"Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" .....                     "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" .....                     “Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır .....                     "Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" .....                     Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? .....                     İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? .....                     Üçüncü "nüvə erası" .....                     ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır .....                     'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... .....                     44 gün döyüşüb, yaralanıb, AMMA... .....                     "Nə deyəsən belə aptekə, axı..." .....                     "İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" .....                     Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq .....                     ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm .....                     İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb .....                     Zelenski ilə görüşə hazıram .....                     İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib .....                     Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib .....                     İsrail İranın dövlət televiziyasına sızdı .....                     İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib .....                     BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib .....                     Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                     Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş .....                     Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR .....                 

"İndi mən təzədən gedib Xalq Cəbhəsinin, yaxud Müsavatın üzvü olası deyiləm ki"... - Əli Ömərov
Tarix: 5-02-2015, 11:12 | Çap et
"İndi mən təzədən gedib Xalq Cəbhəsinin, yaxud Müsavatın üzvü olası deyiləm ki"...
Keçmiş baş prokuror, təxminən bir ay öncə YAP sıralarına daxil olmuş Əli Ömərovun Moderator.az-a genişmüsahibəsinin birinci hissəsini təqdim edirik:

-Əli müəllim, 600 minlik orduya-YAP-a üzv olmağınız münasibətilə sizi şəxsən təbrik edirəm. Üzv olarkən ayda nə qədər üzvlük haqqı keçirəcəyinizlə maraqlandınızmı?

-Hələ üzv olduğumun bir ayı tamam deyil. Doğrusu, heç bilmirəm nə qədərdir. Təbii ki, qanunda hansı miqdar nəzərdə tutulubsa onu da ödəmək lazım, burda nə var ki.

-Sizin YAP-a gəlişiniz birmənalı qarşılanmadı...

-O partiyanın yaranmasında mənim xidmətlərim çox olub. O vaxt mənim kabinetimdə gəlib vətəndaşlardan ərizə yığıblar Ağabəy Əsgərovla Əli Nağıyev. Mən kömək etmişəm bu işə. Gəncəbasardakı bütün ərkim çatan adamları partiyaya cəlb etməyə çalışmışam. Siz bilirsiniz ki, mən Heydər Əliyevçiyəm. İndiyədək heç yanda rast gələ bilmərsiniz ki, haradasa Heydər Əliyevin əleyhinə bir kəlmə danışım. İndi də Heydər Əliyevin adına bağlı olduğu üçün partiyaya qəbul olmuşam. Bunda da heç bir qaranlıq niyyətim, hansısa gizli planlarım olmayıb. Sadəcə o partiyanın yaranmasında da müəyyən qədər rolum olub. İndi də işləmirəm, təqaüdddəyəm, hər hansı bir partiyanın üzvü olmalıyam da. İndi mən təzədən gedib Xalq Cəbhəsinin, yaxud Müsavatın üzvü olası deyiləm ki. Özümün kömək etdiyim partiyaya sadəcə olaraq üzv qəbul olunmuşam. Bu da mənim təşəbbüsümlə olmayıb. Sizin kimi bir jurnalist mənə deyib ki, Əli müəllim, siz 91-lərdənsiniz, dəvət olunsanız gedərsinizmi, mən də demişəm ki, gedərəm. O da götürüb yazıb ki, Əli Ömərov Yeni Azərbaycan Partiyasına qəbul olunmaq istəyir. Bundan sonra mənə müraciət ediblər, mən də demişəm ki, mənim üçün fərqi yoxdur, lazımdırsa mən partiyaya girərəm. Beləliklə də partiyaya üzv olmuşam.

-Yeri gəlmişkən, indi Müsavat yaman günə qalıb. Elə az qala təcili yardıma möhtac oilan və kömək ediləsi partiya Müsavat idi...

-Bilirsiniz, mən bir sifətli adamam. İstəyir Müsavatın vəziyyəti ağır və ya yüngül olsun, əvvəlcədən də o partiyaların heç birinin üzvü olmamışam. Sözsüz ki, müxalifətdə də yaxşı insanlar var. İstər Müsavatda, istər Xalq Cəbhəsində də yaxşı oğlanlar, vətənpərvərlər var. Yəni əgər mən o partiyanın yaranmasına müəyyən qədər köməyim dəyibsə, ona görə YAP-a üzvlüyə qəbul olmuşam.

-Üzv olduğunuz hakim partiyada hətta müxalifətin mövcudluğunu danırlar, amma siz orada yaxşı oğlanların olduğunu deyirsiniz.

-Hər şeydən öncə biz hamımız azərbaycanlıyıq. Azərbaycanlı olmağımızla da fəxr etməliyik ki, millətimiz intellekt və mədəniyyət sahəsində, vicdan, səmimiyyət məsələsində hamıya nümunə ola bilər. Mən bütün bu məsələlərdə həmişə öz millətimi başqa millətlərdən üstün tutmuşam. Hansı partiyanın üzvü olub-olmamağın dəxli yoxdur, insanın əqidəsi düz olmalıdır. Bəzən biri o birinə irad tutur ki, filankəs mənim düşmənimdir, sən niyə ona salam verirsən? Axı sənə düşmən olan şəxs mənə dost ola bilər. Bunun nə dəxli var? İnsan insandır, yaxşısı da var, pisi də. Bu mənada mənim üçün iqtidar- müxalifət anlayışı əhəmiyyət kəsb etmir. Mənim üçün əsas insan, səmimiyyət, əxlaq, vicdan anlayışı əhəmiyyət kəsb edir. Kim vicdanlıdırsa onunla dost olmaq heç vaxt qəbahət hesab olunmamalıdır. Məsələn, Allahı tanımayan müsəlmandan Allahı tanıyan xristianı daha üstün tutmaq lazımdır. Ona görə də insanları iqtidara və müxalifətə bölmək doöru deyil. iqtidarda da yaxşı oğlanlar çoxdur, müxalifətdə də. Müxalifətdə də pisniyyət insanlar var, iqtidarda da.

-Namaz qılmırsınız?

-Qılıram.

-İllər ıərzində Əli Ömərova qarşı haqsız münasibət sərgilənib. O Əli Ömərova ki, 91-lərdən olub, bütün ömrü boyu Heydər Əliyevçiliyə sadiq qalıb. İllər sonra YAP-a üzvlüyünüz sizə olan haqsızlığın gecikmiş etirafı deyil ki?

-Mən üzv olandan sonra heç kimlə görüşməmişəm. İqtidarda bəzi adamlar var ki, bu gün də Əli Ömərova qarşı düşmən münasibət bəsləyirlər. O da bilirsiniz nədən qaynaqlanır? Çünki Əli Ömərov düz adamdır, prinsipialdır və hər zaman öz sözünü deyib, yaltaq adam deyil. O iqtidarda ki, yaltaq adamlar var, onlar ki, Əli Ömərova qarşı hər cür pisliklər ediblər və edirlər, sabah Allah etməsin, prezidentimiz İlham Əliyevin işi əyilsə, həmin yaltaq adamların hamısı onun üzünə durmağa növbəyə yazılacaqlar. Amma Əli Ömərov həyatının axırına qədər nə Heydər Əliyevə, nə də onun nəslinə qarşı heç vaxt xəyanətkar olmayıb və olmayacaq da.

-Baş prokuror olanda hər zaman Allahla olmaq mümkün deyil axı. Ümumiyyətlə hər zaman Allahla iş görmüsünüz?

-Mən bu gün də fəxr edirəm və həmişə də deyirəm ki, qoy tale mənə dostlarımın yox, müqəssirlərimin arzusu qədər versin. Təbii ki, ağır sözdür. Müqəssir cinayət törədib, oturub mənimlə üzbəüz, demişəm oğlum, gəl yerimizi dəyişək, bax sən bu cinayəti törətmisənmi? Bəli. Mənə kömək edə bilərsənmi? Deyir xeyr. Deyirəm ki, amma mən sənə qanun çərçivəsində bax bu köməyi edirəm. Ona görə də heç bir müqəssirim hələ Əli Ömərovdan şikayətçi, qarğışçı olmayıb. Amma iqtidarda elə adamlar var, Allahı bu gün də tanımır. Qoy tanımasınlar. Amma Allahın hökmü, ədaləti, cəzası böyükdür. Onu tanımayanların başına elə bir gündə ildırım çaxacaq ki, özləri də peşman olacaq ki, Allahım, Səni tanımadığıma görə bu fəlakətlə üzləşmişəm. Allahı kim tanıyırsa ona zaval yoxdur. Mənsə Allahı tanıyıram, Onun qarşısında baş əyirəm, yüksəlişimi də, nailiyyətimi də, geriliyimi də, pisliyimi, yaxşılığımı da-hər şeyi mən Onda görürəm.

-Geriliyinizi də Onunla bağladınız. Allah adamı olduğunuz halda niyə həyatınızın çox böyük hissəsini mənəvi sarsıntılarla keçirdiniz?

-Mən heç vaxt mənəvi sarsıntı keçirməmişəm.

-Qoy olsun haqsızlıqla üzləşmək.

-Sizcə Allahı tanıyanı Allah ömürlük vəzifədəmi tutmalıdır? Mənim sağlam balalarım, sağlam əiləm,özümün sağlam canım,Alaha şükr, bir tikə çörəyim də var. Allah bundan artıq nə verməlidir mənə? O siz dediyiniz də Allahdan asılı deyil.Allahın özü də “Quran”da şeytanın mövcudluğunudeyir . Yəni mənə pislik edən adamlar qəlbinəşeytan soxulmuş adamlardı. Hansı ki, əgər onlar mənim haqqımı tapdalayıblarsa, deməli, onlar Allaha qarşıda çıxıblar, Allahı datanımırlar. Amma əminəm ki. Allah bir gün onların cəzasını verəcək. Mən də ona tam inanıram ki, haqsız, günahsız yerə illərlə hüquqlarımı tapdalayanlar bir gün Allah qarşısında cavab verəcəklər.

-İnsan oğölunun səbri dardır və istəyir ki, dediyiniz o “bir gün” daha tez gəlsin, ən azı onu öz gözləriylə görüb təskinlik tapa bilsin...

Ardı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:40
"Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" - İTTİHAM VAR...
Bu gün, 07:34
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTOLAR
Bu gün, 07:17
"Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" - Zərdüşt Əlizadə
Bu gün, 07:14
Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? - Nələr baş verir...
Bu gün, 07:11
İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? - ARAŞDIRMA
Bu gün, 07:04
Üçüncü "nüvə erası" - “Pandora qutusu” artıq açılıb
Bu gün, 07:01
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır - “Bloomberg”
Bu gün, 07:00
'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
44 gün döyüşüb, yaralanıb, AMMA... - HƏLƏ DƏ...
Bu gün, 06:55
"Nə deyəsən belə aptekə, axı..." - NARAZILIQ VAR...
Bu gün, 06:51
"İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" - ETİRAZ
Bu gün, 06:35
Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq – SƏBƏB
Bu gün, 06:32
ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm - Tramp
Bu gün, 06:30
İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb - "Mehr"
Bu gün, 06:28
Zelenski ilə görüşə hazıram - Putin
Bu gün, 06:26
İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib
Bu gün, 06:23
Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib - İran Moskvadan hərbi yardım istəməyib
Bu gün, 06:22
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır
Bu gün, 00:00
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
Dünən, 23:58
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Dünən, 21:25
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünən, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Dünən, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Dünən, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Dünən, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Dünən, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Dünən, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Dünən, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Dünən, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Dünən, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Dünən, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Dünən, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Dünən, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Dünən, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Dünən, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Dünən, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Dünən, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Dünən, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Dünən, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Dünən, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Dünən, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Dünən, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Dünən, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Dünən, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Dünən, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Dünən, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Dünən, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Dünən, 15:59
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Dünən, 15:58
Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Dünən, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru