“Açıq-aydın görünür ki, AXCP rəhbərliyi bizim aksiyalarda iştirakımızı arzulamır” - Arif Hacılı
Tarix: 17-03-2015, 14:48 | Çap et
 “Müsavat Partiyasında parlament seçkilərinə hazırlıq işləri davam edir. Biz seçki dairələrinin təqribən yarısında ilkin olaraq namizədlərimizi müəyyənləşdirmişik. Eyni zamanda seçki kampaniyası dövründə imza toplayacaq, təbliğat kampaniyasında iştirak edəcək, komissiyalarda fəaliyyət göstərəcək şəxslərin siyahıları dairələr və məntəqələr üzrə dəqiqləşdirilir. Bu proses yaxın vaxtlarda başa çatacaq". Bu sözləri APA-ya müsahibəsində Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, hələlik namizədliyə namizədlər müəyyənləşdirilir: “Sonda isə namizədlər Müsavat Partiyasının Məclisi tərəfindən müəyyənləşəcək”. A. Hacılı Qubad İbadoğlunu dəstəkləyənlərin namizədliyinin qeydə alınmasına maneə yaradılacağı barədə iddiaları da cavablandırıb: “Müsavat Məclisi namizədlərin irəli sürülməsi ilə bağlı prosedurları özü müəyyənləşdirəcək. Kimlər Məclis üzvlərinin əksəriyyətinin səsini almağa nail olacaqsa, onlar da Müsavat Partiyasının namizədləri olacaqlar". A. Hacılının sözlərinə görə, Müsavat aprel ayından tez olmayaraq hər hansı siyasi partiya ilə seçki blokunun yaradılması məsələlərini müzakirə etməyəcək: “Real müxalifət partiyalarının seçkilərdə blok şəklində iştirakının tərəfdarıyıq. Seçkilərdə Müsavat Partiyası ilə hədəfləri üst-üstə düşən, bizimlə müttəfiqliyə hazır olan siyasi partiyalarla birgə iştirak imkanlarını araşdırırıq. Əgər bu alınmayacaqsa, seçkilərdə təkbaşına iştirak edəcəyik”. Müsavat başqanı qeyd edib ki, bugünkü siyasi şəraitdə ciddi seçki blokunun yaradılması ehtimalı yüksək görünmür: “Ancaq seçki kampaniyası dövründə siyasi vəziyyətin dəyişməsi mümkündür”. A. Hacılı Müsavatda Mitinq Komitəsi yaradıldığını, partiya strukturları ilə məsləhətləşmələrin yekununda yaxınlarda keçirəcəkləri aksiyanın günü və şüarları barədə qərar qəbul edəcəklərini söyləyib: "Biz müxalifətin kütləvi aksiyaları birlikdə keçirməsinin tərəfdarıyıq. Ancaq Milli Şuranın bu məsələlərdə mövqeyi fərqlidir və onlar təkbaşına kütləvi aksiyalar keçirmək barədə qərar qəbul ediblər. Bu, onların hüququdur. Müsavat Partiyasının nə Milli Şura, nə də AXCP ilə hər hansı rəqabəti yoxdur". Müsavat başqanı Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşəndə partiyasının aksiyaya dəstək verəcəyi barədə təklif irəli sürməsinə də münasibət bildirib: “Mən Cəmil Həsənliyə Müsavat Partiyası adından öz təklifimi verdim, ancaq təklifimə bu günə kimi cavab almamışam”. O deyib ki, buna baxmayaraq, yenidən Cəmil Həsənliyə müraciət etməsi istisna deyil: “Bəzi partiya üzvləri mənim Milli Şura rəhbərliyinə yenidən müraciət etməməyimi istəyirlər. Ancaq biz yenə də müzakirə edəcəyik və əgər cəmiyyətin mənafeləri tələb edərsə, yenidən müraciət etməyimiz istisna deyil”. Arif Hacılı martın 15-də keçirilən aksiyada iştirak etməməsinin səbəbinə də aydınlıq gətirib: “Müsavat Partiyasının üzvlərinə bu aksiyada iştirakla bağlı sərbəstlik verilmişdi. Açıq-aydın görünür ki, AXCP rəhbərliyi bizim bu aksiyalarda iştirakımızı arzulamır və biz onların təşkil etdiyi mitinqə gedərək diqqəti özümüzə cəlb etməyi siyasi etikaya uyğun saymadığımız üçün mitinqə getmədik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Bu gün, 18:15 |
|
|
|
• Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Bu gün, 18:09 |
|
|
|
• Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Bu gün, 18:06 |
|
|
|
• ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Bu gün, 18:04 |
|
|
|
• Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 18:01 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Bu gün, 17:59 |
|
|
|
• "Sən demə, əri fanatımdır"
Bu gün, 17:57 |
|
|
|
• "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Bu gün, 17:55 |
|
|
|
• Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Bu gün, 17:52 |
|
|
|
• Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Bu gün, 17:50 |
|
|
|
• 2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Bu gün, 17:21 |
|
|
|
• “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:17 |
|
|
|
• Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Bu gün, 17:16 |
|
|
|
• Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Bu gün, 17:14 |
|
|
|
• Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08 |
|
|
|
• Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05 |
|
|
|
• "Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59 |
|
|
|
• Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47 |
|
|
|
• İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44 |
|
|
|
• Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42 |
|
|
|
• “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28 |
|
|
|
• Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57 |
|
|
|
• Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55 |
|
|
|
• “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51 |
|
|
|
• Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50 |
|
|
|
• ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17 |
|
|
|
• İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15 |
|
|
|
• Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07 |
|
|
|
• Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01 |
|
|
|
• 102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59 |
|
|
|
• “Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56 |
|
|
|
• Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49 |
|
|
|
• Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47 |
|
|
|
• “Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43 |
|
|
|
• Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41 |
|
|
|
• Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30 |
|
|
|
• Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26 |
|
|
|
• Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23 |
|
|
|
• Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17 |
|
|
|
• Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16 |
|
|
|
• Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11 |
|
|
|
• Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08 |
|
|
|
• SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06 |
|
|
|
• Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59 |
|
|
|
• Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56 |
|
|
|
• Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53 |
|
|
|
• "Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51 |
|
|
|
|