“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                     Birdəfəlik “stop” qoyuldu .....                     Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: .....                     Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Dövlət Agentliyi baş verən faciəyə görə .....                     Bu dəfə Yeni Yasamalda yol çökdü .....                     İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi .....                     Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... .....                     "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" .....                     “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... .....                     Şeyx Əbdüldən şok ittiham: .....                     "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." .....                     Dövlətə xəyanət ittihamı ilə həbs olundu .....                     Tehran təxribatçı səfiri niyə dəyişmir? .....                     BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... .....                     İşçilərin ƏMƏK HÜQUQU... .....                     SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... .....                     Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? .....                     “BTB” Bank bağlanır? .....                     Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! .....                     Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR .....                     Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... .....                     "Bu çox ciddi bir cinayətdir, terrordur" .....                     "Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" .....                     Şəkidə şəhid ailəsi çətin durumda .....                     Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? .....                     "Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" .....                     Bakının mərkəzində Rusiya təhlükəsi .....                 

İrəvana hərbi təxribatlar əmrini kimlər verir? - Dəhlizlə bağlı mübahisələrin qızışdığı ərəfədə...
Tarix: 12-09-2024, 08:29 | Çap et
İrəvana hərbi təxribatlar əmrini kimlər verir?
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. “Yeni Müsavat” bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Ermənistan Silahlı Qüvvələri bir həftə öncə, sentyabrın 4-də də təxribat törədib, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Analitiklərə görə, bu təxribatların məqsədi bəllidir - Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılmasını mümkün qədər yubatmaq.

Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru mühüm addımdır...

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib: “Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlərlə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Bu arada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün Moskvadadır. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün lazımi işləri gördüyü halda, Rusiyanın da dəhlizin açılması üçün ciddi maneə görmədiyi bir zamanda, İran bugünlərdə “xəyali dəhliz” ifadəsini işlədir...

İran əyalətlərinin Ali Şurasının üzvü Məhəmməd Sadeqi isə deyib ki, İranın geosiyasi sərhədlərinin dəyişdirilməsi heç bir şəkildə qəbuledilməzdir...

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan ordusunun Naxçıvan istiqamətində törətdiyi təxribatın bir neçə izahı var. Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistan Fransa və Hindistan tərəfindən silahlandırılır: “Ermənistanın maddi imkanları böyük deyil. Bu silahların əvəzində Azərbaycana qarşı vaxtaşırı təxribatların törədilməsi, eyni zamanda beynəlxalq birlikdə Azərbaycanın fəaliyyətini azaltmaq üçün Ermənistan belə bir öhdəlik götürə bilər. İkinci səbəb Ermənistan Azərbaycanın təklif etdiyi 5 beynəlxalq hüquq prinsipi ilə sülh müqaviləsi üzərində işləyir, ancaq Ermənistan həmin öhdəlikləri öz üzərinə götürmək istəmir. Bu və ya digər formada Azərbaycana qarşı ərazi iddiasını hər zaman gündəmdə saxlamaq istəyir. Paşinyan bir tərəfdən Ermənistan Konstitusiyasının dəyişməsinin vacibliyindən danışır, amma son dövrdə konstitusiyanın dəyişməyəcəyini bildirir. Ermənistan bir tərəfdən özünü "Dağlıq Qarabağ" separatçılarından kənarda saxlamaq istəyir, amma sentyabrın 2-də İrəvanda təntənəli surətdə tədbir keçirdilər. Bütün bunlar onu göstərir ki, Ermənistan hələ sülhə tam hazır deyil. Azərbaycana təzyiq etmək üçün müxtəlif variantlar axtarmağa çalışır. Hərbi təxribatların arxasında siyasi məqsədlər durur. Ermənistanın hərbi potensialı Azərbaycanın hərbi potensialından qat-qat aşağıdır. Hərbi qarşıdurma olarsa, Azərbaycanın dəmir yumruğu ilə Ermənistana verilən cavab 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatından da ağır ola bilər. Ermənistan hələ də beynəlxalq hüquq normaları çərçivəsində apar bilən dövlət kimi yetişməyib. Ermənistan hələ də bu müstəqilliyin, bu ərazinin tarixin müəyyən dövründə müəyyən qüvvələr tərəfindən bağışlandığını, özgə torpaqda özünə dövlət qurduğunun fərqinə varmır. İstənilən halda Azərbaycan bütün təxribatların qarşısını alır və gələcəkdə də alacaq".

A.Mirzəzadə İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini belə şərh edib: “İran hesab edir ki, Azərbaycan Ermənistan razılaşmasında mütləq iştirak etməlidir. Bunu açıq deməsə də, müxtəlif variantlarla bunu çatdırmağa çalışır. Eyni zamanda İran dəhlizin öz ərazisindən keçməsini istəyir, çünki bu dəhliz çox böyük gəlir gətirəcək regional və beynəlxalq iqtisadi layihədir. Təkcə Azərbaycanın bu hissəsi ilə Naxçıvanı birləşdirən kommunikasiya deyil, Şərqlə Qərbi birləşdirən, yolu qısaldan böyük gəlirli layihədir. Azərbaycan ilk növbədə Ermənistanla sülh müqaviləsi bağlamalıdır. Biz ancaq bu ölkə ilə kommunikasiya ilə bağlı ola bilmərik. Vaxtaşırı İran tərəfdən təxribat olur və münasibətlər uzun müddətə pozulur. Buna görə də Ermənistanla münasibətlərin normal olmasına çalışırıq, gec-tez bu baş tutacaq. Digər tərəfdən, Azərbaycan İran ərazisindən keçməklə tranzit yolunun çəkilməsi üçün saziş imzalayıb. Azərbaycan həm Zəngəzur dəhlizi, həm də İrandan keçən dəhlizdən maksimum istifadə edə bilər. Lakin müxtəlif yollarla xeyri tam üzərinə çəkməyə çalışan, yaxud özünü siyasi güc kimi göstərməyə çalışan qüvvələr var. Hesab edirəm ki, bunun sonu yoxdur. Qafqazda söz sahibi Azərbaycandır. Dəhlizin haradan keçəcəyini Azərbaycan müəyyənləşdirir. Bu məsələ gec-tez həllini tapacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
"Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15
Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09
Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07
BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03
İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59
SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53
Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29
Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25
Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11
Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08
"Bu çox ciddi bir cinayətdir, terrordur" - Sərdar Cəlaloğlu
Bu gün, 06:59
"Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə
Bu gün, 06:57
Şəkidə şəhid ailəsi çətin durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 06:53
Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45
"Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37
Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29
Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22
Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18
“Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12
Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10
Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04
Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00
"Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55
Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50
Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48
Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru