“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                     Birdəfəlik “stop” qoyuldu .....                     Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: .....                     Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Dövlət Agentliyi baş verən faciəyə görə .....                     Bu dəfə Yeni Yasamalda yol çökdü .....                     İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi .....                     Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... .....                     "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" .....                     “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... .....                     Şeyx Əbdüldən şok ittiham: .....                     "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." .....                     Dövlətə xəyanət ittihamı ilə həbs olundu .....                     Tehran təxribatçı səfiri niyə dəyişmir? .....                     BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... .....                     İşçilərin ƏMƏK HÜQUQU... .....                     SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... .....                     Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? .....                     “BTB” Bank bağlanır? .....                     Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! .....                     Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR .....                     Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... .....                     "Bu çox ciddi bir cinayətdir, terrordur" .....                     "Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" .....                     Şəkidə şəhid ailəsi çətin durumda .....                     Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? .....                 

"İtaliya, Türkiyədən sonra ikinci yerdədir..." - deputat
Tarix: 10-09-2024, 08:59 | Çap et
"İtaliya, Türkiyədən sonra ikinci yerdədir..."
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Beynəlxalq Çernobbio Forumunda iştirakı, bir sıra şəxslərlə və qlobal şirkət rəhbərləri ilə görüşü dünya ictimaiyyətinin diqqətindədir. Dövlət başçısının Forumda çıxışı zamanı olduqca önəmli məqamlara təmas etməsi də dünya mediasının nəzərindən qaçmayıb. İtaliya ölkəmizin vacib tərəfdaşlarından biridir. Xüsusilə də son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Bu isə o deməkdir ki, son dörd ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3.4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Elə buna görədir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir. Cənab Prezidentin səfəri zamanı istər COP29-la bağlı İtaliyanın Azərbaycana hərtərəfli dəstək verməyə hazır olması ilə bağlı mövqe, istər İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması və bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə razılşama, istərsə də Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsi ilə bağlı məsələlər iki ölkə arasında münasibətlərin daha da inkişf edəcəyini söyləməyə əsas verir. Prezidentin İtaliyaya səfəri və əldə olunan razılaşmalar ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinə təkan verəcək. Şübhə yoxdur ki, bu səfər iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq. Azərbaycanın İtaliya ilə əlaqələrini genişləndirməsi ikitərəfli münasibətlərə strateji qazanclar gətirir. Avropa İttifaqının və dünyadakı "böyük yeddiliy"in güclü üzvlərindən biri olan İtaliya ilə dostluq münasibətləri Azərbaycanın manevr imkanlarını genişləndirir. Azərbaycanın İtaliya vasitəsilə qazandığı mövqelər onun Avropa İttifaqının diqqət mərkəzinə düşmək imkanlarını artırır. İtaliya ilə Azərbaycan arasındakı əlaqələr Cənub Qaz Dəhlizi layihəsi ilə daha da bərkiyib (TAP qolu) və bu, qarşılıqlı anlaşma üçün böyük dərəcədə qiymətli rol oynayıb. Ancaq indi həm Azərbaycan, həm də İtaliya bu əlaqələri daha yüksək zirvələrə doğru inkişaf etdirmək üçün yenilənmiş yanaşmaları qarşılıqlı maraqlar əsasında prioritetləşdirmək planlarını müzakirə edirlər. Çernobbio Forumu dünyanın ən reytinqli beyin mərkəzi toplantılarından biridir. Prezident İlham Əliyevə bu forumda diqqətin göstərilməsi, eyni zamanda ölkə başçısının bu forumda dünyanı narahat edən bir sıra iqtisadi, siyasi və ekoloji məsələlərlə bağlı mövqe ortaya qoyması Azərbaycanın həm qlobal problemlər və tendensiyalarla bağlı baxışlarını dünyaya nümayiş etdirir, həm də onun Avropada təşkil olunan bu kimi əhəmiyyətli forumlarda əsas natiqlərdən biri kimi xüsusi hörmətə sahib olduğunu göstərir.
Millət vəkili, iqtisadçı Azər Badamov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin İtaliya prezidentinin dəvəti ilə səfər etməsi və Beynəlxalq Çernobbio Forumunda iştirak edərək çıxış etməsi dövlət başçımızın şəxsiyyətinə olan böyük hörmətin və Azərbaycana Avropada verilən dəyərin göstəricisidir.
Deputat vurğulayıb ki, cənab Prezident səfər çərçivəsində İtaliyanın prezidenti, baş naziri ilə görüşməklə yanaşı, bir çox dünya səviyyəli beynəlxalq şirkətlərin rəhbərləri ilə də görüşdü:

"Bu, Azərbaycanın nəinki İtaliya ilə, həm də Avropa Birliyi ölkələri ilə əməkdaşlığının genişlənməsinə töhfə verir. Azərbaycanla Avropa Birliyinə daxil 10 ölkə arasında Strateji Tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Dövlət başçımızın Avropa Birliyi ölkələrinə səfərlərin intensivləşməsi və bu qitənin enerji təhlükəsizliyində rolumuzun artması Azərbaycanı etibarlı tərəfdaş olaraq Avropaya daha da yaxınlaşdırır. Azərbaycan-İtaliya münasibətləri tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. İtaliya Azərbaycandan neft və qaz alır. O cümlədən siyasi və humanitar sahələrdə də əməkdaşlığımız günü-gündən dərinləşməkdədir. İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən, işğaldan azad olunmuş ərazilərin yenidən bərpasında da İtaliya, Türkiyədən sonra ikinci yerdədir".
Parlamentari vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yerlə yeksan etdiyi mədəni dini abidələrimizin yenidən qurulmasında İtaliya şirkətlərinin yaxından iştirakı və birgə universitetin fəaliyyətə başlanması xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır: "Dövlət başçımız ikinci dəfədir ki, Beynəlxalq Çernobbio Forumunda çıxış edir. Cənab Prezidentin forumdakı çıxışı “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda olmuşdur. Bu mövzu həm regionumuz, həm də Avropa üçün çox vacibdir. Bu baxımdan dövlət başçımızın çıxışı bütün Avropa tərəfindən diqqətlə dinlənilib. Çünki Avropada Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək istəyən ölkələr də vardır. Dövlət başçımız öz çıxışında bir çox vacib məsələləri səsləndirdi. Belə ki, torpaqlarımız işğal altında olduğu 30 ildə ATƏT-in müvafiq qrupun fəaliyyətsizliyi, o cümlədən ərazilərimizdə suverenliyi bərpa etməyimizdən sonra bizə qarşı bəzi dövlətlərin düşməncəsinə hücuma keçməsi, Azərbaycanın Ümumavropa qaz təchizatçısı olduğu və bu gün Avropa Birliyinə daxil 7 ölkəyə qazımızı ixrac etməyimizi, həm də 3 ölkənin qazımızı almağa hazır olduğunu dövlət başçımız xüsusilə vurğuladı. Dövlət başçımızın səsləndirdiyi vacib məsələlərdən biri də beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real gücün vacib olmasıdır. Halbuki torpaqlarımız işğal altında olduğu dövrdə qərb münaqişənin güc yolu ilə həlli olmadığını və ancaq danışıqlar aparılmalı olduğunu bildirirdi. Biz isə reallığı düzgün dəyərləndirdik və beynəlxalq hüququn bərpası üçün güc faktorunun əsas amil olduğunu sübut etdik".
A.Badamov qeyd edib ki, dövlət başçısı Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə məqsədi dünyada sülh və əməkdaşlığın inkişafına xidmət etməkdən ibarət olduğunu qeyd etdi: "O cümlədən Azərbaycan COP29 beynəlxalq konfransını keçirməklə fərqli qitələr arasında körpü yaradacağını xüsusilə vurğuladı. Bu gün dünya nizamı pozulmuşdur. Ölkələrin harada yerləşməsindən asılı olmayaraq qlobal məsələlərin həllində dialoqun qurulması vacib məsələdir. Azərbaycan bu gün qlobal dialoq mərkəzi kimi çıxış edir. Beləliklə, dövlət başçımızın İtaliyaya səfərini Azərbaycanı dünyaya daha da yaxşı tanıtmaq baxımından çox əhəmiyyətli olduğunu hesab edirəm".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
"Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15
Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09
Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07
BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03
İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59
SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53
Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29
Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25
Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11
Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08
"Bu çox ciddi bir cinayətdir, terrordur" - Sərdar Cəlaloğlu
Bu gün, 06:59
"Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə
Bu gün, 06:57
Şəkidə şəhid ailəsi çətin durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 06:53
Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45
"Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37
Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29
Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22
Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18
“Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12
Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10
Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04
Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00
"Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55
Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru