Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma... .....                     Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək .....                     Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı .....                     ABŞ Xameneini buna görə qoruyur .....                     Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq .....                     Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb .....                     "Sən demə, əri fanatımdır" .....                     "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" .....                     Sabunçunun yeni prokuroru o oldu .....                     Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq .....                     Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir .....                     2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu .....                     “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub .....                     Qırğızlar Rusiyadan xüsusi status .....                     Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? .....                     Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu .....                     Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... .....                     "Bilgəh" sanatoriyasında şok hadisə .....                     Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib .....                     İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? .....                     Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir .....                     “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə .....                     Ən yüksək balı toplayan müəllim: .....                     Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb .....                     “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib .....                     Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb .....                     ABŞ İranı vuracaq: .....                     İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir .....                     Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir .....                     Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi .....                     102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... .....                     “Aztelekom”un işçisi 1600 cərimələndi, .....                     Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA .....                     Naxçıvanda seçkiləri .....                     “Rusiya Ukraynada yeni hücuma başlayıb” .....                     Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir .....                     Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” .....                     Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi .....                     Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi .....                 

“Prezident vəzifəsində çalışmaqla uzun illərdir məvacib almıram” - MÜSAHİBƏ
Tarix: 10-03-2015, 10:41 | Çap et
“Prezident vəzifəsində çalışmaqla uzun illərdir məvacib almıram”
Modern.az saytında “Pəncərə” layihəsinin qonağı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslanovdur. Onunla müsahibəni təqdim edirik.

- Bu yaxınlarda prezident İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiniz. Öncəliklə, sizi və kollektivinizi təbrik edirik. Sualım ondan ibarətdir ki, müstəqillik illərində Qızıl Aypara Cəmiyyəti hansı nailiyyətləri əldə edə bildi? Beynəlxalq arenada nə kimi işlər görülüb?

- Əvvəla, onu deyim ki, dövlət başçımızın bizi təltif etdiyi gün Qızıl Aypara Cəmiyyətinin hər bir üzvü üçün möhtəşəm gün kimi tarixə düşdü. Azərbaycan Respublikasının prezidenti, Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev Qızıl Ayparaçılara qarşı diqqətini əsirgəməyərək iki sərəncam imzalayıb. Birinci sərəncamda Qızıl Aypara Cəmiyyətinin 15 nəfər işçisi “Tərəqqi” medalı ilə təltif olunub. Digər sərəncamla isə cəmiyyətin prezidenti olaraq mən “İkinci dərəcəli vətənə xidmət ordeni” ilə təltif edildim. Bu, bizim Qızıl Aypara Cəmiyyətinə verilən ümumi qiymətdir. Çox sevinirəm ki, sərəncamın əsas yazılış mətnində ictimai-siyasi həyatda fəal iştirakına və Qızıl Aypara Hərəkatının inkişafına görə təltif olunma göstərilir. Bu, cənab prezidentin bizim hərəkata verdiyi qiymətidir. Onu da qeyd edim ki, bu, cənab prezident tərəfindən imzalanan 9-cu sərəncamdır. Çox mühüm hadisədir. Dünyanın heç bir ölkəsində Qızıl Xaç və Aypara hərəkatlarına, ordakı milli cəmiyyətlərə belə qayğı göstərilmir. Dünyanın heç bir ölkəsində prezidentin 9 sərəncamı yoxdur.

95 illik tariximizə nəzər salsaq, görərik ki, hələ 1920-ci ildə Xalq Cümhuriyyəti dövründə cəmi bir sərəncam olub. Sərəncam ondan ibarət olub ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə maddi yardım göstərilməsi haqqında rəhmətlik Əliağa Şıxlinski təqdimat verib. Həmin vaxt Nazirlər Kabinetinin rəhbər əvəzi Fətəli Xan Xoyski olub. Bu, tarixdir.

Cənab prezidentin sərəncamı isə 20 ildən yuxarı müstəqillik yaşı olan bir dövlətin milli cəmiyyətinə olan münasibətinin təzahürünü əks etdirir. Milli cəmiyyət hər zaman xalqın, dövlətin, aztəminatlı insanların yanında olub. Bu işimlə fəxr edirəm. Onu da deyim ki, Qızıl Aypara Cəmiyyətinin könüllüsüyəm. Bəziləri bu sözü dediyimə görə mənə irad tuturlar. Demək istədiyim odur ki, qoy azərbaycanlılar bilsin ki, sizin qarşınızda olan insan cəmiyyətin könüllüsüdür. Burda prezident vəzifəsində çalışmaqla uzun illərdir ki, məvacib almıram. MDB məkanında məvacib almayan yeganə milli cəmiyyətin prezidentiyəm. Ukraynada, Qazaxıstanda, Ermənistanda olan milli cəmiyyətlərin prezidentləri məvacib alırlar. Qoy digər ölkələrə də nümunə olsun. Bu gün bizim cəmiyyətin beynəlxalq arenada nüfuzu daha da artıb. РђСЂtıq biz С…Р°rici donorlardan asılı deyilik, hər şeyi özümüz edirik. Zamanında İran, Türkiyə bizə yardım əlini uzadırdısa, bu gün biz onlara kömək edirik.

- Böyük bir cəmiyyətin prezidenti kimi fəaliyyət göstərmək, siyasi sahədə aktivliyiniz, Milli Məclisin deputatı olaraq seçildiyiniz dairədə mütəmadi görüşlər keçirmək və bir çox sevilən mahnıların müəllifi olmaq... Bizim üçün maraqlıdır ki, siyasi həyatda Novruz Aslanov kimi tanınan, bəstəkar Novruz Aslanın yaradıcı işi, siyasi fəaliyyətinə necə təsir edir?

-Sualınıza əyani cavab vermək istəyirəm. (Bu arada, Novruz Aslanov bizi özünün kiçik və sehrli dünyası ilə tanış edir. Günəş işığının üzü yaza doğru getdiyimiz ərəfədə göz yetirdiyi otağı bir musiqi aləti bəzəyir. Kim bilir bəlkə də, Novruz müəllim bu kiçik otaqda öz dünyasını heç kəsin görə bilmədiyi şəkildə yaradıb. O dünyada ən azından hüzur var. Məncə, insanın ən böyük xoşbəxtliyi işini sevə-sevə görməklə yanaşı, daxili sabitliyinə qovuşmasıdır. Novruz müəllim, sözünə davam edərək deyir)
Musiqi mənim nə şəxsi işimə, nə də siyasi fəaliyyətimə təsir edir. Bura kiçik otağımdır. Həm musiqi ilə, həm də idmanla burada məşğul oluram. Bu otaqda həm yeni mahnılar yazılır, həm də oxunur.

- Novruz müəllim, siyasi yükün yorğunluğundan musiqiyə vaxt qalırmı?

- Siz yorulanda çay içirsinizsə, mən də bir az yorğunluq hiss edəndə musiqi ilə məşğul oluram.

- Deməli, sizin musiqi dünyasına baş vurmağınız üçün heç bir məhdudiyyət yoxdur?

- Gözəgörünən və gözəgörünməyən dünyada yaşayırıq. Eyni zamanda, insan olaraq məhdudiyyət çərçivəsindəyik. İnsan özü məhdudiyyət, çərçivə deməkdir. Digər planetlərə uçmaq istəsək də, bunu reallaşdıra bilmirik.

- Kreativ düşüncəli insanlar çərçivədə yaşamağı heç sevmir.

-Yaradıcı insanların da məhdiyyəti var. Sadəcə, tanrı tərəfindən verilən vergidən asılıdır. Tutaq ki, böyük əsərlər yaratmaq istəyirəm. Amma yaradan tərəfindən verilən limit onu göstərir ki, mən nə edə bilərəm. Ən böyük problem ayrılan limitdən düzgün istifadə edə bilməməkdir. Ya tənbəllikdən, ya da şüurlu surətdə bu alınmır. İstedad verilibsə, ondan istifadə etmək lazımdır.

- Bir də deyirlər ki, musiqi sərhəd tanımır. Bu fikirlə nə dərəcədə razısınız?

- O sualı heç zaman anlamıram və o fikri qəbul etmirəm. Çox zaman mən də belə suallarla da qarşılaşıram: musiqi əsasdır, yoxsa söz?! Qısa bir misal çəkim. Dünyanın hər yerində Hyustonun musiqilərinə qulaq asılır. Məgər, hamı ingilis dilini sərbəst bilir?! Ərəb musiqiləri sevə-sevə dinlənilir. Məgər, ərəb dilini hamı bilir?! Azərbaycan muğamlarını götürək. Dünyada bizim muğamlarımız necə də sevilir. Dünyada hamı Azərbaycan dilini bilirmi?! Ona görə də əsas musiqidir, əsas ifadır, sonra sözdür. Amma bunlar bir yerdə olanda, yəni dinləyici sözü də, musiqini də başa düşəndə daha yaxşı olur.

-Yəqin ki, dediyim fikirlərlə razılaşarsınız ki, bu gün bir çox tanınmış mahnıların müəlliflərini həvəskar bəstəkar adlandırırlar. Siz də istisna deyilsiniz. Ümumiyyətlə, həvəskar bəstəkar nə deməkdir?

- Sevil Əliyevanı, Kamal müəllimi, Xanım İsmayılqızını, Elçin İmanovu, rəhmətlik Ələkbər Tağıyevi, İbrahim Topçubaşovu, bizi bəstəkar kimi təqdim edəndə nə divident verir?!. Biz bununla pul qazanacağıqmı? Ümumiyyətlə, bəstəkar sözü bizə nə gətirəcək?! Ona görə də biz heç bunun iddiasında da deyilik. Biz ortalığa mahnı qoyanda, zəhmətimizi insanlara çatdıranda onu təmənnasız edirik. Kimsə evində oturub mənim musiqimə qulaq asanda dincəlsin, xəyallar aləminə baş vursun, əsəblərini sакitləşdirsin. Bizim istəyimiz budur. Biz ad-sana, şan-şöhrətə görə bunu etmirik. Biri həvəskar bəstəkar deyir, digəri də bəstəkar. Bu cür sözlər adamı əsəbləşdirir.

Adını çəkdiyim insanlar nə qədər gözəl musiqilər yaradıb. Mən də onların içində olmaqla bəstəkar olmaq iddiasında deyilik. Sadəcə, ortalığa iş qoyuruq. Təqdim etdiyimiz işin pis və ya yaxşı olmasını müzakirə predmetinə çevirmək olar. Amma bunu nə üçün etdiyimizi tənqid hədəfinə çevirmək olmaz. İstəyirik, yeni əsərlər yaradırıq və yaradacağıq. Əlavə söhbətə ehtiyac yoxdur.


- Xidmət göstərdiyiniz sahələrdə hansı işin məsuliyyətini daha çox dərk edirsiniz?

- Sizə bir misal deyim. Mən işə maşınla gedib-gəlirəm. Kimsə avtobusla gedib-gəlir. Avtobusla işə gedib-gələn insandan artıq deyiləm. Sadəcə, bu, yaradanın məsləhətidir. Deməli, avtobusdan istifadə edən insandan daha artıq iş görməliyəm. Həmin şərait mənim kef etməyim üçün yaradılmayıb. Əgər, bu gün yaradanım mənim üçün hansısa şəraiti yaradıbsa bunun məsuliyyətini dərk etməliyəm. Haşıyə çıxım. Cənab prezident bizi təltif etdi. Hamı fikirləşir ki indi mən sevinc içindəyəm. Halbuki, sevincdən daha çox işimin məsuliyyətini dərk edirəm. Ona görə də ayparaçıları ətrafıma toplayım deyirəm ki, bilirsiniz mənim əzizlərim. cənab prezident bizi təltif etməklə bizə maliyyə krediti yox, mənəvi kredit verdi. Bu o deməkdir ki, biz bundan sonra daha yaxşı işləməliyik. Aypara Cəmiyyətinin adını dünyada tanıtmalıyıq. Çünki cənab prezident bizə stimul verərək etimad göstərdi. Biz o etimadı doğrultmağa çalışmalıyıq.

- Müsahibələrinizin birində həyatınızdan tam olaraq məmnun olduğunuzu demisiniz. Amma, bu razılıq əlaməti 2005-ci ildən sonrakı dövrü əhatə edir. Həmin tarixə qədər həyatınızda nə baş vermişdi ki, 2005-ci ildən sonra bu qənaətə gəlmişdiniz?

-2005-ci ili xüsusi vurğulamağımın səbəbi həmin tarixin deputat seçilməyimlə bağlı olmasıdır. Deputat seçildikdən sonra həyatımda olan bütün mənfi çalarların üstündən xətt çəkdim və hətta içkini də atdım.

- Məncə, deputatlıq kitabında içkini atmaq yazılmaıyb…

-Bu daxilimlə əlaqəli məsələ idi. Təbii ki, indi də içirəm. Söhbət bundan getmir. Bir var bu işi sistemli şəkildə görəsən, bir də var ki şüurlu şəkildə edəsən. Hər bir şey qədərində olanda daha yaxşıdır. Millət vəkili statusunu anlayaraq başa düşürəm ki, Milli Məclisin kürsüsündə əyləşən insan siyasətçidir, tanınmış bir insandır. Biz cəmiyyətdə, insanların qarşısında nümunə olmalıyıq.

Cənab prezidentin işimizi dəyərləndirməsi ilə əlaqədar çoxlu zənglər aldıq. Həmin zənglər xidmətlərimizin qarşılığında verilən qiymətdir. Ümumiyyətlə, həyatda pozitiv, çalışqan, zəhmət çəkən bir insanın xidmətlərinə görə qiymət verildiyini görəndə sevinirəm.

- Söhbət maraqlı səmtə gəlib çıxdı. Cənab prezident sizi təltif edərkən gözlədiyiniz təbriklərin hamısı gəldimi? Yəni sizin uğurunuza qısqanclıqla yanaşanlar oldumu?

- Təbii ki, bu cür situasiya ilə qarşılaşdım. 100 faiz gözlədiyim insanların bəzilərindən təbrik zənglər gəlmədi və yaxud gec gəldi. Bildiyiniz kimi, dost çətin gündə tanınır. Əsl dost isə yaxşı gündə tanınır. Əgər, sevincini öz sevinci kimi qəbul edəcəksə, o, əsl dostdur. İnsanın pis günündə düşmən də gəlib başsağlığı verir. Amma, sevincini bölüşmək, sənin qələbəni öz qələbəsi kimi qəbul etmək tamam başqadır. Milli Konservatoriyanın rəhbəri Səyavuş Kərimi telefon söhbətimiz zamanı eşidəndə ki, cənab prezident mənə orden verib, o təxminən dəqiqə yarım sevincindən qışqırdı. O da professordur, ona da “Şöhrət” ordeni verilib. O adam sevincindən qışqırmışdı. Deputat yoldaşım Ərəstun Cavadov xəbəri eşidəndə mənə zəng vurdu və dedi ki, “sənin gözlərindən, cənab prezidentin də əllərindən öpürəm ki, o imzanı atıb”. Bu, istəkdi. Bir də görürsən ki, 2 gün keçir və biri zəng edib deyir ki, “qəzetdə indi oxudum, təbrik edirəm”. 52 yaşım var. Bu yaşa kimi o qədər belə şeylər görmüşəm ki!. Sadəcə, bu cür davranışlara qarşı çox səbrliyəm.

- Danışdıqlarınız siyasi yükün sizə bəxş etdiyi ağırlıqdan irəli gəlir. Ola bilərmi ki, yaradıcı olmağınız sizin həm də təmkinli olmağınızda böyük rol oynayır?

- Sən öz həyatının qurulmasına pərakəndə baxmamalısan. Yaradan sənə bir dəfə şans verir. Onun adı həyatdır. Hər kəs öz həyatını, öz dövranını yaşayır. Mən öz həyatıma sistemli şəkildə yanaşıram, öz vaxtıma qənaət edirəm. Çox az yatıram. Səhər saat 5-də yuxudan Рѕyanıram. Demək olar ki, 5-6 dəqiqə də boş vaxtım yoxdur. Xoşuma gəlməyən sual odur ki, “siz necə çatdırırsınız?”.

- Musahibə zamanı bu sualı mən də sizə verdim.

- Mən 10 kitab müəllifiyəm. Həm musiqi yazıram, həm siyasətlə, həm də idmanla məşğul oluram. Demək istədiyim odur ki, insan istədiyi hər şeyə nail ola bilər.

- Bəs ailədə bu qədər işi necə tənzimləyirsiz? Bəzən ailə, öz ailə başçısını hər zaman ətrafında görmək istəyir. Sizdə isə bu bir az çətin görünür. Yəni, övladlarınızla, xanımınızla vaxtı necə bölə bilirsiniz?

- Bu sahədə xanımıma çox güvənirəm. Çünki, onun üzərinə daha çox məsuliyyət düşür. Biz belə danışmışıq. Çünki vaxt azlığından onları çatdıra bilmirəm. Təbii ki, mənim nüfuz dairəm var. Yoldaşımla birlikdə çalışırıq ki, öz hərəkətlərimizlə nümunə olaq. Hər gün həyat yoldaşım paltarlarımı ütüləyir, mənə nəvaziş göstərir. Övladlarım da bunu görürlər. 3 qızım, 1 oğlum var. Qızlarım həyat yoldaşımın mənə necə nəvaziş göstərdiyini görür. Bu, yaxşı haldır. Sabah da onlar analarının yolunu gedəcəklər. Artıq 2 qızım ailəlidir. Oğlum da atasının necə davrandığını görüb, o da o cür davranacaq. Təkcə sözlərimizlə yox, hərəkətlərimizlə də övladlarımızı tərbiyə etməliyik. Bizim ailədə çox vaxt söz deyilmir. Artıq baxışlarımdan nə demək istədiyimi hiss edirlər. Kiçik misal göstərim: qızım təzə paltar alanda mənə mütləq göstərir. Artıq o mənim mimikamdan bilir ki, mən onu bəyəndim və ya bəyənmədim. Рћna görə deyirlər ki, ailə də balaca bir dövlətdir. Bu dövlətin öz sərhədləri, öz qanunları var.

- Siz həm də babasınız. Deyirlər ki, nəvə baladan da şirindir. Üstəgəl, yaradıcı insan həssaslığı daha yüksəkdir sizdə. Baba olmaq hissini necə qarşılamağınız maraqlıdır?

- Babayam, 1 oğul nəvəm var. Amma nəvəm doğulanda hiss etmədim. Hətta, istədim ki, bir neçə nəfərə nəvənin şirin olmasının yalan söhbət olduğunu deyim. Hətta birinci nəvəm doğulanda həkimdən soruşdum ki, qızım necədi? Yəni, nəvə demək dilimə gəlmədi. Nəvənin nə olması 2-3 aya kimi mənə çatmadı. Sonrakı prosesdə daha başqa cür oldu. Sonra nəvəmlə maraqlandım. Böyüdükcə daha da şirinləşdi. Nəvə həyatda insana stimul verir. Nəvə sevgisi təmənnasızdır. Qoca yaşında sən övladlarına lazım deyilsən. Ola bilər ki, o istiliyi övladlardan görmürsən. Ancaq nəvə başqР°dır, səni baba kimi görür. O, səni sevə-sevə qucaqlayır, o sevgini içindən hiss edirsən. Bir sözlə, nəvə səni təmənnasız qucaqlayır.

- Səbrli siyasətçinin mühafizəkar olması da maraqlıdır. Sizin içinizdə mühafizəkarlıq varmı?

- Müəyyən dərəcədə var. İfratçılığa yol vermək olmaz. Hesab edirəm ki, mühafizəkarlıq müəyyən dərəcədə olmalıdır. İçdiyimiz çayın, dosta münasibətimizin də qədəri olmalıdır. Kimisə həddindən çox sevmək də olmaz. Hər şeyi qədərində etmək lazımdır. Tanrıya müraciət edəndə deyirəm ki, mənə hər şeyi-ruzini də, sevgini də, qədərində ver.

- Siz Bakı mühitində böyümüsünüz. Eyni zamanda, bu mühit sizin gözünüzün önündə dəyişdi. Yəni Sovet imperiyası dağıldı, müstəqilliyimizi qazandıq. Köhnə Bakı, yeni Bakı ilə əvəz olundu. Dəyişən mühiti necə qəbul etdiniz?

- Həmişə reallıqlarla hesablaşmışam. Əgər hansısa problemlə üzləşmişəmsə, ona fəlakət kimi yox, reallıq kimi baxmışam. Dərin təhlil aparan insanam. Həmişə nəticəni çıxaran səbəblər haqqında düşünmüşəm. Əgər bu hadisə baş veribsə, bu, reallıqdır. Səbəbləri tapmaq lazımdır, müsbətdirsə, daha da inkişaf etdirmək lazımdır. Həmişə hansısa problem yaranıbsa, onun səbəbini özümdə axtarmışam. Səbəbi heç vaxt kiminsə üstünə atmamışam. İnsanlar var ki, bütün dünyanı təqsirkar hesab edir. Səbəbi ancaq başqa insanlarda görürlər. Sual oluna bilər. Bəs özün nə etmisən? Tutaq ki, övladın pis vərdişlə məşğuldur. Səbəbkar övladındırmı? Niyə vaxtında onunla maraqlanmamısan? Niyə oturduğu, durduğu insanlarla məşğul olmamısan? Sizə deyim ki, övladlarımın bütün tanışları ilə mən də tanışam, onlarla çörək yemişəm, onların hər bir hərəkətinə fikir vermişəm. Ona görə ki, o insanlar gələcəkdə qızımla oturub-durmağa layiqdirlərmi? Və yaxud da oğlumun kimlərlə dostluq etdiyini bilməliyəm.

- Novruz müəllim, məsələlərə daha dərindən yanaşmanız var. Amma Milli Məclisin iclaslarında danışmırsınız.

- Komitə iclsalarında iştirak etsəniz məndən çox danışan kimsənin olmadığını görərsiniz. İkicisi də mənim saatlarla televiziya məkanında müsahibələrim olur. Kim mənim natiqlik qabiliyyətimə şübhə edə bilər?! Bu da bir siyasətdir. Bilirsiz, lazım olan yerdə danışmaq lazımdır. Lazım olan yerdə də danışırıq və sözümüzü deyirik. Dediyimiz sözün məsuliyyətini dərk edirik ki, bura Milli Məclisdir.

- Mənimlə razılaşarsınız ki, cəmiyyətdə belə fikir formalaşıb ki, kim çox danışırsa o daha çox iş görür. Mətbuatda da zaman-zaman az danışan çox danışan deputatların olmasını yazırlar.

- Bu çox səhv stereotipdir. Sizə bir misal gətirəcəm və bununla da sualınızın cavabını tapmış olacaqsınız. Millət vəkilimiz, ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Xəzər rayonundan seçilən deputat kimi öz rayonunda, öz ölkəsində, beynəlxalq arenada gördüyü işlərin miqyası, sərhədi varmı?! Bu insanın ölkəyə, xalqa münasibəti onun işləri ilə bağlıdır. Sualınıza cavab verdim.

-Yəni, susmaq qızıldı, danışmaq isə gümüş.

- Gümüşü bilmirəm, amma danışmamaq qızıldır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Bu gün, 18:15
Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Bu gün, 18:09
Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Bu gün, 18:06
ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Bu gün, 18:04
Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 18:01
Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Bu gün, 17:59
"Sən demə, əri fanatımdır"
Bu gün, 17:57
"Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Bu gün, 17:55
Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Bu gün, 17:53
Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Bu gün, 17:52
Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Bu gün, 17:50
2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Bu gün, 17:21
“Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:17
Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Bu gün, 17:16
Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Bu gün, 17:14
Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08
Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05
"Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59
Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47
İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44
Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42
“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28
Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51
Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50
ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15
Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07
Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01
102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59
“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56
Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49
Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47
“Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43
Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41
Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30
Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26
Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24
İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23
Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17
Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16
Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08
SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06
Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59
Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56
Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
"Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru