Dövlət çevrilişinə cəhd edən yüksək vəzifəlilər .....                     ELMED klinikasında xəstə ifliclə üz-üzə qaldı: Həkim "yod çək, keçəcək" dedi .....                     Azərbaycandan Avropaya ixracla bağlı istehsalçılara yeni tələb qoyulub .....                     ƏDALƏTİN BUDURMU, AY İNAM? .....                     Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı .....                     "Sənin ərində gözüm yoxdur, mənə əxlaqsız gözü ilə baxa bilməzsən" .....                     Bu mənzillər BAHALAŞACAQ .....                     Azərbaycanda zərgərlər işsiz qalıb .....                     Elsevər Ağayevin "SEM-AZ"ı daha bir tenderdə qalib oldu .....                     Ermənistanda “kilsə əməliyyatı” .....                     DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub .....                     Ramiz Mehdiyev haqqında “Boz kardinal” ifadəsini ilk dəfə kim işlədib? .....                     Paşinyan Rusiya ilə ticarət dövriyyəsinin hesablamalarında nə qədər səhv edib? .....                     Paşinyanı öldürmək istəyən dəstə komandiri azadlıqdan məhrum edilib .....                     ŞOK FAKT: Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib .....                     Anar Sadıqovun hakimlik fəaliyyətinə .....                     Burda qanunlar nəzərə keçərli deyil? .....                     Azərbaycan əsgəri bu dəfə QƏZZADA... .....                     Azərbaycanlı müğənni Rusiyadan 20 illik deport olundu .....                     “Hamısı generalların, polkovniklərin pullarıdır...” .....                     “PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub .....                     “ExpressBank” kapitalını itirib .....                     Ermənistanda sürücülər ayağa qalxdı .....                     Ramiz Mehdiyevin həbs qərarını KİM ÇIXARIB: Səbail məhkəməsi xəbərsizdir... .....                     Rəsmi Tbilisi ATƏT-ə etiraz notası verib .....                     Hərbi Prokurorluqda yeni təyinatlar .....                     Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır .....                     Parlament Ramiz Mehdiyevə görə buraxılacaq? .....                     Nazir Eşqi Bağırovu yola salır? .....                     "Vəngi kəndinə köçmək üçün dəfələrlə müraciət etmişik... AMMA..." .....                     DEPUTATIN QARDAŞI FƏHLƏLƏRİN PULUNU VERMİR... .....                     Gəncə Memorial Kompleksinin tikintisi 13 milyona tamamlanacaq .....                     Ramiz Mehdiyevlə bağlı qərar Rusiyanın MƏŞHUR QƏZETİNDƏ... .....                     Mehdiyevin komandası HƏBS YOLUNDA: Deputat da təsdiqlədi... .....                     Ramiz Mehdiyevə təyin olunan vəkillə bağlı ŞOK TƏFƏRRÜAT .....                     Mütəxəssis kolbasaya qatıldığı deyilən ətlər barədə .....                     Taksilərlə bağlı YENİ MƏHDUDİYYƏT .....                     "Bəlkə də bu, yalandır? Heç bir rəsmi orqanın məlumatı yayılmayıb...” .....                     "QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır .....                     “Sədərək” ticarət mərkəzindən Ramiz Mehdiyevlə bağlı açıqlama .....                 

"“Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq..." - ADP sədri ehtimal edir ki...
Tarix: Bu gün, 10:41 | Çap et

 Səbail Rayon Məhkəməsi vaxtilə Azərbaycanda mühüm dövlət vəzifələrində işləmiş Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qərarı verib. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Reytinq” qəzetinin “Ramiz Mehdiyev işi” ilə bağlı suallarına cavab verib.

- Sərdar bəy, məhkəmə R. Mehdiyevlə bağlı 4 aylıq ev dustaqlığı qərarı qəbul edib. 87 yaşlı Mehdiyev cox ciddi maddələrlə ittiham olunur. Məsələyə münasibətiniz necədir?

- Ramiz Mehdiyevin bu hakimiyyətdə vəzifəyə gətirilməsi rəhmətlik Heydər Əliyevin iqtidara gəlişinin ilk dövründə olub. Baxmayaraq ki, Ramiz Mehdiyev Heydər Əliyevin hakimiyyətə gəlməsinə qarşı çıxan qüvvələrdən idi. Əslində Heydər Əliyev belə məsələlərə ciddi yanaşırdı, amma hansısa səbəbdən Mehdiyev yüksək vəzifəyə təyin edildi. Ehtimalıma görə, bunun yeganə səbəbi Rusiyanın Heydər Əliyev hakimiyyətinə o zaman tolorent yanaşacağını bildirməsidir ki, nəticədə Moskaya yaxın olan Mehdiyev kimi insanlara müəyyən vəzifələr verilib.

Nəzərə almaq lazımdır ki, o dövrdə Azərbaycan zəif durumda idi.

Amma sonradan ölkənin kadr siyasətini, iqtisadi prosesləri Mehdiyev müəyyənləşdirirdi.

Mehdiyev Azərbaycanda yeganə yüksək vəzifəli şəxs idi ki, uzun illər vəzifədə işləməsinə baxmayaraq, bir dəfə də olsun Amerika, Avropa və ya Türkiyəyə səfər etməyib. Onun səfərləri yalnız Rusiyaya olurdu. Rusiyada MDB ölkələrinin prezident aparatlarının rəhbərlərinin ildə bir dəfə görüşü keçirilirdi və onlara konkret olaraq Rusiya tərəfindən tapşırıq verilirdi ki, hansı addımlar atmalıdırlar, hansı işləri görməlidirlər.

Azərbaycanda ziyalıların, azad fikirli insanların, müxalifətin hakimiyyətdə və parlamentdə təmsil olunmasının qarşısını alan yeganə qüvvə Mehdiyev idi. İşlədiyi dövrdə ölkədəki bütün həbslərin “memarı” da Mehdiyev olub.

Qənaətimcə, “Tərtər işi”ni ciddi araşdırsaq, onun həyata keçirilməsinə, bunu edən insanlara da Mehdiyev tərəfindən tapşırıq verildiyini müəyyən etmək mümkündür.

Mehdiyev Rusiyaya və özünə yaxın şəxsləri Azərbaycanda müxtəlif vəzifələrə yerləşdirmişdi. O cümlədən biznesin, iqtisadiyyatın ruspərəst qüvvələrin əlinə keçməsi üçün çalışıb, bu işdə müstəsna xidmətlər göstərib. Məsələn, kənd təsərrüfatı subsidiyalarının 90 faizi Mehdiyevin göstərişi ilə ruspərəst qüvvələrə verilir, onların maddi-texniki bazası gücləndirilirdi.

Rusiyayönlülərin mətbuat, qeyri-dövlət şəbəkəsi, partiyaları da yaradılmışdı. Demokratrik və xalqın içindən çıxan qüvvələrdən fərqli olaraq onların təminatları var idi. Yəni Ramiz Mehdiyev Azərbaycan hakimiyyəti və xalqı üçün təhdid yaradırdı. Bu səbəbdən Mehdiyevi uzun müddət hakimiyyətdən uzaqlaşdırmaq çətin oldu.

- Demək istəyirsiniz ki, Mehdiyev bu dərəcədə anti-milli fiqur olub?

- Onun hakimiyyətdə olduğu müddətdə Qarabağda uğurlu əməliyyat aparmağımız çətin olardı. Mehdiyev və onun Müdafiə Nazirliyindəki əlaltıları Qarabağın işğal altında qalmasına çalışırdılar.

Mehdiyev Azərbaycan iqtisadiyyatının dağıdılmasında bilavasitə və dolayısı yolla iştirak edib. Məsələn, qızının özəl məktəbi var və onun dəyəri bir neçə on milyon dollardır. Villaları var və on milyona satılır. Yəni Mehdiyev ayrı-ayrı qohumlarının adına alınan və milyardlarla qiyməti olan yüzlərlə belə mülkiyyətə sahibdir.

Mehdiyevə yaxın olan adamlar da varlı və imkanlı şəxslərdir.

Xatırladım ki, Mehdiyev 1990-cı ildə Naxçıvandan parlamentə namizədliyini irəli sürərkən öz yaşadığı yerdən 3 faiz səs toplaya bilməmişdi. Demək olar ki, həmkəndliləri, qohumları da ona səs verməmişdi.

Onu da qeyd edim ki, Mehdiyevin qeyri-adi dərəcədə elmi nəaliyyətləri də yoxdur. Onun elmi işi guya ateizmdəndir, özü də tarixçidir. Amma faktiki olaraq, Mehdiyevin qəfildən Azərbaycanın elm adamlarından qabarıq elmi mövqeyə gəlməsi, habelə uzun illər vəzifədə olmasının yeganə səbəbi o idi ki, bu şəxs qarışıq ailədəndir, xanımı başqa millətin nümayəndəsidir.

Onun şəxsi bioqrafiyasına baxdıqda görərsiniz ki, bütün elmi nəaliyyətləri Moskva ilə bağlıdır. Yəni Moskvanın Ramiz Mehdiyevin şəxsiyyət kimi formalaşmasında böyük rolu olub və bunun müqabilində Mehdiyev həyatını Moskvanın Azərbaycanda müdafiəsinə həsr edib.

- Sizcə, Mehdiyevə qarşı ağır ittihamların indi irəli sürülməsinə səbəb nədir?

- Bunu bilmək üçün hadisədən əvvəlki vəziyyətə diqqət etməliyik. Rusiya-Azərbaycan gərginliyinin aradan qaldırılması üçün Azərbaycan lideri İlham Əliyevlə Vladimir Putin arasında Düşənbədə görüş keçirildi. Bundan sonra Mehdiyev barəsində məhkəmə qərarı verildi. Fikrimcə, prezident İlham Əliyev Rusiya ilə yeni münasibətlər - iki dövlətin qarşılıqlı faydalı əməkdaşlığına əsaslanan münasibətlər qurmağı təklif edir. Halbuki bundan qabaq Mehdiyevin vəzifədə olduğu dövrdə çalışılırdı ki, addımlar Rusiyanın maraqlarına əks olmasın.

Eyni zamanda hadisədən əvvəl Qarabağ məsələsində Vaşinqtonda, Brüsseldə görüşlər olub, xüsusilə, prezident İlham Əliyev Ağ evdə prezident Donald Tramp tərəfindən çox yüksək səviyyədə qəbul edilib. Donald Trampın İlham Əliyevi hətta ən güclü Avropa dövlətlərinin liderlərindən də üstün tutması Azərbaycan rəhbərinə əlavə imkan verib ki, ölkəsində başqa dövlətlərə işləyən mərkəzləri dağıtsın.

1990-cı illərdə ABŞ səfiri bizim partiyanın qərargahına gəlmişdi. O, bizimlə söhbəti əsnasında bildirdi ki, mərhum Heydər Əliyevə deyib ki, üç nəfəri hakimiyyətdən azad etməsəniz ölkəniz tam müstəqil dövlət ola bilməyəcək. Həmin şəxslərdən biri də Ramiz Mehdiyev olub.

Mehdiyev apardığı işin ideoloji əsaslarını hazırlayırdı. Onun “Siyasətimizin strategiyası” adlı məqaləsi var. Həmin məqaləni oxuyanda başa düşdüm ki, Mehdiyev vəzifədə olduğu dövrlərdə Azərbaycanı hara sürükləyib. Ona cavab olaraq 500 səhifədən ibarət “Totalitarizmin metamorfozası” adlı kitab yazdım. Bu kitabım Mehdiyevin vəzifədə olduğu dövrdə yazılıb və nəşr edilib. Kitabımda Mehdiyevin məqləsini geniş şəkildə şərh etmişəm, onun Azərbaycan dövlətinə, xalqına və vətəndaşına necə ziyanlar vurduğunu, onun təklif etdiyi siyasətin bizə nə verəcəyini elmi şəkildə izah etmişəm.

Ramiz Mehdiyevin vəzifədə olduğu zaman istənilən çıxışı, məqaləsi və kitablarına dövrü mətbuatda cavab vermişəm. Dəfələrlə onun ideyalarının Azərbaycanı uçuruma apardığı, Rusiyanın imperiya maraqlarına tabe etdirilməsinə gətirəcəyini vurğulamışam.

İndi çox şadam ki, Mehdiyev həbs edilib. Ehtimal edirəm ki, Tərtər hadisələri yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq.

Azərbaycanın görkəmli insanlarına qarşı ayrı-seçkilik siyasəti aparmaq, minlərlə insanın ölkəni tərk etməsi siyasətinin arxasında da məhz Mehdiyev durub. Onun vaxtilə bir sözü vardı - “Kim istəyir, Azərbaycanı tərk etsin”. Amma başqa dövlətlər insanların ölkədə qalmasına çalışır ki, məhsuldar qüvvələr məmləkətin inkişafında xidmət etsinlər. Mehdiyev isə çalışırdı ki, məhsuldar qüvvələr, xaricdə oxuyub gələnlər, gənclər, yəni istedadlı, dövlətə və xalqa xeyir verə biləcək qüvvələr ölkəni tərk etsinlər. Mehdiyev və ona yaxın şəxslər isə burada istədiklərini edə bilsinlər.

Ehtimal edirəm ki, yenə Ramiz Mehdiyev kimi şəxslər var. Bu elm, hüquq və digər sferalarda ola bilər. Çünki onlar zamanında Mehdiyev tərəfindən hər yerə doldurulublar. Bir sözlə, xalqı hakimiyyətdən narazı salan, prezident İlhan Əliyevin əleyhinə aparılan siyasətin arxasında Rusiyanın buradakı maraqlarını müdafiə edən qüvvələr dayanır.

Rusiyanın təsirini aradan qaldırmaq istəyiriksə, növbədənkənar parlament seçkiləri keçirməliyik. Baxın, Azərbaycana, prezident Əliyevə qarşı dəfələrlə Rusiyadan, xaricdəki bizim söyüş “müxalifət”i və İrandan müəyyən hücumlar olub. Bir deputatın bu məsələlərin qarşısında olduğu və prezidenti müdafiə etdiyini görməmişik. Onların arasında eləsi var ki, üç-dörd çağırış deputat olub. Bu adamlar Rusiyanın şəxsən Azərbaycan prezidentinə qarşı hücumlarına etiraz etməyib və ya cavab verməyiblər. Bu baxımdan həbslə yanaşı, ölkədə Rusiya maraqlarına xidmət edən şəxslər kənara çıxarılmalıdır.

Azərbaycanı Mehdiyevin vasitəsilə Rusiyanın maraqlarına doğru aparmaq istəyiblər. Bizim dəqiq məlumatımız var ki, ölkəmizdəki korrupsiya da Rusiyanın göstərişilə həyata keçirilib. Korrupsionerlər və uzun müddət hakimiyyətdə qalanların hamısı Rusiyanın maraqlarına xidmət edən adamlardır. Onlar Azərbaycan dövlətindən, millətindən millyardlarla pulu oğurlayaraq Rusiyadakı məmurlara veriblər. Əgər dünənə qədər Azərbaycan parlamentinin sədri olan şəxs Rusiyada biznes qurubsa, görün, kimlər gəlib-gedib.

Bu gün yoxlasanız görərsiniz ki, vəzifəli şəxslərdən kimlərinsə övladları, bacı və ya qardaşları Rusiyada işləyirlər, yaxşı vəzifələri var. Halbuki onlar Rusiyada doğulmayıb və ya yaşamayıblar. Onlar, əslində girovdurlar.

Tarixdə bir nəfərin bir dövlətə qarşı düşmənçilik etməməsi üçün yaxınını girov kimi götürmək ənənəsi olub. Məsələn, Səfəvilərin sarayında hər zaman Moğolların uşaqları saxlanılıb. Təsədüfi deyil ki, Moğol saraylarında sonradan parlaya bilən bir çox tanınmış şəxsin Səfəvilərin sarayında formalaşdığı, səfəvilərə xidmət etdiyi məlum olub. İndi Rusiyada müəyyən vəzifə tutan, imtiyazı olan şəxslərin buradakı qohumları da onların həyatı səbəbindən Mehdiyev kimi şəxslərin anti-Azərbaycan addımlarında iştirak edə bilərlər. Hesab edirəm ki, bütün bunlar ciddi məsələdir və Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır. Yəni təkcə Mehdiyevi neytrallaşdırmaqla Rusiyanın buradakı şəbəkəsinin kökünü kəsmək mümkün deyil.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət çevrilişinə cəhd edən yüksək vəzifəlilər –onların sonrakı aqibəti necə oldu?
Bu gün, 16:25
ELMED klinikasında xəstə ifliclə üz-üzə qaldı: Həkim "yod çək, keçəcək" dedi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:15
Azərbaycandan Avropaya ixracla bağlı istehsalçılara yeni tələb qoyulub - TƏFƏRRÜAT
Bu gün, 16:09
ƏDALƏTİN BUDURMU, AY İNAM? - İnam Kərimovun məhkəmələri GÜL VURUR...
Bu gün, 16:05
Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı - Prezident İlham Əliyev
Bu gün, 15:56
"Sənin ərində gözüm yoxdur, mənə əxlaqsız gözü ilə baxa bilməzsən"
Bu gün, 15:53
Bu mənzillər BAHALAŞACAQ - Qərar hansı binalara ŞAMİL OLUNACAQ?
Bu gün, 15:47
Azərbaycanda zərgərlər işsiz qalıb - Qızıl bazarında görünməmiş vəziyyət
Bu gün, 15:42
Elsevər Ağayevin "SEM-AZ"ı daha bir tenderdə qalib oldu - 800 minlik sifariş
Bu gün, 15:37
Ermənistanda “kilsə əməliyyatı” - Paşinyanla ruhani elita arasında açıq savaş başlayır
Bu gün, 15:32
DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 15:27
Ramiz Mehdiyev haqqında “Boz kardinal” ifadəsini ilk dəfə kim işlədib? - FOTO
Bu gün, 15:25
Paşinyan Rusiya ilə ticarət dövriyyəsinin hesablamalarında nə qədər səhv edib? - “Past”
Bu gün, 15:15
Paşinyanı öldürmək istəyən dəstə komandiri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 15:13
ŞOK FAKT: Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI
Bu gün, 15:08
Anar Sadıqovun hakimlik fəaliyyətinə XİTAM VERİLDİ
Bu gün, 15:06
Burda qanunlar nəzərə keçərli deyil? - FOTOFAKT
Bu gün, 15:04
Azərbaycan əsgəri bu dəfə QƏZZADA... - Tramp da bunu istəyir...
Bu gün, 14:55
Azərbaycanlı müğənni Rusiyadan 20 illik deport olundu
Bu gün, 14:50
“Hamısı generalların, polkovniklərin pullarıdır...” - Şabalıd davası
Bu gün, 14:47
“PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 14:40
“ExpressBank” kapitalını itirib - HESABAT
Bu gün, 13:51
Ermənistanda sürücülər ayağa qalxdı
Bu gün, 13:49
Ramiz Mehdiyevin həbs qərarını KİM ÇIXARIB: Səbail məhkəməsi xəbərsizdir... - NƏ BAŞ VERİR?
Bu gün, 13:41
Rəsmi Tbilisi ATƏT-ə etiraz notası verib
Bu gün, 13:14
Hərbi Prokurorluqda yeni təyinatlar - ƏMR
Bu gün, 13:13
Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır - Kürəkəni təkzib etmədi
Bu gün, 13:11
Parlament Ramiz Mehdiyevə görə buraxılacaq? - AÇIQLAMA
Bu gün, 13:10
Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt
Bu gün, 13:07
"Vəngi kəndinə köçmək üçün dəfələrlə müraciət etmişik... AMMA..." - GİLEY
Bu gün, 13:06
DEPUTATIN QARDAŞI FƏHLƏLƏRİN PULUNU VERMİR... - daha bir MÜRACİƏT
Bu gün, 13:01
Gəncə Memorial Kompleksinin tikintisi 13 milyona tamamlanacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 12:50
Ramiz Mehdiyevlə bağlı qərar Rusiyanın MƏŞHUR QƏZETİNDƏ... BELƏ ŞƏRH OLUNDU
Bu gün, 12:47
Mehdiyevin komandası HƏBS YOLUNDA: Deputat da təsdiqlədi... - TƏK ADAMIN İŞİ DEYİL...
Bu gün, 12:43
Ramiz Mehdiyevə təyin olunan vəkillə bağlı ŞOK TƏFƏRRÜAT - TƏFƏRRÜAT
Bu gün, 12:35
Mütəxəssis kolbasaya qatıldığı deyilən ətlər barədə - "Bunu heç heyvana da vermək olmaz"
Bu gün, 12:27
Taksilərlə bağlı YENİ MƏHDUDİYYƏT – Qiymətlər artacaq
Bu gün, 12:25
"Bəlkə də bu, yalandır? Heç bir rəsmi orqanın məlumatı yayılmayıb...” - Sabiq baş prokuror Ramiz Mehdiyevin həbsi haqda belə dedi..
Bu gün, 12:22
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:19
“Sədərək” ticarət mərkəzindən Ramiz Mehdiyevlə bağlı açıqlama - “Onun nəyinə gərəkdir, mağaza götürə, paltar satıla?”
Bu gün, 12:01
Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər - “Politico”
Bu gün, 11:59
Ermənistan Aİ və Belçikaya hərbi attaşe təyin edib
Bu gün, 11:58
Azərbaycan xam nefti ən baha və ən ucuz hansı ölkələrə satıb? - SİYAHI
Bu gün, 11:57
Əhəd Abıyev Ramiz Mehdiyevin həbsindən danışdı - və SUSMAĞI məsləhət gördü...
Bu gün, 11:48
Rusiya sülh yox, nüfuz axtarır: Kim Moskvanın masasında oturursa, onun orbitinə düşür - GƏLİŞMƏ
Bu gün, 11:46
Baş həkimdən sonra direktor müavini də işdən çıxarıldı - ƏMR
Bu gün, 11:44
Ramiz Mehdiyevin oğlunun şirkəti yüksək məbləğdə borca düşdü - DETALLAR
Bu gün, 11:40
"Ramiz Mehdiyev Azərbaycanın düşməni ilə çalışaraq onlarla işbirliyində olub" - deputat
Bu gün, 11:39
Ramiz Mehdiyevə cinayət işi açılması xəbərini ilk yayan vəkil danışdı
Bu gün, 11:33
Videoları ilə məşhurlaşan Qərənfil Seymurla evli olubmuş... - Qalınçaqda nə baş verir?
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru