə birinci Avropa Oyunlarının keçirilməsidir:
“Blokda bir sıra hazırlıq işləri aparılmaqdadır. Artıq seçki qərargahı formalaşdırmışıq. Blokda təmsil olunan partiyalar hazırda əsasən namizədləri müəyyənləşdirməklə məşğuldurlar. Seçki təqviminə uyğun olaraq müvafiq tədbirlərimizi keçirəcəyik. Seçki ilində bu cür siyasi passivliyin səbəbi hesab edirəm ki, ölkəmizdə Avropa Oyunlarının keçirilməsi ilə əlaqəli oldu. Bütün təbliğat resursları, ictimaiyyətin diqqəti bu oyunlara yönəldi. İndi artıq oyunlar yekunlaşıb. Düşünürəm ki, cəmiyyətdə tədricən seçki ab-havası yaranacaq. Oyunların yaxşı mənada gurultulu təbliğatı fonunda seçki tərəfdarlarının səsi aydın hiss olunmurdu. Biz də bu mühitə uyğunlaşdıq. Çünki Avropa Oyunları iqtidarın tədbiri deyil. Bu bizim dövlətimiz, ümummilli maraqlarımız üçün lazımlı bir layihə idi. Hesab edirəm ki, elə bu cür də olmağı, yəni təbliğatın aparılması lazım idi. Bizim partiyada da namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Artıq 40-a yaxın namizədimiz təsdiq olunub. Avqust ayının sonunda seçki blokumuzun ümumi siyahısı hazır olacaq”.
Lakin bloka daxil olan bəzi partiyalar təkcə parlament seçkilərinin ardınca deyil, eyni zamanda, daxili seçkilərinin, yəni qurultaylarının keçirilməsini də planlaşdırırlar. Bu yay bloka daxil olan iki partiya-KXCP və AXP qurultay keçirməyi düşünürlər.
Yuxarıda qeyd etdiyimiz kimi, özlərini radikal adlandıran Müsavat və AXCP isə hələ özünü toparlaya bilməyib. Müsavat Partiyası qurultaydan sonra baş verən istefalar nəticəsində xeyli zəifləmiş kimi görünür. Partiyanın başqanı Arif Hacılı isə bildirib ki, Müsavat Partiyası parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır və onlar seçkidə var gücləri ilə iştirak edəcəklər.
AXCP daxilində də siyasi durum gərgindir. Misal üçün qeyd edək ki, son günlər AXCP-nin Nərimanov rayon təşkilatının təşkilat məsələləri üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu partiya sıralarından çıxarıldıqdan sonra bununla bağlı məhkəməyə müraciət edib. Onun ardınca isə partiyanın məclis sədri Saleh Hüseyn da istefa verib. Bütün bunlarla yanaşı, partiyanın sədr müavini Fuad Qəhrəmanlının Hafta.az-a verdiyi açıqlamaya görə, onlar sentyabr ayında qurultay keçirməyi düşünürlər.
Beləliklə də Azərbaycanda bu il parlament seçkiləri ili olsa da, hələ ki, ölkədə heç bir seçki ab-havası müşahidə olunmur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29 |
|
|
|
• Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25 |
|
|
|
• Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21 |
|
|
|
• Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18 |
|
|
|
• Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06 |
|
|
|
• Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03 |
|
|
|
• “Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00 |
|
|
|
• Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55 |
|
|
|
• İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52 |
|
|
|
• İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50 |
|
|
|
• Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46 |
|
|
|
• İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03 |
|
|
|
• DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00 |
|
|
|
• "Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55 |
|
|
|
• Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52 |
|
|
|
• İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04 |
|
|
|
• Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03 |
|
|
|
• “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59 |
|
|
|
• Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57 |
|
|
|
• “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51 |
|
|
|
• Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45 |
|
|
|
• “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41 |
|
|
|
• Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27 |
|
|
|
• "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25 |
|
|
|
• Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19 |
|
|
|
• Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15 |
|
|
|
• "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11 |
|
|
|
• “Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08 |
|
|
|
• Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06 |
|
|
|
• “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Dünən, 17:00 |
|
|
|
• Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Dünən, 16:50 |
|
|
|
• Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Dünən, 16:40 |
|
|
|
• Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Dünən, 16:32 |
|
|
|
• Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Dünən, 16:22 |
|
|
|
• Azərbaycanda DSK sədri vəfat edib
Dünən, 16:19 |
|
|
|
• “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:15 |
|
|
|
• Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Dünən, 16:13 |
|
|
|
• Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Dünən, 16:05 |
|
|
|
• Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Dünən, 15:51 |
|
|
|
• Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Dünən, 15:47 |
|
|
|
• Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Dünən, 15:44 |
|
|
|
• “Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Dünən, 15:38 |
|
|
|
• Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Dünən, 15:32 |
|
|
|
• Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Dünən, 15:25 |
|
|
|
• İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Dünən, 15:21 |
|
|
|
• Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Dünən, 15:15 |
|
|
|
• “Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib - DOSYE
Dünən, 15:14 |
|
|
|
• Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB - Bakıya gətirilirlər...
Dünən, 15:11 |
|
|
|
|