“Bunlar “siyasətin Biləcərisi” olan “Facebook”dan o yana çıxa bilmirlər” - Elşən Musayev
Tarix: 3-04-2015, 17:04 | Çap et
Yazın gəlişi ilə radikal müxalifət də “mitinq mövsümü”nü açıq elan edib. AXCP sədri Əli Kərimlinin kurasiyasına daxil olan Milli Şura bu məqsədlə martın 15-də birinci aksiyasını keçirib. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin təbii olaraq bunun dünya ölkələrinin iqtisadiyyatına təsirini, qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da milli valyuta ilə bağlı gedən obyektiv prosesləri bəhanə edən müxalifətçilər “Məhsul” stadionunda hakimiyyətin ünvanına əsassız ittihamlar irəli sürüb, az qala bütün dünyada baş verən hadisələrə görə də iqtidarı günahkar biliblər. “Ölü doğulan” qurum olaraq heç vaxt xalqın etimadını qazana bilməyən Milli Şura növbəti belə aksiyanı bu bazar gününə təyin edib. AXCP-nin təşkilatçılığı ilə Milli Şuranın mitinq keçirməsi, cəmiyyətdə belə aksiyalara marağın az olması, AXCP-nin gözlənilən qurultayı, partiya funksionerlərinin açıqlamaları və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev cavablandırır.
- Elşən müəllim, AXCP-nin nəzarətində olan Milli Şura yenidən mitinq keçirmək qərarına gəlib. Azərbaycan cəmiyyətində belə mitinqlərin keçirilməsi üçün sosial sifariş varmı?
- Əvvəla, ondan başlayaq ki, AXCP və onun sədri Əli Kərimli, eyni zamanda, bu iqtidarın çörəyini yeyərək, axırda çox şişib radikal müxalifətçi olan Cəmil Həsənli üçün sosial sifariş deyə bir anlayış keçərli deyil. Heç bir zaman da olmayıb. Bu tiplər xalqla təmasın çoxdan itdiyinin fərqindədirlər və ya bunu başa düşməyəcək, anlamayacaq qədər avam deyillər. Onlar “sosial” sözünə yaxın təyinatda bir tək sosial şəbəkələrin varlığı ilə hesablaşırlar. O da ki özlərinə sərf etdiyi üçün, qadın adı ilə yazışmaq, kimisə söymək Əli Kərimli və onun tərəfdarlarına adrenalin verdiyi üçün. Vəssalam. İkincisi, 3- 5 nəfərin toplandığı dərnəyi mitinq adı ilə təqdim etməyin qəti əleyhinəyəm. Çünki bir sünnət toyunun elektoratı qədər adam toplamayan, toplaya bilməyən aksiyaya qoyulacaq, veriləcək tək bir ad varsa, o da rəzalətdir. Əli Kərimli və ətrafında dolaşan siyasi qaragüruhun rəzaləti. O rəzalət ki, kvartalda ən azı 3-4 dəfə nümayişkaranə şəkildə sərgilənir, adına utanmadan “möhtəşəm” deyilir, radikal ünsürlərin media manşetlərində arsız-arsız tirajlanır və hələ bu da azmış kimi, estafet şəklinə salınır. Oysa, adamlara soran lazım: Hanı o dediyiniz xalq? Hardadır o adını eşidib üzünü bir türlü görə bilmədiyimiz izdiham? 800-1000 nəfər “bezdelnik” xalqdırsa, o zaman 9 milyon kimdir? Və nəhayət, bu siyasi toyuq korluğu, fenomenal mazoxizm görəsən, hardan qaynaqlanır? Bitmisiniz! Etiraf edin. Edin və geri çəkilin. İmkan verin yeni gənc nəsil, yeni müxalifətçilik ənənəsi formalaşsın. Biz də mübarizədən zövq alaq. Biz də bilək ki, əli hansısa dövlətin cibindən çıxanlarla, satılmışlarla, Azərbaycanı kiminsə ovcuna peşkəş etməyə hazır olanlarla deyil, kişi kimi müxalifətlə savaşırıq, döyüşürük. Amma harda?! Əli Kərimli və onun zombi dəstəsi, ta nə bilim bir mandata görə şəxsiyyətini ortalığa qoyan Cəmil Həsənli və onun kimi gündə bir sap dəyişən baltalar hələ də söylədiyim axına qarşı getməkdə israrlıdırlar. Sanki sözü bir yerə qoyub and veriblər ki, son nəfəslərinə qədər siyasi müqəvva statusundan o yana keçməyəcəklər, özlərini qram-qram bitirəcəklər, bu xalqa, bu cəmiyyətə mədhiyyələr oxumağa davam edəcəklər. Hər halda bunu bir tək mən demirəm. Siyasi mənzərə ortadadır. Kor kor, gör gör.
- AXCP funksionerləri bildirirlər ki, mitinqlə bağlı reportajı “Azadlıq” qəzetinin saytından yüz mindən çox insan izləyib. Sizcə, bu izləyicilərin hamısını aksiya dəstəkçisi, müxalifət tərəfdarı kimi təqdim etmək olarmı?
- Mövzuya bu cür yanaşma tərzi siyasi debilizmdən savayı bir şey deyil. Tam səmimi deyirəm. İnsan nə qədər düşük, avam təfəkkürdə olmalıdır ki, öz resursunu oxucu sayı ilə müəyyənləşdirsin. Və ya həmin yazını mən də oxumuşam, o zaman belə çıxır AXCP, ya da Milli Şura tərəfdarıyam? Ya da təvazökarlıqdan uzaq olsa da, bir fakt deyim. Elə bu yaxınlarda mənim ofisiantlarla bağlı yazdığım sosial yazı mətbu orqanlarda üst-üstə 2 milyondan çox insan tərəfindən oxundu. İndi həmin məntiqlə Elşən Musayevin ölkədə 2 milyon tərəfdaşı var? Bunlar haraları ilə düşünürlər, nə yeyib-içirlər, ilham qaynaqlarını hardan alırlar? Axmaqlığın da bir miqyası olmalıdır axı. Guya Əli Kərimli üçün “F5” düyməsini basıb yüz nəfər adam sayını yüz min eləmək nə böyük problemdir? Zatən “Azadlıq”qəzetinin korrektəsinə qədər hər şeyə özü nəzarət edir. Üstəgəl, bütün həyatı, məsləyi də saxta. Nəyi desən, 10 saniyə içində barmaq edib öz mənafeyinə, marağına uyğunlaşdırar. Özü də elə uyğunlaşdırar, adamın heç ruhu da inciməz. Odur ki, bu yüz min söhbətinə AXCP sədrinin növbəti sərsəmliyi kimi baxmağın, yanaşmağın tərəfdarıyam. Yəqin Əli bəyi hallusinasiyalar birtəhər edib. Bu səbəbdən gözünə görünənləri gözünün gördüyü kimi təqdim edir.
- Sizcə, radikal müxalifət liderləri nə üçün reallıqla barışmır, əksinə, xalqa yalan vədlər verməkdə davam edirlər?
- Onlar artıq vədi xalqa deyil, ətraflarında dolaşan, ömrü boyu bir kitab üzü açmayan, xalq siyasətçisi yox, xalq artisti Əli Kərimlinin çıxışlarına çəpik çalmaqdan savayı heç bir işə yaramayan kütləyə verirlər. Hansı ki, həmin kütlə də ara-sıra yenilənir. Yəni bir qrupun başı daşdan-daşa dəyəndən sonra işinin dalınca gedir, əvəzinə başqaları gəlir. Və beləcə, proses uzanır. Kasıbın balası müxtəlif cinayətlərə sövq edilərək həbsxanalara düşür, radikal müxalifətin liderləri isə bunun müqabilində hay-haray salıb ciblərini doldurur, xarici təşkilatlardan qrant, pul-para çırpışdırırlar. Ad da olur siyasi mübarizə. Yəni dediyim odur ki, bunların xalqla işi yoxdur. Heç qarşılarına belə bir məqsəd də qoymayıblar. Taleləri ilə tamamən barışıblar. Sadəcə, tək arzuları aksiyalarda bir az adam sayının çox olmasıdır ki, lazım gələndə kələk gələ bilsinlər, siyasi səhnədən birkərəmlik silinməsinlər. Yoxsa ay hakimiyyətə gəlmək, seçki udmaq-filan onlar üçün prioritet deyil. Belə şeyləri ağıllarından çoxdan çıxarıblar. Çünki müxalif liderlərın hansı kəramətə sahib olduğunu onların özündən gözəl bilən yoxdur. Amma siyasi səhnədən də getsələr, ac qalacaqlar. Məsələn, Əli Kərimli Londondakı villalarının sayını artıra, övladını ayı 20 min avro olan universitetdə oxutdura bilməyəcək. Ya da Cəmil Həsənlinin qızı ictimai nəqliyyatdan istifadə məcburiyyətində qalacaq, küçədə-bayırda adam vurub tapdalaya bilməyəcək və sair. Bax ona görə siyasətdədirlər. Yəni bu bir növ həm də məhkumiyyətdir. Bekarçılıqdan və maddi asılılıqdan doğan, qaynaqlanan məhkumiyyət. Belə də ki, guya nə əziyyət çəkirlər? Zatən siyasətin “Biləcəri”si olan “Facebook”dan o yana çıxa bilmirlər. Razi Nurullayev demişkən, “like”sayırlar, qadın profilləri ilə oğlan bişirirlər, adam söyürlər. Beləsinin vədinə ağlı başında olan biri inanarmı? Məncə, yox.
- Bəzi müxalifət təmsilçiləri Azərbaycandan xaricə qaçıb orada sərbəst həyatlarını yaşadıqları halda, sosial şəbəkələr, elektron KİV-lər üzərindən insanları iqtidara qarşı etiraz aksiyalarına, mübarizəyə səsləyirlər. Misal üçün, bu metoddan bu yaxınlarda Fransaya sığınan AXCP üzvü Natiq Güləhmədoğlu da istifadə edib. Belələrinin meydanlarda olmaya-olmaya başqalarını buna təhrik etməsi düzgündürmü?
- Natiq Güləhmədoğlu söyüşün və təhqirin “Google”udur. Hətta deyərdim ki, dünyanın heç bir axtarış saytının bilmədiyi söyüşlər haqda Natiq məlumatlıdır. İndi hara qaçıb gizlənib bilmirəm, amma onun molla sifəti və ləhcəli danışığı üçün darıxacağıq. Başqalarını bilmirəm, şəxsən mən darıxacam. Çünki Azərbaycan siyasətində məzə üçün də olsa Natiq tipində adamlara hər zaman ehtiyac var, olub və bundan sonra da olacaq. Təşkilatda AXCP sədrini Natiqdən gözəl kimsə hiss etmirdi. Və əgər “Facebook”da 50 min “feyk”, yəni saxta profil vardısa, onun 40 mini Natiqə aid idi. Odur ki, heyf bu adamdan. Çox heyf. İnanmıram onun Fransadakı “fəaliyyəti” Bakıdakı qədər effekt versin. O ki qaldı hansısa təhrikə, birmənalı şəkildə söyləmək istəyirəm: Natiq, Həbib və onlara bənzəyən şəxslər insanların yalnız və yalnız mədəni istirahətləri üçün yararlıdırlar. Onların təyinatı yazıb, danışıb güldürməkdir. Düşündürmək və təhrik etmək deyil.
- Radikal müxalifət liderlərinin digər siyasi partiyalara, xüsusən də müxalifət partiyalarına münasibəti də ürəkaçan deyil. Başqalarına qarşı belə münasibət nə dərəcədə düzgündür?
- Azərbaycan siyasətinin müxalif cəbhəsində mübarizə deyilən bir anlayış yoxdur. Onlar bütün etik kodekslərin altını üstünə çeviriblər, bir-birinə qarşı bütün riyakarlıqları ediblər. Ona görə də 3 nəfər yığışıb ortalığa mövqe qoya bilmir, mütəşəkkillik əmsalı sıfırın da altındadır. Ortalıqda iş olmayanda isə meydan ittiham və tənələrin girovuna çevrilir. Üstəgəl, korun kora kor demə prinsipi ilə. Sizə sadə bir faktı xatırladıb fikrimi tamamlayım. Dünən iş otağımda ulu öndər Heydər Əliyevlə bağlı kitabları vərəqləyirdim. İnanın, əlimə on kitab gəldisə, onun ən azı doqquzunun ön sözünü Cəmil Həsənli yazmışdı. İndi bu riyakar insan kiməsə “cib” müxalifəti, satqın deyirsə, gerisini özünüz qiymətləndirin. Və ya bir az da dəqiq deyim: çörəyi dizi üstündə olanın kimisə nədəsə ittiham etməsindən böyük nadanlıq tanımıram mən. Adamda abır yaxşı şeydir.
- AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlama verərkən partiyasının növbəti qurultayı barədə jurnalistin ona verdiyi sualdan yayınıb, gündəmdə olan əsas məsələnin mitinq hazırlığı olduğunu bildirib. Müsavatın qurultay şousundan sonra AXCP-nin də belə bir addım atması, yaxud Əli Kərimlinin sədrlikdən getməsi nə qədər inandırıcıdır?
- Əli Kərimli elə bir adamdır ki, ayağından, əlindən, gözündən imtina edər, amma sədrlikdən imtina etməz. Zatən öz lideri olan Elçibəyi də zaman-zaman çərlətməsinin, şərləməsinin səbəbi bu idi – sədrlik. İndi deyirsiz, Kərimli 25 ildir tikdiyi torbaların, qurduğu planların üzərindən xətt çəksin? Yox, təbii. Mümkün olan iş deyil. O ki qaldı müavininin qurultayla bağlı söylədiklərinə, Fuad Qəhrəmanlı belə də deməlidir. Deməlidir ki, məsələ gündəmdə deyil. Çünki Fuad Qəhrəmanlıya verilən təlimat, onun işi, görəvi budur. Bax elə AXCP belələrinin ümidinə qaldığı üçün də Əli Kərimli təşkilat daxilində ağlına yetəni etməkdə sərbəstdir. Amma ətrafda Qüdrət Həsənquliyev, Əliməmməd Nuriyev, Fazil Mustafa, Qulamhüseyn Əlibəyli olsa, adam bu qədər rahat davrana, özünəvurğunluğun bu həddinə qədər irəliləyə bilərdimi? Əsla! Gözünü tökərdilər onun. Sözlərini də yeridərdilər, qurultayı da keçirərdilər, lazım gəlsə, sədri də dəyişərdilər. Ona görə Kərimli zamanında bu insanlarla yollarını ayırmağı bacardı. Daha doğrusu, elə şərait yaratdı ki, onlar özləri belə bir mühitdə qalmasınlar, qalmaq istəməsinlər. İndi isə AXCP-də iddialı kimsə yoxdur. Əli Kərimlinin bir yanında Gözəl, digər yanında Fuad. Qurultaya bunlarlamı gedilsin? Varis bunlarınmı arasından seçilsin? Mümkün deyil təbii. Çünki Əli Kərimli AXCP-də despot rejimi yaradıb. Təşkilatdaxili diktaturanı, insanlara təlqin olunan kölə təfəkkürünü nəzərə alsaq, bu, heç mümkün deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
|